İki ölkənin oğlu- Azərbaycan diasporu

 

 

Oleq Andreyeviçin avtobioqrafiyasına bələd olan hər kəs adının familiyasının qabağında tərəddüd etmədən başlığa çıxartdığımız bu üç kəlməni yaza bilər: iki ölkənin oğlu. Yəni Azərbaycan xalqının övladı Oleq Ukrayna xalqının oğlu Oleq Krapivin. Əslində burda heç bir qeyri-adi mübaliğə yoxdur. 1960-cı ildə qədim Şirvanın paytaxtındaŞamaxı şəhərində doğulan haqqında söhbət açmaq istədiyimiz bu insan canıyla-qanıyla hər iki ölkəyə bağlıdır.

Əlbəttə, Oleq Krapivin özü etiraf edir ki, dədə-baba torpağı Azərbaycandır. O, burda ilk dəfə birinci sinfə getmiş, idmanla məşğul olmağa başlamış, yeniyetmə ikən Şamaxıdakı bədən tərbiyəsi təmayüllü məktəbdə oxumuş, sərbəst güləş üzrə ilk uğurlara imza atmışdır. Belə ki, 15 yaşlı şagird gənclər arasında respublika çempionu olmuşdur. Daha sonra Oleqin həyatında ən parlaq məqamlar bir-birini əvəz etmişdir: gənc idmançı Azərbaycan Dövlət Bədən Tərbiyəsi (indiki Bədən Tərbiyəsi İdman Akademiyası) İnstitutuna daxil olub ali təhsil almışdır. Həmvətənimiz on dörd qat Azərbaycan çempionudur. Sabiq SSRİ yığma komandasının tərkibində dəfələrlə beynəlxalq yarışlarda ölkəmizi təmsil etmiş, Bakıya saysız-hesabsız medallarla, prizlərlə, fəxri fərmanlarla qayıtmışdır. Oleq Andreyeviç əməkdar idman ustası, keçmiş Sovetlər İttifaqının Azərbaycanın sərbəst güləş üzrə əməkdar məşqçisi adını indi fəxrlə daşıyır. Onun yüzlərlə yetirməsinin sorağı dünyanın ən müxtəlif ölkələrinin ən mötəbər yarışlarından gəlir, onlar həvəslə hər yerdəbizim ilk məşqçimiz Oleq müəllim olmuşdursöyləyirlər.

Bir məşhur filosofun sözüdür: “dünya fədakar insanların çiynindədir”. Həmyerlimiz hazırda Kiyev şəhərində yaşasa da, qətiyyən Odlar yurdunu yaddan  çıxarmır, necə deyərlər, bir ayağı Bakıdadır. Axı, Oleq Andreyeviçin Ukrayna ilə Azərbaycan arasında yaratdığı çoxşaxəli əlaqələr bir yana dursun, həm o, Respublika Güləş Federasiyası sədrinin birinci müavini kimi məsul vəzifədə çalışır həmişə işinin öhdəsindən bir peşəkar idman xadimi kimi gəlməyi bacarır.

Məlum olduğu kimi, müstəqil Ukraynada Azərbaycan diasporunuAzərbaycan Konqresi adlanan ictimai qurumu ulu öndər Heydər Əliyev yaradıb. Bu təşkilat rəsmən ölkənin Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçəndən sonra qeyrətli soydaşlarımız onun ətrafında birləşməyə başlayıb. Konqresə ilk qoşulanlardan biri Oleq Andreyeviç olub. Bu diribaş, şanlı-şöhrətli, yurdsevər insan Azərbaycan icmasının adi sıra nəfəri deyil. O, hər bir azərbaycanlının hüquqlarının müdafiəsi üçün can yandırır, millətimizi tanıtmaq naminə malından-pulundan səxavətlə keçir, Kiyevdə Ukraynanın digər şəhər qəsəbələrində istedadlı gənc idmançılarımızın üzə çıxarılmasında maddi-mənəvi köməyini əsirgəmir, yarışlara, birinciliklərə sponsorluq edir s.

