Bakı və Azərbaycan tarixinə dair əsərlər (davamı)

 

 

M.Ə.Rəsulzadənin oxuculara təqdim etdiyimiz bu kitabına onun Bakı və Azərbaycan tarixi ilə əlaqədar Cümhuriyyətin varlığının ilk ilində yazdığı əsərləri daxil edilmişdir. Onlardan biri Bakı hələ azad edilməmişdən, 1918-ci ilin sentyabrından əvvəl İstanbulda nəşr olunan “Tərcümani-həqiqət” qəzetində Bakı ilə əlaqədar verdiyi bəyanat, 1918-ci il noyabrın əvvəllərində İstanbuldan vətənə döndükdən sonra, 1918-ci il dekabrın 2-dən başlayaraq “Azərbaycan” qəzetində “Azərbaycan paytaxtı” sərlövhəsi ilə dərc olunan elmi araşdırmaları, habelə müstəqil dövlətimizin Azərbaycan adlanması ilə əlaqədar İran iddialarına cavab olaraq yazdığı “İran və biz”, “Azərbaycan və İran”, “İran – Azərbaycan” sərlövhəli məqalələri, həmçinin Cümhuriyyətin bir illiyi ilə əlaqədar “İstiqlal” məcmuəsində dərc olunmuş “Azərbaycan Cümhuriyyəti” adlı əsəri daxil edilmişdir. Zənnimizcə, oxucular üçün faydalı olacaqdır.

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

Transliterasiyanın redaktorları: professor Şamil Vəliyev,

elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

Redaktor: filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova.

(1918-1919)

Məhəmməd Əmin Rəsulzadə

Bakının Hindistan, İrani-qədim və atəşpərəstliklə olan əlaqəsi adının nərədən gəldigi həqqində verilən izahat arasında göstərildi. Burasının Yunani-qədim və Venedik dövrləri ilə münasibətdar olduğunu bildirir. Asar da vardır. Bayıl qabağında sular içərisində bulunan əski qələ hasarını andıran barıların ənqazı bu asardandır. Şəhərimizin gözəlliklərindən birini təşkil edən Kupalniya (dəniz hamamı) yapıldığı zaman bu ənqaz səmtində “məzkur hamam müqabilindən sahildə duran “Qız qələsi”nə doğru uzanan bir növ səngfərşlər kəşf olunduğu zaman mütəxəssis mühəndislər bunun əski Yunan asari-memariyyəsindən olduğuna zahib olmuşlardı. Məzkur Qız Qələsi dəxi adilə türk əsəri isə də, tərzi memarı və şəkil etibarilə Venedik asarını andırıyormuş. Haşımov meydanında qoşa qələ qapısı üzərində müşahidə olunan rəsmlər dəxi islamiyyətdən əvvəlki bir dövri-qədimə aid olsa gərək”. İsminin nə kibi bir məna ifadə elədigi həqqində mövcud olan bu qədər rəvayətlər içərisində amiyanə bir təfsiri olan “bad” və “kub” təvəccöhi məruf olduğu kibi şəhərin qədimligi və kim tərəfindən təsis olunduğu babda da iranilərcə məruf bir rəvayət vardır. Bu rəvayətə görə, Bakı Nuşirəvanı-Adil tərəfindən təsis olunmuşdur. Buna müqabil şəhərin Nuşirəvan istilasından daha əvvəl Xəzər xaqanlığına tabe bir Türkmən xanlığı dairəsində olduğu da iddia olunmaqdadır. İbn Əl-Əsirin Bakının “Bəsfərcan” elində bir şəhər olduğunu zikr etdigini qeyd etdik. “Məcməülbəldan” sahibi Yaqut Həməvi isə Bəsfərcan elini: “Bəsfurcan”, Bəsluxan, Basluxan kibi Basfurkanın müərribidir. Türklərin “bay siburqan” dediklərinə iranilər “Basfurkan”, ərəblər də “Bəsfurcan” və “Bəsfərcan” demişlərdir.

 

Şərqdə Seyhun üzərində kain Siburqan şəhri, Xorasanın mərkəzi-qədimi olan Mərv önündə axan Macan (Makan) nəhri üzərində vaqe Əşfurqan (Siburqan) şəhəri və Qərbdə Kür nəhrinin Şərq tərəflərini mühit olan “Basburqan” eli türk bilad və asari-məşhurəsindəndir” deyə izah ediyor.

