Folklor İnstitutu “Dədə
Qorqud” sessiyası təşkil edib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor
İnstitutunun təşkilatçılığı
ilə “Dədə Qorqud” sessiyası keçirilib. APA-nın məlumatına görə,
tədbirdə çıxış
edən Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirib ki, “Kitabi-Dədə
Qorqud” Azərbaycanın
şifahi və yazılı ədəbiyyatının
ən möhtəşəm
abidəsidir: “Bu kitab əsl sirlər xəzinəsidir. Hansı yöndən
yanaşsaq, bu dastanda açmalı, öyrənməli məsələlər
həddən artıq
çoxdur. Biz bu kitabı dünyaya və özümüzə layiqli
şəkildə çatdırmalıyıq”.
Sessiyada
“Dədə Qorqudun poetikası”, “Kitabi-Dədə-Qorqud”da
təsvir olunan Oğuz elinin həyat tərzi, etnoqrafiyası, dövlətçilik
sistemi, dastanın indiyədək açılmayan
mübahisəli məqamları
və oxunuşu ilə bağlı məruzələr dinlənilib.
525-ci qəzet.-
2012.- 10 aprel.- S.7.