Bakı və Azərbaycan tarixinə dair əsərlər

                                                                                                      M.Ə.Rəsulzadə

 

M.Ə.Rəsulzadənin oxuculara təqdim etdiyimiz bu kitabına onun Bakı və Azərbaycan tarixi ilə əlaqədar Cümhuriyyətin varlığının ilk ilində yazdığı əsərləri daxil edilmişdir. Onlardan biri Bakı hələ azad edilməmişdən, 1918-ci ilin sentyabrından əvvəl İstanbulda nəşr olunan “Tərcümani-həqiqət” qəzetində Bakı ilə əlaqədar verdiyi bəyanat, 1918-ci il noyabrın əvvəllərində İstanbuldan vətənə döndükdən sonra, 1918-ci il dekabrın 2-dən başlayaraq “Azərbaycan” qəzetində “Azərbaycan paytaxtı” sərlövhəsi ilə dərc olunan elmi araşdırmaları, habelə müstəqil dövlətimizin Azərbaycan adlanması ilə əlaqədar İran iddialarına cavab olaraq yazdığı “İran və biz”, “Azərbaycan və İran”, “İran – Azərbaycan” sərlövhəli məqalələri, həmçinin Cümhuriyyətin bir illiyi ilə əlaqədar “İstiqlal” məcmuəsində dərc olunmuş “Azərbaycan Cümhuriyyəti” adlı əsəri daxil edilmişdir. Zənnimizcə, oxucular üçün faydalı olacaqdır.

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

Transliterasiyanın redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

Redaktor: filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova.

 (1918-1919)

Hər sübh günəş o qübbə üzərinə tülu edərək inikasatı ilə bizə türk millətinin fütuhat və ifixaratını yad etdiriyor. Azərbaycan Elxanian sülaləsinin inqrazından sonra Çobanian sülaləsinə intiqal ediyor. Bunlar Azərbaycanı idarədən aciz qaldıqlarından qəbilələrdən bir çoxu babalarının qədim yolunu tutaraq Anadoluya köçüyorlar. Teymurun zühuri və Anqara vaqeəsindən sonra bu qəbilələrdən bir çoxu təkrar Azərbaycana ovdət ediyorlar. Bədə Şeyx Səfinin irşadati ilə şiə məzhəbi qəbul edib, Anadoludakı qardaşlarını da bu məzhəbə daxil etdiriyorlar. Şah İsmayılın zühurundan sonra Anadoludakı azərbaycanlılar Şah Abbasa köməgə gəliyorlar. Fəqət Osmanlı hökuməti bunlara mane olduğundan bir qismi Anadoluda qalıyorlar (bu gün Osmanlı azərbaycanlıları Amasiya və Anqara vilayətlərində 500.000 miqdarında olub kəndilərinə qızılbaş denilməkdədir). Elxan sülaləsinin inqirazından sonra Şah İsmayıl əfşar qəbiləsini Xəmsə, Marağa, Qarabağ və Şirvan vilayətlərinə, qacar qəbiləsini də Səlmas, Gəncə və İrəvana məmur elədi. Şah İsmayıl zamanında Azərbaycan ədəbiyyatı rəvac eləmişdir.

