Ədəbiyyat İnstitutu nəşrlərinin biblioqrafik göstəricisi işıq üzü görüb

 

 

Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun nəşrlərinin biblioqrafik göstəricisi çap olunub. Ədəbiyyat İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, elmi-tədqiqat müəssisəsinin belə bir nəşri AMEA sistemində ilk dəfə işıq üzü görür.

AMEA Nizami adına Ədəbiyyat İnstitutu elmi şurasının 2013-cü il 4 dekabr tarixli qərarı ilə çap olunan əsərin elmi redaktoru layihənin müəllifi elmi-tədqiqat müəssisəsinin direktoru, akademik İsa Həbibbəylidir. Bu tarixi oçerkdə institutun 80 ildə keçdiyi şərəfli yola nəzər salınır, görkəmli alimlərin Azərbaycan ədəbiyyatşünaslıq elminə verdiyi töhfədən danışılır, instituta rəhbərlik etmiş elm xadimlərindən, ədəbiyyatşünaslıq elmində böyük xidmətlər göstərmiş alimlərdən söhbət açılır.

Akademik İsa Həbibbəylinin müəllifi olduğu  önsözdə qeyd olunur ki, institutda nəşr olunan əsərlərdən böyük bir kitabxana yaratmaq mümkündür: “Bu mənada Nizami adına Ədəbiyyat İnstitutunun kitabxanası ədəbiyyatşünas alimlərin səksən ildən çox bir dövrdəki ardıcıl, sistemli yorulmaz fəaliyyətinin real nəticəsidir. Bu möhtəşəm kitabxananı təşkil edən qiymətli monoqrafiyalar, jurnallar məqalələr Azərbaycan elminə böyük töhfədir. Ədəbiyyat İnstitutunun 80 illik yubileyinin keçirilməsi haqqında AMEA rəyasət heyətinin 2013-cü il 17 oktyabr tarixli qərarı ölkəmizdə elmə göstərilən diqqətin ifadəsidir. Ədəbiyyatşünaslıq elmi müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ictimai fikrinin inkişafına xidmət etmək vəzifələrini məsuliyyətlə yerinə yetirir. Azərbaycançılıq ideyasının formalaşması inkişafında milli ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslıq elminin özünəməxsus xidmətləri var. Azərbaycanşünaslıq elmləri sisteminin tərkibində Azərbaycan ədəbiyyatşünaslıq elmi xüsusi çəkiyə malikdir”.

Biblioqrafiya ədəbi tənqid ədəbiyyatşünaslığı, ədəbi-bədii irsimizi, digər dillərdə nəşr edilmiş kitabları, dünya ədəbiyyatından nümunələri köməkçi göstəriciləri əhatə edən beş hissədən ibarətdir. Nəşrdə yer alan kitabların biblioqrafik göstəricisi təkcə institutun deyil, ümumiyyətlə, Azərbaycan ədəbiyyatşünaslıq elminin bir əsrə yaxın dövrdəki elmi salnaməsidir. Biblioqrafiya ədəbiyyatşünaslıq elminin inkişaf yolunu, ideya xəttini, uğurlarını elmi şəkildə öyrənib ümumiləşdirməyə imkan yarada bilən mötəbər mənbədir.Nizami adına Ədəbiyyat İnstitutunun nəşrləri. Biblioqrafik göstərici. Kitablarəsərini Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə sanballı töhfə kimi dəyərləndirmək olar. “Elm təhsilnəşriyyatında işıq üzü görmüş biblioqrafiyanın redaktoru filologiya üzrə fəlsəfə doktoru Əmin Əfəndiyev, tərtibçiləri Zakirə Əliyeva Sona İbrahimovadır.

 

S.Abdullayeva

 525-ci qəzet.- 2013.- 29 dekabr.- S.21.