“Ulduz”un yeni sayı
çıxıb
“Ulduz” ədəbi-bədii jurnalın növbəti sayı işıq üzü görüb. Jurnalın bu sayında gənc yazar Pərvinin “Balerina” kino-povesti, Aydın Tağıyevin “Adəmin oğlu” , “Yay gününün uzun gecəsi” Əlövsət Bəşirlinin “Adamsız adam”, Müzahim İsmayılzadənin “Nokdaun”, “Çətənə”, Orxan Muxtarlının “Xarı bülbül” hekayələrinə yer verilib. Xuraman Hüseynzadənin, Şəfəq Sahiblinin, Məmməd Namzın, Xəyalə Sevilin, Nəcməddin Mürvətovun, Valeh Bahaduroğlunun, Ülvi Ələfsəroğlunun, Səfər Rzasoylunun, Əlirza Həsrətin , Yusif Məhəmmədoğlunun şeirləri də bu sayda öz əksini tapıb. “Ulduz”un özəl layihəsi olan “21/21 Hesab bərabərdir”də bu dəfə tənqidçi Elnarə Akimovanın suallarını Etimad Başkeçid cavablandırıb. E.Akimovanın “Yaşar Qarayev idrakının hüdudları” başlıqlı məqaləsi də bu saydadır. Jurnalda Sadıq Elcanlının “Əfsanələr paytaxtının həqiqətləri” başlıqlı yazısı çap olunub. Tənqidçi Vaqif Yusiflinin qələmə aldığı “Sərdar Əsəd – sevgidən intihara”, Yaşar Qasımbəylinin “Yenilməz ədəbi gəncliyin taleyi” məqaləsi də “Ulduz”un yeni sayında dərc edilib.
GÜNEL
525-ci qəzet.- 2012.- 11 aprel.- S.7.