Təqribən demək olar ki, Şah İsmayıl Azərbaycan ədəbiyyatının binasını vəz eləmiş və kəndi Divani-türkisini yadigar olaraq buraxmışdır. O zamanın böyük şüərası Azərbaycan türkcəsinin ehyasına çalışmışlardır. Füzuli, Məsib xan, Təkəllü Sani, Təkəllü Sadiq Əfşar, Həsən Türkman və Yusif Qarabaği o zamanın türkcə yazar şairləridir. (Təzkirəyi-Sadiqi ilə Töhfeyi-Samiyə rücu oluna). Azərbaycanlılar səfəviyyə və əfşariyyə və onlardan sonra zamanında kəndi ədəbi-siyasi təşkilatlarını quruyordular. Bu zamanda rus militarizmi həmlə edərək Azərbaycanın bir qitəsini digərindən ayırdı, möhtərəm şəhid Cavad xan ilə İbrahimxəlil xan, Mirhəsən xan və sair bu kibi qəhrəmanların rəşadət və müqaviməti istilanı qurtara bilmədi. Azərbaycanın qismi-şimalı yüz sənədən ziyadə rus əsarətində qaldı, tainki hürriyyətin sədayi-fərhəfzası üfiqi-aləmdə tərənnüm saz olub Rusiya militarizmi elani-iflas elədi, bunun üzərinə Azərbaycan məmləkəti təkrar qəddini düzəldərək təmami-aləmə elani-istiqlal etdi. Bu üçüncü dövrədir ki, azəri türkləri kəndi azadlıqlarının binasını qurmaq üçün və azadlıq düşməni olan Azərbaycan düşmənlərinin dəfi üçün mübarizə ediyorlar. Əlbəttə ki, edəcəklər və kəndi cavanlarının fədakarlığı sayəsində Azərbaycan istiqlalını paydar etməklə müzəffər olacaqlardır. Azərbaycanlı qardaşımızın tərcüməsi, yuxarıda məzkur bu məqaləsinə “İran” qəzetəsi uzun-uzadı cavab veriyor. Bittəbii onun dəlil və sübutları ilə münafiqə ediyor. Bu xüsusda ayrı bir vəqt.

M.Ə.Rəsulzadə

 “Azərbaycan”, 26 həziran (iyun) 1919, ¹212

 

 

 

Qəzavat – dini məhkəmə, qazılıq

Tarəm – ən yüksək

Təqaza – lazım gəlmə, tələb, lüzum

Məhlikə – qorxulu, təhlükəli

Fəzilət – bilik

Züruf – qablar

Çini – Çində düzəlmiş, əla növ saxsı qab-qacaq

Kətəbə – kitab, lövhə

Mühat – əhatə olunmuş

Təlif – yazılmış kitab, əsər

Ərəzi – əsli olmayıb sonradan əmələ gələn

Ati – ön, qabaq

Mütəvvətin – bir yeri özünə vətən edən, bir yerdə yaşayan

Aliqədr – yüksək dərəcəli, hörmətli

Mütəvali – mütəmadi

Şəbahət – oxşarlıq, bənzərlik

Müəssir – təsirli

Kəsr – sındırma, qırma

Müstəfid – faydalanan, istifadə edən

İntiqal – keçmə, nəql etmə

Xanəvadə – nəsil, say

Rəhlət – köç, hərəkət, məcazi: ölüm

İnqiraz – sonu kəsilmə, məhv olma

 

 Azərbaycan Cümhuriyyəti

Coğrafiya etibarilə Azərbaycan isminin yalnız İran vilayətlərindən Təbriz ilə həvalisinə ələm olduğu məruf olsa da bu ismin tarixcə dəxi yalnız bu vilayətə münhəsir olduğu sabit olmuş həqiqətlərdən degildir; biləks bu ismin Azəri türklərlə məskun bütün yerlərə şamil bir ism olduğuna dəlil və sübutlar vardır. Bu xüsusda isbati-müddəa etmək üçün səhifələr yazmaq mümkün ikən biz cümhuriyyətimizə verdigimiz adı coğrafi bir məfhumdan ziyadə qövmi bir mənadan aldığımız üçün bu məsələ ilə pək o qədər də məşğul olmaya lüzum görmüyoruz. Müştərək bir dil, yazı, ədəbiyyat, adat, ənənat və tarixə malik olmaq bir millət amallarını təşkil edərsə heç şübhəsiz ki, Araz nəhrinin iki tərəfində sakin; cənubda Təbriz, şimalda Bakı məntəqəsində toplanan xəlqin əksərini bir milləti83 vahidənin namizədidir. Yuxarıda məzkur amillərin vücudu ilə bərabər bir cəmiyyət əfradının kəndi birliklərini hiss və idrak eləmələri, sözün tam mənasilə milli bir vücuda dəlalət edərsə, heç şübhəsiz ki, bu milləti-vahidə namizədinin Arazın şimalındakı qismi kəndisini bilmiş bir millətdir. Bu, əsrimizdəki tərifati-elmiyyəsi ilə qismən millət olmağa namizəd və qismən də bir millət olmuş xəlqin məruf bir ismi vardır: – Azərbaycan türki və yaxud Azəri türklər. Kəndi şiveyi-məxsusəsi ilə qonuşan Azərbaycan türkü müxtəlif şivələrə malik və olduğu yerlərə nisbətlə müxtəlif ismlər daşıyan böyük türk millətinin bir qismidir. Azəri türklərin hal-hazırda oturduqları yerlər min əl-qədim türk xəlqi ilə məskun olmuşdur. Gərək Bakı, Gəncə, İrəvan ilə Təbriz, Marağa, Ərdəbil, Xalxal və sair kibi vilayətlər və gərək Muğan, Aran, Qarabağ, Qaradağ kibi məmləkətlər daima türk xəlqinin oturağı və türk xanlarının ovlağı olub; bu yerlər kəndilərində bir çox türk sülalələrinin irili-xırdalı hökumətlər qurduqlarını, illərlə səltənət sürdüklərini görmüşlərdir.

