Rusiya, qalx ayağaucal!”

 

 

 

Görkəmli yazıçı Yuri Polyakovun Puşkin muzeyində 10 fevral 2013-cü il tarixli nitqi.

Y.Polyakov Rusiyanın ən nüfuzlu ədəbi mətbuat orqanı olanLiteraturnaya qazeta”nın baş redaktoru, bir sıra dəyərli povest, roman ssenarilərin müəllifidir. Onun rəhbərlik etdiyi “LQ” hələ sovet dönəmində, sabiq baş redaktor A.Çakovski dövründən başlayaraq ictimai-siyasi həyatın, ədəbi prosesin ən aktual məsələlərinə fəal müdaxilə etməsi, onu işıqlandırması ilə fərqlənib. Y.Polyakovun A.S.Puşkinin ölüm günü tarixində söylədiyi nitqi böyük rus şairinə iki əsr ərzində yanaşma çalarlarına güzgü tutur, xüsusən SSRİ dağılandan sonrakı illərdə, siyasi iqlimin dəyişməsi, ifratdemokratik”, əslində konyuktur təmayüllərin təzahürlərinə işıq salır, geniş müstəvidəsənətkar zaman”, “klassik irstarixprobleminin bəzi mühüm məqamlarını incələyir. Bu baxımdan Polyakovun çıxışının beynəlxalq ədəbi aləmdə, o cümlədən Azərbaycanın ədəbi mühitində maraq doğuracağına,  düşüncələrə, fikir mübadiləsinə təkan verə biləcəyinə inanaraq, Yuri Mixayloviç Polyakovun Puşkin haqqında nitqinin Azərbaycan oxucularına  təqdimatını faydalı sayaraq, ana dilimizə çevirib “525-ci qəzet”in auditoriyasına təqdim edirik.

Puşkini oxuduqca sanki müqtədir söz incilərilə ağzınadək dolu mədəniyyət layına varırsan. Puşkini düşündükcə anlayırsan ki, sənin fikirlərin artıq Rusiyanın milli dahisi haqqında çoxdan düşünülmüş, söylənmiş, yazılmışların yalnız əks-sədasıdır. Dünyəvi İncilinbunca bol-bol fərqli oxunmaları, şərhləri olmalıymış ki, onlar həcmcə Allahın vəhy etdiyi qaynağın özünü yüz qat üstələyirlər. Axı hər bir insanın, hər dövranın, hər baxışın, hər yanlışın da öz Puşkini var. Vaxtilə ondan gizli azadlıq maarifçilik cəsarəti enerjisini əxz edirdilər, onun sayəsində qadağa qəliblərdən qurtuluş nəşəsilə alışıb yanırdılar, sonralar isə, əksinə, onda dayaq axtarırdılar ki, cahanşümul yenidənqurmanınuşaqsayağı şıltaqlığına üsyankar pozğunçuluğunaqarşı dura bilsinlər. Puşkində əksəriyyət üçün yalnız (dahilər istisna olmaqla) öz xalqının dərd-sərindən yayınıb ümumdünya miqyaslı yaralara üz tutmaq vasitəsirus cahanşümüllüyünün mənasını arayırdılar.

Sarbanlarınçılğın kor-koranəliyiqara camaatın köntöy dikbaşlığıillərində böyük şair başqa nəhənglərimizlə bərabər gözümçıxdıya salındı sinfi baxımdan yad mədəniyyətin qoruyucusu oldu. Onun hər bir istedadlı gəncliyə xas olan çılğınlığı, üsyankar ruhu azadlıq hərəkatının ilk mərhələsinin ayağına yazıldı tarixin rişxəndli ədası ucbatından, “müasirliyin gəmisindən tulladılmağaməhkum olmuş dəyərli imperiya irsi yükünəimtiyaz vəsiqəsinəçevrildi. O çətin, lakin labüd gərdişidövranın açıqfikirli adamları üçün 1929-cu ildə Puşkinlə məsləkdaşları ilə sıx bağlı olmuşLiteraturnaya qazeta”nın nəşrinin davam etdirilməsi vacib bir oldu. Sovet dönəmində sosializm quruculuğundan bezikənlər dialektik materializm hökmlərilə düşünməyi ağır qavrayanlardan kimi xaricə üz tutdu, kimi Puşkin aləminə sığındı, – axı şairin alliterasiyaallüziya baxışları mavi ümmana pərən-pərən səpələnmiş adalar kimi idi, – ömrün boyu gəz, dolan, başını girlə. Bizlər, 70-ci illərin şairləri Puşkinin söz güləşdirmələrindəki erotizmdən cuşa gəlirdik. Hərçənd, sonralar məlum oldu ki, “direktiv abır-həyayenə qüvvəyə mindirilmiş statuslu eyş-işrətdən yaxşıdır.Qaz vurqazan dolsunmaterializmi dialektik materializmi yerində otuzdurarmış...

