Ulu Öndər Heydər Əliyevin sovet dövründə Azərbaycan-Türkiyə mədəni əlaqələrini genişləndirməsi

 

Heydər Əliyev Türkiyə ilə mədəni əlaqələrdə Azərbaycanın daha geniş iştirakını təmin etmək üçün mərkəz qarşısında konkret məsələlərin həllini qaldırırdı. Bildirirdi ki, hər il sentyabr ayında Bakıda Yaxın və Orta Şərq ölkələri bəstəkarları və müğənnilərinin iştirakı ilə Şərq musiqisi festivalı keçirilsin. Belə bir festivalın keçirilməsi təkcə Azərbaycanın musiqi mədəniyyətinin deyil, eyni zamanda, Şərq musiqisinin məşhur olduğu bu region xalqları arasında Orta Asiya xalqlarının da musiqisinin yayılmasına kömək edərdi. Heydər Əliyev Azərbaycanın teatrkonsert kollektivlərinin, ayrı-ayrı ifaçıların Türkiyəyə səfərlərinin genişləndirilməsini, ən yaxşı azərbaycanlı quruluşçu rejissorların, dirijorların Türkiyədə kontraktla işləmələrinə şərait yaradılması təklif edirdi. O yazırdı ki, təcrübə göstərir, Azərbaycan ifaçılarının Türkiyəyə səfərləri uğurla keçirtürk ictimaiyyətinin böyük marağını çəkir. Nümunə kimi məktubda Niyazinin, Azərbaycan Dövlət Rəqs Ansamblının və b. səfərləri göstərilirdi.

Heydər Əliyev rəssamlar arasında əlaqələrin qurulmasına önəm verərək, Türkiyədə Azərbaycan rəssamlarının əsərlərinin sərgisinin keçirilməsini təklif edirdi. Həmçinin, müxtəlif tədbirlər keçirilərkən ən yaxşı Azərbaycan kinofilmlərinin nümayişini tövsiyə edirdi. Bildirildi ki, Azərbaycan dili türk tamaşaçısı tərəfindən başa düşüldüyündən "Azərbaycanfilm"in istehsalı olan kinofilmlərin Türkiyədə satışını təşkil etmək məqsədəuyğun olardı.

Təkliflərdə deyilirdi ki, beynəlxalq idman əlaqələri münasibətlərdə mühüm rol oynaya bilər. Ona görə də Heydər Əliyev Bakı şəhərində Türkiyə idmançılarının iştirakı ilə daha çox beynəlxalq idman oyunlarının keçirilməsini, Azərbaycanla Türkiyə arasında idman kollektivlərinin qarşılıqlı mübadiləsini praktikadan keçirməyi təklif edirdi.

Heydər Əliyev Türkiyə ilə əlaqələrdə qardaşlaşmış şəhərlər hərəkatından istifadə edilməsi təklifini irəli sürür, Bakı və İzmir şəhərinin qardaşlaşması məsələsinə baxmağı xahiş edirdi. Yazırdı ki, İzmirdə xeyli azərbaycanlı yaşayır, zaman-zaman Ankaraİzmir şəhərlərinin merləri Bakı ilə qardaşlaşmış şəhərlər çərçivəsində əməkdaşlıq etmək istəyində olduqlarını bildirmişlər.

Heydər Əliyev Türkiyəyə səfərə gedən müxtəlif səviyyəli sovet nümayəndə heyətlərinin tərkibinə azərbaycanlılardan nümayəndələrin daha çox daxil edilməsi təklifini irəli sürürdü. Təkliflərdə deyilirdi ki, Türkiyədə azərbaycanlılar çox yaşadıqlarından və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadıqlarından bu ölkədəki sovet nümayəndəliklərində, o cümlədən, müxtəlif obyektlərin tikintisinə azərbaycanlı mütəxəssislər daha çox göndərilsin. Heydər Əliyev təklif edirdi ki, Türkiyədən SSRİ-yə gələn turistlərin səfər proqramlarına Azərbaycana səyahət də daxil edilsin.

Azərbaycan rəhbəri xarici ölkələrdə yaşayan azərbaycanlıların Ümumittifaq Vətən Cəmiyyətinin və Azərbaycanın xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyətinin birgə xətti ilə daha çox dəvət olunmalarını təklif edirdi. Heç şübhəsiz, bu təkliflər SSRİ-Türkiyə əlaqələrini canlandırmaq, Türkiyədə qızışdırılan antisovet təbliğatını aşağı salmaq məqsədini güdürdü. Yaranmış vəziyyətdən istifadə edən Heydər Əliyev iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində Azərbaycan xalqının rolunu artırmağa, mühacirət təşkilatlarında hökm sürən antisovet əhval-ruhiyyəni zəiflətməyə, onunla işləməyə çalışırdı. Çünki azərbaycanlı mühacir təşkilatların antisovet fəaliyyəti Moskvanı qıcıqlandırır, respublikda milli ziyalıların qorunması çətin olur, ziyan Azərbaycana dəyirdi. Buna görə də Heydər Əliyev xaricdəki azərbaycanlıların antisovet fəaliyyətlərdə iştirakını arzulamırdı. Qeyd etmək lazımdır ki, Heydər Əliyevə qədər işlənmiş Azərbaycan sovet rəhbərlərindən heç biri Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsinə dair mərkəz qarşısında belə tutarlı, əsaslandırılmış və cəsarətli təkliflər verməmişdi.