 “İdil” nəhrinin “Quzğun dəniz”ə töküldüyü yerdə böyük bir səltənət quran Xəzər türkləri daha miladi 700 sənələrində Kalmık səhrası ilə aşağıya doğru enmiş, Muğan düzənliklərinə yayılmış, daha sonra onları digər türk seylabələri təqib eləmişlərdir. Böyük Çingiz ilə Axsaq Teymurun cəngavər igidləri Kür boyu ilə Araz hövzəsini Ceyhun ilə Seyhuna bənzədigindən Turan köçbələrinə oturaq etmiş, Səlcuq hökmdarları isə artıq burasını qəti surətdə bir türk məmləkəti halına qoymuşlardır. Səlcuqlardan sonra bu ərazi əldən-ələ keçmiş, müxtəlif hökmdar və sülalə idarəsində qalmışlarsa da bunlar əksərən türk olub böyükləri müzməhil olduqda yerlərini, küçük də olsalar yenə birər türk xanlıqları tutmuşdur. Misal olaraq burada hökm sürən Azərbaycan Atabəyləri, Qaraqoyunlu və Ağqoyunlu türkmən bəylərindən Uzun Həsən və Qara Yusifləri göstərmək olar ki, kamilən türk ulus və oymaqlarından gəlmişlərdir. Son dəfə olaraq rus istilasına məruz qalan Dərbənd, Quba, Bakı, Şəki, Şirvan, Qarabağ, Gəncə, İrəvan və Naxçıvan xanlarının dəxi azərbaycanlı türk xanları olduğu məlumumuzdur. Xülasə, tarixin huşunda qaldığı bir zamandan bəri buralardakı qarlı dağlarla susuz aranlarda, yaşıl ovlaqlarla sıldırım qayalıqlarda, quzğun dənizlərlə yanar dağlarda, qəlbində hərarət, süfrəsində nemət bəsləyən bu mümtaz yerlərdə, insanın təbiətə tapındığı uzaq zamandan bəri ilahi bir nura məzhər olan bu ərzi-müqəddəsdə bir çox əsrlərdir ağalıq edən onlar; Muğan səhrasından Mil düzünə, Kalmık çölündən Aran vadisinə yayılan onlar; Şirvan silsiləsindən Qaradağa çapan, Şahdağın təpəsindən Savalan zirvəsinə qonan onlar; Kür ovlasından Qızıl Üzən çölgələrinə süzən yenə onlar, yənitürklər olmuşlardır. Türklərin buralardakı hökmranlıqları Hindistan, Xorasan, Bağdad, İran və Misirdə olduğu kibi başqa bir cinsdən olan xəlqə əskəri bir sinif olaraq hökumət sürməkdən ibarət olmamışdır. Osmanlılardan başqa əksər türk hakimləri hökumət elədikləri xəlqə təmsil etmişkən, Azərbaycan türklərinin kütlə etibarilə milliyyətin rükni-mühümi olan dillərini halilə saxlamaları göstəriyor ki, Azərbaycandakı türk hökumətləri başqa cinsdən bir xəlqə müsəllət əcnəbi bir hökuməti-əskəriyyə degil, türk xəlqinin əksəriyyətinə istinad edir bir hökumət imiş. Rus istilasına qədər ərəb və İran istilasına rəğmən, Azərbaycan xanlıqlarının yarım müstəqil türk xanlıqları halında qalmaları, hətta İran Azərbaycanının belə türk sülalədən olan bir vəliəhd vasitəsilə idarə olunuşu bunu bir dərəcəyə qədər təyid etməzmi?!.. Hər nə qədər bundan yüz sənə müqəddəm Azərbaycan xanlıqları kəndi mənliklərini dərk etmədən, kəndisini tanımış milli bir sima göstərmədən mövqelərini İranın nüfuzimənəviyyəsinə, sonra da rusun qüvvəti-bazusuna tərk və qəzayə təslim oluyordusalar da, xəlq kəndisinə məxsus ədəbiyyatı, şairləri, aşıq və dərvişləri ilə hüzn və məsərrətini kəndi lisanı ilə tərənnüm ediyor, kəndi idrakı ilə bir vücud olduğunu bəlkə sezmədən sezdiriyordu. Əvət, rəhləsi üstündən enməyən Füzulisi, Koroğlusu ilə bağrı yanıq Kərəmə ağlayan aşıqları, bu aşıqların ürək dağlayan sazları ilə çobanların ruha sinən bayatıları, çocuqların sevə-sevə əzbərlədikləri “üşüdü”ləri kəndisini iranlı bilən bu xəlqin müdhiş bir zəlalətdə olduğunu göstəriyor: – Yox degil, siz türksünüz! – diyordu.