Bizim dahimizin irsində bir gizli saxlancda olduğu kimi, gələcək ədəbi təmayüllərin, cərəyanların, qollu-budaqlı trendlərin cücərtiləri gizlənirmiş.

Puşkin həssaslıqla deyirdi ki, yaradıcılığın öz təbiəti isə sənətkarı özünə aludəçiliyə doğru çəkir: “Sən şahsan: tək yaşa. Azad yolunla Azad ağlın deyən səmtə addımla...” Amma istedad, tənqidçilərin ziyafət süfrəsindəki nərə balığı boyunca şişirdikləri ədəbi həşəratdan onunla fərqlənir ki, həqiqi sənətkar hər şeyin həddini bilir.

Bəli, o, “xalqın sevgisindən vaz keçəbilər, “söz üçün canındankeçə bilsə , eyni zamanda ali amal, xalqın, ana torpağın yolunda ömrünü qurban verməyə hazırdı”. jurnal höcətlərinin daimi davakarı olan, vəba epidemiyasının doğurduğu üsyanların qanlı qurbanlarından sarsılan Puşkin yazırdı: “Belə faciələr göz önündə ola-ola bizim ədəbiyyatımızın it boğuşmasını düşünməyə macal yoxdur!”

90-cı illərin əvvəllərində bir yazımda işlətdiyim sitatın oxucular arasında vəlvələ salması yadımdadır. Hamı, hələ məktəbdəmənasız amansız rus üsyanıhaqqında eşitmiş olsa da, klassikin (Puşkinin – Red.) sözünün ardı ənənəvi olaraq verilmişdi:

Bizlərdə ağlasığmaz çevrilişlər xəyalına düşənlər ya cavandılar, xalqımızı tanımırlar, ya da daşqəlbli adamlardı ki, onlarçün özgəsinin başımis quruşu, öz boğazıbir abbası...”

Axı, belə oldu... Bəs indinin özündə necə, məgər dahinin cəsarətlə söylədiyi xəbərdarlığı yaxşımı xatırlayırıq? Əmma elə budur!

“Ata-baba gorlarına məhəbbətəvvəlcəəks-inqilabi”, daha sonra işə sadəcəqeyri-intelligent”, yekəxana ironiyaya layiq duyğu sayıldığı illərdə belə bütöv nəsillər məhz Puşkin yaradıcılığından əsl vətənpərvərlik enerjisini alırdılar.

70-ci illərdə geniş ədəbi məclislərin birində cavan şairəmiz öz şeirinin əvəzinə birdənRusiyaya qarayaxanları” oxudu estrada su xəndanlarınıpeşiman edən salon ayağa qalxaraq gur alqışlar qopardı. Sonralar vəzifə sahibləri uzun zaman qurdalandılar ki, görən, şairə sözlərini hansı hədəfə tuşlayıb?.. Yaxşı olardı ki, məmurlar, yekdilliklə ayağa qalxan salonun niyə vəcdə gəldiyini araşdıraydılar. Onda ola bilsin, bu gün biz başqa ölkədə yaşayardıq.

