Mətbuat Şurası İdarə
Heyətinin iclası keçirilib
QƏRARLAR QƏBUL
OLUNUB, YENİ MÜSABİQƏYƏ BAŞLANILMASI
RAZILIĞINA GƏLİNİB
Dünən Azərbaycan Mətbuat
Şurası İdarə Heyətinin iclası keçirilib.
İH üzvləri MŞ sədri Əflatun Amaşovun təqdimatından
sonra gündəliyə 3 məsələ barədə
müzakirələrin daxil edilməsi razılığına
gəliblər.
Əvvəlcə Mətbuat
Şurası Şikayətlər üzrə
Komissiyasının rəylərinə baxılaraq bunlarda
MŞ-nin qərarlarının çıxarılması
üçün nə kimi əsasların olduğu müəyyənləşdirilib.
On məsələ barədə müvafiq qərarlar qəbul
olunub. Bunlar əksəriyyətində mətbu orqanların
“Azərbaycan Jurnalistlərinin Peşə Davranışı
Qaydaları”nın bir sıra prinsip və bəndlərinin tələblərinin
pozulduğu barədə müddəalar, Mətbuat
Şurasının tövsiyələri yer alıb. “Kred Aqro”
Bank Olmayan Kredit Təşkilatının “Yeni xəbər”,
“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin
“Elçi” və “Hürriyyət”, professor Rafiq Əliyevin və
Bakı şəhər sakini Nazim Məmmədovun “Səs”,
Bakı Şəhər Baş Polis İdarəsinin, “Sədərək”
Firmasının “Azadlıq”, həmin firmanın, həmçinin
Azərbaycan Respublikasının Baş Prokurorluğunun, “Azərinteltekt”
QSC-nin “Yeni Müsavat”, Bakı şəhər 173 saylı orta
məktəbin “Super market” qəzetləri ilə bağlı
müraciətləri əsasında qərarlar qəbul edilib.
İkinci məsələdə Mətbuat
Şurası sıralarına yeni üzvlərin qəbulu nəzərdən
keçirilib. Ağstafa rayonunun eyni adlı və “Sport favorit”
qəzetlərinin MŞ üzvlüyünə qəbulu barədə
yekdilliklə qərar çıxarılıb.
Cari məsələlərin ətrafında
müzakirələr başlamazdan əvvəl Mətbuat
Şurasının sədri Əflatun Amaşov MŞ İdarə
Heyətinin üzvü, Slavyan Universitetinin rektoru Kamal
Abdullanı qurum adından “Yarımçıq əlyazmalar” əsərinin
Nobel mükafatına iddialılar sırasına rəsmən
qeydiyyata alınması münasibətilə təbrik edib.
Sonra söhbət görkəmli alimin də tədqiqatçıları
sırasında olduğu fundamental əsərin – “Kitabi-Dədə
Qorqud”un alman şərqşünası F. fon Dits tərəfindən
üzə çıxarılmasının 200 illik yubileyinə
hazırlıq ətrafında gedib. Onun həmin tədbirin
filoloji, kulturoloji bayrama çevrilməsi istiqamətində səsləndirdiyi
təkliflər, xüsusilə bu işin Almaniyadan olan mütəxəssislərlə
birgə həyata keçirilməsi barədə səsləndirdiyi
fikirlər razılıqla qarşılanıb. Təklif olunub
ki, qəzetlərdə “F. fon Dits – “Kitabi-Dədə Qorqud –
200” rubrikası ilə müntəzəm yazılar dərc
olunsun, Bakı Slavyan Universiteti ilə birgə konfranslar,
müsabiqələr keçirilsin.
525-ci qəzet.- 2012.- 12 aprel.- S.3.