II

Bu türklər Azərbaycanı ikiyə bölən Araz nəhrinin iki tərəfində sakin olub qismən də İrana şu və ya bu surətlə bağlı nim müstəqil bir halda yaşadıqları zaman zahirən məhkum bir millət degil, hakim olaraq yaşıyorlardı, İran təxtində oturan sülalə kəndi cinslərindən bir türk sülaləsi idi. İranı və İran dairəyi-nüfuzunda olan xanlıqları xarici düşmənlərə qarşı ciddiyyətlə müdafiə edən şahzadə, yenə bir türk şahzadəsi idi. Abbas Mirzənin istinad elədigi nöqtə Təbriz olduğu kibi, ümid bağladığı qüvvə dəxi Azərbaycan türkləri idi. Azərbaycan xəlqi idarəcə gördügü ağırlığı başqalarından degil, öz cinsindən gördügü üçün həqiqi məhkumiyyətini mənəviyyatca tamamilə başqa bir ruh və yabançı bir mədəniyyət məhkumu olduğunu dərk etmiyordu. Get-gedə farslaşı  yordu. Xəvas təhsilini tamamilə farsca görüyor, fars tərbiyəsi alıyor, bir fars kibi düşünüyor və kəndisinin doğrudan-doğruya iranlı olduğunu təsəvvür ediyordu. Xəlqin hal və əqdini əlində bulunduran bu xəvas kibi mənəviyyatına hakim bulunan üləma sinfi dəxi eyni ruhda, eyni tərbiyədə, eyni zehniyyətdə idi. Fars ədəbiyyatına Məhsətilər, Nizamilər, Qaani və Xaqanilər kibi ustadlar bəxş edən bu Azərbaycan xəvası pək təbii idi ki, bir zaman Osmanlı sultanı-müqtədiri Süleyman Qanuninin belə az qala qəbul elədigi Sədi lisanı qarşısında əriyib kəndiliklərindən keçmiş, türk ilə türkcəyə yuxarıdan aşağı bir baxışla baxmışlardı. İranın o dəhşətli və cahanbəha ədəbiyyatı və o ədəbiyyat sayəsindəki qüvvətli mənəviyyatı qarşısında təslim olub da təməssül edən türk xəvasının bittəbii əvam üzərinə dəxi böyük təsiri olacaqdı. Həm olmuşdu. Türk kəlməsi türk xəlqinin kəndi dilində – şayani-heyrətdir ki, – təhqiri-mütəzəmmin bir məna yerində istemal olunuyordu. Bunun tətmələrini imdiki halda belə görmək mümkündür. “Türksayə” sözünün avamımız arasında “sadəlövh” mənasında işləndigi, “türkün sözü” təbirinin səthi mənada söylənən sözlərə ələm olduğu, “türk demişkən” əlavəsinin sameyi təhqir edən mənalara iltibas edən kəlmələrdən ayrılmayan bir rədif halında gəlməsi iştə o zehniyyətin təsiridir. Fəna təsir kəndiligini qeyb edən xəvasın xəlqə təlqin elədigi “qədəhi-nəfs”dən hasil olmuşdur. Xəvasın bu dərəcədə təməssül etməsi azərbaycanlıları tühəf bir millət halına qoymuşdu: Dili başqa, yazısı başqa bir millət! Mavərayi-Araz Azərbaycanı hala bu haldadır. Orada hər kəs türkcə söylər. Fəqət eyni zamanda yazılar tamamilə farsca yazılar. Fəqət kəndiligindən keçmiş xəvas girdigi bu yalnış yolun çıxılmaz birahə olduğunu sezmədigi halda, əvam pək də laqeyd degildi. Xəlq qeyri-təbii olan bu halə ünsüri bir surətdə müqabilə ediyordu. Türk demokratiyası kəndisinin kimsənin sezmədigi və əhəmiyyət vermədigi lamilliləşdirilməsinə qarşı qiyam eləmişdi. Bu qiyamın qəhrəmanları isə xəlq şairləri ilə dastançı aşıqlar idi. Laüdəri müsənniflərin yaratdığı “Koroğlu”, “Əsli və Kərəm”, “Aşıq Qərib” və sair bu kibi ədəbiyyat, ürək yaxan aşıq sazlarının ruhnəvaz ahəngləri altında Azərbaycan türk xəlqinin qəlbinə öylə siniyor, öylə yerləşiyordu ki, onunla degil farsın “Nuşi-afərin”i, “Rüstəm