Məhəmməd
Əmin Rəsulzadə
Nəşrin
redaktorları:prof. Şamil Vəliyev
və elmi işçi Samir Mirzəyevdir.
Əsərləri
Üçüncü cild (1915-1916)
Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.
(Əvvəli ötən şənbə saylarımızda)
Tövbə edildimi?
“Nicat” cəmiyyətinin ayın 20-də olan ümumi iclası münasibətilə “Açıq söz” yazdığı bir fəqərəsində arzu etmişdi ki:
“Qoy bugünki seçgicilər, cəmaət işində iman saflığı ilə əhliyət və bilgini əsil məqsəd olduğu fikrini təsdiq etsinlər.
Bu mənada bir tövbə edildimi?
Əksəriyyətlə
şənbə üzvlərinin (Yekşənbə
günü təyin olunan ümumi məclisin əksəriyyətinin
tədqiq olunsa şənbədən etibarən üzv
yazıldığı meydana çıxar) bir qələmlə
yazılı və bir əmr ilə verdikləri 65 seçki
vərəqəsinin nəticəsində seçilən
şəxslərin ism və rəsmlərinə baxaraq
mühakimə edənlərdən bəziləri ehtimal ki
işin “əhli”nə tapşırılmış olduğu
sarıdan xatircəmlik hasil edirlər.
Əlbəttə,
Behbud Ağa cavanşir, Xan Xoyski, Əbdürrəhim bəy
Heydərov, Nəcəf bəy Vəzirov kibi diplom
almış, məktəb keçmiş, cəmiyyət və
cəmaət işi görmüş adamların adları
başqalarına nisbətlə böyük xatircəmliklər
verə bilər.
Fəqət
iş yalnız “tüstünün düz
çıxmasında”mıdır.
Ən böyük arzu bu idi ki, “Nicat” cəmaət
işində iman saflığı və
vasiteyi-paklığı göstərmək surətilə
tövsiyə edib də “günah”larını
bağışlatdırmağa çalışsın.
Bu
xüsusda tövbə edilmədi hətta ən böyük
bir günah, günahi- kəbirə işləndi!
Seçkilər qeyri-təbii bir haldan
çıxarılıb da doğru bir mühakimə, diqqətli
bir əlaqə, lüzumlu bir hazırlıq istəyən məarif
cəmiyyəti müqəddəratının həlli
üçün ümumi iclas-təbiri – caiz
görülsün – küçəyə tabe tutuldu. İsa bəy
Aşurbəyli cənablarının müvafiq və
münasib gördükləri təbircə məsələ
“qara məxluq” köməgilə həll edildi.
Məarif işi, məarifdən anlar adamların əql
və idraki ilə idarə olunmalıdır. cəmiyyət
idarəsi cəmiyyətin həqiqi və mənəvi
üzvlərinin kəmali-azadlıqla verdikləri müstəqil
rəylərlə təşkil olunmalıdır.
Yalnız nəticə degil, vasitəyə də əhəmiyyət
verilməlidir.
Nahəqq yollarla həqiqətə gedilməz, çirkin vasitələrlə
pak iş görülməz!
Məarif və xeyrat cəmiyyətlərinin təşkilindən
iki əsl məqsəd vardır.
Bunlardan birincisi cəmiyyətin nizamnaməsində
göstərilən məqsədləri qovldən-felə gətirməkdir. İkincisi də,
cəmiyyət və cəmaət işinə ögrənmək,
cəmaətin işlərindəki müqəddəs əsaslara
adət etməkdir.
Bizdə bu məqsədlərin heç birisinə
lazımınca əhəmiyyət verilməyir. Hələ
ikincisinə olduqca xor baxılıyor.
“Makiavellizm” məktəbində gözəl məqsəd
üçün hər cür vasitə işlətmək
olar. Bu məslək “Yezvitizm”də də əsasdır.
Bunun müqabilində türklərin
laübaliliklə “canım, tüstüsü düz
çıxsın” dedikləri bir sözləri var.
Fəqət
bu məsləgə bilxassə məarif və xeyrat cəmiyyətlərində
yer verilməməlidirmi?...
