ORALARDA KİMLƏR
VAR: RUS JURNALİSTİKASININ ƏFSANƏSİ İnna Rudenko –2
Peşəsi, prinsipləri və
siyasi əxlaq haqqında
Bizim
nəslin çox gözəl tanıdığı
“Komsomolskaya pravda” qəzetinin İnna Rudenko adında bir
yazarı Ukraynanın uzaq bir guşəsindən bir qız
haqqında unudulmaz bir yazı yazır. Yazı yox, gözəl
və faciəvi bir hekayət yazır. Və mən həmin
qızın ardınca Ukraynanın ən ucqar vilayətindən
olan Mlinovkaya gedirəm və o qızı tapıram.Orada mən
təxminən yarım ay qalıram...Qayıdanda Moskvadan
qayıdıram. İnna Rudenkoya telefon açıram və
yuxarıdakı hekayəti çox hızlı bir surətdə
ona anladıram və yazı üçün təşəkkür
edirəm, o isə : O YAZI ÜÇÜN MƏNƏ YOX, MƏNİM
BAŞ REDAKTORUMA TƏŞƏKKÜR ELƏMƏK
LAZIMDI-deyir.
O
zaman üçün bu ifadənin tamam ayrı bir
hökmü vardı.
Çox
uzatmayaq.Bu gözəl qələm sahibi hələ də
yaşayır və onunla müsahibəni oxucuların diqqətinə
çatdırıram. “Rusiya” qəzetindən sərbəst
çeviri. Tofiq Abdin
RQ-
Sizin sözlərinizdən belə çıxır ki,indiki
bütün etik və əxlaqi problemlər hələ o
vaxtda vardı?
Rudenko
– Əlbəttə.
RQ –
Onda belə bir mübahisəsiz sual da yaranır: demək
bütün bu əksikliklər,etik- əxlaqi
çatışmazlıqlar ya xalqa yedizdirilmiş,ya da
ümumiyyətlə bunlar heç yoxdur. Cəfəngiyatdı
bütün bunlar? İndi biz amerikalıları nümunə
göstərməyi sevirik. Axı orada əvvəlcə qanun,
hüquq, cəza var,sonra başqa şeylər gəlir. Əgər
biz cəzanı ortadan götürmüş olsaq,qanunları
yerinə yetirməsək dünya qarışar. Orda da, burda də
kədərli bir mənzərə ilə üzləşərik.
Rudenko-
Mən çox təəccübləndim, azadlıq necə
tez gəldi, yeni bazar münasibətləri abırı sildi
atdı. Humanizm yenidən məğlub olur. Mən özüm
də yazılarımda bunun səbəblərini tapmaq istəyirəm.
Qərb məsələsinə gəldikdə bir az da fikirləşmək
lazımdı: nədən biz həmişə Qərbin ən
axsaq şeylərindən yapışırıq? Niyə bir
az dərininə getmirik? Bax elə onlardakı ən səliqəli
məişət davranışlarına baxaq.Bu bir tərbiyə
işdir. Allahın tramvayı da orda normal qaydada işləyir.
Mən Praqada “Novoye vremya” qəzetində xüsusi müxbir
çalışanda heyrətlənirdim.Baxırsan, göstəricidə
yazılıb : tramvay saat 9.11 gələcək, bir dəqiqə
o yan-bu yan olmaz.Hər gün beləcə davam edir.Orda
yaşadığım illərdə təkcə bu fakt məni
təəccübləndirirdi.Bax insanların
qayğısına qalmaq buna deyirlər.Bəs bizdə... Mən
anlamıram. Köləlik nə qədər olar,diz üstə
nə qədər yaşamaq olar. Axı indisə başqa
cür olmalıdı.Amma bu köləlik yenə də
içimizdə yaşamaqdadı və bu da bir çox bəlaların
başıdır.
RQ-
Siz razısınızmı, bir çox bəlaların
kökü bizim özümüzdədi?
Rudenko
– Yaxın vaxtlarda bir televizyonda tok-şou proqramına
baxırdım və orada içkiyə aludə olmuş bir kənddən
söhbət gedirdi.Studiyaya o kənddən olan kişilər dəvət
olunmuşdu.Aparıcı soruşur: “Yaxşı sən nədən
içirsən?”. “İş-gücün
olmadığından,darıxmaqdan” –deyə birisi cavab
verir.Kamera bu kəndin panoramasını göstərir: hasarlar
yıxılmış, evlər it günündə,qorxunc bir
xarabalıq. Sual təkrar olunur və kişi yenə də
eyni şeyləri deyir.Elə bu vaxt bir qadın : heç
olmasa sən mumla.Bax elə bu da adamı bezdirir.Səbəb :
xalqın,camaatın və hakimiyyətin, bu insanların
olması,başqaların əlinə keçməsidir.Onlar...
Biz...
