İctimai rəyə təsir baxımından qəzetlərin indi də özünəməxsus rolu var 

 

 

ZÖHRƏ ƏLİYEVA: “Elektron informasiya vasitələri artdıqca, qəzetlərə bir qədər az önəm verilir,

BUNUNLA BELƏ, BİZ YENƏ MƏTBUATLA ƏMƏKDAŞLIĞA CİDDİ DİQQƏT AYIRIRIQ”

Müsahibimiz Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyevadır.

Zöhrə xanım, Mədəniyyət Turizm Nazirliyində mətbuat katibi kimi vaxtdan fəaliyyət göstərirsiniz?

Demək olar ki, Mədəniyyət Turizm Nazirliyi təsis olunan gündən mən bu vəzifəni icra edirəm. Bildiyiniz kimi mən 2004-2005-ci illərdəLiderteleviziyasında çalışmışam. Ondan da əvvəl, 1985- ci ildən 2002-ci ilə qədər əvvəl Azərbaycan Dövlət Radiosunda, sonra isə televiziyasında çalışmışam. Radioda çalışdığım dövrdə, həm televiziyada veriliş aparırdım.1994- ildə isə tamamilə televiziyaya keçdim. Uzun müddət Azərbaycan TeleviziyasındaƏdəbi dram verilişləribaş redaksiyasının incəsənət şöbəsində fəaliyyət göstərdim, eyni zamanda daSəhərverilişini aparırdım. Liderteleviziyasında çalışdığım 2004-2005- ci illərdə mədəniyyət turizm nazirliyinə dəvət aldım. O vaxt hələ nazir Polad Bülbüloğlu idi. Biz Polad Bülbüloğlu ilə cəmi bir il işlədik. 2006-cı ildə isə Mədəniyyət Turizm Nazirliyi yarandı. Polad Bülbüloğlu sonuncu Mədəniyyət naziri oldu, Əbülfəs Qarayev isə ilk Mədəniyyət Turizm naziri. Rəhbərlik dəyişildikdən sonra kollektiv yeniləndi, təqaüdə getməli olan əməkdaşlar təqaüdə göndərildi, gənc kadrlar gəldi. Ancaq belə məsləhət görüldü ki, mən qalıb nazirlikdə fəaliyyətimi davam etdirim. Əbülfəs Qarayevi hələ Dövlət Televiziyasında işlədiyim zamanlardan tanıdığım üçün çox böyük məmnuniyyətlə bu təklifi qəbul etdim. Bu il yanvar ayında artıq 7 il tamam olacaq ki, nazirliyin mətbuat katibi kimi fəaliyyət göstərirəm.

Bir mətbuat katibi kimi sizin işinizin əsas prinsipləri nədən ibarətdir?

Mədəniyyət Turizm Nazirliyi mahiyyət məzmun etibarı ilə cəmiyyət üçün açıq bir dövlət qurumudur. Ümumiyyətlə Mədəniyyət Turizm Nazirliyinin maraqlı tərəfi, onu səciyyələndirən xüsusiyyəti odur ki, cəmiyyət daima mədəniyyətlə sıx maraqlanır. Ona görə həm nazirliyin, həm nazirin gördüyü işlər, fəaliyyəti cəmiyyət üçün bağlı qalması mümkün deyil. Mətbuat katibinin əsas vəzifəsi rəhbərlik ilə cəmiyyət arasında bir növ körpü yaratmaqdır. Mədəniyyət Turizm Nazirliyi insanların həyatı, mədəniyyəti, dünyagörüşü ilə bağlı, həm maarifləndirici, həm əyləndirici, eyni zamanda da Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna, mədəni-siyasi durumuna təsir edən bir dövlət qurumudur. Məlum məsələdir ki, dünyada bütün xalqlar ilk olaraq öz mədəniyyətləri ilə tanınırlar. Azərbaycan mədəniyyəti bütün dünya mədəniyyətinə təsir edən, onun içərisində xüsusi bir yer tutan bir mədəniyyətdir. Bilirsiniz ki, bizim Beynəlxalq şöbəmiz var biz təkcə daxili deyil, həm beynəlxalq fəaliyyətlə məşğuluq. Bunu həyata keçirilən beynəlxalq tədbirlər təsdiq edir.

