Ələddin Əzimovun “Altmışa doğru” kitabı işıq üzü
görüb
Bu yaxınlarda şair-publisist
Ələddin Əzimovun
“Altmışa doğru”
kitabı çapdan çıxıb. Kitabın girişində filologiya elmləri doktoru, tənqidçi ədəbiyyatşünas
Muxtar Kazımoğlu,
filoloq İlham Əsgərov, şair folklorşünas Bilal Alarlı, “Sözün işığı” jurnalının
redaktoru Ədalət Salmanın müəllifin
yaradıcılığı haqqında düşüncələri yer
alıb. Şairin şeirləri “Poeziya
yarpaqları” bölməsində
çap olunub.
“Elmi araşdırmalar” başlığında isə
“Lirik silsilənin strukturu”, “Azərbaycan poeziyasında lirik silsilənin formalaşması”,
“Lirik silsilə janrdırmı”, “S.Rüstəmin
“Cənub şeirləri
silsiləsi”, “R.Rzanın
lirik silsilələri”,
“Lirik silsilənin tədrisi məsələsi”
məqalələri dərc
edilib.
Müəllifin “Azadlıq carçısı”,
“Yollar və zaman”, “Müşfiqin sənət aləmi”, “Gücümüz və gücsüzlüyümüz”, “Geri dönən məhəbbət”,
“Sehrli kəpənəklər
və nağıllı
ömrümüz”, “Xalqın
tarixinə məhəbbətlə”,
“Bir dəstə göyərçin” kimi fikir yazıları isə kitabın “Ədəbi-publisistik düşüncələr”
bölməsində oxuculara
təqdim olunub. Kitabın “Xatirələr işığında”
bölümündə isə
memuar düşüncələr
öz əksini tapıb.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.- 4 oktyabr.- S.7.