"Milli irs mükafatı"  qaliblərə  təqdim olunub

 

 Abidələr və Tarixi Yerlər Günü üzrə Beynəlxalq Şuranın (İKOMOS) təklifi, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) tövsiyələri əsasında hər il 18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir.

Bu ildə bu günün daha geniş və əlamətdar şəkildə qeyd edilməsi məqsədilə 18 aprel tarixində təntənəli bayram tədbirlərinin təşkili nəzərdə tutulub. Tədbirlər çərçivəsində ötən ay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki tikililərin və abadlaşdırılmış məbədətrafı ərazilərlə ictimaiyyətin tanışlığı həyata keçirilib. Tədbir çərçivəsində həmçinin ölkəmizin zəngin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs mükafatı"nın 2013-cü il üzrə qaliblərinin mükafatlandırılması mərasimi də keçirilib.

Mərasimin rəsmi hissəsində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbir iştirakçılarını salamalayaraq bu əlamətdar gün münasibəti ilə hər kəsi təbrik edib. Nazir bildirib ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilk dəfə olaraq belə geniş sürətdə qeyd edildiyini, “Atəşgah məbədi” ndə Prezident İlham Əliyevin tapşırığı ilə əsaslı bərpa işlərinin aparıldığını vurğulayıb.  Əbülfəs Qarayev tarixi abidələrimizin siyahısında Azərbaycan tarixini əks etdirən 6308 abidə olduğunu, son beş ildə 1700-dək tarixi abidənin aşkarlandığını qeyd edib. Daha sonra ölkəmizin zəngin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədi ilə Mədəniyyət və Turizm NazirliyininMilli irs mükafatı”nın 2013-cü il üzrə qaliblərin mükafatlandırılması mərasimi olub. 

  Təqdimat zamanı qeyd olunub ki, “Milli irs mükafat” ı Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən, ölkəmizin mədəni irsinin tədqiqi, mühafizəsi və təbliği sahəsində görülən işləri təşviq etmək məqsədi ilə nazirliyinMilli irs mükafatı” təsis edilib. Azərbaycan mədəni irsinin tədqiqində xidmətlərinə görə memar Davud Axundov (ölümündən sonra) və AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun Tovuz Arxeoloji Ekspedisiyası, mədəni irsin təbliğində xidmətlərinə görə Romualdo del Bianco Fondunun prezidenti Paulo del Biyanko və “Miras” mədəni irsin öyrənilməsinə kömək İctimai Birliyi, mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və “SEBA” Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası “Milli irs mükafatı”na layiq görülmüşdür. “Milli irs mükafatı”na layiq görülən şəxslərə mükafatın simvolu (heykəlciyi) və diplom təqdim olunub.

Diqqətə çatdırılıb ki, mükafat mədəniyyət və turizm nazirinin əmri ilə veriləcək və hər il 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə keçirilən təntənəli mərasimdə qaliblərə təqdim olunacaq. Mükafat memarlıq, arxeologiyaetnoqrafiya, mədəni turizm, tarix və mədəniyyət abidələrinin bərpası, mədəni irsin tədqiqi, təbliği və mühafizəsi istiqamətləri üzrə - “Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə”, “Azərbaycan mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə”, “Azərbaycan irsinin təbliğində xidmətlərinə görə” nominasiyalarında veriləcək. 

Ölkəmizin dövlət və hökumətnümayəndələrinin, diplomatik korpusların, elm ictimaiyyətinin və xarici dövlətlərdən dəvət edilmiş çoxsaylı qonaqların qatıldığı tədbirin bədii hissəsi "xalq gəzintisi" formatında təşkil edilib.

Tədbir möhtəşəm konsert proqramı ilə davam edib, meydan tamaşaları göstərilib.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2013.- 20 aprel.- S.16.