Sözlə savaşda
Tanrının dörd kitabı
var –
Mənimki beşdən keçib.
Ayılanda gec idi –
Gördüm iş-işdən keçib...
Təkcə elə bu misralar istedadlı şair Əlizadə Nurinin sözün
ilahi sehrinə necə həssas, necə məsuliyyətlə yanaşdığını
göstərir. “Sayı
çox, sanbalı yox” nəşrlərin yağışdan sonra göbələk kimi ardığı bir zəmanədə o, öz kitablarının müqəddəs kitablarlardan
sayca çoxluğunu
belə sadə poetik dillə “qınayır”.
Əlizadə Nurinin şeirlərini fərqləndirən və
oxuculara sevdirən başlıca cəhət
də onun özünəməxsus poetik
üslubu, ən adi hadisəni də qeyri-adi tərzdə obrazlaşdırmaq
bacarığıdır. Nədən
yazırsa-yazsın – qoca
balıqçıdan, doğulduğu
kənddən, sevgi məktubundan, tələbə
qızların
yataqxanasından, daşdan,
quşdan, yarpaqdan – fərqi yoxdur, hər şeyə onun öz poetik
yanaşması var. Unudulmaz
şairimiz Məmməd
Arazın Əlizadənin
istedadını vaxtilə
onun kitabına yazdığı ön sözdə belə dəyərləndirib: “Etiraf edim ki, çoxdandı
bu sayaq heyrətlənməmişdim: elə
bil sehirli aləmə düşdüm,
bu gənc şairin poetik deyimləri, obrazlı təfəkkür tərzi
ruhumu oxşadı”. Kimsə təzə çapdan çıxmış
kitabını sənə
bağışlayır və
yaxud kitab mağazasına girib yeni nəşrləri vərəqləyirsən... Bir
şeir, iki şeir... Təzə söz, poetik
bir deyiliş tapmaq ümidi ilə daha bir
neçəsini gözdən
keçirirsən. Hətta
elə şeirlər olur ki, baxırsan
ki, heca, vəzn, ülgülər
hamısı yerindədir,
müəllif şeirin
bütün texniki qayda- qanunlarına əməl edib, amma səni tərpədən bir misra da yoxdur.
Axtardığını tapa bilməyəndə
elə ordaca kitabı qatlayıb bir kənara qoyursan. Amma Əlizadənin şeirləri
necə deyərlər,
elə ilk toxunuşdaca
oxucunu çəkir, poetik mənası olmayan bir misraya, təsirsiz
bir deyimə rast gəlmirsən. Dünya haqqında nə
qədər yazılıb,
nə qədər söz deyilib?! Bu mövzuda kimlər
qələm çalmayıb?!
Bəzən adama elə
gəlir ki, “üzünə hər söz deyilmiş” dünya haqqında təzə bir söz, bənzətmə
tapıb demək çətindir. Lakin
Əlizadə Nuri bu əbədi və əzəli mövzuya da özünəməxsus obrazlarla,
yeni bir yöndən baxa bilir:
Hər gün göy üzünə məktub yazıram,
Ancaq ki atmağa bir qutu yoxdu...
Mənim
bu dərdimə ad qoyulmayıb,
Mən olan dünyanın Qorqudu yoxdu...
Haqsız
da yıxılıb haqdan, ölərdi,
Dağ çayı yıxılıb
dağdan, ölərdi...
Dünya
istəsəydi, çoxdan
ölərdi, –
Ancaq özü boyda tabutu yoxdu...
Yaxud:
Çəkdim ciyərimə tütün
dünyanı,
Mən necə
düz keçim bu tin dünyanı?
Neynim, ikiəlli tutum dünyanı Ki,
dünya bir dəfə əlimə düşüb?!
Əlizadə Nuru ən adi bir hadisəyə,
ən xırda bir detala da
məna verməyi və onu obrazlaşdırmağı
bacaran şairlərdəndir.
Onun poetik dilinin aydın və axıcı olması şairin lirik-fəlsəfi
düşüncələrinin asan qavranılmasına xidmət edir. Sevgi, onun uğursuzluğu,
aşiqin sinəsinə
dağ çəkməsi,
talesiz gəncin iztirabları və s. haqqında min illərdir ki, yazılır. Ancaq sevgidə uğursuzluğa düçar
olan şairin bu mövzuya yanaşması da olduqca maraqlıdır:
Dilimdə şüşə tək
sındı adın ki
Barı
sındığını yağı görməsin...
Əlimi
sinəmdə çarpazladım
ki,-
Heç
kim sinəmdəki
dağı görməsin...
Başqa
bir şeirdə müəllifin gözəlliyə
münasibəti də
özünəməxsusluğu ilə seçilir:
Boy ata, bərkiyə, bax, bu şüşə
qız,
Qol aça, quşlarla ötüşə bu qız...
Bir ağ gilas
kimi yetişə bu qız, –
Sən də ki hər
gecə gilas dərəsən...
...Toy günü qızını
gəlin köçürəm
ananın sevinc, həyəcan və narahatlığı çox
üz tutulan mövzulardandır. Lakin şairin ananın göz yaşını da cehiz kimi
göndərmək fikri
təzə və orijinaldır:
Dayan, qoy bu qəmdən
doyum, göndərim,
Alma ürəyimi soyum, göndərim...
...Ana göz yaşını qoyub göndərir,
Cehizin üstündə qız balasına...
Hər şeir
şair ürəyinin
yaşantısı və
onun ovqatının ifadəsidir. Həmişə
sözlə, dünya
ilə savaşda olan Əlizadə bu savaşda özünün məğlubluğunu
da poetik şəkildə ifadə
edir: Sınsan, görəcəksən həlimdi
dünya, Qüruru olana qənimdi dünya... ...Bir az da dözsəydim, mənimdi
dünya, Dözmədim,
dözümə uduzdum,
Allah...
Açıb eşq qutusun, “nəzir” götürdüm,
Bu şah qəm məni də vəzir götürdü!
Döyüşdük, söz məni əsir götürdü,
Döyüşdük, sözümə
uduzdum, Allah...
İstedadlı şair Əlizadə Nurinin şair ilhamı ömrün əllinci sahilinə yan alır. İstər
klassik formada, istər müasir üslubda yazdığı
şeirlər onun poetik istedadının bənzərsizliyindən və
hələ neçə-neçə
oxucu ürəyini fəth edəcək qanadlı misralar qələmə alacağından
soraq verir...
Süleyman QARADAĞLI
H.Zərdabi mükafatı laureatı
525-ci qəzet.-
2012.- 29 dekabr.- S.7.