Paşa Qəlbinurun 60 illiyi Yazıçılar Birliyində qeyd olunub

 

MƏRASİMDƏ YUBİLYARIN “QARA SU” KİTABI ƏDƏBİ İCTİMAİYYƏTƏ TƏQDİM EDİLİB

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda dəyərli şair və oftalmoloq alim, professor Paşa Qəlbinurun 60 illik yubileyi və “Qara su” romanının təqdimatı ilə bağlı mərasim keçirilib. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq, Paşa Qəlbinurun həyat və yaradıcılığından danışıb: “Paşa müəllim hər zaman söz, ədəbiyyat adamlarına böyük bir qayğı ilə yanaşıb. Paşa Qəlbinur çox gözəl həkim olmaqla yanaşı, həm də istedadlı bir şairdir. Onun şeirlərinin çox qəribə aurası var. Paşa Qəlbinurun bütün həyatı, bioqrafiyası göy qurşağı kimi rəngarəngdir, əhatəli və genişdir. Onun həm ictimai siyasi xadim kimi fəaliyyəti, həm ədəbi yaradıcılığı, həm həkim kimi fəaliyyəti – bütün bunlar hamısı onun mükəmməl bir insan ömrünü çox dolğun yaşamasından xəbər verir. Paşa Qəlbinur özünü nasir kimi də təsdiq etdi. Son illərdə onun “Qara su” və “Göz dağı” romanı çap olunub. Bu romanlarda müasir dövrümüzün ictimai problemləri, təbəqələşmə çox təbii boyalarla təsvir olunub. Mən hesab edirəm ki, bu artıq Paşa Qəlbinurun qələminin bir nasir kimi göstəricisidir. Mən inanıram ki, onun nəsr fəaliyyəti bundan sonra daha da genişlənəcək”. Romandan yadda qalan fraqmentlər haqqında öz təəssüratlarını bölüşən Rəşad Məcid yubilyara Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təbriklərini çatdırıb və tədbiri idarə etmək üçün sözü ədəbiyyatşünas, professor Nizaməddin Şəmsizadəyə verib.

N.Şəmsizadə Paşa Qəlbinurun insanların həm qəlbinə, həm də gözlərinə nur verən işıqlı bir insan olduğunu deyib: “Paşa müəllim həm şairdir, həm çox dəyərli bir göz cərrahıdır, həm də son vaxtlar Azərbaycan ədəbiyyatında nümunəsi olmayan nadir romanların müəllifidir. Keçmiş zamanlarda belə adamlara çox ali bir ad – loğman adı verirdilər. Onlar həm həkim, həm filosof olur, fikir adamı kimi tanınırdılar. Çox şairlər var ki, hətta ad da alıblar, ancaq poeziyası, şeiriyyəti zəifdir. Belə bir cəmiyyətdə, ədəbi mühitdə yaxşıyla pisin qarışdığı bir zamanda həm nəsrlə, həm poeziyayla öz sözünü deyən Paşa Qəlbinurun mənəvi haqqı var ki, bu gün anadan olmasının 60 illiyi romanının təqdimatı keçirilsin”. N.Şəmsizadə Paşa QəlbinurunQara suromanı barədə fikirlərini bölüşüb.

Millət vəkili Fərəc Quliyev çıxışında deyib ki, “Qara suromanı həm tarixi bir roman kimi qəbul edilə bilər: “Hər bir fəaliyyətdə hansı sahədə olur olsun, hər bir insan milli ideyalara xidmət etməyi əsas götürməlidir. Paşa Qəlbinurun həkim olması ilə yanaşı, həm tarixi bilməsi, ona bağlı olması, məhz su, həm qara su üzərində dayanması mənə çox qəribə gəldi. Orda suyun bir neçə açmaları qeyd edilib. Amma onlardan biri qara sözünün güclü mənasını verməsi məsələsidir. Su özü informasiya mənbəyi, gələcəyə informasiya ötürən bir varlıqdır. Mən burda qara suyu güclü informasiya mənbəyi kimi qəbul etdim hesab edirəm ki, tariximiz haqqında bəzi informasiyaları məhz burda axtarmaq lazım idi, Paşa müəllim o informasiyaları burda axtarıb. O ilk dəfə kəşf etdi ki Skandinav ölkələrindəki insanlarla Azərbaycanda olanların qara su göz xəstəliyi eynidir. Bu çox qəribə bir tapıntı idi. Paşa müəllim həm onu sübut edib ki, biz gəlmə xalq deyilik, bura bizim ana vətənimizdir”.

Şair Əjdər Ol Paşa Qəlbinurun Azərbaycan ziyalısı kimi, hamıya qayğı ilə yanaşan bir insan kimi, hər kəsin böyük rəğbət hörmətini qazanmış bir şəxsiyyət olduğunu qeyd edib, onun çoxşaxəli fəaliyyətindən söhbət açıb: “Paşa Qəlbinur böyük bir yol keçib. Paşanın yaradıcılığı da şəxsiyyətindən, şəxsi keyfiyyətlərindən keçir. Düzdü, yaradıcılıq təxəyyül məsələsidir təxəyyül o qədər konkret olmur, amma Paşanın yazdığı esseləri, şeirləri, romanları konkret elmi məsələlərə həsr olunan, kökü olan əsərlərdir. Yenicə çapdan çıxanQara suromanı da onun çoxşaxəli fəaliyyətinin bir nümunəsidir. Biz onu görkəmli cərrah, istedadlı şair kimi tanıyırdıq, ancaq Paşa müəllim nəsr sahəsində özünü bizə uğurla tanıtdı”.

Professor Məhərrəm Qasımlı deyib ki, istərQara su”, istərsə Göz dağı”romanında çox güclü dinamika, canlı danışıq dili yer alıb: “Bizim istedadlı yazıçılarımız bəzən elə bir yazı manerası ortalığa qoyurlar ki, orda canlı danışıq dinamikası olmadığı üçün əsəri oxumağa çətinlik çəkirsən. Amma Paşa müəllimin romanlarını birnəfəsə oxumaq mümkündür. Əsəri oxuduqca insanı maraq çəkib aparır ki, görəsən necə tamamlanacaq. Əsərdə zaman-zaman dünya ədəbiyyatının müxtəlif yönlərindəki axtarışlarının əlamətləri diqqətə çarpır. Bu da onu göstərir ki, Paşa müəllim həm dünya ədəbiyyatına dərindən bələd olan bir insandır”.

Tədbirdə Yəhya Yusif Caniyar, Abbas Abdulla, Ramiz Duyğun, Ramiz Məmmədzadə, Fəxrəddin Meydanlı, şairə Nəzakət Ələkbərqızı, Yusif Həsən digər ziyalılar da Paşa Qəlbinuru təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar. Mərasimdə Abbas Abdulla Ramiz Duyğun P.Qəlbinura həsr etdikləri şeirləri səsləndiriblər.

Sonda çıxış edən Paşa Qəlbinur yubiley təqdimat mərasiminin təşkilinə görə Azərbaycan Yazıçılar Birliyinə, qurumun sədri Anara, tədbirdə iştirak çıxış edən hər kəsə minnətdarlığını bildirib.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 13 aprel.- S.3.