Con F.Kennedi: "Mərdliyin profilləri" (davamı)

 

 

 

 

 

Əgər onların karyerası müvəqqəti olaraq və ya bəzən daimi olaraq sui-istifadə edən naşirlərin, zəhərli qələm sahiblərinin və seçkilərdə ən çox səs verənlərin atdıqları mərmilər altında dəfn edilirsə – əgər onlar risq edirlərsə, həmin vaxt buna məruz qalırlar – onlar gələcəyi ümid və inamla gözləyirlər, bu faktdan da agah olurlar ki, səs verən adamlar çox hallarda “bizim düşüncə yolumuzla həyat yolumuzun arasındakı” eks-Koqressmen T.B.Smitin adlandırdığı katorqadan əzab çəkirlər. Smit bunu naməlum şeirin subyekti ilə müqayisə edir:

 

Bir dəfə bir taksa (it cinsi – tərcüməçi) var idi.

Uzun müddət anlamırdı heç nəyi.

Çox vaxt quyruğunu qaldırıb,

Göstərirdi əhval-ruhiyyəsini

Nəsə baş verdisə, gözləri onun

Bu vaxt doldu dərdlə, kədərlə,

Kiçik quyruğu yellənirdi yenə,

 

Bu dəfə ancaq əvvəlki xoşbəxtliyindən.

Buna baxmayaraq, mən istənilən Senatordan soruşmaq istəyirəm ki, tədbir barədə biz səs verməmişdən əvvəl, dəqiq bəyan edə bilərdimi ki, onun seçicilərinin çoxluğu nəticəni Senatda təmsil olunan kimi necə hiss etdimi. Biz hamımız Senatda dəmir ciyərlə yaşayırıq – siyasətin dəmir ağ ciyəri və belə az havalı atmosferdən çıxmaq o qədər də asan iş deyildir ki, bizim seçicilərin nəfəs aldıqları təmiz hava ilə nəfəs ala biləsən. Professional müftəxorların və vokal (səs-küy salan – tərcüməçi) elementlərin yanlarındakı çox saydakı seçiciləri görmək də çətindir. Onlar siyasətçi haqqında hər cür məlumat toplayırlar. Vaşinqtonda olanda mən dəfələrlə qırx və ya əlli məktub alırdım, professional siyasətçilər və lobbistlər altı dəfə yanıma gəlirdi və Massaçusetsdən olan üç qəzet naşiri verilən nəticə barədə ictimai rəyi qaydaya salırdı. Düzü mən seçicilərin böyük çoxluğunun nə hiss etdiyindən və ya hətta onların nə qədər çoxunun, nəticələrin Vaşinqtonda belə yanğın yaratdığı kimi göründüyünü bilməsindən nadir hallarda agah oluram.

 

lll

 

Bu gün siyasi mərdlik çağırışı əvvəllərdə olduğundan daha böyük ölçüdə hiss olunur. Bizim üçün gündəlik həyat elə dolğunluğa çevrilmişdir ki, kütlənin nəhəng qüvvəsi hansısa qeyri-populyar və ortodoks xəttin Con Kvinsi Adamsın – 1807-ci ildə hücum altında qaldırdığı etiraz tufanı ilə əlaqədardır və heç vaxt təxəyyülə sığmayacaqdır. Bizim siyasi həyatımız elə baha olana çevrilmişdir ki, professional siyasətçilər və ictimai əlaqələr adamları tərəfindən elə mexanikləşdirilmiş və ona elə ağalıq edilir ki, müstəqil dövlət xadimliyi barədə xəyala dalan, idealist seçkinin və nəyəsə nail olmaq zərurəti ilə kobud qaydada oyadılır. Və bizim ictimai həyatımız sonu olmayan müharibə, hansına ki, biz qəribə qaydada “soyuq” epiteti vermişik, üzərində artan dərəcədə mərkəzləşir, ona görə biz ciddi ideoloji birləşməyə və fikrin ortodoks nümunələrini bəyənməyə meyl edirik.

