Əfsanələr Paytaxtı və Muzeylər Şəhəri - Xaçmaz  

 

 

Dekabrın 24-də KİV nümayəndələri "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına uyğun olaraq növbəti dəfə səfərə yola düşüblər. Bu dəfə infoturun ünvanı Xaçmaz rayonu olub.

Qeyd edək ki, Mədəniyyət Turizm Nazirliyi tərəfindən "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına uyğun olaraq Xaçmaz 2013-cü ildə Azərbaycan Respublikasının "Əfsanələr Paytaxtı" elan edilib. Bir neçə gün əvvəl eyni proqrama uyğun olaraq nazirlik nümayəndələri media təmsilçiləri "Folklor Paytaxtı" Zaqatalaya, "Sənətkarlıq Paytaxtı" Göygölə səfər etmişdilər. "Yaradıcılıq paytaxtları"nın elan edilməsində məqsəd ölkəmizin qeyri-maddi irsinin qorunması dəstəklənməsidir.

Xaçmaz rayonu ölkədə turizmin ən çox inkişaf etdiyi rayonlardan sayılır. Nabran istirahət zonasının Xaçmaz ərazisində yerləşməsi bu amili daha da gücləndirir. Əsasən yay ayları hesablanmaqla, rayona  il ərzində 350 mindən çox turist gəlib. Yeni il ərəfəsində turistlərin sayı bir qədər artır. Daha çox yay turizmi inkişaf etsə , qış turizminin inkişafı istiqamətində bir sıra addımlar atılacağı gözlənilir. Xaçmaz son illər ərzində muzeylərin, parkların salınmasıyla daha da gözəlləşib. Bir neçə il əvvəl rayona gələn turistlər birbaşa istirahət mərkəzlərinə üz tuturdularsa, son illərdə qonaqlar rayonda yerləşən abidələri muzeyləri gəzmək üçün daha bir gün sərf edirlər.

Şəhərin girişi sayılan yerdə köhnə qala qapılarını xatırladan yeni tikili buraya ayrı bir yaraşıq verir. Burada qeydə alınmış 72 tarixi abidə var. Bürünc dövrünə aid yaşayış yerlərinin qalıqları, kurqanlar, daş kitabələr, məscidlər, qədim Xudat qala-şəhərin, Qraqurtlu kəndində XV-XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi, Şeyx Yusif (XV əsr) məscidi tarixi ekskursiyaları sevənlər üçün yaxşı nümayiş obyekti ola bilər. Ən qədim arxeoloji abidələr Mollabürhan, Hülovlu, Qaraçik, Həsənqala kəndlərinin yaxınlığındakı tunc dövrünə aid qədim kurqanlar Canaxır, Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məskənləridir. Bunlardan ikisi dünya əhəmiyyətli abidə -məskən sayılır: Canaxır Sərkərtəpə. Canaxır abidəsinin yerləşdiyi kənd Xaçmaz rayonunun Hülövlü inzibati ərazi vahidində yerləşir. Kəndin əsasını əslən Quba rayonunun Əlik kəndindən olan sakinlər "Canaxır" adlanan yerdə qoyublar. Kənd əvvəllər Aşağı Əlik adlanıb.

Mədəniyyət Turizm Nazirliyinin bu il "Əfsanələr Paytaxtı" adını Xaçmaza verməsi təsadüfi deyil. Belə ki, rayonun tarixi mənbədə bir neçə əfsanədə adı çəkilir. Layihə çərçivəsində bu barədə xüsusi kitab işıq üzü görəcək. Xaçmaz tolerantlığı çoxmillətliyi ilə seçilir. Azərbaycanın digər bölgələrində olduğu kimi, burda müxtəlif xalqlar müxtəlif dinlər kəsişir. Onların mədəniyyətinin tanıdılması, təbliği inkişafı üçün İcra Hakimiyyəti bir sıra tədbirlər həyata keçirir ki, bunlardan da biri axıska türklərindən ibarət rəqs qruplarının yaradılması, onların respublika səviyyəsində çıxışlarının təmin edilməsidir.

Nazirliyin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva yol boyu "Xalq Yaradıcılığı Paytaxtları" proqramı haqqında jurnalistləri məlumatlandırıb. Xaçmazda İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə görüşdən sonra qonaqlar "Şəxsiyyətlər Muzeyi"nə dəvət olunublar.  Muzeydə Azərbaycanın tanınmış şəxsiyyətlərinin - aktyor, memar, yazıçı, şairlərinin büstü qoyulub. Açıq səma altında qurulan Muzey Azərbaycanda unikallığına görə seçilən sənət abidələrindən sayılır. Parkda diqqətçəkən daha bir məqam isə muzeyin hətta hasarlarında belə tar, kamança, sazın şəkillərinin həkk olunması ilə milli irsimizə bağlılığın qeyd olunmasıdır.