Şəhərin kimlər tərəfindən təsis edildigi ixtilaflı olduğu kibi, hankı sənədə təsis edildigi də ixtilaflıdır. Burasının məmurə olaraq 1500 sənədən bəri məlum olduğu, hətta bir rəvayətə görə Miladi-İsadan 978 sənə əvvəl dəxi burada məmurə olduğu rus qamuslarında müqəyyiddir.

 

III

 

 Bakuyi ilk dəfə bir liman (bəndər) olaraq ərəb müvərrixlərindən “Əlmüqəddəs” zikr eləmişdir. O zamanlar Dərbənd (ki ərəblər ona Babül-Əbvab, türklər Dəmir Qapı diyorlardı) daha ziyadə əhəmiyyət və şöhrətə malik idi. Bakı isə Dərbənd mülhəqatından bir bəndər sayılırdı. Buna görə də məşhur ərəb müvərrixləri kitablarında bu tərəflərdən bəhs edərkən Dərbəndə böyük əhəmiyyət verdikləri halda, Bakıyı zikr etmiyorlar. Fəqət bununla bərabər Bakının bir liman olaraq olduqca böyük əhəmiyyət peyda elədigi zamanlar da olmuşdur. Moğol istilasından sonra Bakı Xəzər dənizinin qərbi ilə şərqi arasında bir ticarət və tranzit mərkəzi olduğundan burasına diqqət verilmişdir. İran, Turan, Xəzər, Rusiya məmləkətləri arasında bir ticarət deposu halını alan Bakı o dərəcədə əhəmiyyət peyda eləmişdir ki, Xəzər dənizinin bir adı da “Bakı dənizi” olmuşdur.

 

 

 

lll

 

1. Əski türklər üç türk gölündən – Baykal, Aral və Kaspi – böyügü olan Kaspiyə “Quzğun dəniz” derlərdi. Bunun türklərcə digər bir adı da “Türk dənizi” idi.

2. Şirvan vilayətinin, hazırki Bakı quberniyasının yerində qüruni-əvvəlidə “Albaniya” adilə məruf bir qövm yaşıyordu. Bu qövm olduqca cəngavər olub Roma imperiyası ordularına müqavimət eləmişdi. Sonra şimaldan axın edib gələn türk seylaninə dayanamayıb Xəzər türkləri tərəfindən münqəriz olub məmləkətləri tutulmuş və türk qəbilələri tərəfindən oturaq edilmişdir.

3.Əski iranilərdə bir üç atəş əfsanəsi vardır. Bu əfsanə Azərbaycan ənənatı ilə əlaqədardır. Bu əfsanədəki həmişə yanar üç atəş “odunsuz yanar, sudan qorxmazmış” ki, Bakının yerdən çıxar və suda yanar təbii qazına kinayə edilmişdir.

4. “Ey morğe səhər eşq ze pərvanə beyamuz Kan suxtera can şod-o avaz nəyaməd” Sədi

5. Tapmaq, tapınmaq – türkcədə ibadət və təəbbüd etmək mənasındadır.

6. Mötəkif – günlərlə məsciddə oturub da bu yenə ibadətə (etikafa) oturan zatə denilir.

7.“Aqşam” qəzetəsində Köprülüzadə Məhəmməd Fuad bu fəqərə həqqində əlavə ediyor ki: “Müvərrixən icra edilən tədqiqat nəticəsində elm aləmində bir həqiqət şəklində tələqqi edilən bu rəvayətin heç əsli olmadığı və atəşpərəstlik bu sahəyə ancaq 18 əsrdə hindlilər və hindli parsilər tərəfindən idxal edildigi təhqiq etmişdir”.

Bakının islamiyyətdən sonrakı tarixinə və buradakı asarə axıldıqda burası Şirvanşah namilə hökumət edən bir sülalənin ikinci paytaxtını təşkil eləmişdir. İçlərində Məlik Mənuçöhr, Şah Xəlilullah kibi elm, ürfan dostu olan şirvanşahlar əsasən Şamaxıda oturuyorlardısa da, Bakı dəxi bəndər olduğundan burasına dəxi əhəmiyyət veriyor, əksərən buraya gəliyor, iqamət edərlərdi. Şah məscidi, Xan sarayı və sonra Şah olan bağları Şirvanşahlardan qalma baqiyatdır. Şah məscidi ilə Xan sarayının tərzi-memarisindən dəxi görüldügü vəchlə Şirvanşahlar zamanında Bakı olduqca məmur bir bələdə halında olub, came və mədrəsələri məruf imiş. Qamusların göstərdiginə görə Şirvanşahlar altıncı əsr hicridə buralarda hökmran olmuşlardır.

