Dərbəndin Azərbaycan Teatrı Qəbələyə qastrola gəlib

 

 

Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrı 2013-cü ildə "MDB-nin mədəniyyət paytaxtı" elan olunmuş Qəbələdə qastrol səfərində olub. Teatrın kollektivi Qəbələ Rayon Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyası əsasında səhnələşdirilmiş tamaşanı nümayiş etdirib.

Tamaşanın quruluşçu rejissoru Dağıstan Respublikasının Əməkdar artisti, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Laləzar Hüseynovadır. Tamaşada Məşədi İbad rolunu Dağıstan Respublikasının Əməkdar artisti Əlimövsüm Abbasov, Rüstəm bəy rolunu Dağıstanın Əməkdar artisti Əliyar Hüseynov, Sənəm rolunu Dağıstanın Əməkdar Mədəniyyət İşçisi Yaqut Xandadaşova ifa edib. Bu aktyorlarla yanaşı, digər rolları ifa edən Sərxan Səmədovun, Hörmət Aslanovun, Mahir Məlikovun Dinşah Abdulqafarovun da çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2013.- 18 dekabr.- S.7.