Nəzərə
öylə gəliyor ki, nə var: madam ki, fəna adamlar
seçiləmiyor, varsın, seçki fəna olsun. Fəqət unudulur ki, seçki cəmaətin degil,
cəmaət idarə edən fərdlərin keyfinə
qalıyorsa, bu gün “sizsiz” “Nicat” dağılar – deyə
seçilmiş olanlar, yarın “siz “Nicat”i bərbad etdiniz” –
deyə qaralana bilərlər.
Qeyri-təbii dedigimiz seçkiyə malik cəmiyyətlərdə
seçilənlərin işlərini qiymətləndirəcək
azad bir mühakimə olmaz. Azadlıq olmadıqca
şübhəsiz ki, əsarət olur. Ayın
20-də seçilən cənablar “Nicat” cəmiyyətinin təbii
surətdə seçdikləri adamlar olmayıb, o seçkiyi
bir sahir işarəsilə idarə edənlərin əsirləridir.
Hətta o dərəcədə əsirləri
ki, bütün meyllərinə rəğmən vaqe olan
seçki nəticəsini qəbula da – tamam mənası ilə
məcbur oldular.
Bəni tanıyan tanıyor. Bənə xəlqi bəgənməmək,
xəlqə təhqir nəzərilə baxmaq istinadi verənlər
bir az düşünsəydilər,
böylə bir hərəkətin “buna bax, qazini
sögüyor” qəbilindən hər halda məarif cəmiyyətinin
binasinə yaraşan bir hal və rəftar
olmadığını dərk edərdilər.
“Qara xəlqi” bəgənmək, lazım olduğu zaman
onu meydana çəkib də bu, ya o surətlə idarə etməkdən
ibarət degildir. Qara xəlqi sevənlər qoy onu
işıqlandırsınlar. Qoy onu işıq
və əməl nəşr edən gözəl teatro əsərlərini
tamaşaya çəksinlər, asan dildə zəmanə və
onun ehtiyacı həqqində oxutdurduqları leksiyalara
aparsınlar, xəlq üçün açılan
darülfununlara götürsünlər, gecə kurslarına
yol eləsinlər, onlar üçün qiraətxanə
açsınlar, kitabxanənin qapısını üzlərinə
bağlamasınlar.
“Qara” xəlq
ancaq bu vasitələrlə “ağ” ola bilər.
cəmaət ancaq bu yollarla hissili,
duyğulu olur. Bu surətlə tərbiyə
olunan xəlq arasından təbii olaraq xidmət etmək
meylində olanlar tapılar. Öz arzu və
xahişləri ilə cəmiyyətə üzv yazılarlar.
Ümumi məclis olanda gələr və
artıq “müdiri-məxsus” işarəsilə degil, öz
qanacaqları və öz idrakları ilə rəftar edərlər.
O zaman rəy satqısı üstündə görülən
qeyri-təbii hallar da olmaz.
Bən bir kərə xəlqin üzünə qara demək
cəsarətindən təəddüb edərəm. Çünki çox kərə
nəzərə qara gələn xəlq arasında ağ üzlü görünənlərdən
daha ağ, daha pak adamlar ola bilər.
Fəqət heç bir zaman istəməm ki, xəlqi
işıqlandırıyorum – deyə, yaxşı məqsəd
üçün olsa da, onları öz xahişimə, öz
arzuma kor-koranə tabe edəm.
Çünki bu işıqlandırmaq degil,
qaranlıqlaşdırmağın ən zərərli bir
şəklidir.
Ayın 20-də olan iclas mənən müflis idi, qeyri-təbii
idi. Orada verilən rəylər təbii degildir, yapma idi.
Sonra bu məclis qanun və nizama da müvafiq
degil idi. Bir kərə cəmiyyətin
neçə üzvü olduğu aşkar degildi.
Sonra üzv yazdırılmışlarla məcburi olan bəyannamələrini
idarəyə verməmişlərdi. Çünki
üzvlik dəftərçələri əllərdə gəzdigindən
daha qaytarılmamışdı. Bu bəyənnamələr
mövcud olsaydı, 132 ədədi təxmini degil, təhqiqi
olardı.
Bilmiyoram, ayın 20-də seçilmiş olan möhtərəm
ağalar, cəmiyyət və cəmaət işinin əxlaqına
aşina olan cənablar, böylə bir seçki nəticəsində
öhdələrinə düşən şərəfli qəbul
da izzəti-nəfsləri üçün bir giranlıq hiss
etməzlərmi və yaxud özlərini mədəni və
ruhani bir rahatsızlıq içində bulmazlarmı?
