Günel Anarqızının «Qarabağ hekayələri» audio-kitabı təqdim
olundu
Bu gün Yazıçılar
Birliyində (AYB) yazıçı-
publisist Günel Anarqızının «Qarabağ
hekayələri» audio-kitabının
təqdimatı keçirilib.
525.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid kitabla bağlı düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb: «Günel Anarqızının ilk kitabı 2004-cü ildə çap olunub. Onda Anar müəllim Günelin yaradıcılığa başlaması ilə bağlı həm qürur hissi keçirdiyini, həm də məsuliyyət hiss elədiyini demişdi. Qarabağla bağlı hekayələrinə öz fikrini bildirən Anar müəllim həm də uzun illər yayı Şuşada keçirdiklərini qeyd eləmişdi. Günelin hekayələrindəki Şuşa haqqındakı ayrıntı və təfərrüatların məhz həmin illərdə yarandığını söyləmişdi. Anar müəllimin Şuşaya münasibəti yəqin ki, diqqətili oxucularımızın yadındadır. Düşünürəm ki, bu hekayələrdə əksini tapan Qarabağ məhəbbəti təsadüfi deyil. Bu, sadəcə, bizim hamımızınhiss etdiyi işğal olunmuş torpaqlarımızın ağrısından doğan ağrılar deyil təkcə, həm də Şuşayla bağlı genetik yaddaşın məhsuludur. Bu genetik yaddaşın dediyim kimi birinicisi Anar müəllimin yazılarıdır, eyni zamanda Şuşada keçən illərin yazıya köçən məqamlarıdır. Anar müəllimin 1981-ci ildə Şuşada keçirdiyi dövrdə, eləcə də 80-ci illərin ikinci yarısında məlum hadisələr başlayan ərəfədə Qarabağ, Şuşaya səfərlə bağlı təsirli yazıları var. Sonuncu yazı Şuşaya, onunu insanlarına, təbiətinə həsr olunmuşdu. Mən tez-tez o yazıdan sitat gətirirəm. Orada Anar müəllim qeyd edib: « Özüm də bilmirəm Şuşanı niyə bu qədər çox sevirəm? Burada doğulmamışam, burada böyüməmişəm. Əslim-nəslim bu şəhərdən deyil, qohum-əqrəbam bu şəhərdə yaşamır. Düzdür, vətənin hər qarışı doğmadır, amma əlimdə ixtiyar olsaydı ömrümü bu şəhərdə keçirərdim, öləndə də vəsiyyət edərdim ki, məni bu şəhərdə basdırsınlar». Şuşa ilə bağlı bu nisgilli yazıların əhval-ruhiyyəsi də Günelin hekayələrinə hopub, amma bu yaddaş Anar müəllimin yazısından daha dərindir. 1950-ci ildə Rəsul Rza «Arzular dəftərindən» silsiləsində Şuşaya həsr olunmuş bir məqalə yazmışdı. Orada təxminən 30 il sonranın Şuşası haqqında xəyali fikirlər ifadə olunmuşdu. Yazıda deyliirdi: «Bizim kiçik təyyarəmiz Şuşada, Cıdır düzündə yerə endi. Şuşada «Natəvan» istirahət evinə getdik. Orada Üzeyir Hacıbəyov adına koservatoriya vardı. Şuşada Azərbaycanın istehsal elədiyi maşınların içərisində oturub radio-qəzeti dinləyirdim». Bu yazını təkrar oxuyanda audio-kitabla bağlı məqam yenidən yadıma düşdü. İndiyədək Anarın radioda pyesləri səslənib. Bütün bu genetik yaddaşı, bu ənənələri Günel müasir dövrün tələblərini, istəklərini nəzərə alaraq əsərlərində ortaya qoyub».