və Söhrab”ı, hətta Firdovsi ilə Hafizi belə rəqabət edəməzdi. O, öz Firdovsisini, öz Hafizini, öz Sədisini – doğma türk şairini və ruhundan xəbər verən Azərbaycan şeirini arıyordu. Bərəkət versin ki, xəvasın həpsi ondan rugərdan olmamışdı. İştə bu, doğduqları mühitdən tamamilə rugərdan olmayan Azərbaycan şairləri xəlqin ehtiyacını tətmin edərək türkcə şeirlər yazmaya başlamışlar, xəlq ədəbiyyatında əlavə yazı ədəbiyyatının əsasını dəxi vəz eləmişlərdi. Bu olduqca ağır və müşkül vəzifəyi Füzuli məşrəbli türk şairləri müvəffəqiyyətlə gördülər. Bu müvəffəqiyyət üzəmanın bir təfsili-təhlili kəndi başına mühüm bir mövzu olsa da sədədimizin xaricində olduğu əlbəttə təqdir olunur. Biz ondan yalnız maddətən hakim ikən mənən məhkum olan xəlqimizdə mənən dəxi məhkum olmamaq üçün bir təşəbbüs və həyat əsəri mövcud olduğunu göstərmək üçün ötəri olaraq bəhsə lüzum gördük. Şimali Azərbaycan rus təhti-idarəsinə keçdikdən sonra məhdud olsa da, malik olduğu siyasi hüququnu tamamilə itirmiş, maddi məhkumiyyətin bütün acısını dadmışdı. Əvvəlki idarə zamanında gördügü mənəvi əsarətini müştərək bir din və yaxın bir ruh təsirilə pək də sezməyib getdikcə farslaşan Azərbaycan türkü bu dəfə də ruslaşdırılmaq siyasətinə məruz qalmışdı. Fəqət bu siyasətin bir ayağı cəbrə bağlı olduğundan və tamamilə yabançı bir ruha malik bulunduğundan təbii idi ki, xəlqin müdafieyi-nəfs hissini daha ziyadə qıcıqlıyor, onu daha sürətli bir surətdə kəndisini düşünməyə vadar ediyordu. Bir vəqt hökumət tərəfindən təyin olunan mollalar “dəftər mollası”, rus şkolunda oxuyan bəy balalarına dəxi “rus balası” deyən xəlq kəndi hədəsilə duyduğu ruslaşdırmaq siyasətinə bildigi kibi müqabilə etmişdi. O dəftər mollasına qarşı öz axundunu, ministerstvo şkoluna da məktəbxanasını qarşı qoymuşdu. Xəlqin hədəsi doğru idi. O, axundunun hürriyyəti və mədrəsə ilə məktəbinin istiqlalı üçün pək həqli və pək məqul bir mübarizədə idi. O, maddətən məhkum olduğuna razı olmuş, fəqət mənən dəxi məhkum olmaq istəmiyordu. Fəqət xəvas yenə yanılmışdı. Vəqtilə Firdovsinin təmtəraq üslubu, Sədinin hikməti, Xaqaninin təğzili qarşısında bayılan “mirzə” bu dəfə də Lermontovun ruhu, Puşkinin üslubu, Tolstoyun fəlsəfəsinə vurulmuş bir “uçitel” idi. Sənələr keçdi. Şkol uçiteli ilə məktəb müəllimi anlaşamadılar. Farslaşmış mirzə kibi ruslaşmış uçitel dəxi xəlqin hədəsnən duyduğu mətləbi bir çox zaman dərk edəməmişdi. Nəhayət, bir çox birahələrdən keçdikdən, məktəb və mədrəsələrə qarşı bilüzum, daha doğrusu, biüsul mübarizələrdən sonra “uçitel” artıq əsl mətləbi anladı. Bildi ki, Sədiyi də, Tolstoyu da türk xəlqinə ögrətmək, türkü onlarla aşina etmək həm lüzumlu, həm faidəlidir. Fəqət bununla bərabər türkü kəndi sədisindən, kəndi tolstoyundan məhrum etmək olamaz. Sədiyi, Tolstoyu və sair dünya müşahiri adını anlamaq üçün kəndi füzulilərini, nəbatilərini – gözə nə qədər küçük də görünsə – seyyidlərini, sabirlərini ögrətməlidirlər. Bu zəmin üzərində rus məktəbi vasitəsilə mədəniyyəti hazirəni az-çox dərk etmiş ürəfa ilə xəlq arasında yekdigərini anlamaq dövrü başladı.