Gəzintidə jurnalistlərlə yanaşı Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Mədəniyyət Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, icra başçısının humanitar məsələlər üzrə müavini Mehman Yetkin, rayon mədəniyyət turizm şöbəsinin müdiri Nazim Ağayev iştirak ediblər. Sonra "Şəxsiyyətlər Muzeyi" ərazisində yerləşən Tarix Diyarşünaslıq Muzeyinin qarşısında qonaqlar üçün konsert verilib, "Əfsanələr paytaxtı"na layihəsinə daxil olan silsilə tədbirlərin bağlanış mərasimi keçirilib. Yerli ifaçıların rəqqasların təqdimatında əsl bayram ab-havası yaşanıb.

İştirakçılar Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Muzeydə Xaçmaz rayonunun təbiətini tarixini əks etdirən müxtəlif eksponatlar saxlanır. İki filial yeddi şöbədə fəaliyyət göstərən muzeyin 1930-cu ildə tikilən binası artıq istismar müddətini başa vurduğu üçün yeni binanın tikintisinə 2013-cü ilin əvvəlində başlanılıb. Xüsusi memarlıq üslubunda tikilən bina lazımi avadanlıqlarla təchiz edilib. Binanın foyesində Heydər Əliyevin abidəsi qoyulub. Burada Prezident İlham Əliyevin müxtəlif illərdə Xaçmaz rayonuna səfərlərini əks etdirən fotoguşə yaradılıb. Muzeyin birinci mərtəbəsində İstiqlal bölməsi yerləşir. Burada dövlətçilik tariximiz dövrlər üzrə əks olunub. Bu bölmədə İstiqlal tariximizlə bağlı maraqlı eksponatlar toplanıb. İkinci Dünya müharibəsinə aid eksponatlardan da zəngin tarixi məlumatlar əldə etmək mümkündür.

Tədbir mətbuat konfransı ilə davam etdirilib. Jurnalistlərin suallarını cavablandıran Fikrət Babayev Nazim Ağayev nazirliyin bu istiqamətdə həyata keçirdiyi layihə barədə danışıblar.  Bu layihə çərçivəsində görülən işləri sadalayan F.Babayev həmçinin Xaçmazda son bir il ərzində keçirilən tədbirlərin, aparılan yenidənqurma işlərinin təqdirəlayiq hal olduğunu bildirib.

N.Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, yaxın günlərdə rayonda görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin muzeyinin açılışıyla muzeylərin sayı 10-a çatacaq. İl ərzində Xaçmazda "Belarus günləri", "Dostluq bayramı" başqa tədbirlər keçirilib, Dağıstanın məşhur "Ləzginka" qrupu rayonda konsert verib. Gələn il isə Xaçmazda "Bolluq festivalı"nın keçirilməsi nəzərdə tutulub.

Növbəti istiqamət Xalça Muzeyi olub. Xaçmaz Xalça Muzeyi 2006-cı ildə yaradılıb. 2011-ci ildə muzeyin binası sökülərək müasir üslubda inşa olunub. Muzeyin Fondunda 153 eksponat var. Onlardan 130-u ekspozisiyada nümayiş etdirilir. Xalça Muzeyində nümayiş olunan ən qədim eksponat "Zeyvə" xalçasıdır. Uzunluğu 4 metr olan xalçanın 3 əsr yaşı var. Ondan keçmişdə süfrə kimi istifadə olunub. Ekspozisiyadakı xalçaların çoxu "Quba- Şirvan" qrupuna aiddir. Burada ən cavan eksponat isə, "Çiçi" xalçasıdır. O, XIX əsrin sonunda toxunub. Təbrizdə toxunan "Şah Abbas" xalçası isə XIX əsrin əvvəlində hazırlanıb. İncəsənət Mərkəzində ən çox Qubada toxunan xalçalar üstünlük təşkil edir. Azərbaycanda cəmi 3 Xalça Muzeyi fəaliyyət göstərir. Onlarda ikisi Bakı Naxçıvan şəhərlərində, biri isə Xaçmazda yerləşir.

2014-cü ilin əvvəlində layihənin sonuncu ili üçün ölkədə yeni "Yaradıcılıq Paytaxtları" elan ediləcək.Yaradıcılıq paytaxtlarının elan edilməsində məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsidir. Bundan başqa , milli folklor ustaları kollektivlərinin, sənətkarların, respublikanın şəhər rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili xarici turizmin inkişafı da əsas istiqamətlərdəndir.

 

Pərviz SADIQOV

Bakı-Xaçmaz

525-ci qəzet.- 2013.- 27 dekabr.- S.4.