Məmməd Arazın 80 illik yubileyilə bağlı daha bir tədbir keçirilib

 

Noyabrın 18-də, saat 13:00-da Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialında Xalq şairi Məmməd Arazın 80 illik yubileyi ilə bağlı oxucular arasında keçirilən şeir müsabiqəsinin rayonlararası final mərhələsi başa çatdı.

Müsabiqədə Bakı Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin oxucuları iştirak edirdi. İştirakçıların çıxışları seçdikləri əsərlərin mətni, ifadə tərzlərinin obrazlılığı, mətnlərin dərindən dərk edilməsinə görə dəyərləndirildi və hər bir iştirakçı münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirildi.

Müsabiqənin şərtlərinə əsasən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan kitabxanaların gənc oxucuları arasından 2 nəfər qalib müəyyən edildi.

Müsabiqənin əsas məqsədi uşaqlar arasında mütaliənin təbliği, uşaq və gənclərdə müasir Azərbaycan və dünya ədəbiyyatına marağı artırmaq, uşaqlarda mütaliə vərdişlərinin inkişaf etdirilməsi və əsasən də istedadlı uşaqları aşkarlamaqdan ibarətdir.

 

S.Abdullayeva

525-ci qəzet.- 2013.- 21 noyabr.- S..7.