Aslan Qəhrəmanlının “Simmetriya”sı

 

 

 

Tanınmış yazıçı Aslan Qəhrəmanlının “Simmetriya” adlı yeni kitabı nəşr olunub. Kitabda yazıçının müxtəlif illərdə yazdığı 12 hekayəsi, heç bir kitabına daxil edilməmiş 12 nağılı, mətbuat səhifələrində işıq üzü görmüş 6 məqaləsi və 6 müsahibəsi yer alıb.

Nəşrdəki materiallar janrlara uyğun başlıqlarda təqdim edilib.Hekayələrbölümündə müəllifinÇağırılmamış qonağın hədiyyəsi”, “Üç ildən sonra”, “Cırtdan nağılı”, “Bu gələn Eyvaz, bu gələn”, “Yetim Bədəl”, “Yanğın”, “Xaraba”, “Qarşılama”, “Qıfıl”, “Simmetriya”,  Quru kəllə”, “Öləndən sonra vəsiyyətəsərləri təqdim edilib.

YazıçınınYazılı daş”, “Cuqqulunun xoruzu”, “Alabaşın şikayəti”, “Boyu bir qarış, saqqalı yeddi qarış”, “Cəhənnəm yolçusu”, “Yeddinci vəzir”, “Qırx divin sərvəti”, “Baxtın nağılı”, “Ceyran əfsanəsi”, “Qozbelin nağılı”, “Görünməz padşahın nağılı”, “İfritənağılları da oxucuların ixtiyarına verilib.

A.QəhrəmanlınınMəqalələrbölümündəNarahat şairadlı yazısı Vilayət Rüstəmzadəyə həsr edilib. MüəllifZəmanətməqaləsində Fərman Kərimzadə, “Ölüm adlı bayquş gördümyazısında Eldar Baxış haqqında xatirələrini bölüşüb.

Tofiq Abdinin 70 yaşının tamam olması münasibətilə yazdığıHələlik qocalma, Tofiq Abdinməqaləsində qələm dostu ilə bağlı ürək sözlərini, arzularını qələmə alıb. Kitabda həmçininVaqifin şirin dilinə tərcümələr barədə kiçik bir araşdırmaAxşam qəribliyi ya qərib axşamməqalələri bu kitabda verilib.

Kitabda “525-ci qəzet”də, eləcə Olaylar”, “Mədəniyyət”, “Zaman”, “Kaspi”, “Ədəbiyyatqəzetlərində çap edilmiş müsahibələr toplanıb.

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2013.- 22 iyun.- S.16.