Artıq Azərbaycan türkünün oyannmaq zamanı gəlmişdi. Və zamanın bizə nələr verdigini mən degil, məcmuəmizin digər qismində mütəxəssis arkadaşlarımız sizə ərz edəcəklərdir. Bən isə yalnız: Malik olduğumuz müasir ədəbiyyat, mütəəddid mətbuat, zəngin teatro, parlaq musiqi, mütəşəbbüs tüccar, gözü açıq əmələ, siyasi firqə, mühərrir, aktyor, mühəndis, memar, hüquqşünas kibi siniflər, zükur ilə ünasə məxsus məktəblər və sair bu kibi müəssisatımızla biz, məhkum ikən artıq hakim olmaya namizəd bir millət olmuşduq – deyirəm. Əvət, daha Azərbaycan Molyeri Mirzə Fətəli Axundov mərhumla başlayan müasir ədəbiyyat həvəsi, Həsən bəy Məlikov mərhumun “Əkinçi” qəzetəsi ilə mətbuati-milliyyə təsis və davamına həsr olunan əmək, cəmiyyəti-xeyriyyə binası üçün bundan 40 il əvvəlinə aid olan təşəbbüs, nəhayət milli ədəbiyyat, milli məktəb tələbləri, şeyxülislamla müfti və sair axundlarımızın təyinlə degil, intixabla oluşunu istəmək, daha çarlıq zamanında məktəb və mədrəsə islahı yolunda təvəlli edən o bitməz-tükənməz davalar başqa bir şey degil, yalnız bir dava idi: – Hakimiyyəti-milliyyə davası!