Məscidi-camein əski binasında mövcud olan kitabələrdən dəxi camei-məzkurun 5-ci əsr hicridə bina edildigi görülməkdə idi. 893 səneyi-hicrisində Müluki-səfəviyyənin cəddi olan Şeyx Heydər tərəfindən Şirvanşah üzərinə hücum vaqe olmuşsa da, Ağqoyunlu Yaqubxan imdada gələrək şeyx mumiileyh məğlub edilmişdir. Fəqət sonra Şah İsmayıl atasının intiqamını almaq üçün Şirvana qoşun çəkərək 906-cı tarixdə Şirvanşahı məğlub etmişdir. Bu məğlubiyyət şahi-məzkurun vəfatına səbəb olduğu kibi, Bakı qələsinin də səfəvilər əlinə keçməsinə bais olmuşdur. Şəhəri zəbt edən səfəvilər burada mövcud olan sərvət və samanı nəql eləmişlərdir. Şah İsmayıl Saninin qətlindən sonra bəradəri Məhəmməd Xudabəndə İran təxtinə cülus eləmişdi. Fəqət bəradərinin qətlinə mucib olan daxili ixtilal daha sükut bulmadığındanİran məmləkətinə bir az zəif gəlmişdi. İstanbul cahangirləri bu zəifdən istifadə edərək Sultan Murad Salisi İran səfərinə təşviq eləmişlər. Nəhayət, Soqqulu Məhəmməd paşa kibi dərayət sahibi ricalının sözünə baxmayaraq padşah Lala Mustafa paşa komandasında böyük bir ordu tədarük etdirərək İran səfərinə icazə vermişdir. Lala Mustafa paşa ordusu ilə bərabər 986-cı səneyi-hicridə Qafqasiya təriqilə İran hüduduna gəldi. Gürcüstan bəyləri Osmanlı ordusunu hüsni-istiqbal edərək məşhur Özdəmir oğlu Osman paşa komandasında bir ordunun Qazax, Gəncə, Ərəş təriqilə Şərqi Zaqafqasiya səmtinə keçməsinə yol verdilər.

Özdəmir oğlu Osman paşa burada sənələrlə hərb edərək iranilərlə çarpışdı. Şirvan, Gəncə kibi şəhərlər dəfələrlə əldən-ələ keçdi. Nəhayət, Özdəmir oğlu Osman paşa Dərbəndi kəndisinə iqamətgah qərar verərək orada oturdu. Krım tatarlarından kəndisinə kömək gələrək İran qüvvətlərilə hərb elədi. 987-ci sənədə Dərbənddən qalxaraq Krım xanı Məhəmməd Gəray xan ilə bərabər Şirvan üzərinə yürüdülər. Osman paşa əvvəlcə Bakı üzərinə bir müfrəzə çıxarmışdı. Bu müfrəzə Bakıyı aldı. Mühafizləri olan Xan Əli ilə Məqsud Soltanı və sair zabitləri məmləkətin əyanı ilə birlikdə Şamaxıya əsir gətirdi. Krım tatarları adətləri vəchilə Özdəmir oğluna müavinət üçün gəliyor və yığma ediyor, təkrar geri dönüyorlardı. Bu dəfə də öylə yapmışlardı. Tatarların döndügünü xəbər alan İran qüvvətləri Şamaxının istirdadını düşünmüşlər, tədarükə başlamışlardı. Bunu xəbər alan Özdəmir oğlu Şamaxının müdafiəsi üçün məxsusi qüvvət ayıraraq düşməni dəf edə bilmiş, kəndisi ləvazim və tədarükünü düzəldə bilmək üçün Dərbənddən Bakıya enməyə qərar vermişdi. Osman paşa o qışı (987-988) zərərsizcə Bakıda keçirdi. Vaqiənəvis Əbdürrəhman Şərif bəy əfəndi “Tarixi-Osmani Əncüməni-məcmuəsi”ndə bu xüsusda diyor ki: “Özdəmir oğlu Dəmir Qapıdan Bakıya endi. Xarab olan qələsini təmir və dağılan əhalisini təmin və cəm elədi. Bakı əhalisinin sərvəti-təbiiyyəsindən istifadə çarələrini düşündü. Neft mənbələrini zəbt ilə müqatiəyə bağladı. İpək məhsulatını vergiyə tutdu və sair vergiləri tənzim edərək xəzinəyə xeyli gəlir çıxartdı. Əskərlərin məvacibini və qələ təmirində çalışdırdığı əmələnin üçrətini vermək üçün kafi miqdarda sərmayə hasil olmuşdu”.