Birliyin katibi kitabdakı hekayələri səsləndirənləri- Xalq artistləri Şükufə Yusupovanı, Fəxrəddin Manafovu, Yalçın Adıgözəlovu, əməkdar artist Mehriban Zəkini, teleaparıcılar Nərgiz Cəlilova və Emin Musəvini, kitabın musiqi müəllifləri əməkdar artist Emil Əfrasiyabı və pianoçu Nizami Əliyevi Azərbaycanın çox nüfuzlu, sanballı sənət adamları kimi səciyyələndirib: «Əminəm ki, bu diskə qulaq asanlar, Şuşanı görməyənlər, Qarabağda olmayanlar da Qarabağı, Şuşanı xatırlayacaqlar. Çünki bu hekayələrin təhkiyəsində çox emosionallıq var. Bunu ifa edən insanlar da bizim üst səviyyəli sənətkarlarımızdır ki, bu ağrını, bu hissiyyatı özləri də keçiriblər, dinləyicilərə də təlqin və təqdim etməyi bacarıblar. Bu baxımdan kitabı mühüm hadisə hesab edərək onun müəllifini təbrik edirəm. Arzu edirəm ki, gələcəkdə bizim Şuşa haqqında yazılarımız, əsərlərimiz belə ağrılı, iztirablı, nisgili olmasın, 50-ci ildə Rəsul Rzanın arzularının Şuşası kimi təsvir edilsin». Rəşad Məcid çıxışında audio-kitabın işıq üzü görməsinə yardım göstərən Standard Bankın rəhbərliyinə də minnətdarlığını ifadə edib: «Bizim bankların ədəbiyyatımıza, mədəniyyətimizə qayğısını yüksək qiymətləndirirəm. Standard Banka da minnətdarlığımızı bildiririk ki, belə bir işi öz üzərinə götürüb dəyərli nəticəyə nail olub».
Xalq
yazıçısı Çingiz Abdullayev çıxışında əslən
Qarabağdan olduğunu
vurğulayaraq Qarabağ
haqqında hekayələrin audio formatda ictimaiyyətə təqdimatını
təqdir edib: «Təbii ki,
XXI əsrdə biz yavaş-yavaş
yeni texnologiyalara keçirik. 60-70-ci illərdə belə audio- kitablar olmayıb. Düzdür, ənənəvi kitabın tam sıradan çıxacağına
inanmıram, hesab edirəm ki,
kitab həmişə olacaq.
Amma cavanlar üçün belə
audio-kitablar, internet mütailəsi
çox lazımdır». Müəllifin
yaradıcılığı ilə tanış
olduğunu bildirən
Ç. Abdullayev G. Anarqızının
hekayələrini bəyəndiyini
söyləyib və bu əsərlərdə Qarabağın ruhunun duyulduğunu diqqətə
çatdırıb. Xalq yazıçısı
sanballı sənətçilərin
layihədə iştirakından
məmnunluğunu ifadə
edib və audio-kitabın Azərbaycan ədəbiyyatının, Azərbaycan
təbliğatının uğuru
kimi qiymətləndirib. Audio-kitabın sponsoruna minnətdarlıq
edən Ç. Abdullayev
bankların ədəbiyyatın,
mədəniyyətin təbliğindəki
xidmətlərinin unudulmaycağını
deyib: «Banklar yazıçıların əsərlərinin
çapına nə qədər çox pul ayırsa, bir o qədər yaxşıdır. Dünyada var-dövlət
qalmayacaq, amma kitablar, mədəniyyət
naminə görülən
işlər qalacaq».
Xalq şairi
Fikrət Qoca müəllifin yazılarını
poeziya ilə nəsrin sintezi kimi səciyyələndirib
və hekayələrin
tanınmış simaların
ifasında səslənməsini
alqışalayiq hesab
etdiyini dilə gətirib. Xalq şairi Günel
Anarqızının əsərlərində
Şuşanın yaşadığını
deyib.
