Şəhid İlqar Məmmədovun xatirəsi ədəbi-bədii
tədbirlə anılıb
Prezidentin
fərmanı ilə “Hərbi xidmətlərinə görə”
medalı ilə təltif olunmuş (ölümündən
sonra) şəhid İlqar Məmmədovun doğum
günü münasibətilə onun oxuduğu və
hazırda adını daşıdığı Binəqədi
rayonu Biləcəri qəsəbəsi 298 saylı məktəbdə
tədbir keçirilib. Tədbirdə Gənc
Tamaşaçılar Teatrının baş redaktoru Səriyyə
İsmayılova, şairə-publisist Fəridə Ləman, Azərbaycan
Memarlıq və İnşaat Universitetinin müəllimi,
yazıçı-publisist Salatın Əhmədli, Gəncə
Dövlət Dram Teatrının aparıcı aktrisası Laləzar
Ocaqquliyeva, şəhidin atası Qabil Məmmədov, anası
Şərqiyyə Sadıqova, qardaşı Emin Qabiloğlu,
qohumları, məktəbin müəllim və şagirdləri
iştirak ediblər.
Öncə
tədbir iştirakçıları şəhid İlqar Məmmədovun
xatirəsinə məktəbin həyətində
ucaldılmış heykəlini ziyarət edərək
gül-çiçək dəstələri qoyublar. Sonra məktəbin
direktoru Şərqiyyə Hüseynova tədbiri açaraq
iştirakçıları salamladı, şəhid İlqar
Məmmədovun bu məktəbin layiqli şagirdi olması ilə
iftixar hissi duyduqlarını bildirib. Tədbiri məktəbin
tərbiyə işləri üzrə direktor müavini Xatirə
Rəhimova davam etdirərək şəhid İlqar Məmmədovun
həyatından, təhsil və cəbhədə xidmət
illərindən, məktəbdə onun xatirəsi ilə əlaqədar
keçirilən tədbirlərdən iftixarla
danışıb. Çıxış edənlər
İlqar Məmmədov haqqında “İlqarsız dünya”
kitabının müəllifləri Fəridə Ləman,
Salatın Əhmədli, bədi redaktoru Səriyyə
İsmayılova, rəyçilər Aidə Şirinova, Natiq Əliyev,
Məlahət İbrahimova Azərbaycanın ərazi
bütövlüyü uğrunda gedən döyüşlərdən,
şəhidlərin və onların ailələrinə
dövlətimizin diqqət və qayğısından, ədəbiyyat,
sənət adamlarımızın şəhidlər
mövzusunu daim yaradıcılıqlarında diqqətdə
saxlamalarından danışıblar.
Daha
sonra məktəbin şagirdlərinin ifasında Fəridə
Ləman və Salatın Əhmədlinin “İlqarsız
dünya” əsərindən parçalar səsləndirilib.
Tədbirin
yekununda iştirakçılar şəhidin valideynlərinə
və məktəbin müəllim heyətinə İlqar kimi
vətənpərvər oğul yetişdirdiklərinə
görə təşəkkürlərini bildiriblər.
HÜSNİYYƏ
525-ci qəzet.- 2012.- 11 aprel.- S.7.