Yurddaşlıq və soydaşlıq borcu

 

 

 

Yusif Vəzir Çəmənzəminli repressiya qurbanları ilə bağlı iki təklif

 

Bir müddət önsə, daha dəqiqi, “Ulduzjurnalının 2005-ci il mart sayında Yusif Vəzir Çəmənzəminli barədə məqalə yazmış bir çoxları kimi mən   Əli Nino” romanının onun qələminə məxsus olduğunu söyləmişdim. “Əli Nino: Azərbaycanın kimlik kartıadlı yazıda bildirmişdim ki,  bu əsər müəllifinStudentlərromanı, bəzi pyes hekayələrilə səsləşir. Onu da demişdim ki, ermənilər gürcülər bizim yerimizə olsaydı, özününküləri qoya-qoya, milləti kimliyi bilinməyən yad bir müəllifi bu məşhur əsərə sırımazdılar. Sözüm bunda deyil, yəni  bu barədə polemika açmaq fikrim yoxdur.

Mən Yusif Vəzirinİki od arasında”, yaxudQan içindəəsəri barədə danışmaq istəyirəm. Əsəri bu yaxınlarda bir daha oxudum bir azdan deyəcəklərimi elə həmin oxu prosesində düşündüm. Bəri başdan onu da deyim ki, məqsədim bu əsəri dərindən saf-çürük etmək deyil. Sadəcə bu, mənim sonradan deyəcəklərimə bir körpüdür.

Yusif Vəzir Çəmənzəminlininİki od arasındaromanıQarabağnamələr”, xüsusən Mirzə Camal CavanşirinTarixi Qarabağəsəri əsasında yazılıb tarixin bədiiləşdirilmiş güzgüsü rolunu oynayır.

1936-cı ildə yazılmış bu əsər bir növ proqram xarakteri daşıyır, rus erməni məliklərinin Azərbaycanı necə parçaladığını açıb göstərir. bu işdə xanlıqlarımız arasında olan dartışma çəkişmələrin böyük rol oynadığını ürək ağrısı ilə qeyd edir. Bu qənaətlərin üstündən cəmi 50-55 il keçəndən sonra rus-erməni birləşmələri yenidən Azərbaycanı parçalamaq siyasəti aparır istədiklərinə nail olur. yenə özümüzünkülərin başısoyuqluğu məsuliyyətsizliyi üzündən.

Yusif Vəzir Çəmənzəminli müsavatçı pantürkistdamğası ilə sürgün olunsa da, heç şübhəsiz onun repressiyasının əsl səbəbiİki od arasındaromanı, müsavatçılıq öz xalqının gələcəyilə bağlı məqalələridir. Yəni o, hansısa dövlətin cəsusu kimi yox, daha çox rusların ermənilərin əleyhinə çıxdığı üçün sürgün edilib. Bu böyük ədib mütəfəkkir milli  qeyrətin Vətən təəssübkeşliyinin badına gedib. Əlbəttə, mənim məqsədim bütün bunları sübuta yetirmək deyil. Çünki görünən bağa bələdçi gərəkməz.

Yusif Vəzir təkcə romançı kimi yox, həm gözəl hekayəçi kimi tanınır. Onun ədəbiyyat tariximizə folkşünaslığımıza verdiyi töhfələr göz qabağındadır. Bircə onu deyə bilərəm ki, Yusif Vəzirinİki od arasındaəsəri onun canı qanı ilə yazılıb həyatı bahasına başa gəlib.

Keçməkeşli həyat keçirən, ağrılı-acılı günlər yaşayan, zaman-zaman vətənindən didərgin düşən bütün bu çarpışmalarda yüksək təhsil alan Yusif Vəziri Qırmızı imperiya nökərləri Özbəkistanın əyalət şəhərlərindən birində tutub, vətənə gətirib sürgün ediblər. Çünki ona öz vətənində yer yox idi.

Bütün bunları Yusif Vəzirin bioqrafıyasından öyrənmək mümkündür. Ona görə də dərinə getmək və yenidən Amerika kəşf eləmək fikrində deyiləm.

Sözümün canı nədir? Azərbaycanın ədəbiyyat tarixitarix ədəbiyyatı sahəsində böyük xidmətlər göstərmiş, bizlərə sənət nümunələri qoymuş, vətənpərvərlik örnəyi nümayiş etdirmiş Yusif Vəzir Çəmənzəminlinin nəşinin qalıqları hələ də vətənə gətirilməyib.

Onun sürgün edildiyi yer də (Nijni-Novqorod) vəfat etdiyi kənddə (Suxobezvodnaya), dəfn olunduğu qəbristanlıq da (Betluqa çayının sahili) məlumdur.

Təklifim: Yusif Vəzirin nəşinin qalıqları vətənə gətirilsin: əgər həmin qəbristanlıq və məzar durursa. Onun adı bir daha əbədiləşdirilsin, heykəlləşdirilsin. Bir daha ona görə deyirəm ki, Yusif Vəzirin əsərləri ortaali məktəblərdə tədris olunur, adına küçə də var.

Bu təklifin davamı olaraq repressiya qurbanlarına bir park yaratmağı da təklif edirəm. Azərbaycanın ədəbi-mədəni, ictimai, siyasi, elmihərbi həyatında mühüm rol oynamış, dəyər vermiş insanların da nəşinin qalıqları (məzarları məlumdursa) vətənə gətirlisin, həmin parkda dəfn olunsun onlara abidə, yaxud abidə kompleksi ucaldılsın. (Repressiya olunmuş yazıçı şairlərin barelyefi AYB- var). Çünki ziyalı elitasının repressiyası soyqırımdan da betərdir.

Bildiyimə görə, ikinci təklifi bəndənizdən qabaq da səsləndirənlər olub. Mən onu bir daha aktuallaşdırmaq istəyir bu məsələdə məni dəstəkləyəcək ziyalılarımıza bu işi gerçəkləşdirəcək dövlətimizə arxayınam.

Bizim repressiya qurbanlarına bir soydaşlıq yurddaşlıq borcumuz var.

 

Elçin Hüseynbəyli

525-ci qəzet.- 2013.- 16 noyabr.- S.19.