"Azərbaycan teatrı -140" mövzulu elmi-praktik konfrans olub

 

Muzey Mərkəzində “Azərbaycan teatrı- 140” mövzusunda respublika elmi- praktik konfransı işə başlamışdır. Konfrans Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun, Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. “Azərbaycan teatrı 2009- 2019- cu illərdə” Dövlət Proqramına və Prezident İlham Əliyevin “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında” 2013- il tarixli 1 mart Sərəncamına uyğun olaraq təşkil edilmiş tədbirdə sənətşünas alimlərin məruzələri dinlənilir və geniş fikir mübadiləsi aparılır.

 

S.Abdullayeva

525-ci qəzet.- 2013.- 28 noyabr.- S.11