Yüz Gözəl Sevgi Şeiri - Yordum Ruhumu

 

Sevgi şirin bir nağıldı bəlkə ... Ən gözəl aldanışdı. Dünyanı könlün istəyən rəngdə, arzuladığın biçimdə görməkdi. Ya da heç görməməkdi. Ayaqların yerdən üzülməsidi... əgər bu nağılı özün uydurmusansa, elə qəhrəmanın da öz təxəyyülünün məhsuludu. İllər öncə onun xarici görünüşündən tutmuş, danışığına, jestlərinə, səsinə, xasiyyətinə kimi hamısını xəyal eləmisən. atın elə bir əhəmiyyəti yoxdu. Əsas şahzadədi... Elə ki onu arzularında tapdın, yuxuda bir-birinizə buta verdiz, hövlnak ayılıb axtarmağa başlayırsan.

... qəflətən! Bir gün! Odu... Axır ki, gəldi! olsun bir az bəstəboydu, ya da istədiyin kimi ağbəniz deyil... Amma odu axı, həmin ruhdu, həmin işıqdı onun içindəki... Yarındı! Əlindən tutub tam olursan, “bu, mənimdideyirsən. Başqalarından seçilir, qeyri-adidi, ən azı Sənə aid olması ilə fərqlidi! Sənə elə beləsi lazımdı. Belə sevgi arzulamışdın. başlanır... Nağılın gerçəkləşir, getdikcə yetişir, dadlanır, şirinləşir. Amma ətrafında olan hər kəs hər şey Səni ayıltmağa, ayağından tutub aşağı çəkməyə çalışır... O yüksəkliyə, ucalığa qalxa bilməyənin əlindən gələn budu... Səni öz yanına endirmək!  Müqavimət göstərirsən, yerin cazibəsiylə mübarizə aparırsan. Bir gün yorulursan... Zərər yoxdu, düş bir az yerdə gəz. Amma məbadə adiləşdirəsən Onu! Çünki bütün keçmişin, yaşadıqların mənasızlaşacaq onda...  İnandır özünü! İnandır ki heç nə dəyişilməyib. Hər gün yeni nə isə axtar onda, təzə cəhətini, fərqini tap! Ona yaxşılığın deyil bu! Başına vurub “mən səni belə eləmişəm” – demə... Özünü xilas edirsən onu ucaltmaqla, keçmişini qoruyursan onu qorumaqla... Geriyə baxanda bomboz, mənasız bir həyatı sıradan biri ilə yaşadığını fikirləşməyəsən deyə... Adiləşdirmə! Axı təkcə bu günü və gələcəyi düşünməyin nə verəcək?! Təməl keçmişdədi, unutma! Aşağılama dünənini!

...Əgər qəlbinə diqqətlə baxıb onun da hamı kimi olduğunu anlayacaqsansa, yum gözünü, baxma!

Nazım dördbəndlik şeirində bu faciəni elə təsvir edib ki... Ruhu yorğun aşiq ən qorxulu bir hisslə qarşılaşıb. Hər kəs kimi imiş sevgilisi! Gözündən sevgi daşmayan, qəlbə sevda ötürməyən insan hamıdan biridir elə! Və beləsindən qaçmaqdan savayı yol yoxdu... Amma şeiri misra-misra oxuyub təhlil edəndə Nazımın başqa bir hissi də üzə çıxır. Qəzəblidi Şair! Elə təkcə “bence” sözündən hirs yağır, sanki belə deməklə bilə-bilə yandırıb yaxır qadını... Son bəndin ilk iki misrasında açıq-aydın görünür bu qəzəb... “Büsbütün unuttum seni eminim, Maziye karıştı şimdi yeminim...” Dediyinə görə, xanımı tam unudubsevgi andı da keçmişə qarışıb, yaddan çıxıb. İnanmıram! Şair unutduğu Qadına şeir niyə yazsın?! Özü də belə şeir... İnsanın qəlbində birinə qarşı zərrə qədər hiss, sevgi, kin, qısqanclıq qalmayıbsa, hamısı tükənibsə, sadəcə susur, görmür o adamı... Daha Nazım kimi şedevr yazıb həyəcan təbili çalmır... Məhz həyəcan təbilidi bu şeir! Hamıdan biri ola bilərsən, adiləşə, mənasızlaşa, sehrini itirə bilərsən, Ayıl... – deyir Nazım!

... Əgər Sən də! Ötəri də olsa, bu fikri beynindən keçirmisənsə, sakit durma... Hay-küy sal! Nazım kimi!

 

Nazım Hikmət: “Kalbime baktım da işte iyice...”

 

 Gönlümle baş başa düşündüm demin;

 

Artık bir sihirsiz nefes gibisin.

 

Şimdi ta içinde bomboş kalbimin

 

Akisleri sönen bir ses gibisin.

 

 

 

Gözlerim gözünde aşkı seçmiyor,

 

Onlardan kalbime sevda geçmiyor,

 

Ben yordum ruhumu biraz da sen yor,

 

Çünkü bence şimdi herkes gibisin!

 

 Yolunu beklerken daha dün gece,

 

Kaçıyorum bugün senden gizlice,

 

Kalbime baktım da işte iyice,

 

Anladım ki sen de herkes gibisin!

 

 Büsbütün unuttum seni eminim,

 

Maziye karıştı şimdi yeminim,

 

Kalbimde senin için yok bile kinim,

 

Bence sen de şimdi herkes gibisin!

 

 

525-ci qəzet.- 2013.- 8 avqust.- S. 24.