Yoxsa Bakıda seçki həmişə böylə
olar – deyə onlardakı “tüstünün düz
çıxmasını” tərcih edərlər?
Fəqət,
iqtidarlı adminstratorumuz, ən məşhur
advaqatımız, ən qədim mühərrir və cəmaət
xadimimiz, cavan doktor, mühəndis, hüquqşünas və
müəllimlərimizdən ibarət olan bir heyət, əcəba,
“Bakı seçkilərindən” bezar olduğunu göstərməgi
kəndisinə mədəni bir borc bilməzmi?
Əgər
bu kibi sinif və şəxslərimiz dəxi cəmaət
işində görülməsi mətlub və lazım olan
saflıq, paklıq və dürüstlügə əhəmiyyət
verməzlərsə:
Vay əgər
əzçe emruz şöd fərdai!
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 23 mart 1916, ¹140
B.T. Doğrusu zamanın böylə ciddiyyətli bir dəqiqəsində,
tarixin bu qiymətli çağında, bir haldaki dünyada
millətlərin müqəddəratı həll olunuyor,
dövlətlərin biri batıyor, o biri çıxıyor,
cəmaətlərin ölüm-dirim məsələsinə
bakılıyor. İştə, öylə bir zamanda məəttəəssüf
biz ən adi şeylərlə məşğuluz. Ən ibtidai həqiqətləri anlatmağa məcburuz.
Doğrusu bu xüsusda yazmaq, söyləmək
də ağırdır. Fəqət vəzifədir
– Bədbəxt Bakı müsəlman qəzetəçisinin
ağır vəzifəsi.
M. Ə.
Sahir –
sehrbaz
Təəddüb
– ədəbili
Sahir –
sehrbaz
Təəddüb
– ədəbli, hörmətli
“Nicat” intixabi həqqində
(Bu məqalə
“Yeni İqbal”ın elan etdigi bitərəfliginə binaən məzkur
qəzetəyə göndərilmək üçün
yazılmış, fəqət “bitərəf” idarə tərəfindən
dərc edilmək istənilmədigindən bilməcburiyə
“Açıq söz”ə qoyulmuşdur)
Möhtərəm
müdir!
İsa Həqqi bəyin (əvvəlcə İsa bəy
Aşurbəyov, sonra İsa bəy Aşurbəyli, imdi də
İsa Həqqi bəy adındakı bu təhəvvül batinindəki
təbəddüllərin zahiri olmasın?) “Nicat”da
martın 20-də qaldırılan əsaslı bir məsələyə
şəxsiyyat və sögüşlə müqabilə edən
məktubuna qəzetənizdə “eynən” deyə yer verdikdən
sonra idarənizi tamamilə bitərəf
qaldığını elan ediyorsunuz.
Ona görə də bu məktubu sizə göndəriyoram. Sizə
göndərdigim bu məktubda İsa bəy məktubunun ancaq
bəzi məğlətə və təhəttömlərə
cavab verəcəgəm.
Mövzu bəhsi olan əsas məsələ həqqində
daha təfsilli məlumat istəyənlər “Açıq
söz”ə müraciət edə bilərlər.
Hər şeydən əvvəl bunu ixtar edəlim ki,
“Yeni İqbal” oxucuları bizim cavabımızda İsa bəyin
yazılarında olan həzrə xitablara, səfil kinayələr,
çirkin “bədyə”lər gözləməsinlər. Biz onu nə
özümüzə, nə də oxuculara layiq
görmüyoruz.
Bundan sonra da ixtar edəlim “Yeni İqbal” oxucuları da
bilsinlər ki, biz o gün seçilən şəxslərə
degil, icra olunan seçgilərin rüsvay şəklinə
etiraz ediyorduq.
Martın 20-dəki seçgi qeyri-təbii və məarif
cəmiyyətinin heysiyyət və şanına yaraşan bir
şey degildi.
