Azərbaycan bəstəkarının zəfəri

 

 

Şimali Amerika qitəsindən xoş xəbər almışıq: gənc azərbaycanlı bəstəkar, Bakı Musiqi Akademiyasında SSRİ Azərbaycan Xalq artisti Arif Məlikovun sinfinin məzunu olan Kərəm Əkbərov Kanadada bu ölkənin yüksək titulunaNiaqara beynəlxalq artistiadına layiq görülüb.

Niaqara beynəlxalq musiqi festivalında həmyerlimizinQəbələsimfonik əsərinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuşQəhrəmanlıq simfoniyası”nın uğuru bu cür qeyd olunub. Bu əsəri isə belə ilhamla istedadla Torontonun dünya şöhrətliİpək yolukamera orkestri artıq çoxdan bəri Kanadada yaşayıb çalışan bizim musiqi mədəniyyətimizi Amerikada layiqincə təmsil edən Azərbaycanın əməkdar incəsənət xadimi İsmayıl Hacıyevin dirijorluğuyla ifa edib.

Bakıdan gəlmiş  gənc bəstəkarın əsərləri Kanadanın klassik musiqi bilicilərini valeh edərək, Şimali Amerikanın  bu ölkəsinin parlaq yaddaqalan mədəniyyət hadisəsinə çevrilib. Qürurla qeyd etməliyik ki, həmyerlimizin yaradıcılığı yalnız peşəkar musiqiçilər tərəfindən deyil, həmçinin musiqini bütün incəliklərinə qədər duya bilən digər dinləyicilər, o cümlədən, Kanada parlamentinin deputatları, Niaqara bölgəsinin qubernatoru, ölkə ictimaiyyətinin bir sıra digər nümayəndələri tərəfindən yüksək qiymətini alıb. Onlar bu əsərlərin müəllifini təqdir edib, ona sonsuz təbrik minnətdarlıq hisslərini ünvanlayıblar.

Azərbaycanın gənc bəstəkarının əsərlərini dinlədikdən sonra öz təəssüratlarını  bölüşərkən Beynəlxalq Niaqara musiqi festivalının bədii rəhbəri, Toronto Kral Konservatoriyasının professoru Atis Bankasın qeyd etdiyi kimiQəbələQəhrəmanlıq simfoniyasıkimi olduqca dəyərli əsərlərin yaradıcısının bu parlaq uğuru bütün Azərbaycan bəstəkarlıq məktəbinin yüksək səviyyəsindən xəbər verir bu yolu keçənlər öz yaradıcılıqlarında Qərbi Avropa Azərbaycan simfonizminin ən yaxşı ənənələrinin vəhdətini yaratmaqla heyrətamiz istedad nümayiş etdirirlər”. Atis Bankas deyir ki, əsasən məhz buna görə Kərəm Əkbərovun bizə təqdim etdiyi bu simfonik əsər şübhəsiz ki, Kanada musiqi festivalları çərçivəsində keçiriləcək bütün konsertlərin ayrılmaz tərkib hissəsi olacaq...

Kanada parlamentinin deputatı Monte Kvinter isə Azərbaycan bəstəkarının zəfərinə heyranlığını belə ifadə edib: “Mən öz istedadının nümayişi ilə bizim ölkəmizinNiaqara beynəlxalq artistikimi nüfuzlu    şərəfli tituluna layiq görülmüş gənc musiqiçinin bu böyük uğurundan dərin məmnunluq hissi keçirirəm. Kərəm Əkbərov bütün sahələrdə uğurla inkişaf edən öz doğma Azərbaycanının mədəniyyətinin gücünü bir daha təsdiqlədi...”

Həqiqətən   böyük Heydər Əliyevin 90 illiyi şərəfinə Kanadada keçirilən Niaqara musiqi festivalı çərçivəsində təşkil olunmuş Azərbaycan mədəniyyəti incəsənəti günləri Azərbaycan musiqisinin təntənəsinə çevrildi. Bu günlər bir daha sübut etdi ki, bu gün müasir Azərbaycan və ən başlıcası isə ölkəmizdə həyata keçirilən bütün xoşməramlı tədbirlərin təşəbbüskarları olan Azərbaycan Prezidenti İlham Əliyev və UNESKO və İSESCO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyeva ulu öndər tərəfindən qoyulmuş ənənəni – Şərq və Qərb mədəniyyətlərinin nadirmisilsiz sərvətlərinin vəhdətini təmin etməklə ölkəmizin hərtərəfli tərəqqisinə nail olmaq ənənəsini öz fəaliyyətləri ilə davam etdirirlər.

 

Elə indinin özündə biz artıq “Kaspi” qəzetinin də  xəbər verdiyi kimi Heydər Əliyev adına I Qitələrarası  musiqi festivalının astanasındayıq. Festival çərçivəsində keçirilən konsertlərdə məşhur simfonik orkestrlər, Y.Temirkanov, B.Qeorqiyev, Z.Meta və digərləri kimi böyük dirijorlar və musiqiçilər iştirak edəcəklər, musiqi tədbirləri dünyanın bir sıra şəhərlərində – əsasən Sankt-PeterburqMoskva, TorontoNyu-York və əlbəttə ki, Bakımızda təşkil olunacaq. Axı bu nəhəng musiqi layihəsinin bədii rəhbərlərindən biri bizim Kanadadakı həmyerlimiz, dirijor və bəstəkar İsmayıl Hacıyevdir.

Əminliklə deyə bilərik ki, təşkilatçıların qitələrarası musiqi fesivalının proqramına yekdilliklə daxil etdikləri və artıq hamı tərəfindən təsdiqini almış gənc Azərbaycan bəstəkarı Kərəm Əkbərovun simfonik əsəri bu proqramın bəzəyi olacaq.

 

Elmira ƏLİYEVA

Əməkdar jurnalist

Kaspiqəzeti

525-ci qəzet.- 2013.- 16 noyab.- S.15.