III

Hakimiyyəti-milliyyə davasının 1905-ci Rusiya inqilabısəğiri nəticəsində hasil elədigi qazanclar var idi: milli məktəb, milli mətbuat, milli cəmiyyətlər təsisi həqqində cüzi müsaidat. Bu müsaidələrdən istifadə ilə böyük müharibə ərəfəsində və inqilabi-kəbirin patladığı zamanda Azərbaycan türkü Rusiyadakısair türklərlə birlikdə artıq siyasi idrakdan məhrum, arzui-milliyyəsi inkişaf etməmiş lal bir kütlə halında degil, həyatını ibraz edəcək vasitələrə malik diri və yaşamaq istədigini hiss etdirən bir vücud halında idi. On sənəlik kiçicik bir nəfəs Azərbaycan türkünü mütəəddid mətbuata, müxtəlif cəmiyyətlərə, siyasi firqələrə və təşkilata, zamandan, məkandan anlar xadimlərə malik idrak sahibi bir cəmiyyət halına qoymuşdu. Bu cəmiyyət 1914 sənəsində patlayan aləmşümul müharibənin alt-üst elədigi məna və qiymətləri böyük bir həssaslıqla təqib ediyor, topların gurultusu ilə bərabər qopan “Millətinhüququ müqəddəsdir!” ni dasını dörd qulaqla dinliyor, müharib bulunan bütün dövlətlərə mənsub rical ağzından sıxsıx eşidilən bu şüarın səmimiyyətinə degilsə də, bu böyük həqiqətin istər-istəməz elani-zəfər edəcəginə iman ediyordu; bu imanın tərcümanı olmaq üzrə daha Rusiya inqilabı zühur etmədən, müharibənin qatı sansoru hər yazılanı bilaaman pozmaqda, bilxassə türk kəlməsi ilə türkcənin məsləkinə qarşı düşmənanə bir vəziyyət aldığı bir zamanda “Açıq söz” qəzetəsi yuxarıda məzkur imana tərcüman olaraq yazıyordu ki: “Dəhşətlərinə şahid olduğumuz böyük müharibə böyük bir həqiqəti – əsrimizin milliyyət əsri olduğunu isbat etdi. “Dünyanın xəritəsi qəribə dəgişəcək” – deyə heyrətlə qarışıq bir cümlə imdi bir çox ağızlardan eşidilməkdədir . Dünya xəritəsinin alacağı yeni şəklə vətəndaşların fədakarlığı, dövlətlərin təşkilatı və orduların əzəməti ilə bərabər heç şübhə yoxdur ki, vüzuh və rüsux peyda etmiş milliyyət məfkurələrinin də böyük təsiri var və olacaqdır. “Özünü lüzumunca bilib də istiqbal üçün müəyyən bir ideal (məfkurə) bəsləyən millət şübhəsiz ki, böyük bir qüvvət təşkil edər. Şübhəsiz ki, sözün tam mənasilə deniləcək qədər gövəfkən topların hakim olduğu hərb meydanlarında təsirsiz qalmayan bu qüvvət yaşıl mahutlu barışıq masası üzərində də əsaslıca bir təsir yapacaq. “Hər hanki qalib tərəf az-çox sevrincəli bir dinclik vücuda gətirmək isrərsə, əsrin vicdanları üzərində ən çox təsir icra edən qüvvəti – milliyyət məfkurəsini ehmal edəməz! Bunun böylə olacağı arabir gələcək sülhi həqqində söz söyləyən Avropa mütəfəkkirlərincə də təsdiq olunmaqdadır. Sülhyunə mənsub siyasilərcə milliyyət əsasına riayət etməyəcək, millətlərin hüququnu gözətməyəcək bir sülh əqdnaməsi çox çəkməz yırtılar və survencli bir dinclik təmin edəməz. “Hüquqi-təbiiyyəsi paymal olmuş bir millət baqi qalıncaya qədər Avropa müvazineyi-düvəliyyəsi həqiqi və survencli bir sülh üzü gör məkdən məhrum qalacağı kibi, kəndi vətəndaşları arasında ögey-doğmalıq gözədən bir dövlət də həqiqi bir qüvvətə söykənmiyəcək, mütərəqqi və qüvvətli bir təşkilata malik olmayacaqdır”. “Demək ki, müəyyən bir məfkurəyə və əksər əfradınca müşəxxəs bir qayeyi-amala malik olan millətlər, dövlətlər arasındakı münasibatda əhəmiyyət qazandıqları kibi, dövlətlərin daxili siyasətləri üzərinə də böyük təsirlər icra edəcəklərdir. Bu surətdə ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək üçün hər şeydən əvvəl özlərini bilməli, müəyyən fikir və amallar ətrafında birləşərək böyük bir məfkurəyə, qayeyi xəyalə hədəf olacaq o işıqlı yıldıza sahib olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir qayəyə malik olmayan millətlərlə yeni əsaslar üzərinə qurulacaq həyat hesablaşmayacaq və böylə bir səlahdan məhrum qalan cəmaətlər kimsəyə söz eşitdirəmiyəcəklərdir!” Böyük müharibənin Azərbaycan türklərində doğurduğu ümid böylə idi. Milliyyət prinsipinin qalib gələcəginə bağlanmış bir ümid!