Və beləliklə, qarşıdakı günlərdə yalnız çox cürətli olanlar gücü düşmənlə mübarizədə sağ qalmağımız üçün lazım olan qeyri-populyar və çətin qərarları verməyə qadir olmalıdır. Bu düşmənin isə liderləri özlərinin manipulyasiya etdikləri ictimai rəyə olduqca az əhəmiyyət verirlər, səsvermənin nəticələrindən qorxmayaraq öz vətəndaşlarını məcbur edirlər ki, indiki gülüşü gələcəyin şərəfinə qurban versinlər. Və yalnız çox cürətli adamlar fərdiyyətçilik ruhunu və bu millətin doğulmasına səbəb olan ayrı-seçkiliyi mövcudluqda saxlamağa qadir olacaqlar. Bu, körpəni yedizdirməyə və onun yaşa dolmaya çatmasını sərt sınaqlardan keçirməyə bənzəyir.

Əlbəttə, əgər bizim hamımız ənənəvi siyasi nümunələr əsasında – liberalizm və konservatizm nümunələrində, Respublikaçılar və Demokratlar kimi, Şimalın və Cənubun nöqteyi-nəzərindən, idarəetmə və əmək, biznes və istehlakçı kimi və ya bəzi bərabər dar çərçivədə fikirləşsək, bunlar daha asan başa gələcəkdir. Hərəkət etməyi və taqımla səs verməyi davam etdirsək, kolleqalarımızı cari dəbdəki qaydada istismar etməklə özümüzə birləşdirsək, əvvəldən verilən qərarlara və ya populyar hərəkatlara qəzəblənsək, bu daha təsəlli verici olacaqdır. Lakin bu gün millət belə tənbəl siyasi adətlər dəbdəbəsinə dözə bilməz. Yalnız güc, proqress və sülhsevər dəyişiklik, müstəqil mühakimədən və fərdi – və hətta ortodoks olmayan və ekssentrik – ideyalardan irəli gəlir və bizi xarici ideologiyaya üstün gəlməyə qadir edir, axırıncı isə hidrogen bombasından qorxduğundan daha çox azad fikirdən qorxur.

Biz qarşıdakı günlərdə daha çox əminlik üçün kompromisslərə möhtac olacağıq. Lakin bunlar prinsiplərin deyil, iş kompromissləri olacaqdır və olmalıdır. Biz özümüzdə deyil, siyasi mövqelərimizdə kompromissə getməliyik. Biz mənafelərin toqquşmasını, öz ideyalarımızdan uzaqlaşmadan həll edə bilərik. Və hətta kompromissin düzgün növü üçün zərurət, həmin idealistlərə və islahatçılara ehtiyacı ləğv etməyəcəkdir. Onlar isə bizim kompromissləri irəli aparırlar. Şounun (Bernard Şou – məşhur yazıçı, Nobel mükafatı laureatı – tərcüməçi) təsvir etdiyi kimi “kompromisslə lənətlənmiş, opportunizmlə çürümüş, lazımi qaydada səpilmiş yalançı unlu şeh, naqili dartma ilə ölçüsünün genişlənməsi və nüfuzetmədən çürümə ilə sirayətlənmişlərlə” qarşılaşmaqdan yaranan siyasi situasiyaların qarşısını alır. Kompromissə heç də qorxaqlıq üçün ehtiyac duyulmur. Əlbəttə ki, kompromisslər və barışıqlar dəfələrlə sərt siyasi mərdlik sınaqları ilə üz-üzə gəlir. Onlar öz seçicilərinin ekstremist nəzərlərinə müxalif olurlar. Buna görə Deniel Uebster 1850-ci ildəki kompromissi vicdanlı qaydada bəyənmişdi, buna görə o, siyasi tarixin salnamələrinin ötülüb keçilə bilməyən məhkumluğunu qazanmışdı.