Oleq Krapivin həm fiziki cəhətdən, həm əqidəcə, mənəviyyatca sağlamdır. Yeri gələndə, ötən illərin uğurları onu həvəsə gətirir, özü yarış iştirakçısına çevrilir. Qələbə isə veteran güləşçini heç vaxt tərk etmir. Məsələn, o, 2007-2008-ci illərdə elə veteranlar arasında keçirilən sərbəst güləş yarışlarına qoşulmuş, Dünya çempionu adına layiq görülmüşdür. Futbola böyük rəğbət bəsləyən eloğlumuzDinamoKiyev Neftçifutbol komandalarının veteranlarının oyununu Bakıda təşkil etmişdir. Heydər Əliyevin doğum gününə həsr olunmuş həminyoldaşlıq görüşühər iki ölkədə rəğbətlə qarşılanıb. O, ümummilli liderimizin xatirə günü münasibətiylə təşkil edilən ənənəvi milli futbol turnirlərinin isə 2005-ci ildən daimi təşkilatçısıdır.

Ancaq sərbəst güləş üsrə xatirə turniri artıq ənənə halını alıb. Oleq Krapivin bu beynəlxalq yarışmanı da öz ailə büdcəsi hesabına keçirir. Xatirə turniri miqyasına görə həmişə geniş vüsət alır, Ukrayna Azərbaycan mətbuatında layiqincə işıqlandırılır. Kiyevdə bu yarış təkcə idmançıların deyil, həmçinin ölkənin nüfuzlu dövlət siyasi ictimai xadimlərinin maraq dairəsinə düşür. Həmyerlimiz uzun illərdir ki, Kiyev Dövlət Bədən Tərbiyəsi Universitetinin güləş zalında həftədə dörd dəfə azərbaycanlı uşaqların mütəmadi surətdə məşqini təşkil edir müasir tipli salonun icarə haqqını, eyni zamanda, məşqçi-pedaqoqun aylıq məvacibini şəxsi vəsaiti hesabına ödəyir.

Oleq Andreyeviçin xidmətləri yalnız idman sahəsi ilə məhdudlaşmır. O, elmə, təhsilə mədəniyyətə eyni dərəcədə maraq, qayğı diqqət göstərir. Kiyev şəhərinin 37, 188, 247 291 saylı orta məktəblərinin nəzdində Azərbaycan dili sinifləri açılıb. Həmin təhsil müəssisələrində oxuyan yüzə yaxın şagirdə Vətənimizin tarixi, coğrafiyaçı, Azərbaycan ədəbiyyatı dili öyrədilir. Onlar daim dərs vəsaitləri lazımi ləvazimatlarla təmin edilir, fənn müəllimlərinin maaşları vaxtında Krapivin tərəfindən verilir.

Soydaşımızın təşəbbüsü ilə tez-tez yüksək səviyyəli kitab təqdimatları təşkil olunur. Kiyevdə Müəllimlər Evində akademik Ramiz MehdiyevinAzərbaycanlıların real soyqırımıkitabının müzakirəsinə xeyli sayda görkəmli dövlət xadimi, siyasətçi, pedaqoq, alim təşrif gətirmişdi. Kitabın vacibliyi nəzərə alındı tezliklə Ukrayna dilinə tərcümə edilib nəşr edildi. Tanınmış jurnalist Yuri Siqovun Azərbaycan həqiqətləri barədə qələmə aldığı ciddi kitabı da eləcə. Konqres üzvü, türkoloq alim Fərhad TuranlıUkrayna tarixi türk mənbələrindəadlı maraqlı bir əsər yazıb ortaya qoymuşdur. Kitab Ukrayna dilinə çevrilmiş, paytaxtda keçirilən təqdimatında Azərbaycan Respublikası Prezident Administrasiyasının bölmə müdiri Qafar Əliyev, həmçinin Azərbaycanlıların Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) direktoru İlham İsmayılov iştirak etmişlər.

Oleq Krapivinin elmi əlaqələrin inteqrasiyasında da xidmətləri misilsizdir. 2011-ci il aprel ayında Bakı şəhərində Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə, A.S.Popov adına Odessa Milli Rabitə Universitetinin “Fəxri doktoru” adının verilməsinin təşkilatçılıq işlərinin xeyli hissəsi soydaşımızın üzərinə düşmüşdür. Azərbaycanlı professor Arif QuliyevinQloballaşma şəraitində beynəlxalq hüquqi kontekstdə xarici əlaqələr” monoqrafiyasının təqdimatına da yardım əlini uzatmışdır. İndi Oleq Andreyeviç T.Şevçenko adına Kiyev Milli Universitetinin politologiya kafedrasının professoru Oleq Tkaçla 370 səhifəlik “Ukrayna – Azərbaycan: inamdan əməkdaşlığa doğruelmi monoqrafiyanı çapa hazırlayır. Sözsüz, bu dəyərli kitab iki qardaş ölkə arasında münasibətlərə güzgü tutar.

