“Poeziyamızın Məmməd Araz zirvəsi” Milli Kitabxanada

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, Dövlət mükafatı laureatı, tərcüməçi, publisist Məmməd Arazın (Məmməd İnfil oğlu İbrahimov) anadan olmasının 80 illik yubileyi münasibətilə “Poeziyamızın Məmməd Araz zirvəsi” adlı geniş tərtibatda kitab sərgisi açılmışdır.

Sərgi şairin Azərbaycan, rus dilində çap olunmuş əsərlərindən, tərcümələrindən, ön söz yazdığı və redaktoru olduğu kitablardan, şair haqqında görkəmli şəxsiyyətlərin dediyi fikirlərdən, şair haqqında olan  kitablardan,  dövri mətbuat səhifələrində çap edilmiş materiallardan ibarətdir.

 

525-ci qəzet.- 2013.- 15 oktyabr.- S.7