O qışı Bakıda oturmaqla bərabər Kür nəhrinin ötəsində qüvvət toplamaqda olan Salman xanı dəxi rahət buraxmaq istəməyib Qazi Gərayı bir miqdar əskərlərlə onun üzərinə göndərmişdi. Salman məğlub edildi. Bunun üzərinə təkrar zübdə bir qüvvət təşkil edərək Salman xan ilə bərabər Pirə Məhəmməd xan komandasında qüvvətli bir ordu ilə iranilər təkrar Kür nəhrini keçərək Şamaxı üzərinə yürüş etdilər. Şamaxı müqabilində vaqe olan böyük bir müharibədə Osmanlı qoşunu məğlub olub ordu rüəsasından çox az adam qurtula bildi. Bu qalibiyyət üzərinə Pirə Məhəmməd xan Şabranı təkrar ələ keçirmiş və Osmanlı fərarilərini qovaraq Dərbəndə qədər ilğar eləmişdi. Bunun üzərinə İran xanları müşavirə edərək Bakı mühasirəsinə qərar vermiş və bu tərəfə qoşun çəkmişlərdi. Bakının bu mühasirəsini isə Əbdürrəhman Şərif bəy böylə təsvir ediyor: “Mühasirədən əvvəl Osman paşa Dərbəndə getmiş və Bakı mühafizəsinə bahadirani-üməradan Əhməd bəyi təyin və iqamə eləmişdi.

Bakı mühasirəsi çox şiddətli olmuşdur. (988-ci ilin axırları). Mühasirə qırx gün davam eləmişdir. İranilər qələyi almaq üçün nərdəban qurmaq və topraq sürmək kibi müharibə tədbirlərinə müraciət etmişlərdir. Məhsurin bir müddət şücaətlə səbat göstərmişlərdir. Lakin ərzaq və mühimmatları kafi miqdarda degil idi. Şəhər əhlindən birisi ox ilə məktub atıb qələ içindəki müzayiqəyi mühasirinə xəbər verər və onları yürüşə dəvət elər idi. Zaman oldu ki, məhsurin bəndərdəki gəmilərə minib kəndilərini xilas etsinlər. Lakin Əhməd bəyin əzm və şövq və casusun bulunub da odda yandırılması surətilə məcazat edilmiş və bundan sonra qələ əhvalından məlumat ala bilməyən iranilərin məyus olaraq mühasirədən əl çəkmələri Bakıyı qurtarmışdır. İran sərdarı Pirə Məhəmməd xan Bakı mühasirəsindən qayıdanda Şabranda vəfat etmişdir. Bu adam səfəvilərin sınanmış sərdarlarından idi. Oğlu nəşini alıb İrana göndərmişdir”. Bu surətlə Bakı qələsi 989-cu ildən etibarən Osmanlı təhti-idarəsinə keçmişdir. Bakı 23 sənədən ziyadə Osmanlı idarəsində qaldıqdan sonra Türkiyə ilə İran arasında əqd olunan müsalihə icabı olaraq Osmanlı ordusu buralardan çəkilərək Bakı təkrar səfəvilərin idarəsinə keçmişdir. 1017 tarixli bir kitabə şəhər surinin Birinci Şah Abbas səfəvi tərəfindən təmir edildigini göstərməkdədir.