«Güneli xüsusilə
təbrik etmək istəyirəm ki, o, bu hekayələrdə xalqımızın ağrısını
dərindən hiss edərək
yazıya köçürüb
və bütün azərbaycan xalıqna ünvanlayıb. Onun digər bir hekayəsini «Lift»i oxuyanda mən burada təkcə haqsızlığın bədii
ifadəsini deyil, ona qarşı ucalan haqq səsini
də eşitdim. Günel hekayələri vasitəsilə
Azərbaycan xalqına
səslənir- «Yatmayın,
ayılın, Şuşanı
qaytarın» deyir.
Bu fikirləri AYB-nin sədr müavini
Nazim İbrahimov çıxışında səsləndirib.
«Adətən
hər bir sənətkarı bir sözlə səciyyələndirmək
olur. Məsələn Sabir dedikdə
satira, Rəsul Rza dedikdə rənglər, Günel Anarqızı dedikdə isə «Pəncərə»
yada düşür.
Bu, həm onun
rəhbərlik etdiyi jurnalın adıdır, həm də yaradıcılıqda açdığı
yeni pəncərəni
simvolizə edir.
Günel
bəlli bir «izm»də-postmodernizmdə yazır.
Lakin Günel həm bu gün dəbə
çevrilən Qarabağ
mövzusunda, həm də postmodernist üslubda
yeni bir pəncərə açmağı
bacarıb». Bu fikirləri AYB-nin katibi Arif Əmrahoğlu
tədbirdə deyib.
Yazıçı Elçin Hüseynbəyli
Qarabağ haqqında çox yazıldığını,
lakin Günelin yaradıcılığında bunun xüsusi bir xətlə keçdiyini söyləyib:
«Günelin yaradıcılığının
dəyərli tərəfi
odur ki, bu əsərləri digər millətlərə
təqdim edərək
həm millətimizin simasını, həm də digər xalqlara münasibətimizi
göstəricisidir».
Aktyor Bəhram
Bağırzadə çıxışında
Günel Anarqızının
valideynlərinə belə
bir övlad, yaradıcı şəxsiyyət
bəxş etdiklərinə
görə minnətdarlığını
bildirib və diskə Şuşada qulaq asmaq arzusunu
dilə gətirib.
Xalq artsiti Fəxrəddin Manafov Xankəndində doğulduğunu deyərək
çıxışında Qarabağda, Qarqar çayının sahilində
keçirdiyi günlərdən
danışıb, xatirələrini
tədbir iştirakçıları
ilə bölüşüb:
«Sovetlər birliyi dağılanda bizim şansımız var idi ki, nəinki
Qarabağa, hətta tarixi torpağımız İrəvana da adlaya bilərdik. Amma onda təəssüf ki, biz tamam başqa
şeylər barəsində
fikirləşirdik. Bir
dəfə çəkilişlərin
birində dedim ki, Qarabağı itirdiyimiz üçün
danışmağa utanıram.
Onda şair Ramiz Rövşən dedi ki, Qarabağı
itirməmişik, Qarabağ
yerindədir, özümüzü
itirmişik. Mən arzu edərdim
ki, biz bu diskə o torpaqlarda qulaq asa bilək».
Yalçın Adıgözəlov çıxışında
Qarabağ məsələsində
şəxsən özünü
hər zaman aciz hiss etdiyindən, bu ağrı hisslərinin əsərlərdə
ifadə olunmasını
təqdir etdiyini bildirib. Y. Adıgözəlov
bu diskin Azərbaycandakı bir sıra səfirliklərə
göndirilməsinin vacibliyini
qeyd edib: «Mən düşünürəm
ki, bu diski
ABŞ-da yaşayan, öz aralarında Azərbaycanca danışan,
Azərbaycan xalq mahnılarını dinləyən
erməni ailələrinə
göndərim. Dinləyib utanacaqlarına
inanıram». Y. Adıgözəlov
layihədə iştirakından
məmnunluğunu bildirərək
əməyi olan hər kəsə minnətdarlıq edib.