Yenə xalqı düşündürən iqtidarı narahat edənrus məsələsi”nin həllini Puşkində tapa bilərik, hərçəndrus məsələsi”lə qayğılanan adam iqtidarı heç qorxutmamalıdır! Təsadüf deyil ki, şair öz istəkli qəhrəmanı haqqında “Tatyana, rus qəlbli qadın...” deyib. “Qəlbli”! Dahilərdə təsadüfi sözlər olmur müəllif Tatyananın soy-köklərinin xalisliyini bildirmək istəsəydi, elə edərdi. Şairin öz ailəsinin, sadiq məsləkdaşları ilham pəriləri”nin tarixçəsinə üz tutaq. Görəcəyik ki, qanlarında o dövrün aristokratik beynəlmiləli qaynayıb qarışıb. Lakin onların hamısı qəlbən rusdular!

işıqlı dahiyə qarşı birləşmiş qaragüruh Vətənimizin dirçəlişinə qarşı duran indiki toplumu necə xatırladır! Sənətkar, özü qoyduğu qanunlar üzrə mühakimə edilməlidir, – kəlamı az qala çağırılmış bayatı kimi səslənir. Bunu köhnəpərəstlər, yenilikçilər danır. Amma axı xalqın özü , onun dövlətçilik donu da, sənətkar tərəfindən tarixin gərdişi hökmüylə müəyyənləşdirilmiş qanunlar üzrə mühakimə edilməlidir.

Hər cürə ehkamların dağıldığı zəmanəmizdə, Puşkinin hər tərəfdən əsə biləcək düşüncə küləklərinə açıq olduğu bu vaxtlarda, azadə rus konservatizminin amacları ilə bağlıRusiyanın ən dərrakəli ərəninindövlətçi-siyasətçi fəaliyyətini qiymətləndirmək, dəyərləndirmək imkanı yaranıb. Öz dostunu məhz “liberal konservatorsaymış Vyazemski əvvəllər Puşkinin patriotikvasvasılığınıbəyənmirdi.

HərçəndRusiyaya böhtan atanlarmüəllifinin cəsarətlə bildirdiyimüqəddəs müttəfiqlərinnamərdliyi Krım qəzası Vyazemskini maariflənmiş Avropanınqeyzlənmiş övladlarınabaşqa gözlə baxmağa, qələm dostunun acı uzaqgörənliyini anlamağa vadar etdi. İndi şairin geniş məkanda əl-qol açmış imperiyaya fərəhlə dolu misralarını xatırlayarkən, dərk edirsən ki, bizim paradoks sevənlərimizin çılğınlıqla söylədikləri xəbərdarlıq gerçəkləşib. Bizlər get-gedə əcdadlarımızın torpaqlarında azalmaqdayıq, ayağa qalxsaq da, “soyuq fin dağlarından qızmar Kolxida Tavridayadəkdeyimi kimi olan deyil. Amma azala-azala, çəkilə-çəkilə biz bəxtəvər olduqmu? Xeyr, olmadıq... Di gəl, indi poeziyamız nataraz, mənasızcasına əngin Rusiyaya tuşlanan həsrətnamələrlə dopdoludur. Necə deyərlər, dərsdən ibrət alınmadı.

Ötən iyirmi il boyu Puşkini inadladosent varidatına” bir növ, verbal rəmzə çevirməyə cəhd göstərilirdi, yəni, ilkin mənaya məhəl qoymadan elə də, belə də yozula biləcək rəmzə. Niyə, nə üçün? Səbəblər çoxdur. Biri isə apaydındır: əks-təqdirdə etiraf edilməlidir ki, yaradıcılıq təkamülü bizim dahi ustadımızı belə qənaətə gətirib: şair, əlbəttə, “nə fikrini, nə boynunu” əyməməlidir, amma eyni zamanda da onun dövlətin daimi qənimi olmağa, çalmağa, damğalamağa, badalaq vurmağa, “ali amalları  dəllalların “hökmünə” verməyə haqqı yoxdur.

Şair heç də hakimiyyətin (“iqtidar amansız deyilsə əgər”) barışmaz düşməni olmalı deyil. O, “ məbədləri”, yeni nəsilləri həyat eşqi, hünər və qurucu revanşa səsləyən örnəkləri – el qəhrəmanlarını məsxərəyə qoymamalıdır.

Çünki şairRusiya, ayağa qalx, yüksəl və ucal!” (yəni, əsrlə ayaqlaş, qüdrətli sülhsevərliyinlə nümunə göstər!) deməyincə, Vətən qalxıb ucalan deyil.

 

Çevirəni: S.M.Əmmədzadə

 

525-ci qəzet.- 2013.- 22 iyun.- S.19.