 

 

 

IV

 

 

 

Səfəviyyədən sonra bu tərəflərdə təvaifi-müluk əmələ gəlib Azərbaycan vilayətləri birər müstəqil və nim müstəqil xanlıqlar halında yaşarkən Bakı dəxi uzun bir zaman xanlıq halında yaşamışdır. Bakının o zamanlarda nə kibi bir həyatla yaşadığını məşhur türk səyyahından ögrənə biliyoruz: 1057 səneyi-hicrisində Bakıya gəlmiş Osmanlı səyyahişəhiri Övliya Çələbi həzrətləri Bakı qələsini bir vəchiati tərif ediyor: “Bakı qələsi Şirvan əyalətində olub Əcəm (İran) sərhədidir. Burada bir ziyafət edilib təamdan sonra Ərzurum valisi Məhəmməd paşa əfəndimizin naməsini inci (mirvarid) təsbehlə, məvac ipəkli firəng xaraların şəmşiri-hədayəyi xana verdim. Səfasından: “Xeyri-müqəddəm, xoşqədəm gətirdiniz” – deyə dilnəvazlıqlar etdi. Təbriz və Naxçıvan xanlarının namələrini də verdim. “Suriniz mübarək ola” – deyə çox sənaxanlıq elədim1. Zatən namələrdə də həqiri xeyli tovsif etmişlər. Rəvan xanı2 həqiri kəndi həmşirəsi sarayına mehmanlığa verildi. On gün, on gecə zövqü-səfalar etdik. Xan isə göstərmədik xan və sultan3 qoymadı. O gün həqirə mülaqat əcəmanə əlbəsə, on tümən bəxşeşi şahanə ehsan olundu.

Rəfiqlərimizlə şəhəri tamaşaya başladıq. “Bakı qələsi Moskov kralına qarşı Dara şah tərəfindən Bəhri-Xəzər sahilində bir püşteyi-ali üzərində mürəbbülşəkl olaraq bina edilmiş bir qəleyi-rənadır. İç qələsinin qərbə nazər bir qapısı vardır. Hədidi naxçıvanidəndir4. Mühiti yeddiyüz addımdır. Yetmiş qələ altıyüz bəddəndir. Divarın qəddi yüz zərai məkidir. Qaya üzərində olduğundan xəndəyi yoxdur. Qələ içərisində topraq örtülü yetmiş qədər əski ev vardır. Heydər şah camei adilə bir də came varsa da, minarələrdir. Xan karvansara, hamam və sairədən nişan yox. Lakin dərya kənarındakı ribat5 böyük karvansarası, bin qədər evli, bağ və baxçası, came, xan və hamamlı çarşı və bazarlı bir şəhər məmurdur ki, üç tərəfi sur ilə mühafizəli olub üç qapısı vardır. Şimala açılan Gilan qapısı, cənuba Babüləbvab qapısı, qərbə dərya kənarında liman qapısıdır. Buradan yeddi ədəd böyük minarə görünməkdə idi, üç hamamı varsa da, Mirzəxan hamamı qayət xoşdur. Çarşı və bazarı o qədər müzəyyən degildir. Lakin Moskov sərhəddi olduğundan şahsevən, dizçökən əskərləri vardır. Şirvan əyalətində başqaca xanlıqdır. 3 bin əskər və 12 hakimi (uyezd naçalniki) vardır. Başqaca qazısı və 7 nahiyəsi vardır.

Bir qaç kərə Moskov qazağı qarşı İdil nəhrindən şaykalar ilə gəlib Gilanı və Bakı nahiyələrini nəhb və qarət etmişdir. Çünki qarşı tərəfi 300 mildə Moskov diyarıdır. Hətta bu qələyi Özdəmirzadə fəth etmiş, içində osmanlılardan Qubad paşa hakim ikən Əcəmin (İranın) təşviqilə Moskov qazağı gəlib Bakı qələsini mühasirə etmişsə də, onlarla bərabər əcəmlər də dəndan tiğdən keçirilmişdir. Hala gəmikləri sahili-bəhrdə bir püşteyi-ali üzərində durur. Şəhərin havası səhləcədir. Çünki qəzalarında pirinc, kətan, yağ, bostan hasil olur. Amma suyu neft yağı qokar. Şəhər qərbində yeddi yerdə neft mədənləri vardır ki, hər biri bir lövndir, sarı, qırmızı, qara... ilaxır. Nahiyələrində misgər, misdan, riynəb, nəvahisi əhalisi şəmi-əsəl, şəmi-ruğən yaqmayıb həp qara neft yağı çıraqda yakarlar. Xalqı qayət təndürüst vətənpərvərdir.

