Ustad aşıq Əkbər Cəfərovun 80 illik yubileyi qeyd olunub

 

  Sentyabrın 30-da əməkdar mədəniyyət işçisi, ustad aşıq Əkbər Cəfərovun 80 illik yubileyi qeyd olunacaq. Bu barədə APA-ya məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyasıjurnalının baş redaktoru Musa Nəbioğlu deyib ki, Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbir R. Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.

Tədbirdə görkəmli ədəbiyyat elm adamları, Əkbər Cəfərovun sənət dostları yetirmələri çıxış edərək ustadla bağlı xatirələrini söyləyəcək, aşıqların aktyorların ifasında onun şeirləri səslənəcək.

Xatırladaq ki, Ə. Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Aşıq Əkbər dəfələrlə Bakıda Moskvada keçirilən festivalların qalibi olub. Həm bədii yaradıcılıqla məşğul olan Əkbər Cəfərovun 1977-ci ildəİşıqlı tellər”, 1982-ci ildə isəSaz danışandaadlı şeirlər kitabı işıq üzü görüb. 2009-cu ildəSöz qanana qurban olumadlı kitabı nəşr olunub.

Aşıq Əkbər Cəfərov 1990-cı ildə vəfat edib.

 

Abdullayeva S.

 525-ci qəzet.- 2013.- 2 oktyabr.- S.7.