Konqres üzvünün gördüyü digər işlər faktlar və rəqəmlərdə: Azərbaycan Konqresinin nəzdində fəaliyyət göstərən “Vətən” rəqs qrupuna daimi himayədarlığı və ansambla Dövlət statusunun verilməsi; Kiyevlə Bakı şəhərlərinin təhsil idarələri arasında əlaqələr yaratması, əməkdaşlıq müqaviləsi imzalaması, işgüzar səfərlərin təşkili; Paytaxtdakı Səməd Vurğun adına kitabxananın təmiri və bilik ocağını himayəyə götürməsi, 9 may 2012-ci ildə Kiyevin Obolon rayonunda Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksinin maliyyələşdirilməsində yaxından iştirakı.

Onun ictimai fəallığı da yüksəkdir və gördüyü işləri kölgəyə almır. Krapivin hazırda Ukrayna Azərbaycanlıları Konqresi (UAK) sədrinin birinci müavini, təşkilatın Kiyev şəhər nümayəndəliyinin rəhbəridir. İcmanın daxilində öz təşəbbüsü ilə “Heydər Əliyev adına Ukrayna – Azərbaycan təhsil, elm-mədəniyyət və idman mərkəzi” adlı qurum təsis edib, bu özəl qurumun başbiləni, beynəlxalq ictimai təşkilat statusunda fəaliyyətini genişləndirən “Azərbaycançılıq İnstitutunun prezidentidir.

Təltifləri: Qeyrətli və əqidəli soydaşımız UAK-da ictimai-siyasi fəaliyyətilə Azərbaycan diasporunun inkişafına xüsusi qayğı və köməkliyinə görə həm Ukrayna Dövlət, həm də digər qurumlar tərəfindən yüksək qiymətləndirilir. Təkcə 2010-2012-ci illərdə Oleq Krapivin Ukrayna Nazirlər Kabinetinin, Mədəniyyət və Turizm Nazirliyinin, Ailə, Gənclər və İdman Komitəsinin, Milli Azlıqlar və Dini İşlər üzrə Dövlət Komitəsinin fəxri fərmanları ilə təltif olunmuşdur. O cümlədən, Ukrayna Ali Radası insan hüquqları üzrə səlahiyyətli nümayəndəsinin fəxri nişanını, Milli Elmlər Akademiyasının medalını almışdır. Həmyerlilərimizin birləşməsi istiqamətində apardığı səmərəli işlərə, hüquqlarının qorunmasında, kulinariyamızın, mədəniyyətimizin Ukraynada tanınmasındakı ardıcıl, yorulmaz fəaliyyətinə görə dəfələrlə AR-nın bu ölkədə mövcud səfirliyi tərəfindən fəxri fərmanla, təşəkkürnamələrlə təltif olunmuşdur.

Oleq Andreyeviç siyasi cəhətdən ayıq, hazırlıqlı ziyalı kimiadamdan söz eşitməyi bacarıb. Məsələn, 2010-cu ilin aprelində bədnam ermənilər tərəfindən Ukraynanın Dövlət Televiziyasında Azərbaycan haqqında yanlış, cəfəng materialın efirə getməsinə bir gün qalmış ölkədəki yüksək səviyyəli əlaqələrindən istifadə edərək, qarşısını almışdır. Kiyev şəhərinin Qoloseyevskiy rayonununOdessa” meydanında uydurma “erməni soyqırımı”na abidə qoyulmasına da etiraz etmiş, məsələni Prezident Administrasiyasının rəhbəri səviyyəsində müsbət mənada yoluna qoymuşdur. Bax, fədakar həmvətənimiz Oleq Andreyeviç Krapivin belə bir işıqlı insandır.

 

Ağacəfər Həsənli

Kiyev – Bakı

525-ci qəzet.- 2012.- 19 dekabr.- S.4.