Olduqca dilbəri də vardır. Şəhəri on səkkizinci iqlim ərzi-hüdudundadır. Əhalisi əksəriyyən sünnüdür. Bu qələ ilə Dəmir Qələ arası dərya kənarından dörd mənzildir. Aralarında Misgər nahiyəsinin kəndləri məmurdir. Əhalisi köçbə türkmənlərdir. Obalarilə qonub köçərlər. Şabran şəhəri Bakının şərqində və üç mənzil məsafədədir. Şamaxı şəhəri də şərqində olub 5 mənzildir. Gilan da şimalındadır. Bakı Şamaxının bəndər iskələsidir. Çin və Xatai ilə Xətəndən, Qəfur eli ilə Rənan şəhərlərindən Qalmax (Kalmıq) və Moskov diyarlarından daima elçilər və karvanlar məta gətirərlər. Moskovlar daima Bakıya gəlib Bakıdan tuz (duz), neft, zəfəran, ipək (hərir) alıb Moskovaya götürüyorlar. Moskov elçiləri gəlib rəhn (girov) dururlar. Moskov diyarından səmur, balıq dişi, sincab əksəriyyən İrana Bakıdan çıxarılır. Bir qismi də Gilandan çıxar. Bakı nahiyələrində bəzi şora yerlər vardır. Adam və ya at ayağını basıb bir az dursa ayaqları yanar. Karvan xalqı bəzi yerləri həfr edərək (qazıyaraq) təncərə (qazança) qoyur, təamları zəminin hərarətindən bir anda bişər. Əcayib hikmətixudadır. Bəzən Moskov qazağı kənarı sazlı gəmilərlə Kür nəhri ilə gəlib Bakı ətrafını nəhb və qarət edərlər. Buradan aldıqları əsirləri Gilan bazarına aparıb orada satarlar. Nəhrin eni Tuna qədər varsa da dərinligi o qədər degildir”. Övliya Çələbi bu təfsilatı verdikdən sonra səyahətinin xatiməsini təsvir üçün yazıyor ki: “Bir yandan şəhərə tamaşa etdigimiz kibi digər tərəfdən də Əcəm surlərinin (ziyafətlərinin) zövq və səfalarına qoyulduq.

Suri-zifafi təhrir eyləsən böyük bir kitab olur. Rəvan xan (Tağı Əli xan) ilə Bakı xanı (Əşrəf xan)dan səmur əcəmanələr, kürçilər, tavus dəvələr ehsan aldıq. Rəvan xan dəxi Kəmər ki, bin baş karvan göndərməgi təəhhüd edərək Paşa əfəndimizə bir səmur kürk, on çift Gilan yayı, altı gürcü qilami, on cift balıq dişi, üç ənbər şamama hədaya verdi. Ayrıca məhəbbətnamələr də təhrir elədi. Həqirə dəxi on tümən bəs xərcirah təvabelərimizə on tümən abbası ehsan elədi. Cümlə Bakı əyanı ilə vidalaşaraq qiblə tərəfə rəvan olduq”.

Övliya Çələbi Bakının neftindən də təfsilat veriyor, onun səyahətnaməsinə görə: “Neft yağı mədənləri yerdən qaynayaraq çıxar. Kiçik göllər neft yağı suların üzərində qaymaq bağlar. Neft başqaca əmanət olub sənəvi şaha yeddi min tümən ağça gətirir. Neftiəmniyyənin adamları bu gölçügizlərin içinə girib gecələri nefti yığaraq keçi tuluqlarına doldururlar. Sonra bunu tüccar alıb diyar-diyar götürürlər. Səkkiz rəngdə neft olur. Lakin sarı neft qayət məqbuldur. Siyah neft şahlıqdır ki, İran diyarının, Özbəkistan, Hindistan, İraq, Kürdüstan, Gürcüstan, Dağıstan, Ali-Osman sərhədlərindəki qələlərə bu qara nefti götürüb ətraflarına çırağban edərlər. Əskər üzərlərinə hücum etdikdə üzərlərinə və ayaq altlarına neftli yorğan və köhnə əşya atıb atəşbazlıq edərlər. Neft qələ və şəhər mühimmatı üçün lüzumludur.

Hətta şah hüzurində, dəri-dövlətlərində yanan məşəllər həp Bakı neftindəndir. Neftin gecəli, gündüzlü nigəhbanları vardır. Çünki atəş dəgərsə ila nəhayə yanıb sönmək bilməz. Onun üçün neft mədənlərinin kənarında dağlar kimi qum təpələri amadə durur. Neft mədəninə bir şərarə isabət eləsə haman cümlə riaya yetişib üzərinə topraq ataraq söndürürlər. Başqa əlacı yoxdur”.

