“Beynəlxalq jurnalistikadakı proseslər, tendensiyalar özünü Azərbaycan mediasında da göstərir”

 

DOSENT VÜQAR ZİFƏROĞLU: “ÖZ QƏRƏZLİ AMBİSİYALARI NAMİNƏ JURNALİSTİKAYA GƏLMİŞ TƏSADÜFİ İNSANLAR MƏTBUATDAN UZAQLAŞDIRILMALIDIR”

 

Müsahibimizistedadlı gənc alim, Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının dosenti Vüqar Zifəroğlu ilə söhbətimiz mətbuatımızın bugünkü vəziyyəti, beynəlxalq jurnalistika ilə müqayisəli təhlili, problemləri perspektivləri, jurnalist hazırlığının müasir durumu kimi vacib mövzulara həsr edilib.

Necə oldu ki, praktik jurnalistikadan daha çox, auditoriyada nəzəriyyəçi müəllim kimi fəaliyyət göstərməyə başladınız?

Tələbəliyimdən başlayaraq 1997-98-ci illərdən praktik jurnalistika ilə məşğul olmuşam. Bir sıra mətbuat orqanları ilə əməkdaşlıq eləmişəm. Sonra ali təhsilimi davam etdirmək məqsədilə magistraturaya daxil oldum, elmi götürmək arzum yarandı. Elə oldu ki, namizədlik dissertasiyası ilə bağlı araşdırmalar aparmaq üçün qismən praktik jurnalistikadan aralanmalı oldum. Sonra da indiki istiqaməti seçmək qərarına gəldim. Namizədlik dissertasiyamBeynəlxalq jurnalistikada etik normalar Azərbaycan mətbuatımövzusunda olub. 2005-ci ildə müdafiə eləmişəm. Amma nəzəriyyə ilə məşğul olmağım o demək deyil ki, praktik jurnalistikadan tamam imtina eləmişəm. Özümü həm praktik jurnalist hesab edirəm. qədər nəzəriyyə ilə məşğul olsa da jurnalist özünü qələmi ilə təsdiqləyir. Yəni o, yazmalı, araşdırmalı, məqalələrini ortaya qoymalıdır. Dövri mətbuatda tez-tez olmasa da, internet mediada yazılarımla müntəzəm çıxış edirəm. Araşdırmalarım, köşələrim sosial media vasitəsilə geniş yayılır. 

Bayaq namizədlik dissertasiyanızın mövzusunu xatırlatdınız. Elə bu aspektdən yanaşaraq beynəlxalq jurnalistika ilə Azərbaycan mətbuatının müqayisəli təhlilini verməyinizi istərdik.

Beynəlxalq jurnalistikada qəbul edilən ümumi kanonlar, norma prinsiplər hansı ölkədə yaşamağından, hansı ölkənin jurnalistikasından söhbət açmağımızdan asılı olmayaraq qəbul olunmalıdır jurnalist peşə fəaliyyəti zamanı bunlara əməl etməlidir. Buraya obyektivlik, dəqiqlik, qərəzsizlik, vicdanlılıq, ümumbəşəri dəyərlərə ehtiram kimi jurnalistikanın ən başlıca prinsipləri, normaları aiddir. Bunlar eyni zamanda beynəlxalq jurnalistikanın tərkib hissəsi olan milli mətbuatımıza da şamil olunur. Beynəlxalq jurnalistikada gedən proseslər, tendensiyalar təbii olaraq özünü Azərbaycan mediasında da  göstərir. Amma beynəlxalq jurnalistikada oxucularımızla bölüşmək istədiyim maraqlı bir məqam var. Məsələn, beynəlxalq jurnalistikada belə bir istiqamət var; ölkənin jurnalistikası onun müəyyən tarixi inkişaf səviyyəsindən asılı olmayaraq hər hansı bir normanı özünün spesifikliyi ilə qabardır. Fikrimi konkret misallarla əsaslandırım. Məsələn, yapon jurnalistləri üçün ən başlıca normalardan biri müharibənin yolverilməzliyi prinsipidir.

Müharibədən başları çəkib, ona görə?