Bunu yalnız bən və o məclisdə etiraznamə verənlər
və sonra açıq məktubi imza edənlər degil,
seçilənlərdən doktor Rəfiyev ilə Hacı bəy
Axundov istefaları ilə, Behbud ağa cavanşir ilə
İbrahim bəy Heydərov cənabları dəxi xüsusi
surətdə vaqe olan bəyanları ilə bildirdilər. Hətta bənim tənqid etdigim əsnada başilə
müvafiqət əlamətləri göstərən
cavanşir cənabları seçgidən sonra bilzat
yanımıza gəlib, həqiqətən də bu
seçgilərin layiq surətdə icra edilmədigini, buna əlbirligi
ilə bir çarə etmək lazım olduğunu söylədilər.
Namuslarına etimadən bunu elan edə bilərəm.
O məclisdə olan bitərəf şəxslərin əksəri
dəxi bunun böylə olduğunu təsdiq edərlər-zənnindəyəm.
İsa bəy dəxi yazdığı məktubunda
etiraf ediyor ki, martın 20-də olan iclasa əlliyə qədər
“həvəsli” cavanlar yazdırmışdır. Fəqət
bu həvəsli cavanları nə surətlə
yazdırdığını o məclisdə
“yazdırdığı” bir adama azadanə rəy verdigi
üçün küçə sögüşləri ilə
xitab etdigi ilə isbat etmiş oldu.
Biz məclisdə
ağzımızı açarkən İsa bəy
“yazdırdığı” adamları təhrik etmək qəsdilə:
bax, cəmaət, Məhəmməd Əmin qara məxluqi sevmiyor
– demişdi. İmdi də o əvam firibligindən
əl çəkmiyor. O, əlliyə qədər adam yazdırıb da nəticədə
doktorları, mühəndisləri və müəllimləri
seçdirmək istərkən, biz özümüz kibi
heç bir yerdən qurtarmamış
yarımçıqları seçdirmək istəyirmişik.
Əgər
nasəhih seçkiləri protesto edən məktubə imza
qoymaq mütləq idarəyə seçilmək meylini
göstərirsə, o zaman bizim açıq məktubi dəxi
doktor Nəriman, mühəndis Əzizbəyov,
hüquqşünaslardan: Vəkilov, Əlibəyov, Xəlilbəyov,
Palavandov, doktor Seyidov kibilər də imza etmişlərdi.
Demək ki, biz də İsa bəy kibi degil, təhsil
görmüş adamlar seçmək istiyormuşıq. Fəqət
yenə təkrar ediyoruz, bizim qəsdimiz ancaq seçgi
üsuluni tapdalanmaqdan, müqəddəs işləri müqəddəs
vasitələrlə gördürməkdən başqa bir
şey degil idi və degildir də. Qoy sabah
seçgi olsun, fəqət, üsuli ilə, yolu ilə, təbiəti
ilə olsun. Biz seçilmiş olan adamları təkrar
seçəriz, hətta İsa bəy Aşurbəyovu da.
Bunu anlamayan zənn edəriz kimsə qalmamış.
Fəqət İsa bəy istəməz ki, burası
anlaşılsın, o əvam firibligində baqidir. Hey təkrar edib duruyor. Bən cəmaətin niyyətinə “napak”,
özünə də “qara məxluq” demişəm imiş.
Fəqət qara məxluq sözünün qaili bən
degil, İsa bəy özüdür. “Açıq söz”də
“qara məxluq” sözü işlənmişsə, İsa bəydən
alınaraq dırnak içində saxlanaraq işlənmişdir.
“Napak” sözü niyətə degil, vasitəyə,
yəni İsa bəyin üsulinə denilmişdi. Bəli, seçkiçilər üzərində
açıq-aşkara nüfuz işlətmiş,
seçkiyi, bu milli işi saldat bazarına döndərmək,
nə dərəcədə napak isə, bir məqalə və
ya bir nitqdən bəhs edərkən təhrif surətilə
iqtibas eləmək, söyləmədigi sözü tərəf
müqabilə bağlamaq dəxi o qədər napak bir
üsuldur.
Fəqət “Həqqi” cənablarının həqqaki bu
xüsusdaki məharətlərini, sənətlərini,
istedad və ləyaqətlərini tamamilə qəbul edərəm. Hiylə və
intriqa sənəti təşviq olunursa, bu xüsusda ən
böyük nişangahi İsa bəy naminə dikəltməlidir.
Bən burasını bilirdim və bilirdim ki, əsl
mövzui gurultuya vermək üçün İsa bəy bizə
nə kibi vasitələrlə xüruc edəcək. Fəqət
vicdanən rahət və mütəmmin olduqdan sonra varsın
nə istərlərsə, etsinlər, nə deyirlərsə,
desinlər, bu kibi hücumlardan qətiyyən geri getməm.
