Qərb və Şərq insanı

 

Virciniya Vulf  və Afaq Məsud yaradıcılığında

 

Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru Fərqanə Zülfüqarovanınİngilis Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası (Virciniya Vulf Afaq Məsudun yaradıcılıqları əsasında)” kitabı işıq üzü görüb. Kitabda müəllif bütün dövrlərdə önəmli olan insan problemindən söz açır. Görkəmli yazıçı Virciniya Vulfun yaradıcılığının timsalında XX əsr ingilis ədəbiyyatında insan problemi, Azərbaycan ədəbiyyatında psixoloji modernist nəsrin nümayəndəsi Afaq Məsudun əsərləri müqayisəli təhlilə cəlb olunub. Hər iki yazıçının əsərlərində insan konsepsiyası ilə bağlı oxşar fərqli cəhətlər  ədəbi- fəlsəfi, əxlaqi-dini, ideya-estetik  baxışların təlqin təbliğ edilməsi şərtləndirilib.  Üç fəsildən ibarət olan kitabın birinci fəslində Qərb ictimai-siyasi, elmi-fəlsəfi fikrində insan konsepsiyaları mövzusundaAvropada insan problemi ədəbiyyat”, “V.Vulf Qərb azadlıq fəlsəfəsimonoqrafiyaları yer alıb. “Avropada insan problemi ədəbiyyatbaşlıqlı yazıda müəllif Qərb düşüncəsində insanpərvərlik ideyalarının pərvəriş tapmağa başladığı İntibah dövründən etibarən ədəbiyyat incəsənətin ən başlıca mövzusuna çevrildiyini bildirib: “Kilsə insanın azadlığı, böyüklüyü, gözəlliyi ideyasını heç cür qəbul edə bilmir, buna özünün cəmiyyətdəki nüfuzunun sona yetməsi kimi baxırdı. Buna görə İntibah prosesinin yaranmasıyla azad insan fikri düşüncəsinə qarşı inkvizasiya tonqalları da alovlanıb.  Bir neçə əsrlik qarşıdurmada milyonlarla adam inkvizasiya tonqalında yandırılsa da azad insan düşüncəsi bu mübarizədə qalib gəldi çağdaş Qərb ictimai-siyasi, elmifəlsəfi fikrindəki müxtəlif insan konsepsiyalarına gətirib çıxardı”.

Müəllif insanın öz ruhi, təbii başlanğıcına qayıdışı zamanı Qərb alimlərinin Şərqə üz tutduqlarını qeyd edib: “Rasional məntiqə həddən artıq güvənən Qərb düşüncəsindən fərqli olaraq Şərqdə insanın ruhi, təbii xüsusiyyətləri daha yaxşı qorunub saxlanmışdır”. “V.Vulf Qərb azadlıq fəlsəfəsibaşlıqlı yazısında isə müəllif insan konsepsiyasının ingilis ədəbiyyatında öyrənilməsinin  çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıb XX əsrin əvvəllərində Qərbi Avropa psixoloq filosoflarının  insanın öyrənilməsinə dair xeyli qiymətli əsərlərinin nəşr olduğunu bildirib.   Yazıda F.Zülfüqarova insan ruhunun ilahi bir möcüzat olduğunu  da diqqətə çatdırıb: “İnsan ruhunun imkanları geniş olduğu üçün  çəkinmədən söyləyərdim ki, yer üzünün məntiqi insan ağlına deyil, insan ruhunun məntiqinə əsaslanmalıdır. Virciniya Vulfun əsərlərində məhz  bu məqam özünün daha geniş ifadəsini tapmışdır”. Yazıda müəlif  Andre Mersyenin, S. Kyerkeqorun,  J.P.Sartrın insan azadlığı mövzusundakı baxışlarını da oxucuların diqqətinə çatdırıb.

Kitabın üçüncü fəsilində yer alanVirciniya Vulfun yaradıcılığında şəxsiyyət cəmiyyət münasibətləri fəlsəfəsi, psixoloji xüsusiyyətləri  başlıqlı yazıda  V.Vulfun əsərlərində şəxsiyyətin fəlsəfi psixoloji məqamlarına nəzər salınıb.

Kitabın üçüncü  fəslində Afaq Məsudun yaradıcılığında insan sosial mühit münasibətlərinin daxili mahiyyəti məzmunundan söhbət açılır. Müəllif Azərbaycan ədəbiyyatında insan konsepsiyasının tarixi inkişaf yoluna işıq salıb. Sonrakı səhifələrdə Afaq  Məsud yaradıcılığı ilə Virciniya Vulfun yaradıcılığındakı mövzu ideya-bədii səsləşmələr  qələmə alınıb. Müəllif yazıda  qeyd edib ki, Virciniya Vulfun yaradıcılığı ilə müasir ədəbiyyatımızın tanınmış nasiri Afaq Məsudun əsərləri arasında ideya-süjet məzmun-forma səsləşmələri paralelləri tapmaq mümkündür:

“V. Vulfun əsərləri Azrbaycan ədəbiyyatında Afaq Məsudun əsərləri ilə analoji psixoloji aspektdə daha çox səsləşir”.

Kitaba Afaq Məsudun müxtəlif  illərdə Azərbaycanın aparıcı  mətbuat orqanlarına verdiyi  maraqlı müsahibələr daxil edilib.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2013.- 16 fevral.- S.16.