Tamamilə doğrudur. İlk atom bombasının hədəfi olan bir ölkə kimi bu amil oranın jurnalistikasında da qabardılır. Hindistan jurnalistləri üçün bir nömrəli kanon vətənpərvərlik milli dövlətçilik hisslərinin aşılanması, qorunmasıdır. Səbəbi uzun müddət ingilis müstəmləkə zülmündən əziyyət çəkmələridir. Burada azadlıq hərəkatı olub, Qandi sair. Yaxud Balkan jurnalistlərində ən başlıca prinsip milli, irqi diskriminasiyanın yolverilməzliyi təşkil edir. Amma belə tendensiyalar da var ki, beynəlxalq normalar lokal, məkanın özü üçün xarakterik olan jurnalist təşkilatları tərəfindən əsas qayə kimi (ümumi standartları çıxmaq şərti ilə, onlar başlıcadır) qabardılır. Bu baxımdan jurnalist etikasını biz çox mürəkkəb sistem kimi təsəvvür eləməliyik. Jurnalist etikası peşə etikası xidməti etikaya bölünür. Peşə etikasında əgər normalardan söhbət gedirsə, xidməti etika artıq sırf olaraq jurnalistin həmkarları ilə münasibətlərini tənzimləyən davranışlar toplusudur. Biri peşə yaradıcılığını istiqamətləndirirsə, digəri davranışı tənzimləyir. Bu baxımdan da jurnalist etikası çox maraqlı bir mövzudur. Mövzunun maraqlı olması məni onu dərindən araşdırmağa vadar etdi.

Sizin fikrinizcə, beynəlxalq jurnalistika prinsipləri ilə bağlı Azərbaycan mətbuatında hansı tendensiya özünü qabarıq büruzə verir?

Azərbaycan mətbuatında normalara əməl edilməsi problemləri mövcuddur. Namizədlik dissertasiyamda da müqayisələr apararaq bəzi qəzetlərin məqalələrini geniş təhlil etmişəm. Bizdə problem bundan ibarətdir; bəzən informasiyanın özününküləşdirilməsi texnologiyasının həyata keçirlməsində yanlışlıqlara yol verilir. Hansısa etibarlı bir mənbədən informasiya alınır, həmin mənbəyə istinad edərək informasiya olduğu kimi təqdim olunur-bu əslində, düzgün deyil. İnformasiyanı özününküləşdirmək üçün məlumatda adı çəkilən tərəflərlə əlaqə yaratmaq, məsələyə münasibətini öyrənmək vacibdir. Yalnız bundan sonra informasiyanı özününküləşdirmək olar. Bu gün informasiya portallarına baxırıq, mən ixtisasımla bağlı olaraq daimi izləməli oluram. Bizim aparıcı portallarda kriminal xəbərlər, qətl tarixçələri, insanda psixoloji depressiya yaradan məqamlar üstünlük təşkil edir. Fikir verirsinizimi, son vaxtlar gənclər arasında özünəqəsd halları necə artıb? Hesab edirəm ki, bu sırf medianın psixoloji təsiri ilə bağlı məsələdir. Medianın şüuraltına təsir elementləri çox böyükdür güclüdür. Medianın insan psixologiyasına təsiri ilə bağlı xaricdə geniş araşdırmalar aparılır. İnformasiya manipulyasiyası vasitəsilə cəmiyyətə güclü təsir göstərilir. Doktorluq mövzumİnformasiyanın manipulyasiyası onun Azərbaycan mediasına təsiri”dir. Bununla bağlı apardığım araşdırmalar zamanı ortaya maraqlı faktlar çıxır. Xarici nəzəriyyəçilərin əsərlərindən öz qeydlərimi götürərkən bir daha əmin oluram ki, media böyük silahdır, gücdür.

Yəqin elə bu səbəbdən ingilis nəzəriyyəçisi mətbuatı dördüncü hakimiyyət adlandırıb?