Əməkdar artist Mehriban Zəki Günelin yaradıcılığının müasir yaşıdlarından fərqləndiyini deyib: «İndi ədəbiyyatımıza bir küçə mədəniyyətinin sirayət etdiyinin şahidi oluruq. Amma Günelin əsərlərində bəzi həmyaşıdlarından fərqli olaraq əsərlərində bir ziyalılıq, kübarlıq özünü göstərir. Burada zahirən parlaq üslublardan istifadə olunmasa da dərin məna və mövzu baxımından dünya oxucusuna təqdim olunmağa layiq dəyərli əsərlər hesab edirəm. Ədəbiyyatçı olmasam da, bunu sənətçi kimi ruhumla hiss edirəm».
Nərgiz Cəlilova Qarabağın havasını udub suyunu içə bilməsək də bu kimi kitablarla müəyyən təsəlli tapmağın mümkünlüyünü söyləyib: «Qarabağlı olmasam da Günelin hekayəsini oxuyarkən tez-tez qəhər boğazıma tıxanıb danışmağa qoymurdu. Arzu edirəm ki, biz bu əsərləri Qarabağda dinləyə bilək».
Tədbirdə çıxış edən müəllifin anası professor Zemfira Səfərova Günelin uşaqlıq illərində Şuşada keçirdikləri günləri xatırlayıb. Müəllifin bu kitabla öz vətəndalşıq mövqeyini ortaya qoyduğunu deyib və gələcəkdə belə əsərlərin Qarabağda işıq üzü görməsini, səslənməsini arzulayıb.
AYB-nin sədri, Xalq yazıçısı Anar Günelin istedadlı yazıçı olmasını qeyd edərək gələcəkdə yaradıcılıq potensialından istifadə edərək daha yaxşı əsərlər yazacağına əminliyini ifadə edib: « Günel Şuşada olanda 9 yaşı vardı. Diskə qulaq asarkən onun yaddaşı məni çox təəccübləndirdi. Fikirləşdim ki, 9 yaşında o bunları necə görüb, yadında saxlayıb və ifadə edib. Əsərlərinin audio-kitab şəklində çapına gəlincə, əlbəttə ki, Günel yeni texnologiyalar əsrinin yazıçısıdır, zamanın tələbləri ilə ayaqlaşır. Günelin əsərlərini internetdə oxuyan ermənilər də tezcə kəskin cavab yazırlar. Bu da Qarabağ hekayələrinin rezonans doğurduğunu göstərir. Düşünürəm ki, Günelin bu uğurdan başı gicəllənməyəcək, o öz yaradıcılıq potensialını gələcəkdə də reallaşdıracaq»
«Azərnəşr»in direktoru Azər Mustafazadə, aparıcı Emin Musəvi, bəstəkar Nizami Əliyev Qarabağ mövzusunun Günel Anarqızının yazılarında təsirli, koloritli bir dillə qələmə alındığını vurğulayıb
«Kitabda hekayələr 2002-2006-cı illərdə qələmə alınıb. Bəziləri avtobioqrafik nüansları əks etdirir, bəziləri təxəyyülün məhsuludur. Bu kitab mənim Qarabağ nisgilimin ifadəsidir. Amma sonda tam səmimi deyirəm, razıyam ki, kaş, bu layihə olmayaydı, amma torpaqlarımız indi özümüzdə olaydı…» Bu fikirləri sonda müəllif dilə gətirib. G. Anarqızı layihədə əməyi olan hər kəsə, eləcə də Bank Standartın rəhbərliyinə təşəkkür edib.
İki dildə hazırlanan audio-kitabda yazıçının «Ataya», «Şuşam», «Ağac», «Qadın üzlü şəhər», «Arzu» və «Keçmişə Sarı» hekayələri daxildir.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2012.- 25 dekabr.- S.7.