Bəni tanıyan tanıyor. Bən “zərrəxşan”
havasında olsaydım İsa bəy Aşurbəyovun
durduğu səfdə olar, zamanın qüvvətlilərinə
qarşı hər zaman və hər məkanda “füzul”luq
etməzdim.
Dünyada nə qədər müqəddəs, nə qədər
gözəl şey olursa, “Həqqi” kibilərin vücudu ilə
fəna şeylərdən, çirkin təsirlərdən
azad olamaz.
Seçki əsasına bağlı olan cəmaət
işləri – məlum a – Avropadan gəlmə bir töhfədir. Seçki bəşərin
ən müqəddəs bir hüquqi-vətəniyyəsi
sayılmaqda ikən Avropada dəxi lovsiyatdan ari degildir. İsa bəylər və İsa bəyliklər
orada da vardır. Fəqət oralarda bu kibi
lovslar və heç olmasa, siyasi seçkilərdə tətbiq
olunub qalıyor. Həm də əndazəsi
ilə oluyor. Elmi cəmiyyətlərdə,
məarif müəssisələrində bu rüsvayçılığı
kimsə soraq verə bilməz.
Görünüyor ki, isa bəy Avropa seçgilərinin
fəna və mənfi cəhətləri nə varsa,
hamısını ögrənmiş, Şərq və Qərb
üsulları ilə silahlanmış, tam bir seçki
intiriqanı olmuşdur.
Yoxsa bu qədər məharətli bir əvamfrib
olamazdı.
Avropadaki İsa bəy biçimli partizanlar özlərini
əsasca zəif gördükdə tərəfmüqabilin
şəxsiyyətini tənqidə, bir taqım vasitələrdən
istifadə ilə adını ləkələməgə
başlarlar. Əlbəttə, insan qabili-səhv və
nisyandır. Onsuz olmaz, bir xətası
bulunur. Fəqət bu cüzi xətayi hiyləgər
partizanlar hüflər, şişirər, başqa rənglərdə
göstərərlər, İsa bəy də öylə
ediyor.
Bu məqsədlə İsa bəy “Nicat”ın 1909-cu ildəki
keçmişinə müraciət ediyor. Oradan bizi ləkəliyəcək
materiallar çıxarıyor. Və imdiki
tənqidlərimizi də o zamanki əhvallarla münasibətdar
göstərmək istiyor.
Əlbəttə, İsa bəy imdiki halda hakimi-əhvaldır. “Nicat” arxivindən
istədigini çıxarar, istəmədigini örtə bilər.
Buna görə də söylədigi şeylər həqqində
verəcəgimiz izahat yalnız hafizəmizin müvafiqəti
nisbətində ola bilər.
1908-ci və 1909-cu illərdə “Nicat” cəmiyyətinin
idarəsi bizim cavan – və etiraf edərəm – təcrübəsiz
çiknimizə qoyulmuşdu. Biz bu ağır
yükün altına girmiş, bacardığımız və
bildigimiz qədər daşınmışdıq. Bu iki
il ərzində gördügümüz işlər cəhəti-maddiyəsi
fəcih bir “hadisə” ilə tamam oldusa da, mənəvi tərəfi
hala xatirlərdə – əlbəttə, münsif və bitərəf
xatirlərdə – hüsni-xatirə buraxmaqdadır. Hüsni-niyyətimizə kimsənin – hətta ən
şiddətli münəqqidimiz olan Oruc Orucovun belə şəkk
və şübhəsi yoxdur.
“Nicat”ın gecə kurslarına, cümə məktəbinə,
teatro işlərin, musiqi himayəsinə, qiraətxanəsinin
genişlənməsinə, pansion saxlanmasına həp bizim
idarə mütəşəbbüs olmuş, bizim idarə
qadınlar arasında bir şöbə açmağa ilk dəfə
olaraq iqdam etmişdi.
