Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi memarlıq abidələri- davamı

 

 

Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə əmin-amanlıq şəraitində yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir. Keçən silsilə yazılarımızda şəxsi müşahidələrimizə, müxtəlif mənbələrə, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytına əsaslanaraq ölkə ərazisində mövcud olan qədim alban məbədləri haqqında oxucularımıza məlumat vermişdik. İndi isə Azərbaycan əhalisinin böyük əksəriyyətinintəxminən 95 faizdən artığının etiqad etdiyi islam dininin müqəddəs ibadətgahlarındanməscidlərdən söhbət açacağıq. Ölkə ərazisində, demək olar ki, hər bir rayon şəhərdə böyük kiçik olmaqla onlarla məscid fəaliyyət göstərir. Növbəti silsilə yazılarımızda paytaxt Abşeron yarımadasından başlamaqla ölkə ərazisində fəaliyyət göstərən məşhur məscidlərimizdən bəhs edəcəyik. Əlbəttə ki, ölkədə hazırda mövcud olan yüzlərlə məscidin hər biri haqqında ayrılıqda məlumat vermək mümkün deyil, silsilə yazılarımızda daha çox tarixilik memarlıq-arxitektura baxımından seçilən abidələrimiz diqqət mərkəzində olacaq.

 

 

 

lll

 

Qiymətli tarixi abidələrlə zəngin Şəki dini abidələr, ibadətgahlar baxımından da kasad deyil. Şəhərdəki  XVIII-XIX əsrlərdə tikilmiş Ömər Əfəndi məscidinin fasadı bişmiş kərpic naxışları ilə diqqəti xüsusilə cəlb edir. Fasaddakı kərpic karniz, divar səthindən qabağa çıxan nazik tağlarla işlənmiş pəncərəüstü, bir-birini əvəz edən kərpic daş hörgü sıralarından ibarət pəncərəarası divarlar onun memarlıq simasını tamamlayan nüanslardandır. Tikintinin əsas tutumuna daxil edilmiş minarənin üzərində kərpiclə işlənmiş bəzək işləri Şəki sənətkarlarının xüsusi memarlıq üslubunu, bacarıq qabiliyyətini özündə əks etdirir. Binanın tikintisi özünəməxsusdur, bədii ifadəliliyinə görə Şəki memarlığı ruhunda tikilib. İnteryerin dekor elementi olan mehrabı xüsusi məharətlə işlənib.

Şəkidəki daha bir qiymətli dini abidə Mərkəzi Cümə məscididir. XVIII-XIX əsr abidəsi olan Cümə məscidinin tikintisində yerli inşaat materiallarından istifadə edilib.Plan quruluşuna görə tağlı, sütunlu salondan ibarət olub, daş ağaclarla bölmələrə ayrılaraq binadakı bu böyük aşırımı örtməyə imkan yaradıb. Alçaq yaşayış evlərinin yaşıllıqların fonunda özünün hündürlüyü ilə seçilən minarə məscidin kompozisiyasında mühüm yer tutur. 28,5 metr hündürlüyündə olan minarə məscid binasından bir neçə metr aralı, ayrıca dayanan tikilidir. Yuxarıya doğru nazikləşən minarə kərpic hörgülərlə, relyefli naxışlarla bəzədilib. Minarənin tikintisində əlli dörd min kərpic işlənib. Minarəni tamamlayan şərəfə hissəsi çox məharətlə inşa edilib. Məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.

