Carçıfilmin Döngələri

 

Ötən həftə İctimai Televiziyanın ekranında Carçıfilm Yaradıcılıq Birliyində istehsal olunan Döngələr adlı 15 seriyalı bədii- televiziya filmi nümayiş etdirildi. Serialı izləyəndən sonra bu qənaətə gəldin ki, millətlərin mübarizə tərəqqi yolu asan olmur. Bu mənada tarix Azərbaycan xalqını həmişə daha çox sınaqlara məruz qoyub. Ötən əsrdə 80-ci illərin sonu, 90-cı illərin əvvəlləri çox qaynar, ziddiyyətli təlatümlü bir dövr olub. İnsanların yaşadığı gərginlik bəzən onları çaş-baş salıb, yaxşını pisdən ayırmağa, düzgün yol tapmağa, doğru qərar verməyə mane olub. Zamanın özünü olduğu kimi təhlil etmək , nəinki o vaxt, indinin özündə belə o qədər asan deyil. Bu mənada ssenari müəllifləri İsmayıl Ömərovla Rafiq Səməndərin bu tarixlə bağlı mövzuya müraciət etmələri həm özünə inamdan , həm böyük cəsarətdən xəbər verir.

Döngələr adlı teleserialın İctimai Televiziyanın ekranında hamımızı o dövrün həqiqətlərinə qovuşdurması, əgər belə demək mümkünsə, bir millət kimi özümüzü özümüzlə üz-üzə, göz-gözə qoyması çox gərəkli bir addım idi. Tamaşaçılar arasında o dövrü yaşayanlar, bu barədə təsəvvürü olmayanlardan daha çoxdur. Amma bütün nəsillərin nümayəndələri serialı diqqətlə izlədilər. Özünə kənardan baxmaq, özünü daha yaxşı görmək, tanımaq üçün. Serialdakı obrazların prototiplərini hərə öz yaşadığı ərazidə tapırdı. Çünki bu serialda bir məkanın, konkret insanların deyil, bir ölkənin bir millətin taleyini əks etdirmək nəzərdə tutulmuşdu. Hadisələrin cərəyan etdiyi dövrdə Məhəmməd müəllimin , Əlişin , Saranın da, Nelyanın digərlərinin o qədər oxşrları var idi ki... Çünki ziddiyyətlər müxtəlif olsa da, onları doğuran səbəblər eyni idi. Siyasətdə , iqtisadiyyatda da, mənəviyyatda da böhran yaranmışdı. Cəmiyyətin bütün təbəqələri bu böhrandan əziyyət çəkirdi.

Dövlətin milli teleserialların çəkilməsinə dəstəyindən sonra İctimai Televiziyada peşəkar səviyyədə hazırlanmış 15 seriyalı Döngələr filmi yaxın keçmişimizin həmin səhifələrinə sözün əsil mənasında işıq sala bildi.

Teleserialda əksini tapan dövr bütün çalarları ilə ekrana gətirilmişdi. Döngələr hər bir obraz zamanın burulğanına məruz qalır. Bir ailənin içində hərə öz yolunu, əqidəsini seçir, bəzən bir-birinə düşmən kəsilir, kimi təsir altına düşür, kimi başqalarını öz təsiri altına salır, amma hamı bu təlatümdən əziyyət çəkir. Tamaşaçı kimi bəzi məqamlarla razılaşmaq, barışmaq istəmirsən, amma daim bu qənaətə gəlməli olursan ki, bu, bizim yaşadığımız reallıqdır. Reallıqda isə hər şey heç həmiçə ürəkaçan ya alışdığımız ölçü-biçilərə uyğun olmur. Süjet xəttində məmnunluqdan çox ağrı var, itki var. Amma bütün bunların içində insanların qəlbində əsarətdən qurtulmaq, istiqlala qovuşmaq, qəlblərdən çıxmaq istəyi güclüdür. . bu, daha çox Elçin, Əzizə,Gülçin,Etibar kimi gənclərin simasında, əməllərində özünü göstərir. Raykom katibinin oğlu hamı kimi Vətən təəssübü çəkir, cəbhəyə gedir. Əzizə öz düşüncəsi sədaqəti ilə təkcə başqalarını deyil, sevdiyi oğlanın ailəsinə düşmən kəsilən ata-anasını da inandırmağı bacarır, qədər maneə ilə qarşılaşsa da, əqidəsindən dönmür.

Film böyük yaradıcı heyətin məhsuludur. Hiss olunur ki, rejissor Cavid Təvəkkül bu heyəti uğurla seçib onların fəaliyyəti arasında gözəl harmoniya yarada bilib. Onun özünəməxsus üslubu, zamanın mənzərəsini vermək üçün bütün detallardan yerli-yerində istifadə etmək bacarığı ilk baxışdan diqqəti cəlb edir.

Ən müasir kinotexnikanın köməyi ilə, istər operator, istərsə rəssam işi tamaşaçı zövqünü oxşamaq onun tələbinə cavab vermək üçün dəqiq hesablanıb. Aktyorlardan Eldəniz Rəsulov, Abbas Qəhrəmanov, Qurban İsmayılov, Pərvanə Qurbanova, Ramil Zeynalov, Nəsibə Eldarova, Rasim Cəfərov, Fərhad Səmimi başqaları bütün psixoloji məqamları ustalıqla canlandırmağa nail olublar. Xəzər Televiziyasının aparıcısı Saibə Nəzərova yeni sima kimi film üçün bizcə, yaxşı tapıntıdır.

Döngələrin bir hissəsi Belorusfilmlə birlikdə çəkilib. Rusiyada kadrları , yerli aktryorların seriala cəlb olunması, o dövrdə millətlərarası münasibətlərin mənzərəsi teleserialın təsir gücünü daha da artırır.

Serialın Türkiyədə çəkilmiş hissələri həm məkan seçimi, həm yerli ab-havanın ekrana gətirilməsi baxımından yüksək qiymətləndirilməlidir.

Kino təkcə personajları, hadisələri ilə deyil, həm musiqisi ilə yadda qalır. Bu mənada belə hesab edirəm ki, bəstəkar Ayaz Qənbərli serialın ruhuna zamanın ovqatına uyğun musiqi yaza bilib. Bu filmdə hay-küy, süni pafos yoxdur, həyatın özü gərginlikləri var. Musiqi bütün bunları uğurla tamamlayır.

Döngələr İctimai televiziyanın fəaliyyətə başladığı ilk illərdən önəm verdiyi film siyasətinin yeni, daha sanballı mərhələsidir.Teleserial efirə getdiyi ilk gündə ona bir tarixçi kimi xeyir-dua verənlərdən biri mən idim. Çox sevinirəm ki, bu serial tamaşaçıların İctimai Televiziyaya olan etimadını daha da möhkəmləndirdi. Teleserialın Kim bilir qarşıda bizi daha neçə-neçə döngələr gözləyir cümləsi ilə bitməsi tamaşaçıları onun hələ bitmədiyinə, gələcəkdə davam edəcəyinə kökləyir. İnanırıq ki, İctimai Televiziyanın Carçıfilm Yaradıcılıq Birliyi bu məsuliyyəti daşımağa yüksək səviyyədə doğrultmağa hazırdır gələcəkdə bunu yeni, həm keyfiyyətli filmlər hazırlamaqla sübut edə biləcək.

 

 

Kərim Şükürov,

Tarix elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2012.- 29 noyabr.- S.5.