İdarəsi “tazə” adamların əlində
olduğundan naşi şəhər nüfuzlularının mərhə-mətsizligini
qazandığından maliyəcə zəif – deyə hər
zaman iftixar edə bilər. Müsəlman cəmiyyətləri
arasından ilk dəfə olaraq “Nicat” cəmiyyəti mətbu
olaraq hesabnamə nəşr etmişdir. Bu
yeganə hesabnaməyi dəxi 1908-ci ilə məxsus olmaq
üzrə bizim idarə etmişdi. Həm
də yalnız dəxl və xərc hesabi degil, cəmiyyətin
fəaliyyəti həqqində də məruzədə
bulunmuşdu.
Doğrudur
ki, bizim kassamızda nəqd olaraq 15 min manat yox idi, doğrudur
ki, ev və mənzil kirayəsi verməkdə
müşkülat çəkirdik. Fəqət
bu da doğrudur ki, Bakı boyda böyük bir müsəlman
şəhərini qiraətxanəsiz bulundurmiyorduq. Bu da doğrudur ki, naqis olsa da, “Nicat”
kitabxanasının qapısını bağlamıyorduq.
Hesabati-baqiədən öhdəmdə 269 manat 45 qəpik
qaldığı qeyd olunmuşdur.
Bundan 177 manat 45 qəpik kassa hesabından olub, 92
manatı isə teatro bəhasi (pulu demiyoram) idi.
Martda “Tərəqqi” qəzetəsinin müxabiri sifətilə
əcələ olaraq İrana getmək lazım gəliyordu. Xəzinədar
Əsədullah Axundovdan təhvil aldığım kassayi Məşədibəy
Əzizbəyova həvalə ilə yola çıxdım.
Etiraf edərəm ki, dövr və istihalə əcələ
olduğu üçün üsuli ilə və diqqətlə
ola bilməmişdi və ayağımda
177 manat 4 qəpik qədər bir şey qalmış
olduğu sonradan anlaşılmışdı. İki
aydan sonra döndüm. Haman məbləği
bənim qiyabimdə idarə sədarətinə
seçilmiş olan İsa bəyə təhvil verdim. Baxdım ki, 92 manat da teatro bahası verməli
imişəm. Bu teatro tərtibatına
iştirakım hesabilə ailəmin çox kərə
boş qalan localardan elədigi istifadəyə qarşı təqdim
olunan sçet idi. Bir halda ki, cəmiyyət
əsərlərimi oynamış, bənə bir qəpik də
olsa, qələm həqqi verməmişdi. Bu hesaba əlbəttə, söz demədim.
Madam ki, istənilir, verilməlidir. Fəqət həqqdir, yoxdur, möhlət aldım.
Sonra Tehranda ikən İsa bəydən məktub aldım ki, cəmiyyət
məzkur məbləğin səndən alınmamasına qərar
verdi.
Demək ki, bunun nə qədər üsulsuz olduğunu
kəndisi də etiraf etdi.
Əlbəttə, bən də “həvəsli” üzvlər
cəlbinə sərf edəcək artıq pula malik
olsaydım, bu haləti də istəməzdim, cəmiyyətin
o ətiyyəsini də qəbul etməzdim.
Əsədullah
Axundovun nə dərəcədə sui-müamilə əhli
olduğunu da İsa bəyin nəql elədigi “hadisə”dən
sonra 5 il müddətində “Nicat”ə xəzinədarlıq
etdigi üçün cəmiyyətin əbədi
üzvlügünə seçildigi fəqərəsini
göstərməkdədir.
İsa bəy cənabları təhqiqat əsnasında
idarə əzalarımızdan birisinin naşayiəstə bir
söz söyləmiş olduğunu zikr ediyor. Amma kəndisinin bir il sonra tənqid cəsarətində olan Məhəmməd
Sadiq Axundovu nökəri
Əbdülrəşidə:
“Adə, vur-vur boynunu ardına, çıxar bu filan-filan
şödəni bayıra” – deyə bayıra
atdırdığı ilə haman himmət
və cəsarətinə sənəxvan olduğu Oruc Orucova dəxi
ağız açdırtmadığını
xatırlasaydı, yaxud martın 20-dəki iclasda söylədigi
küçə sögüşlərini unutdurmasaydı.