Heydər Əliyevin təkliflərinin nəzərə alınması nəticəsində iki ölkə arasında münasibətlər yaxşılaşır, Türkiyədə antisovet təbliğat zəifləyir, türk xalqı Azərbaycanı daha yaxından tanıyır, siyasi mühacirət nümayəndələri vətənə səfərlər edirdilər.

70-80-ci illərdə Heydər Əliyev Türkiyə ilə mədəni, elmiturizm əlaqələrinin inkişaf etdirilməsini diqqətdə saxlayırdı. Məsələn, onun tapşırığı ilə Azərbaycanın məsul şəxsləri İzmirdə keçiriləcək sərgi-yarmarkaya bir neçə ay əvvəlcədən ciddi hazırlaşmağa başlamışdılar. MK bürosunun hələ 1970-ci il 17 aprel tarixli iclasında İzmirdə keçiriləcək beynəlxalq yarmarkaya Azərbaycandan 22 nəfər incəsənət ustasının göndərilməsi barədə qərar qəbul edilmişdi. Bu qərar uğurla yerinə yetirildi. Görkəmli müğənnilər Ş.Ələkbərova, G.Məmmədov, P.Bülbüloğlu və "Qaya" vokal-instrumental ansamblının Türkiyədə verdikləri konsertlər böyük rəğbətlə qarşılandı.

Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan 1970-ci ilin avqust-sentyabr aylarında İzmirdə keçirilən beynəlxalq yarmarkada ayrıca pavilyonda təmsil olundu. Yarmarkada Azərbaycanın 500-dək eksponatı, "Azıx mağarası", "Təsnif", "Şəki sarayı", "Abşeron mahnıları" və s. qısametrajlı televiziya filmləri, xalqımızın tarixi, dili və mədəniyyəti ilə bağlı 136 adda kitab nümayiş etdirildi. Yarmarkadakı Azərbaycan pavilyonu Türkiyədə böyük sevgi və məhəbbətlə qarşılandı. Türklər azərbaycanlı mühacirlər pavilyonuna xüsusi maraq göstərir, Azərbaycandan gələnlərlə söhbət edib respublikadakı vəziyyətlə maraqlanırdılar. Onlara Azərbaycan milli musiqi nümunələri yazılmış plastinkalar, ana dilində kitablar verilirdi. Sərgi-yarmarkanın keçirildiyi müddətdə türk mətbuatı Azərbaycana dair çoxlu yazılar verdi. Məsələn, nüfuzlu "Ekspres", "Demokratik İzmir" başqa qəzetlər Azərbaycana rəğbət dolu məqalələr dərc etmişdilər. İzmirdə keçirilən sərgi-yarmarkada Azərbaycanın iştirakı azərbaycanlılarla türklər arasında əlaqələrin canlandırılmasına güclü təsir edirdi.

70-80-ci illərdə Azərbaycan elmi ədəbi mühitində Türkiyə mövzusu müəyyən müzakirələr obyektinə çevrilmişdi. Məsələn, 1971-ci ildə Azərbaycan Yazıçılar İttifaqının V qurultayında etdiyi çıxışında Süleyman Rüstəm deyirdi: "Mən ta gənclik illərindən bu günə qədər qəribə məktublar alıram. Aldığım son məktubun müəllifi (əlbəttə, imzasız müəllif) məni partiya məddahlığında günahlandırır... Deyir ki, bəzi xalqlara qardaş deyə şeir yazırsan, bəs niyə Bakıya gəlmiş türklərə şeir yazmırsan?" S.Rüstəm bu sözləri Heydər Əliyevin iştirak etdiyi məclisdə deyir az sonra ona siyasi, ideoloji don geyindirirdi.

