"Anama"
Beş övlad gətirdin sən ki dünyaya,
Gəlimli dünyaya gəlib gedirsən.
Xalçanın üstündən asılıb
şəklin,
Məsum bir təbəssüm... gülüb gedirsən?
Qızların üstünə gül aparmazmı?
Gizlədə bilsəydim nəvələrindən,
Gizlədə bilsəydim göz
yaşlarımı...
Yataqda balıncı
sel aparmazmı?
Xiffətin bağrımı dəlib,
gedirsən.
Sıxır ayağımı ayaqqabı
da
Otaqda üstümə lay divar gəlir.
Qaldığım otaqlar dursun bir yana,
Qaldığım dünya da mənə
dar gəlir.
Deyərdin: “Beş övlad
beş barmağımdır”.
Bu maşın haraya
şütüyür belə?!
Sükan
arxasında böyük
oğlum,
Sükan arxasında sonbeşiyimmi?!
Bilirəm, böyüyü çox istəyirdin.
Ortancıl oğlun – adsız
barmağın,
Kəsib
boğazından, kəsib
əynindən
Sən onu hər zaman
kürsü başında,
Vəzifə başında tox istəyirdin.
Ayrılıq əlindən üz tutum hara?
Payızda üstümə boran, qar gəlir.
Mindiyim maşınlar şütüyür
hara
Baxırsan, üstünə bir
günü kimi
Ayrılıq adında bir qatar gəlir.
Hər zaman “dərdini alım” deyərdin.
Şəhərdən gələndə
tələm-tələsik
Bir gecə
yanında qalım deyərdin.
“Ayağın altında ölüm!” deyərdin
Bəs nədən
çiynimdə... ölüb
gedirsən?
sentyabr 2012
Akif Əhmədgil
525-ci qəzet.-
2013.- 4 oktyabr.- S.7.