Onun əhvalatı bu gün xatırlanmağa layiqdir. Beləliklə, mən inanıram ki, digər mərd Senatorların əhvalatları – onlar özlərinin bütün şəxsi və siyasi hörmətdən yuxarı olan milli zəfər çalınmasına loyallıqda olmuş, bu adamlar mərdliyin real olaraq nə olduğunu və həmçinin demokratiyaya real inamlarını göstərmiş, Birləşmiş Ştatlar Senatını, öz seçicilərinin nöqteyi-nəzərlərini icra qaydasında çatdıran sadə robotlar kolleksiyasından daha çox nəyisə etmişlər və ya zamana xidmət edən beyinləri bir yerə yığmışlar ki, ictimai hissiyyatın daşqınlarını əvvəlcədən xəbər versinlər və onların ardınca getsinlər.

 

Bu adamların bəziləri, hansılarınkı əhvalatları təsvir ediləcəkdir, öz inamlarında düzgün idilər, digərləri, güman ki, düz deyildilər. Bəziləri daha çox populyarlığa qayıtmaqla özlərinə haqq qazandırırdılar, çoxu isə heç də bunu etmirdi. Bəziləri özlərinin bütün həyatı boyu mərdlik nümayiş etdirirdilər; digərləri isə onların vicdanı və hadisələr, bu adamları tufanın mərkəzinə gətirib çıxaran həlledici ana qədər küləyin istiqamətində üzmüşdülər. Bəziləri özlərinin mütləq prinsiplərə sarsılmaz həsr olunmaları ilə əsl mərd adamlar idilər; digərləri kompromiss tərəfdarlarını lənətləyirdilər.

Onların müxtəlifliyi ilə yanaşı, amerikan siyasətçiləri, hansıların ki, əhvalatları dəfələrlə söylənmişdir, bir qəhrəmanlıq keyfiyyətini – mərdliyi bölüşürdülər – sonrakı səhifələrdə mən çalışacağam ki, onların həyatını – uğrunda yaşadıqları idealları, mübarizə apardıqları prinsipləri, onların ləyaqətlərini, günahlarını, qazandıqları tərifi və dözdükləri təhqiri nəql edim. Bütün bunlar sonrakı səhifələrdə yer tutacaqdır. Biz onlar haqqında yazmalıyıq, onlar haqqında oxumalıyıq. Bu adamların hər birinin həyatında elə şeylər vardır ki, onu çap səhifəsinə təslim etmək çətindir – və həm də elə şeylər vardır ki, onlar vətənlərinə gəlib çatmış və yer kürəsinin hər bir hissələrində yaşayan hər bir vətəndaşın malik olduğu irsi daha da zənginləşdirmişdir.

 

 

Birinci hissə

Zaman və yer

 

   

 

Bizim birinci əhvalat 1803-cü ildə başlandı, bu vaxt Vaşinqton hələ lazımi qaydaya düşməmişdi, şəhər əslində ölkə kəndindən artıq bir şey deyildi. Belə rəvayət vardır ki, yeni fransız elçisi bura gələndə ətrafa baxıb qışqırmışdı: “Ay Allah! Mən nə etmişəm ki, belə şəhərdə yaşamağa məhkum olmuşam!” Tikintisi hələ başa çatmamış Kapitoli Birləşmiş Ştatlar Senatının yerləşdiyi bina idi və ilk Senatın 1789-cu ildə yerləşdiyi Nyu-Yorkun köhnə şəhər zalından çox böyük dərəcədə fərqlənirdi və hətta 1787-ci ildəki Konstitusiya yazanların orijinal qaydada planlaşdırdığı orqandan da çox fərqli idi.