Azərbaycanın birinci xanımı, YUNESKO İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mədəniyyət sahəsində görülən bütün işlərdə bizə dəstək olur demək olar ki bütün mədəni işləri bərabər həyata keçiririk. Hər dəfə mədəni aləmdə bu cür hadisələr baş verəndə bütün dünya ölkələrinin diqqətini cəlb edirik. Biz öz mədəniyyətimizə aid olan faktları təsdiq etdikcə, hətta deyərdim ki, özümüzə qarşı müqavimətlər görürük. Onsuz da Azərbaycanın siyasi vəziyyəti elədir ki, onun apardığı bütün özünütəsdiq mübarizələri müəyyən qurumlar tərəfindən təzyiqlə qarşılanır. Bizim işimizin əsas prinsiplərindən biri Azərbaycan mədəni həyatında baş verən bütün işlər, fəaliyyətlər haqqında media nümayəndələrinə dolğun məlumatlar ötürməkdir.

Mətbuatla əlaqələri necə qurursunuz. Məlum məsələdir ki, Mədəniyyət Turizm Nazirliyi yalnız mədəniyyətlə bağlı bir qurum deyil. Hər iki sahəni özündə birləşdirən bir qurumda mətbuat katibi işləmək çətin deyil ki ?

Ümumiyyətlə, Mədəniyyət Turizm Nazirliyinin mədəniyyətdən yazan jurnalistlərlə sıx əlaqələri var. Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət tərəfi ilə turizm tərəfi bir-birindən ayrı mövcud olmadığı üçün, həm mədəniyyət sahəsi, həm də turizm sahəsi Azərbaycanı beynəlxalq aləmdə təsdiq edən, onun nüfuzunun sivil səviyyəsini qoruyan bir dövlət qurumdur və insanların həyatının müəyyən bir hissəsi bu sahələrlə sıx bağlıdır. Ona görə də bizim nazirlik çox fəal və öndə gedən bir dövlət qurumudur. Bir mətbuat katibi olaraq mən də bu istiqamətlərdən çıxış edərək, media nümayəndələri ilə münasibətlərimizi qurmağa çalışıram. Ümumiyyətlə mənim üçün bu əlaqələri yaratmaq heç də çətin deyil. Çünki mən özümjurnalistika aləmindən gəlmişəm. Həm Dövlət Televiziyasında, həm də “Lider” televiziyasında birlikdə çalışdığım insanlardan hazırda başqa media qurumlarında çalışanları var. Bu da mənim işimi xeyli asanlaşdırır. Ümumiyyətlə piar işi, həm də şəxsi əlaqələr deməkdir. Özünüz bilirsiniz ki, müasir dünyada istənilən işi yüksək səviyyədə təbliğ etməlisən ki, həm daxildən, həm də xaricdən ona diqqət yönəlsin. Burda zahiri görünüşdən tutmuş, gözəl danışıq, yazı tərzinə qədər hər şeyin çox böyük əhəmiyyəti var. İldən-ilə Azərbaycan mətbuatına gənc jurnalistlər gəlir. Mətbuat katibliyində çalışmaq mənə o üstünlüyüverir ki,  müasir dövrdə mediaya gələn gənc jurnalistləri tanımağa başlayıram və onlarla mütəmadi ünsiyyətdə oluram. Əlbəttə daima çalışıram ki, mən onlarla səmimi münasibət yaradım. Bizə zəng edən jurnalistlərlə son dərəcə mülayim danışmağa çalışıram. Məlum məsələdir ki, indi elektron informasiya vasitələrinin sayı çoxalıb və çox səmərəli, sürətli fəaliyyət göstərirlər. Əvvəllər biz onlara elektron poçtla məktublar göndərirdik, onları cəlb etməyə çalışırdıq, indi isə nazirliyin öz saytı fəaliyyət göstərir. Bununla da biz media nümayəndələrinin işini xeyli asanlaşdırmış oluruq.

– Zöhrə xanım, informasiyanın tez ötürülməsi baxımından indi əksər qurumlar elektron media ilə əlaqəyə daha çox üstünlük verir. Siz necə, daha çox elektron media ilə işləməyə üstünlük verirsiniz, yoxsa yazılı mətbuatla?

Yeni, elektron informasiya vasitələri meydana gəldikcə istər-istəməz köhnə üsullardan imtina edilir, mətbuata, qəzetlərə bir qədər az önəm verilir. Bununla belə biz yenə də mətbuatla əməkdaşlığa ciddi diqqət ayırırıq. Çünki qəzetlərin ictimai rəyə təsir baxımından indi də özünəməxsus rolu var. Amma hər halda,  saytlar, portallar yarandıqca, informasiyanı sürətlə ötürən üsullarımız daha çox olunca jurnalistlər bizimlə əlaqə yaratmağa daha çox maraqlı olurlar. İndi əksər agentliklər də çox effektli fəaliyyət göstərirlər. İnformasiyanı vaxtında ötürürlər, buna görə də dövrünə uyğun olaraq elektron mətbuat bir addım öndədir.

 

 

(Ardı var)

 

Günel MUSA

525-ci qəzet.- 2012.- 19 dekabr.- S.6.