"XII-XV əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti” kitabının təqdimatı keçirilib

 

Bakı Slavyan Universitetində (BSU) Əsgər Əhmədin “XII-XV əsrlərdə Azərbaycanın mənəvi mədəniyyəti” adlı monoqrafiyasının təqdimatı olub.

Kulis.Az-ın verdiyi məlumata görə tədbirdə çıxış edən müəllif kitabın Azərbaycan tarixinin hadisələrlə zəngin, ziddiyyətli bir dövrü olan XII-XV əsrlərin mənəvi mədəniyyət məsələlərinin tarixi-etnoqrafik araşdırılmasına həsr olunduğunu bildirib: “Monoqrafiyanın yazılmasında əsas məqsəd Azxərbaycan xalqının XII-XV əsrlərdəki mənəvi həyatının xarakterik xüsusiyyətlərini araşdırmaq, mənəvi həyatda baş verən təkamülü izləmək, eləcə də mənəvi mədəniyyətin əsas inkişaf meyllərini və istiqamətlərini müəyyənləşdirməklə onu tarixi-etnoqrafik baxımdan tədqiq etməkdir”.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Niyazi Mehdi monoqrafiyanı dəyərli araşdırma kimi hamının oxumasını məsləhət bilib.

BSU-nun ədəbiyyat kafedrasının müdiri Rüstəm Kamal isə kitabda informativ məlumatların çoxluğunu qeyd edib.

 

 

Ceyhun Abasov

 

525-ci qəzet.- 2013.- 14 mart.- S.2