Dost, ziyalı, filosof

İlk tanışlıq

 

Professor Səlahəddin Xəlilovu mən çoxdan tanıyıram. O, Azərbaycan universitetinin rektoru idi. Orda mən müxtəlif tədbirlərdə iştirak edirdim. Hətta mən onların universitetində mühazirə oxumuşam, dərs demişəm bu şəkildə Səlahəddin müəllimlə yaxından tanış olmuşam. O, çox təmiz, dürüst elmdə mükəmməl, geniş dünyagörüşü olan bir alimdir. Azərbaycanda onun kimi alimlər çox az tapılar. O, universitetdə rektor olduğu vaxtlarda onun universitetində, mənim bildiyimə görə rüşvət-filan yox idi. O çox ciddi bir adamdı. Etibarlı bir insandır.

Elmi çox dərindi. Hər şeydən əvvəl o bir filosofdur. Amma o, mədəniyyət tarixini, sivilizasiya tarixini yaxşı bilir. Həm Qərb fəlsəfəsini, həm Şərq fəlsəfəsini bilir. Ən başlıcası isə odur ki, bu iki fərqli baxış sistemi arasında müqayisələr aparır müasir Qərb fəlsəfəsinin bir sıra əsas müddəaları orta əsr islam filosoflarından götürdüklərini sübut edir. Onun işraqilik təlimi ilə bağlı apardığı tədqiqatlar işraqiliyin fenomenologiya ilə müqayisəsi, habelə Kant fəlsəfəsinin bir sıra müddəalarının Sührəvərdinin təlimindən hasil olması haqqında fikirləri çox önəmlidir. Mən onun xahişi ilə İrandan Şihabəddin Yəhya Sührəvərdinin Molla Sədranın kitablarını gətirmişəm. Səlahəddin müəllim onları tərcümə etdirmiş sonra onlara fəlsəfi şərhlər yazmışdır.

O, həqiqətən Azərbaycanın fəxridir.

 

Dost

 

Bizim dostluğumuzu stimullaşdıran şey onun biliyi, əxlaqi keyfiyyətləri dostluğa verdiyi dəyərdir, onun sədaqəti təmizliyi, paklığıdır.

O, təkcə mənə yox, Azərbaycanın türk dünyasının bütün ziyalılarına, elm adamlarına dərin rəğbət hörmət bəsləyir. Rektor olduğu dövrdə onun universiteti türk düşüncə mərkəzlərindən biri bir ziyalı ocağı idi. İranda yaşayan azərbaycanlı alimlər bura tez-tez gəlir onlarla universitetin kollektivi arasında görüş keçirilirdi. Ən parlaq xatirələrimdən biri mərhum dostum, böyük türk şairi mütəfəkkiri Həmid Nitqi ilə keçirilən görüşdür. O zaman Həmid Nitqiyə Azərbaycan Universitetinin fəxri doktoru diplomu təqdim edildi onun şərəfinə ziyafət verildi. Təsadüfi deyil ki, Həmid Nitqi Şərq-Qərb mərkəzinin buraxdığı İpək yolu jurnalının ilk nömrəsi üçün İpək yolu adında şer yazıb göndərdi. Şer belə başlanırdı: Gecə röyamda yolum çoxdandır unutduğum Səmərqəndə düşmüşdü...

Biz Varlıq jurnalının nəşrinə Həmid Nitqi ilə bir yerdə başlamışdıq. Onunla bağlı çox əziz xatirələrim var. Azərbaycan Universitetində başlanan bu ənənə sonra davam etdirildi. Görkəmli İran tarixçisi Rəhim Rəyisniya s. Universitetin fəxri doktoru seçildilər İran Azərbaycanından olan alimlərlə sıx əlaqələr yaradıldı. Bizim bu gün türk məfkurəsi üçün mərkəz ola biləcək belə bir ziyalı ocağına ehtiyacımız vardır.

Bizim dostluğumuzun təməlində əslində əqidə amal birliyi dayanır. Fəaliyyətlərimizin məqsədi eynidir. Yəni bizim münasibətlərimiz əslində şəxsi səciyyədən daha çox, ümummilli səciyyə daşıyır. Amma bu birgə əməkdaşlıq prosesində bizim aramızda şəxsi dostluq da yaranmışdır.

 

Ziyalı

 

Səlahəddin Xəlilov sözün əsl mənasında bir ziyalıdır. Bir daha təkrar edirəm: onun tayı bərabəri çox az tapılar, xüsusilə indiki zəmanədə. Ziyalılara da onun qayğısı xidməti çoxdu. O, Azərbaycanın ən görkəmli elm adamlarını Şərq-Qərb mərkəzinin fəaliyyətinə cəlb etmişdi. 90-cı illərdə, hələ maddi çətinlik yaşandığı bir dövrdə bu, həmin adamlar üçün həm maddi dəstək idi, həm onlar öz biliklərini istedadlı gənclərlə bölüşmək imkanı əldə edirdilər. Burada mən Səlahəddin müəllimin yaratdığı İstedad klubunun böyük əhəmiyyətini qeyd etmək istəyirəm. Müxtəlif universitetlərdən toplanmış bu gənclər həm görkəmli ziyalılarla görüşmək imkanı əldə edir, həm onlarla bir məclisdə öz fikirlərini sərbəst surətdə söyləyir, mükamilə mədəniyyətinə yiyələnirdilər. Məncə, gənclərin yoluna işıq tutmaq, onları milli mədəniyyətin, adət-ənənələrin fəlsəfi təməlləri ilə tanış etmək ziyalı borcunun yerinə yetirilməsi idi.