Övliya Çələbinin səyahətnaməsində bu qədər tərif olunan Bakı nefti həqqində ərəb coğrafiyaçıları da məlumat vermişlərdir. Məsudinin “Mürücüz-zəhəb”ində bu xüsusda təfsilat verildigi kibi, Yaqut Həməvinin “Möcəmül-Belda” nında izahat vardır. Yaqutun izahatına görə Bakıda başlıca iki neft mənbəi varmış ki, birindən sarı və ya neft, digərindən qara, yaxud yaşıl neft çıxarmış. Məsudi buradan başqa heç bir yanda neft çıxmadığını da əlavə ediyor. Hicri doqquzuncu əsrdə Əlbakuvinin yazdığına görə gündə çıxarılan neftin miqdarı iki yüz qatır yükü imiş. “Dərbəndnamə”dən iqtibasla Məhəmməd Cavad bəy diyor ki, Bakıdakı neft mənbələri ilə duz mədənləri Dərbənd əhalisinə aid bir vəqf idi. Hicri 1003 tarixli bir kitabədən çıxarılan məlumata görə bunlar seyidlərə təxsis edilmiş bir vəqf imiş. Şah İsmayıl Səfəvi imzasilə idareyi-ruhaniyyə quberniya məclisi dəftərxanəsinin övraqi arasında məhfuz və saiqə nəzərən neft quyularından bir neçəsi Tazə Pir həyətində mədfun bulunan Şeyx həzrətlərinə vəqf edilmiş imiş.

 

 

 

V

 

 

 

Övliya Çələbi mərhumun hekayəsindən də anladıq ki, ruslar Bakının neftinə pək əski zamandan bəri göz dikmişlər və uzaq zamanlardan bəri burasına bir takim hücumlar və təcavüzlərdə bulunmuşlardır. 1000 sənə əvvəl 914 səneyi-miladisində knyaz İqor zamanında ruslar Bakıya doğru bir səfər eləmişlərdir. 942-ci sənədə Bakı və Şirvan vilayətinin zənginligi təkrar rus kazaklarının təməini cəlb edərək buralara akın eləmiş və Kür nəhri ilə ta Bərdə şəhərinə qədər enmişlərdir. 1553-cü sənədə Hacıtərxan ruslar tərəfindən alınmışdır. Hacıtərxanın alındığını mütəaqib ruslar İran ilə münasibatitüccariyyəyə girmək istəmişlər. Bu səbəblə də Bakı bəndərinə hücumları artmışdır.

17-ci əsrdə Bakı ilə Şirvan məşhur Stepan Razin komandasındakı kazak aqınçılarının təərrüzlərinə düçar olmuşdur. Razin dəstəsi şlyupkalarla Bakı sahilinə eniyor, Kür nəhrinə gəliyor, sahilləri yağma və tarac edərək müvəqqəti qələbələr ehrazından sonra qoyub çəkiliyorlardı. Böyük Petro siyasi geniş planlarının cüzində Xəzər dənizinə çox əhəmiyyət verirdi. Burası Şərq məmləkətlərilə bir ticarət yolu idi. Hacıtərxan voyovodası Musin-Puşkinə 1700-ci ildə əmr edilmişdi ki, tariqi-Şamxali ilə münasibatitüccariyyədə bulunsun. Bu andan etibarən Orta Asiya məmaliki ilə münasibati-tüccariyyəyi artırmaq çarın daimi düşüncəsini təşkil eləmişdir. Bu məqsədlə 1715-ci ildə knyaz Bekoviç-Çerkaskiyə əmr edildi ki, Orta Asiyaya doğru səfərə hazırlansın. Kəndisinə eyni zamanda bu da tapşırıldı ki, Ceyhun nəhrini əski məcrasına salaraq Xəzər dənizinə axıdılması üçün tədbirlər görsün. 1718-ci sənədə yenə böylə bir məqsədlə Volınski səfirlik sifətilə İrana göndərildi.

Volınski İran ilə təfsilən tanış oldu. Eyni zamanda Petroyu Xəzərin sahillərini tutmaya təşviq elədi. Yoxsa buralarını əfqanlılar tutacaqlar – deyə çarı əndişəyə buraqdı.