Şəkinin qonşuluğunda yerləşən, təbii iqlimi, səfalı guşələri ilə diqqəti çəkən Qəbələdə yaşı 100-dən artıq olan Cümə məscidi var. Tikilinin bünövrəsi 1898-ci ildə qoyulub. Yerli əhalinin köməyi şəkili usta Salamın rəhbərliyi ilə inşa olunan məscidin tikintisində çay daşlarından, dözümlülüyü ilə seçilən meşə materiallarından istifadə edilib. Məscidin daxilindəki ağac materialını binanın üst örtüyünü ölkəmizdəki bir sıra məscidin tikintisində maddi köməyi dəymiş, görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev göndərib. Bişmiş kərpicin, qapıların, pəncərələrin hazırlanması üçün lazım vəsaitin əldə olunmasına Qəbələnin xeyriyyəçi insanlarından olan Hacı Məhəmməd yardım edib. Həmçinin Zaqafqaziya Ruhanilər İdarəsinin məscidin tikintisinə müəyyən köməyi olub. Məscid 1906-cı ildə əhalinin istifadəsinə verilib. Sovet hakimiyyəti dövründə Qəbələ şəhər Cümə məscidi yığıncaq iclas salonuna, məhkəmə iclaslarının keçirildiyi məkana kluba çevrilib.Məscidin bütün əmlakı müsadirə edilib, binada olan dini ədəbiyyat yandırııb. Hətta məsciddə olan ərəb əlifbası ilə yazılmış bütün elmi kitablar tariximizdən xəbər verən elmi külliyyatlar da kortəbii şəkildə məhv edilib. Sovet hökumətinin dağılmasına az bir vaxt qalanda məscidin binasında Tarix Diyarşünaslıq muzeyi yaradılıb. 2004-cü ildə məscidin binası boşaldılıb, həmin il əsaslı təmir edilib 2005-ci ildə məscid uzun illər sonra təkrar ibadət ocağı kimi dindarların istifadəsinə verilib.

Azərbaycanın ən məşhur məscidlərindən biri Gəncə şəhərindəki  Şah Abbas məscididir. Bu dini abidə XVII əsr Azərbaycan memarlığının şah əsərlərindən sayılır. Şah Abbas məscidi 1606-cı ildə inşa edilib. Gəncənin mərkəzində yerləşən xalq arasında Cümə məscidi kimi tanınan möhtəşəm məbədin memarı Şeyx Bahəddin Məhəmməd Amilidir. Şah Abbas məscidinin özəlliyi həm ondadır ki, yumurta ağı ilə gil-əhəng qatışığı bişmiş qırmızı kərpicdən tikilib. 1776-cı ildə məscid binasının qarşısına iki minarə əlavə olunub. Məbədin ibadət salonunun sahəsi çox genişdir aşırımlarının hündürlüyü ilə fərqlənir. Şah Abbas məscidində minbərin üzərində olan oyma bəzəklər şəbəkəçilik sənətinin gözəl nümunələrindən hesab edilir. 1920-ci ildə bolşeviklər tərəfindən şəhərə ətrafa atılan mərmilərin təsirindən minarələrin biri əyilib. Sovet hakimiyyətinin apardığı məlum ateist siyasət nəticəsində məscidin mədrəsəsi dağıdılaraq tamamilə məhv edilib. Məşhur Azərbaycan şairi tarixçisi Abbasqulu ağa Bakıxanov Şah Abbas məscidinin tikintisi, tarixi memarı barədə geniş məlumat verib. Tarixdən məlumdur ki, görkəmli ədib Mirzə Şəfi Vazeh uzun müddət bu məscidin mədrəsəsində xəttatlıqdan dərs deyib. Məhz burada xalqımızın böyük mütəfəkkiri Mirzə Fətəli Axundov ondan nəstəliq xəttini öyrənib.  2008-ci ildə Prezident İlham Əliyevin şəxsi göstərişilə Heydər Əliyev Fondu hesabına Şah Abbas məscidində əsaslı bərpa işləri aparılaraq ibadətgahın qapı-pəncərələri dəyişdirilib, şəbəkələrə yenidən işlənərək əsrarəngiz görkəm verilib.    Gəncədə həmçinin Böyük Bağmanlar məhəlləsində yerləşən, tikintisi əvvəllər başlansa da, 2006-cı ildə Heydər Əliyev Fondunun hesabına başa çatdırılaraq istifadəyə verilənHəzrəti Zeynəbməscidi fəaliyyət göstərir.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2013.- 10 oktybar.- S.4.