– Tamamilə doğrudur. Həqiqətən də mətbuat kütləvi təsir gücünə malik bir hakimiyyətdir. Belə bir məqamda biz yalnız və yalnız zorakılıqla, qətlllərlə müşayiət olunan cinayət xronikasını oxuyuruq. Bütün bunlar insanlarda mənən, ruhən depressiya yaradır, sabaha inamı zəiflədir, ümidləri qırır. Gənclər də bu kimi informasiyalarla tanış olurlar, bu, onlara çox mənif təsir edir, nəticədə də cinayətlər və suqəsd halları artır. Yaxud digər bir faktı deyim. 21 dekabrla bağlı dünyada az qala bir kütləvi psixoz yaranmışdı. Bu psixozun yaranmasının əsas səbəbkarı faktiki olaraq mediadır. Çünki sensasiya, şok effekti yaratmaq naminə bu təbliğatı aparan mediadır. Bu ilk növbədə peşə etikasının pozulmasıdır desək, yumşaq ifadə olar, bu, peşə etikasının ən pis şəkildə tapdalanmasıdır, sayılmamasıdır. Bu gün gözəl, maraqlı, sosial yönümlü, tariximiz, mədəniyyətimizlə bağlı, yaxud problemləri işıqlandıran araşdırmalarla, maarifləndirici, analitik yazılarla da oxucu auditoriyasını cəlb eləmək olar. Kriminal xəbərlərin, insanlarda ruh düşkünlüyünə, pessimizmə səbəb olan xəbərlərin ön plana çıxarılması yolverilməzdir.

– Ümumiləşmiş fikrinizdən belə anladım ki, mətbuatımızda pessimizmin üstünlük təşkil etdiyi qənaətindəsiniz.

– Ümumən, mətbuatımızda deməzdim, amma əsasən İnternet saytlarda, portallarda belədir. Mətbuatın digər sahələrində bu nisbətən azdır, amma onlayn mediada ifrata varılıb.

– Fikrinizcə, çap mətbuatında ən çox hansı tendensiyalar özünü göstərir?

Print mediasında daha çox siyasiləşmə nəzərə çarpır. Çap mətbuatında etik satndartlara əməl olunmasını vacib hesab edirəm. Hər hansı bir informasiya verilibsə, şübhəsiz ki, həmin məlumat birmənalı şəkildə dəqiqləşdirilməlidir. Dəqiqləşdirilməmiş informasiyanın verilməsi peşə etikasına ziddir. Bizdə bəzi jurnalistlər informasiya əlinə keçən kimi onu heç dəqiqləşdirməyə ehtiyac duymadan mətbuatda auditoriyaya təqdim edirlər. Bu da auditoriyanın yanlış istiqamətə yönəldilməsidir. Jurnalist cəmiyyətlə informasiya arasında ötürücüdür, vasitədir. Bir vasitə olaraq o informasiyanı dəqiq və qərəzsiz şəkildə oxucuya çatdırılmasını təmin etməlidir. Bizdə bəzən belə olmur.

Deyirsiniz yəni, bəzi jurnalistlərimiz informasiya ötürülməsi zamanı katalizator rolunu oynayır?

 – Təəssüf ki, belədir. Bəzi jurnalistlərimiz qaşınmayan yerdən qan çıxarmağa səy göstərirlər. Bu da çox zaman ondan irəli gəlir ki, jurnalist peşə davranışı qaydalarından xəbərsizdir. Qeyri-peşəkarlıq da burada öz rolunu oynayır. Düzdür, yazı yazmaq qabiliyyəti hər insanda olmur. Amma unutmayaq ki, sadəcə oturub isə yazan da jurnalist deyil. Jurnalistin müəyyən nəzəri bazası da olmalıdır, kanonlara, standartlara əməl eləməlidir.

Dediyiniz mətbuat problemlərinin bir qisminin qeyri-peşəkarlıqla bağlı olmasını qeyd elədiniz. Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

– Bu gün jurnalistika çox populyarlaşıb. Elə buna görə mətbuata axın var. Qeyri-peşəkarlığın yayılmasının qarşısını alınmasında peşəkar jurnalistlərin üzərinə böyük bir düşür. Bununla bağlı bir sıra tədbirlər həyata keçirilməlidir. Öz şəxsi mənafeyi, qərəzli ambisiyaları naminə jurnalistikaya gələn təsadüfi insanlar mətbuatdan uzaqlaşdırılmalıdır.

 

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2012.- 27 dekabr.- S.6.