Biz 1909-cu
ildə “Nicat” maliyyəsini “israf” etdigimiz halda yenicə nəşr
olunan hesabnaməsinə görə cəmiyyətin müvazinəsi
5008 manat 40 qəpikdən ibarət idi. Halbuki,
işlər bizə keçdigi zamanda bu müvazinə 3831
manat 33 qəpik imiş. Bizdən sonra
İsa bəy Aşurbəyovun sədarətində bu
müvazinə ancaq 158 manat 50 qəpik yarım qədər arta
bilmişdir. Kassa hesabından görüldügü vəchlə
1909-cu ildə 4703 manat 45 qəpik mədaxil olub, 4837 manat 88 qəpik
yarım məxaric olmuşdur ki, 130 manat bu qədər bir
açıq qalmış deməkdir.
Fəqət bu cüzi açıqla bərabər
yuxarıda zikr olunan müəssisata malik idik. Yalnız
böyük qüsurumuz var idi. İsmürəsm
sahibi degil idik.
Dövlətlilər yanında “üzümüz” yox idi. Ona görə
də mali-müşkilat çəkirdik. Bu
müşkilat dəxi “səhlənkarlığımızı”
və sonra “məzəmmətə”
uğramağımızı mucib olmuşdu.
Fəqət İsa bəyin idarəsi nə etmişdi? Bir kərə
“münəqqid”lərə meydan verilmədi, çünki
iclas ümumi “həvəskar” cavanlardan ibarət idi. Çünki Əbdülrəşid qapı
ağzında durub yumruğunu düymələmişdi.
Çünki müfəttiş təhdid olunub
susdurulmuşdu, meydanda mənəvi iş olmaq üzrə isə
“Nicat” qəzetəsi var idi. Məarif cəmiyyətinin
orqanı edan olunan bu qəzetə bələdiyyə
seçkilərinin intriqaları ilə məşğul
oluyor, buna, ona hücumlar etməklə “məarifə xidmət”
ediyordu.
Nizamnaməyə səhl bakmaları mühasibat dəftərlərini
intizamla saxlamamaları üçün 1909 idarəsi cəmiyyətin
hüzuruna hiylə və dəstəbaz, qoçubazlıq və
Əbdülrəşid ilə degil hüsniyyət və səmimiyyətlə
çıxdı.
Səhlənkarlığına müqabil məzəmmət
eşitdi.
Fəqət
bununla bərabər hər hanki bitərəf bir münəqqidə
sorsanız 1908 və 1909 illərinin “Nicat” fəaliyyətini mənəviyyət
və ruhca ən parlaq və sevimli bir dövr deyə elan edərlər.
Biz bununla mütəsəlli oluyoruz. Nicat həyatına aşina olanlar buradakı
seçkilərin hər zaman bir intriqa, bir gurultu, bir hadisə
ilə vaqe olduğunu bilərlər. Nədir
bunun səbəbi?
Seçkilərin təbii olunmaması, seçkilərin
başqa hesab alanların, başqa adamlar olduğu.
İştə, biz bu mərəzi sağaltmaq
üçün seçkilərin şəklinə, İsa bəy
üsuli ilə icra olunmalarına qarşı protesto etdik və
ediyoruz və edəcəgiz. Qoy mühəndislər,
doktorlar, müəllimlər İsa bəyin mərifəti ilə
degil, öz nüfuzları, öz etibarları ilə
seçilsinlər.
Biz bu istəgimizə İsa bəylə nə kibi əvamfərbiyanə
bir surətdə cavab verdigini gördük. Fəqət
bu cavab bizə onsuz da bəlli idi. Binaənileyh yenə
“Nicat” idarəsinə sahib çıxanlara xitabən
yazılan açıq məktubu imza edənlərlə bərabər
diyoruz ki: əfəndilər, özünüzü necə
hiss ediyor, martın 20-dəki intixabları təbii
buluyormusunuz. “Bədiyyə”çi İsa bəyin
həvasati-nəfasatinə nə kibi bir pərdə təşkil
etdiginizi görüyormusunuz?
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 28 mart 1916, ¹144
Məğlətə
– fitnə törədən söz
Təhəttöm
– məcburilik, zərurət
Təhəvvül
– dəyişmə
Lovs – kəsafət,
kir
Ətiyyə
– hədiyyə, bəxşiş
Naşayistə
– nalayiq, yaraşmaz
Sənaxan
– mədh edən, tərifləyən
Firib –
aldatma, hiylə, kələk
(Ardı var)
Şirməmməd Hüseynov
525-ci qəzet.-
2012.- 21 aprel.- S.26-27.