"Tolerantlıq sisteminin əsasında fərqlərin bərabərliyi prinsipi dayanır

 

FƏLSƏFƏ DOKTORU ROİDA RZAYEVANIN SÖZLƏRİNƏ GÖRƏ, TOLERANT TƏFƏKKÜR FƏRQLƏRİN MÖVCUDLUĞUNUN ADİ VARLIQ KİMİ QƏBUL EDİLMƏSİDİR

 

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya Hüquq İnstitutunun direktor müavini, fəlsəfə doktoru, dosent Roida Rzayeva ilə tolerantlıq anlayışının fəlsəfi mahiyyəti, dialoq mədəniyyəti kimi aktual mövzular barədə söhbətləşdik. Onunla söhbətimiz xoşgörünün xalqımızın milli identikliyinin bir nüansına çevrilməsi, multikulturalizmin Azərbaycanda çoxəsrlik yaşam tərzi kimi formalaşması kimi mövzuları da əhatə edir.

Dosent Roida Rzayevanın qənaətinə görə, postmodernin səciyyəvi xüsusiyyəti kimi çıxış edən, Nitşenin qeyd etdiyidəyərlərin yenidən qiymətləndirilməsi ya dəyərlərə təkrar baxılması prinsipi aktuallaşır. Onu həm postmodernizmin dəyərlər sindromuadlandırırlar. Bu transformasiya mədəni, dini normaların, makro mikro, başqa sözlə şəxsi ictimai səviyyədə dünyagörüşlərin dəyişməsi ilə ifadə olunur. Dəyər transformasiyası kontekstində cəhdlər dəyər plüralizmi ilə şərtlənən cəmiyyətin çox mədəniyyətlilik anlayışına əsaslanan yeni mədəniyyətin qurulmasına yönəldilib. Bugünkü sosio-mədəni şəraiti mədəniyyətinklassikmodelinin yüksək nümunələrin aradan qaldırılması kimi səciyyələndirmək olar. Çox yayılmış iddialardan biri, multikulturalizmin postmodernin mədəni vəziyyətini əks etdirməsidir. Hər şeydən əvvəl, əsas arqument, modern üçün xarakterik olan ümumi məxrəcə gətirmədən imtinadır multikulturalizmin mədəniyyət modelinin inkişafın mərkəzləşmiş vektorunun aradan qaldırılmasını, fərqli mədəniyyət formalarının deiyerarxizasiyası qanuniləşdirilməsini nəzərdə tutmasıdır. Bütövlükdə, demək olar ki, multikulturalizm postmodernin dəyər istiqamətləri ilə həmahəngdir”.

R.Rzayevanın bildirdiyinə görə, etnik, milli mədəniyyətin, alt mədəniyyətlərin polifoniyası müxtəlif  yaranma xassəsinə, müxtəlif təşkilat fəaliyyət üsullarına görə yeni mədəni kontekstdə leqitimləşir: “Mədəni plüralizm siyasəti etno-linqvistik etno-dini qrupların arasındakıdialoq”un təşviqində həm təbiətcə etnik mənsubiyyətdən üstün olan ümumi kommunikasiya məkanının formalaşmasında görünür. Bu zəmində, “fərqli mədəni mövqenin bəlkə müxalifətin “real, natamam problem, “yad  həqiqətkimi anlaşılması buna görə özünündoğmahəqiqətinin açıq, tamamlanmamış kimi başa düşülməsiön plana çıxır . Plüralist cəmiyyətin kommunikativ mədəniyyətinin nailiyyəti dialoq, dəyər konsensusların qurulması ilə şəxsi normativlik hüdudlarının aşılmasında görülür. Meynstrim mədəniyyətinin hakimliyinə yönəlmə təbii hal kimi ambivalentliyin fərqlərin mövcudluğunun qəbul edilməsinin posmodernist mühakiməsi ilə, yəni yanaşma tolerantlığı ilə aradan götürülür. Postmoderndə fərqlilik amilinin daima vurğulanması eyni təsnifat cədvəlinin mədəniyyət formaları üçün istifadəsini ortaq məxrəcə gətirilmələrini istisna edir. Bunu substantiv mənbəyə yaxın çoxluğun mütəşəkkil determinliyin həm çoxluğunu həm vəhdətini təşkil edən postmodern mədəniyyətinin rizomatikliyi ilə bağlayırlar. Multikulturalizm isə plüralistik cəmiyyətin içində ictimai tolerantlığa yönəmli dünya görüşü mövqeyidir.Özgə”ni sadəcəbaşqa”sına  çevirən multikulturalizm konteksti hər bir mədəni vahidin ictimai yaşama mühitinin mental sərhədlərinə hörməti nəzərdə tutur. Multikulturalizmin postmodernin fəlsəfi əsaslarla həmahəngliyi ön plana çəkilən subyektdə (dividdə) ifadə olunur. Divid üçün kimlik, dəyər üstünlüklərinin seçimi problemləri həlledicidir. Postmodern dövrü multikulturalizmin məna yükünü, onu yalnız etnik müxtəlifliklə deyil, həm müxtəlif həyat tərzləri, istiqamət mədəni təmayüllərin müxtəlifliyi ilə zənginləşdirərək genişləndirilir. Bu anlayış bir-birindən fərqli, lakin cəmiyyətin dəyər əsasları ilə bağlı olan ictimai formaların qarşılıqlı əlaqəsinin həyata keçdiyi cəmiyyətin mental sərhədlərinin mövcudluğunu nəzərdə tutur. Beləliklə, multikulturalizmin postmodern ilə əlaqələndirilməsi onun, demək olar ki, dəyər istiqamətləri ilə həmahəng olan bütövlükdə, onun mentallığını səciyyələndirən postmodernin plüralistik görüşünə uyğun gəlir”.