Çar Volınskinin tövsiyələrinə qulaq asdı. Bilxassə ki, Şamxal Ədil Gəray bütün Dağıstan cəmaətləri naminə elçi göndərib ərzi-tabeiyyət eləmişdi. Bunun üzərinə Petro Volınskiyə İran səfərinə hazırlanmayı əmr eləmişdi. Səfər hazırlanmış, fəqət sonra İrana hərb elan etmək niyyətindən vaz keçilərək Dağıstana gəlməklə iktifa edilmişdi. Böyük Petro 1722-ci ildə Tariqi-Şamxal Ədil Gərayın dəvəti üzərinə Dağıstana gəldi. Sulaqda istiqbal edildi.

Sonra çarın məhfili Dərbəndə doğru getdi. Yolda Qaytak xanı Soltan Mahmud müqavimət göstərdigindən dəf edildi. Böyük Petro Dərbəndi alıb oradaca qışlamışdı. Petro Bakıya çox böyük əhəmiyyət veriyordu. Çar general Matuşkinə əmr eləmişdi ki: “Təcilən Bakıya get, məzkur şəhəri al, Allah yardımçın  olur. Şəhərin açarlarını alır, göndərirsən”. 1723-cü ildə Matuşkin Bakıyı almışdır. O sənədə İran ilə əqd olunan bir müqavilə mövcibincə Bakı ilə Dərbənd Rusiyaya tərk edilmişdir. 1732 və 1735-ci sənələrdə çariça Anna İvanovna zamanında əqd olunan Rəşt müahidənaməsinə görə Bakı, Quba və Dərbənd təkrar İrana qaytarılmışlardır. Bu surətlə Şimali Azərbaycandan çəkilmiş olan Rusiya Böyük Yekatrina zamanında təkrar ovdət eləməgə başlamışdır. 1796-cı sənədə general Zubov Dərbəndi almışdır.

1801-ci ildə Gürcüstan Rusiyaya iltihaq etmişdi. Bu hal üzərinə bugünki Azərbaycan Cümhuriyyətini təşkil edən Azərbaycan qitəsi, bilxassə hər növ hücumlara məruz qalan Bakı-Şirvan vilayəti artıq iki atəş içində qalmışdı. Şu sırada rusların Qafqaziyadakı ordularının komandanlığına məşhur Sisiyanov təyin olundu. Sisiyanov bir kərə Rusiya əlinə keçmiş olduğu halda tərk olunan Bəhri-Xəzər sahillərini təkrar zəbt etmək fikrinə düşdü. 1805 sənəsi yaz zamanı general-mayor Zavalişin komandasında 500-dən ibarət bir qüvvə toplayaraq gəmilər vasitəsilə Bakı üzərinə  göndərdi. O zaman Bakının xanı Hüseynqulu xan idi. Zavalişin Bakıya yaxınlaşınca Qubadan Bakıya kömək gəldigini xəbər aldı. Bu xəbəri alınca təərrüz etmək cəsarətini göstərmiyərək şəhəri qoyub çəkildi. Zavalişinin bu surətlə çəkildigini xəbər alan general Sisiyanov bərk acığı tutmuşdu. Xəstəliginə baxmayaraq Zavalişinə şiddətli itablarda bulundu. Qış düşdügünü aldırmayaraq 1500-ə qədər piyada, 200 atlı kazak və ona qədər top ilə özü bizzat Bakı üzərinə gəldi. Dekabr ayı idi. Sisiyanov bilirdi ki, şiddətli hərəkət etməzsə Zavalişinin ricəti yeni ram edilmiş Bəhri-Xəzər sahilindəki xanlara suyi-təsir hasil edər, hərəkətə gələrlər. Bunun üçün o, rus silahının nüfuz və etibarını qüvvətləndirmək istiyordu.

 

1. Övliya Çələbi Bakıya gəldigi zaman xanın toy məclisi varmış.

2. Övliya Çələbi Rəvan xanı ilə birlikdə Bakıya varid olmuşdur.

3. Sultan İran nizamincə bir mənsəbdir.

4. Naxçıvan dəmirindəndir.

5. Şəhərin əskəri olmayan digər qismi ki, o da hasarlı imiş.

6. “Aqşam” qəzetəsi, Köprülüzadə Məhəmməd Fuad.

 

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2013.- 5 oktyabr.- S.26-27.