Heydər Əliyev Azərbaycan şair yazıçılarının Türkiyəyə səfərlərinə şərait yaradır, onu təşviq edir, baxışları üstündə əvvəlki illərdə sıxışdırılan şəxslərin qardaş ölkə ilə əlaqə yaratmalarına imkan verir, bundan ötrü mərkəzdən icazə alır yardımlar göstərirdi. 1974-cü ildə Azərbaycan şair yazıçılarından R.Rza Türkiyəyə səfər etdi, öz növbəsində, Bakıya türk yazıçıları gəldi. 1975-ci ildə Azərbaycan yazıçıları Türkiyəyə səfər edərək, həmkarları ilə görüşdülər. Həmin ilin may-iyun aylarında Anar, K.Simonov, həyat yoldaşı L.A.Jadova V.Feofonov Türkiyədə səfərdə oldular. Anarın nümayəndə heyətinin daxil edilməsi Türkiyədə SSRİ-nin türk xalqlarına xüsusi maraq yaradır rəğbəti daha da artırırdı. Türkiyədə ziyalılar Anarla görüşlərə can atırdılar. Keçirilən görüşlər Azərbaycan ədəbiyyatı haqqında məlumatların yayılmasına kömək edirdi. Səfərdən sonra K.Simonov 26 səhifəlik hesabat yazaraq əslini Sov. İKP MK-ya, nüsxəsini isə Azərbaycan KP MK-ya göndərdi. Hesabatda deyilirdi ki, Türkiyənin müxtəlif yerlərində azərbaycanlıların, türkmənlərin, SSRİ-nin türk xalqlarının azadlığı komitələri yaradılır. Onlar bu xalqların müstəqilliklərinə qovuşmaları istiqamətində fəal aparırlar. Hətta 1973-cü ildə Türkiyədə nəşr olunan sovet türkləri antologiyası "Əsirlikdə olan türk diyarlarından... " adlandırılmışdı.

Səfər haqqında Türkiyənin "Milliyyət", "Yeni ortam", "Yeni gün", "Sənət dərgisi" b. kütləvi informasiya vasitələri geniş məlumatlar verdilər. "Cümhuriyyət" qəzetinin müxbiri Kamal Özerin Anarla müsahibəsində Azərbaycan-Türkiyə əlaqələri, ədəbiyyat, incəsənət, türk şair yazıçılarının Azərbaycanda tanıdılması barədə söhbət getmişdi. Anar deyirdi ki, biz istərdik, Türkiyədə Azərbaycan ədəbiyyatını heç olmasa, Azərbaycanda türk ədəbiyyatını bilən kimi bilsinlər. "Yeni gün" qəzetinə müsahibədə Anar "Qobustan", "Kitabi-Dədə Qorqud" dastanı haqqında söz açaraq Azərbaycanda mədəniyyətə elmə verilən qiymətdən, yaradıcı adamlar üçün yaradılan əlverişli şəraitdən danışmışdı. Belə səfərlər verilən müsahibələr, heç şübhəsiz, biri-birindən ayrı düşmüş Azərbaycanın Türkiyə türk dünyası ilə əlaqələrinin inkişafına müsbət təsir edirdi.

Heydər Əliyevin tövsiyəsi əsasında Türkiyənin elm, təhsil mədəniyyət ocaqları ilə müntəzəm əlaqələr yaradılır inkişaf etdirilirdi. 1970-ci ildə Azərbaycan EA kitabxanası Türkiyədəki türkoloji mərkəzlə, 1973-cü ildə isə İstanbuldakı kitabxana ilə əlaqə qurdu. Sonraki illərdə bu uğurla davam etdirildi. 1982-ci ildə Ankaradakı Türk Dil Qurumu, Ərzurumdakı Atatürk Universiteti ilə EA kitabxanası arasında əlaqə yaradıldı. Bu əlaqələrin nəticəsində Azərbaycan alimləri Türkiyədə çap olunan ən son elmi nəşrlərlə tanış olur əməkdaşlığı genişləndirirdilər. Türk mətbuatının icmalını alan respublika Xarici İşlər Nazirliyi onu EA-nin İctimai elmlər üzrə elmi-informasiya mərkəzinə araşdırmalarda istifadə etmək üçün təqdim edirdi. Azərbaycanda 70-ci illərdə Türkiyə üzrə elmi-tədqiqat işləri, məqalə kitab çapı genişləndirilirdi. Türkologiyaya maraq güclənirdi.

Heydər Əliyev Türkiyədə Azərbaycan tarixi ədəbiyyatından dərs verən müəllimlərin respublikaya səfər edərək azərbaycanlıların həyatı ilə, qazanılmış uğurlarla tanış olmalarına, Azərbaycan mənbələri əsasında araşdırmalar aparmalarına şərait yaradırdı. Məsələn, 1981-ci ilin mart ayında Ərzurum Universitetinin müəllimi, Azərbaycan ədəbiyyatından dərs verən, M.F.Axundovun əsərlərini türk dilinə çevirən Əli Yavuz Akpınarın Azərbaycana gəlib tədqiqat işi aparmasına nəinki icazə verildi, eyni zamanda, bütün xərcləri Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin göstərişi ilə Azərbaycan xarici ölkələrlə dostluq mədəni əlaqələr cəmiyyəti tərəfindən ödənildi. Bundan sonra Ə.Y.Akpinar Azərbaycan ədəbiyyatı haqqında dəyərli əsərlər yazdı.

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2013.- 19 mart.- S.15.