RQ –
Belə bir sual da verəcəkdim sizə.Sosializmin
dağılması ərəfəsində bütün liderlər
bizləri peşiman etdilər.Birisi piyaniska, o biri
oğru,üçüncüsü səfeh və rüşvətxor.Güman
ki, siyasətçilərin əxlaqlı bir insan olması
çox zor bir işdir.Özü üçün yox, xalq
üçün yaşayan siyasətçi tapmaq daha
zordur.Saxarov və Qandini yada salın. Belə böyük
ölkə, amma onun başçıları... Baxın,
geydikləri kostyumlara,mindiyi maşınlara,onların şəxsi
istirahət bağlarına.Bütün bunlar yoxsullar ölkəsində.Bizi
belə insanlara məhkum ediblər.
Rudenko-
Əvvəlcə səninlə bir az mübahisə etmək
istəyirəm. Mənim bir qohumum var. Vilnüsə görə
Qorbaçovu ay söyürdü ha, nə qalmadı
haqqında deməyə. Başdan ayağa qara rəng. Mən
onunla mübahisə edirdim. Qorbaçov öz sələflərinə
nisbətdə daha yaxşı görünürdü.Ondan
qabaqkı dövlət başçıları kimi o da sakitcə
keyf edib yaşayardı.Xeyr. Eləmədi. Vurub hər şeyi
dağıtdı.Hər halda onu qınamaq olmaz.Ona haqq
qazandırmaq olar.Sonra – Yeltsin. Onun haqqında qohumum heç nə
danışa bilmirdi və bizə də icazə
vermirdi.Yalnız yaxşı şeylər danışmaq
olardı. Bolşevik təxəyyüllü demokrat idi.Putin.
Taksidə gedirəm, sükan arxasında bir qadın: “Mən
bu insana heyrana olmuşam.Yerişə bax onda. Buz üstündə
süzür,təyyarə idarə edir”.Mənə görə
onlardan hər birinin öz xidməti,öz əksikləri və
səhvləri var.Ancaq hər zaman obyektiv olmaq lazımdı.
RQ –
Belə bir sual da verək sizə: siyasətlə əxlaq bir
araya sığırmı?
Rudenko-
Bax, bu məsələdə mən sizə belə cavab verə
bilərəm: Dövlət başçısı olaraq mənim
seçimim Qaveldir, çexiyanın sabiq prezidenti. Kommunistlər
zamanında öz fikirləri üçün həbsxanada
oldu. Prezident olduqdan sonra keçmişin sərt
qanunlarının əleyhinə getdi,”haqsızlıq
ovçularına” qarşı vuruşdu.. Zəngin bir ailənin
oğlu uzun müddət yoxsul bir evdə yaşadı. Mən
o zaman ilk dəfə gördüm ki, həmin o “məxməri
inqilab” vaxtı insanlar : “Nex jie Qavel”- deyə oxuyurdular.Mən
hətta qorxdum, onların bu bağlılığı,
sitayişi bir az da Stalini xatırladırdı. Şayət
biz millətin atası adlandırılan bir şəxs
düşünürüksə, o ata Qaveldir. Prezident olan kimi
bilirsinizmi, birinci öz dövlətinə kimi dəvət
getdi: Dalay-Lamanı. Baxmayaraq ki, bir çoxu bu siyasətçini
bir az sərbəst olaraq görür və o bir çox məsələlər
qaldırmışdı eyni zamanda.Bunlar da başqa ölkələrin
xoşuna gəlmirdi.Məsələn Çin məsələsi.
Qavelin bu hərəkəti heç də gözə girmək
deyildi, məhz onun prinsipial münasibətinin əvəzi idi.
Mənim bir kolleqam çox gözəl deyib: Millətə
Qavel lazımdı,hətta onlar bunu dərindən bilməsələr
də.Çex prezidenti dəfələrlə dedi: “Siyasət
və əxlaq bir yerdə olar.Kim siyasəti çirkin iş
hesab eləyirsə, o zaman ondan uzaqlaşsın”. Hər şənbə
günü Qavel öz çıxışı ilə millətə
müraciət edirdi və hər dəfə mən qeyd
edirdim: bu mənim sözlərimdir, mənim fikirlərimdi, mən
də belə düşünürəm.Söhbət hər
zaman vicdandan gedirdi.Əxlaqdan, insansevərlikdən gedirdi. Bəzən
etiraz səsləri də vardı :”Belə siyasət olar”..O
isə deyirdi: “Bizdə özündən deyənlər
çoxdu.İnsanlara əxlaqdan danışanlar azdı”.