Bani-atalar Senatda işləməyi “siyasi mərdlik” üçün imkanı təmin edən xidmət kimi təxəyyül edə bilməzdilər, öz seçicilərinin iradəsinə etiraz etdikdə burada adamlar təhlükədə olacaq və ya öz karyeralarına son qoyacaqdılar. Senat üçün onların əsl konsepsiyasına görə, Senat, Nümayəndələr Palatasına əks olmaqla elə bir orqan idi ki, o seçici təzyiqinə məruz qalan subyekt olmayacaqdı. Hər bir ştat özünün ölçüsündən və əhalisinin sayından asılı olmayaraq eyni sayda (iki nəfər – tərcüməçi) Senatora malik olmalı idi, beləliklə onlar fərdi suveren ştat hökumətlərinin federal hökumətə göndərdiyi səfirlər idi, səs verən ictimaiyyətin təmsilçiləri deyildi. Senatorlar hər iki ildən bir seçilmək üçün (Nümayəndələr Palatasının üzvləri hər iki ildən bir seçilirlər – tərcüməçi) çarpışmayacaqdılar, – əlbəttə, Aleksandr Hamilton (bani-atalardan biri, Corc Vaşinqtonun ilk prezidentliyində federal hökumətin ilk maliyyə naziri – tərcüməçi) təklif etmişdi ki, onlar ömürlük müddətə bu səlahiyyət sahibi olsunlar – və altı illik müddətin məqsədi onları ictimai rəydən izolyasiya etmək idi.

Senatorlar xalqın səsi ilə deyil, ştatın qanunvericiləri tərəfindən, hansılar ki, hər bir ştatın konservativ mülkiyyət maraqlarını təmsil etməyə arxalanırlar və “kütlələrin səfehliyinə” müqavimət göstərə bilirlər, həmin funksiyaya təyin edilirdilər. Bu qaydada konstitusional qurultayın nümayəndəsi Con Dikinson demişdi ki, “Senat həyatda öz rütbələrinə görə və mülkiyyət çəkilərinə görə hörmətə yiyələnəcək və ən ehtiramlı şəxsiyyətlərdən ibarət olmaqla, mümkün olduğu qədər Britaniya Lordlar Palatasına güclü bənzərliyə malik olacaqdı”.

Bununla yanaşı, Senat qanunvericilik orqanından az olmalı idi – adətən orada ictimai fikrə görə həyati nəticə üstündə qızışan müzakirələrə qayğı göstərilməlidir, – Senat isə daha çox icra şurası olacaqdı. Torpaqları və müqavilələri müzakirə edəcək və əsasən Prezidentə məsləhətlər verəcəkdi, özü də bunu ictimaiyyət üçün olan qalereyasız və hətta öz iclası üçün protokolu olmadan həyata keçiriləcəkdi. Yerli qaydada əvvəlcədən qərar vermə, Hamiltonun dediyi kimi, Senat zalında yaddan çıxarılmalı idi, həm də ilk məsələnin “görən bu qərar seçicilərimə və... mənim yenidən seçilməyimə necə təsir göstərəcəkdir” sualının olduğu Kontinental Konqressin sadə bir məşqi olmalı idi.

Birləşmiş Ştatların ilkin iyirmi iki Senatoru 1789-cu ildə Nyu-Yorkda iclas keçirməklə, Konstitusiyanı tərtib edənlərin gözlədiklərini icra etməyə ilk dəfə girişən kimi göründülər, xüsusən də bunu Lordlar Palatasına bənzəmək kimi qiymətləndirirdilər. Onlar hörmətli və parlaq şəxsiyyətlər, görkəmli və təcrübəli dövlət xadimləri olmaq istəyirdilər. Senat Nümayəndələr Palatası ilə müqayisədə bütünlüklə dəbdəbədən uzaq və tam rəsmi idi, onun otaqları daha diqqətlə işlənmişdi və onun üzvləri geyimlərinin xoş təsir bağışlamasına və sosial rütbəyə daha az əhəmiyyət verirdilər. Senat bağlı qapılar arxasında daimi komitələrdən istifadə etmədən iclas aparırdı, Prezident Vaşinqtona fərdi qaydada məsləhət verirdi və administrasiyanın bütövlükdə birləşdirici bir hissəsinə yaxın fəaliyyət göstərirdi.

 

(Ardı var)

İngiliscədən Telman Orucov tərcümə edib

 

525-ci qəzet.- 2013.- 14 dekabr.- S.10.