Şair-publisist Nazim Əhmədlinin 60 illik yubileyi qeyd olunub

 

 

Bu günlərdə Laçın köçkünlərinin geniş məskunlaşdıqları Taxta Körpü qəsəbəsi ərazisində yerləşən mədəniyyət evində istedadlı qələm sahibi, şair-publisist AYB ədəbiyyat təbliği bürosunun direktoru Nazim Əhmədlinin anadan olmasının 60 illiyinə həsr olunmuş yığıncaq keçirilib.

Adıçəkilən rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil olunmuş yubiley tədbirinə icra hakimiyyəti, idarə-müəssisə, ictimaiyyət nümayəndələri, ziyalılar, müəllimlər, mədəniyyət işçiləri, şairin qələm dostları, ailə üzvləri media mənsubları qatılıblar. Tədbirin əvvəlində səsləndirilənLaçınımmahnısı zalı riqqətə gətirib. Yığıncağı giriş sözü ilə açan tanınmış şair, Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Ənvər Əhməd tədbir iştirakçılarını salamlayıb, yubilyara təbrik sözlərini çatdırıb. Nazim Əhmədlinin yaradıcılıq uğurlarından danışan natiq tədbirin bölgədə keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib, bu hadisəni respublikamızda sözə, ədəbiyyata verilən yüksək qiymət kimi dəyərləndirərək mərasimin təşkilatçılarına minnətdarlıq edib.

Yığıncaqda söz alan Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov ölkəmizdə müstəqillikdən sonra ədəbiyyatın, incəsənətin inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd edib. Son vaxtlar istedadlı yazarların, yeni ədəbi qüvvələrin kitablarının işıq üzü görməsi, onların televiziya kanallarına dəvət olunması, əsərlərinin müzakirəsi, yubileylərinin keçirilməsi artıq ənənə halını alıb. Nazim Əhmədli yaradıcılığına verilən qiymət həmin diqqət qayğının aydın təzahürüdür. A.Səlimov şairin yüksək bədii dəyərə, siyasi əhəmiyyətə malik  hər kəsi Laçına dönməyə səfərbər edən yaradıcılığına yaxından bələd olduğunu, onu daim izlədiyini, zövqlə oxuduğunu dilə gətirib, sənətkarla Laçında keçirdikləri birgə maraqlı həyat məqamlarını əks etdirən xoş xatirələrindən danışıb. İcra başçısı çıxışında istedadlı gənclərin üzə çıxarılmasının vacibliyinə toxunub, bu sahədə hələ çox işlər görməyə ehtiyac olduğunu vurğulayıb. Tədbirdə yerli şair Raziyə Laçın, şairin qələm dostu, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Dumanoğlu, Aşıq Umbay Axundov, Tapdıq Qaraçullu, söz ustası Natiq Dağlaroğlu başqaları çıxış edərək Nazim Əhmədli poeziyası haqqında səmimi ürək sözlərini, fikir münasibətlərini, təəssüratlarını bölüşüb, ona yeni-yeni yaradıcılıq uğurları diləyib, şairə həsr etdikləri şeirlərini səsləndiriblər.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Nazim Əhmədlini Laçın əhalisi adından təbrik edərək ona səmərəli ədəbi fəaliyyətinə görə anadan olmasının 60-cı ildönümü münasibəti ilə Fəxri Fərman qızıl qol saatı təqdim edib.

Yubilyar yaradıcılığına yüksək qiymət verildiyi, belə bir tədbirin təşkil edildiyi üçün Laçın rayon İcra Hakimiyyətinə, bütün həmyerlilərinə öz səmimi təşəkkürünü minnətdarlığını bildirib, verilən sualları cavablandırıb. Şair müxtəlif dövrlərdə çap olunan kitablarını Laçın rayon mərkəzi kitabxanasına hədiyyə edib. Tədbir yerli sənətkarların ifasında yubileyə həsr olunmş konsert proqramı ilə müşayiət olunub. Aşıq Xəlil, Aşıq Umbay, Aşıq Nizami, respublika müsabiqəsi laureatı balabançı Minayə Şirinova, xanəndə Habil Hacıyev, istedadlı gənc müğənni Aypəri Məmmədova digərləri tərəfindən ifa edilən muğam mahnılar, məktəblilərin səsləndirdikləri şeir parçaları tamaşaçılar tərəfindən böyük maraq rəğbət hissi ilə qarşılanıb.

 

Yəhya PAŞAZADƏ

 

525-ci qəzet.- 2013.- 6 iyun.- S.7.