 

R.Rzayeva müxtəlif sintezlərdən qazandığımız dəyərlər nəticəsində bir çox xalqlarla müqayisədə Azərbaycan identikliyinin tolerantlıq üçün həm əlverişli, həm eyni zamanda müasir dövr üçün çox aktual olduğunu diqqətə çatdırıb.

Tez-tez Avropa ölkələrində səfərdə, o cümlədən multikulturalizm mövzusu ilə əlaqədar konfranslarda olduğunu bildiyimizdən R.Rzayevadan Avropa Azərbaycan tolerantlığını müqayisəli xarakterizə etməsini istədik: “Avropa tolerantlığı bizim milli  xüsusiyyətə çevrilmiş tolerantlıqdan fərqlənir. Bu fərqlər ondan irəli gəlir ki, tolerantlıq Avropada daha çox haqq, hüquq müstəvisində qabarıq şəkildə özünü göstərir. Azərbaycanda isə bu, həm qanunlar çərçivəsində işləyir,  həm bu artıq milli xarakterimizdə oturuşub. Avropada başqasının haqqı tapdalanmasa da ona başqası olduğu hiss etdirilir. Amma Azərbaycanda belə deyil heç zaman belə olmayıb. Tolerantlıq  artıq bizim milli identikliyin bir nüansıdır, amilidir”.

Alim hərdən xalqımızda xoşgörünün ifrat həddə çatması ilə bağlı fikirlərlə müəyyən mənada razılaşdığını dilə gətirib: “Biz bəzən başqasına hörmət edərək özümüzə hörməti arxa plana atırıq. Amma ununtmamalıyıq ki, başqasına hörmət özünə hörməti istisna etmir. Yəni ilk növbədə özünə hörmət etməlisən ki, başqasına hörmət edə biləsən. Başqasına hörmət edərkən özünə hörməti qorumalısan. Əslində həm bu, həm digər məsələlər ictimai şüurla, şüurun inkişafı ilə bağlıdır. Bu isə hər bir cəmiyyətdə eyni səviyyədə deyil. Amma hər bir təhsilli, dünyagörüşü geniş olan insan dərk edir ki, ilk növbədə başqa mədəniyyətin dəyərli olduğu qədər onun öz mədəniyyəti dəyərlidir. Başqası sənin öz mədəniyyətinə olan sadiqliyini,  hörmətini görmürsə o da sənə hörmət etməyəcək. Şüurun yüksək inkişafı bu seleksiyanı aparmağa imkan verir. Amma artıq belə bir tendensiya da müşahidə edirəm ki, artıq şüur inkişaf etdikcə, xüsusən insanların mobilliyi artdıqca, yəni ki xaricə səfərlərə gedirlər, oradakı yaşayış səviyyəsini görürlər, günyagörüşü genişlənir. Bu proses ona gətirib çıxarır ki, insanlar dərk edirlər ki, öz mədəniyyətlərinə sahib çıxmaq lazımdır. Əslində heç bir mədəniyyət digər bir mədəniyyətdən üstün deyil”.

Alim bildirib ki, tolerantlıq Azərbaycanın milli xüsusiyyətinə çevrildiyi üçün bu mənada müəyyən dərəcədə milli birliyi təmin edir: “Biz millət olaraq tarixən tolerant olmuşuq. bu hər bir kəsə aid keyfiyyətdir. Biz cəmiyyət olaraq bütövlükdə tolerant olmuşuq həmişə bu cür yaşamışıq. Bu da milli birliyi təmin edir. Bu gün dövlətin əsas xətt kimi götürdüyü azərbaycançılıq məfkurəsi ona dəlalət edir ki, biz heç bir etnik, milli, dini mənsubiyyətə görə bir başqa insanı fərd ya cəmiyyət olaraq xor görməmişik onların hüquqlarını pozmamışıq.  Bu hazırda bizim dövlətimizin ideologiyasıdır. Azərbaycançılıq məfkurəsi bütövlükdə milli birliyin məfkurəsidir. Milli dini birliyin qorunub saxlanması üçün dövlət böyük işlər həyata keçirir. Multikulturalizmlə bağlı ölkəmizin ev sahibliyi etdiyi tədbirlər, dövlətin apardığı siyasət bunu göstərir. Bütün bunlar sübut edir ki, dövlət bununla bağlı ardıcıl siyasət aparır. Cəmiyyətə qaldıqda isə, bizim bu gün daha çox şüurlu, dünyagörüşü geniş olan, özünü inkişaf etdirən, dərk edən, mütaliə edən, öyrənən, müşahidə edən bunların əsasında təhlil etməyi bacaran bir cəmiyyətə ehtiyacımız var. İnanıram ki, bu qabiliyyət günü gündən bizdə daha yaxşı inkişaf edəcək. Təhliletmə qabiliyyəti inkişaf etmiş insan həm milli, həm dini birliyə nail olar, eyni zamanda onu qoruyaraq inkişaf etdirər”.

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.-2013.- 23 oktyabr.- S.6.