Onun əsərləri ziyalılara çox böyük bir dərsdi. Xüsusilə, Təhsil, təlim tərbiyə kitabı Mənəviyyat fəlsəfəsi kitabı. mən ümid edirəm ki Azərbaycan gələcəkdə ondan daha çox faydalansın.

Ziyalılığın bir şərti də vətənpərvərlikdir. Səlahəddin Xəlilov çox vətənpərvərdir, amma şüurlu bir vətənpərvərdi, fanatik deyil. O, eyni zamanda çox dərin imana malik olan bir müsəlmandır. Hətta dini elmlə uzlaşdırmaq istəyən bir şəxsiyyətdir.

 

Elm təhsil təşkilatçısı

 

Səlahəddin çox dəyərli bir elm təşkilatçısıdır və o, universitet rektorluğundan gedəndə mən çox təəssüfləndim. Amma onun özünün daha böyük qayəsi var. Özünü bütövlükdə fəlsəfəyə həsr etmək istəyir. İndi O elmi bir müəssisə qurub Şərq-Qərb mərkəzi və istəyir vaxtını daha çox elmə, fəlsəfəyə həsr eləsin. Amma bir rektor kimi o, fevkalade bir rektor idi. Onun universitetində sağlam mənəvi mühit var idi. Gözəl kitabxanalar var idi. Təkcə Universitet kollektivi yox, Azərbaycanın hər yerindən bu kitabxanaya gəlirdilər. Burada tez-tez elmi seminarlar, konfranslar keçirilirdi. Bu universitetin məzunlarının bir çoxu xarici ölkələrdə çalışır Azərbaycan diasporunun təşkilatlanmasında iştirak edirlər.

 

Filosof

 

Səlahəddin Xəlilov Şərq fəlsəfəsinin müsbət dəyərlərini üzə çıxardır həqiqi İslam Fəlsəfəsini göstərmək istəyir. deyir ki, qərblilər sivilizasiyanın təməllərini Xristianlıqdan yox, bizdən, İslamdan alıblar. Biz özümüz isə onu unutmuşuq. Bu çox mühüm məsələdi. İslam Şərqində əvvəllər bu cür filosoflarımız olub, məsələn, Məhəmməd İqbal Lahuri kimi. Səlahəddin Xəlilov da bu cür filosoflardan biridir. Amma Səlahəddin Xəlilov hələ gəncdir görəcəyi işlər hələ çoxdur.

Onun Azərbaycan ədəbiyyatı ilə, ədəbiyyatımızın fəlsəfi fikir təməlləri ilə bağlı tədqiqatları çox önəmlidir. Cavid fəlsəfəsinə dair yazdığı kitablar məqalələri xüsusi ilə qeyd etmək istəyirəm. Mən Cavidi çox sevirəm. O, XX əsrdə Azərbaycanın ən böyük mütəfəkkirlərindən biridir. Ona görə Cavidin yaradıcılığında fəlsəfi fikir qatını üzə çıxarmaq böyük xidmətdir. Səlahəddin bir tərəfdən ədəbiyyatı, digər tərəfdən elmlərin əsaslarını mükəmməl bildiyinə görə onun fəlsəfəsi birtərəfli deyil. O, həm bədii, həm elmi düşüncənin özünəməxsus cəhətlərini araşdırır islam dünyasında elm ilə fəlsəfə arasında özünəməxsus əlaqələri aşkara çıxarmağa çalışır. Onun elm fəlsəfəsi sahəsində irəli sürdüyü təlim Qərb filosoflarının təlimlərindən, xüsusi ilə neopozitivizmdən, praqmatizmdən, analitik fəlsəfədən köklü surətdə fərqlənir.

S. Xəlilovun ən böyük xidmətlərindən biri də təsəvvüfün başlıca ideyalarını müasir fəlsəfi kateqoriyalarla izah etmək cəhdlərindən ibarətdir. Bu sahədə hələ çox görülməlidir. Mənə elə gəlir ki, təsəvvüf təməlində qurulmalı olan yeni fəlsəfə onun əsas məqsədlərindən biridir.

Səlahəddin Xəlilovun əsərlərini yaxşı oxuyub başa düşəndən sonra oradan çox şey əxz etmək və bir düşüncə sahibi olmaq mümkündür. Onun əsərlərini oxuduqdan sonra adam əsl Şərq fəlsəfəsinin, İslam fəlsəfəsinin nə olduğunu başa düşürbu fəlsəfəyə qayıdışı düşünür.

 

Cavad HEYƏT,

professor

525-ci qəzet.- 2012.- 22 fevral.- S.4.