İndi bizimkiləri dinlə – onların da üz-gözlərindən
yox,çıxışlarından görürsən nə
yuvanın quşudurlar. Pavlovskinin bu yaxınlardakı məqaləsini
yada sal, orada başlığa
çıxardılmışdı: “ Mən elə bir hakimiyyət
tanımıram ki, o aldatmasın”.Nə hakimiyyət? Bəs jurnalistlər? Hər ikimizin də həmkarı olan bir jurnalist yazır:
“Ya jurnalist tsinik”. Yəni mən abırsız
jurnalistəm”. (Tsinik
sözünün başqa
anlamları: həyasız,utanmaz,arsız,ədəbsiz” (t.a.) Nədi bu? Bizim zamanımızda özünə belə bir ayama demək
bir utanc işi idi. Mümkün
deyildi. Hər cür jurnalist var idi,amma
bunu açıb-ağartmaq
zor işdi.Belə bir yazını da xatırladım: ticərət nazirin müavini Qeorqi Qabuniya haqqında yazıda oxuyuram: “Onda böyük məmurların arasında
nadir rast gəlinən
bir xüsusiyyət var idi: o yaxşı
insan idi”. Yaxşı insan idi sözləri
dırnaq içində
yazılır. İndi
başa düş : yaxşı insan sözləri nədən dırnaq içində yazılıb.
Vacib olan bir şey
niyə lağa qoyulur? İnsanlar mətbuatda gedən
neqativ yazılardan quduzlaşdılar – qətllər,
soyğunlar, manyaklar, pozğunlar ordusu yarandı.Və bilmirlər,
senzura nədir. Və ya xəbərləri yoxdu senzura nəymiş.Əgər
nəsillər bizim yazdıqlarımızla gələcəyi
anlamağa başlayacaqlarsa,
onda onlar ilk növbədə, düşünürəm,
jurnalistləri ittiham edəcəklər. Heç olmasa,
ona görə ki, əgər bir jurnalist özünə
mən “tsinik jurnalistəm”- deyirsə, bunun başqa yolu yoxdur. Niyə Yura Şekoçixin abırsız deyildi?
Sima Soloveyçik elə deyildi və mənim mərhum ərim Kim Kostenko elə deyildi.. Və
Yuri Rost də eləcə,mənim sevimli müəllimim Boris
Pankin də eləcə, Artma abırsız deyildi və mənim müəllimim, Boris Pankin
də eləcə.Mən
belə insanların arasında böyüdüm.
Və mənə de, zəhmət
olmasa, indiki həyasızlığın əvvəlki
ikiüzlülükdən fərqi
nədi?
RQ- Jurnalistikamızın taleyi
haqqında suala qayıdaraq, istəyirəm
nə də olsa sizinlə dəqiqləşdirim: kim nəticədə
qalib gələcək
– “kütləvi jurnalistika”,
ikimizin də həmkarımız olan bir nəfər onu həm də
belə adlandırıb:
“kompyuter çınqılı”,
yoxsa bizlər insan məktublarının
harayını və ənənələrini saxlayanlar?
Rudenko- Mən
sənə belə nümunəni deyim.Nə vaxt ki, Praqadan
qayıtdıqdan sonra
qəzetdə mənə
çətin oldu, ancaq yaşamaq da lazımdı, mən “Jurnalist” jurnalı üçün
dizi sorğular hazırladım.Təbii ki,
jurnalistlərlə. Rostla,Şekoçixinlə, Voşanovla,
Lena Masyuk-la. Sonra redaktor mənə dedi: indi isə
kapitalizmin köpək
balığına, Vladimir Yakovlevə,
“Komersant” qəzetinin sahibinin yanına get. O qərb jurnalistikasının
öncüllərindən biridir.”
Getdim onun yanına. Və “kompyuter çınqılı” məsələsindən
danışanda mənə
dedi: “Bunlar əvvəl idi. Və keçdi”. Mən anladım ki,
bu bizim üçün yaramır.
Mən 60-cı illərin
“Komsomolskaya”nın arxivinə girib bütün rubrikalarını
qaldırdım, əməkdaşlara
jurnalistika haqqında Valeri Aqranovskinin kitabçasının kserokopiyasını
payladım. Mən o köhnə ənənələrə
qayıtmaq istəyirəm
– bunun üçün
bazar lazımdı.
İnandırdım: bizdə
Qərb getməyəcək”.
Və söhbətin sonunda təklif edir: “Gənc jurnalistlər üçün
seminar aparın”. Mən,
əlbəttə, imtina
etdim, mən publika adamı deyiləm,heç vaxt, heç kəsi kafedradan və ya tribunadan öyrətmirdim,böyük
tribunalardan çıxışları
mən həmişə
rədd etmişdim.Axırda
Yakovlev mənə “Paytaxt” jurnalının birinci nömrəsi haqında resenziya yazmağı xahiş etdi, hətta öncədən qonarar da verdi.Mən oxudum, gördüm bu çox maraqlı
və çox lazımlı və əvəzsiz bir jurnaldı. Dedim: bu jurnal sizin
özünüz üçündü,
paytaxt üçün
deyil.Burdakı yazılar
hamısı ticarət
üstündə qurulub.
Əgər siz də ağır yoxdusa, onda başqa
iş seçin”.Bir neçə nömrə buraxdılar və jurnal öldü.Yakovlev də bir az keçmədən
nəşriyyatını satdı
və hara getdi bilinmədi.
(Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2012.- 14 aprel.- S.23.