lll

Rusiya imperatorluğunun 1917-ci ildə Karpat, Polşa və Baltik sahillərindəki o görünməz məğlubiyyəti, dünyanı sarmış atəşin hərb zəncirinin mühüm həlqələrindən birisini qırmış oldu. Rusiyayı təzyiq edən çarizm dəxi bu həlqə ilə bərabər süqut eləmişdi. Böyük müharibə böyük bir inqilab doğurmuşdu. Dünyanın altıdan birisinə sahib olub da 72 milləti qahir bir idarə altına toplamış olan böyük Rusiya imperatorluğunda zühura gələn bu inqilabi-kəbir iki dürlü nəticə verəcək, iki mühüm məsələyi həll edəcəkdi; yoxsa inqilab kəndi ruhu və kəndi təbiətinə zidd olub özü ilə bərabər Rusiyayı da qəhr edəcəkdi: Rusiya inqilabı məhkum siniflərə hürriyyət verəcəgi kibi, məhkum millətləri də qurtaracaqdı. Bunun üçün idi ki, mart inqilabını hər kəsdən ziyadə köylü və əmələlərlə məhkum millətlər böyük bir həyəcan və sərvərlə qarşılamış, haman kəndi hüquqlarının istehsalı üçün yubanmadan təşkilata başlamışlardı.

12 oktyabr 1915, “Açıq söz”, ¹1

 

Məclisi-Müəssisan bir an əvvəl toplanacaq, köylülərə topraq, əmələlərə iş, millətlərə də muxtariyyət verəcək iştə ümumi bir arzu! Məclisi-Müəssisandan kim nə gözlüyor? İctimalar, qurultaylar, qərarlar, qətnamələr həp bunu təyin eləməkdə...

Qafqasiya daxil olduğu halda Rusiya türkləri dəxi bu xüsusu ehmal etmiyorlardı. Bakıda aprelin 15-də ilk dəfə olaraq Qafqasiya müsəlman qurultayı toplanıyor. Qurultay hər şeydən daha əvvəl və hər məsələdən daha qızğın bir surətdə azad Rusiyanın alacağı mətlub olan şəkli-idarəyi müzakirə ilə aşağıdakı qərarı çıxarıyor: “A – Qafqasiya müsəlman qurultayı, milli siyasi məqsədlər həqqindəki məsələyi müzakirə edərək müsəlman qövmlərinin mənafeini ən ziyadə təmin edən Rusiya şəkli-idarəsinin məhəlli federasyon əsası üzərinə qurulu cümhuriyyəti müctəməiyyəyi-ənam olduğunu qəbula qərar verir”.

 “B – İslam dinində olan bütün qövmlərin ruhani və mədəni irtibatını nəzərə alaraq Qafqasiya müsəlman qurultayı bütün Rusiya müsəlmanlarından ötrü vəzi-qəvanin səlahiyyətinə malik ümumi bir idarə təşkilini lazım görür”. Bu qətnamə günlərlə davam edən münaqişə nəticəsində bir növ etilaf nəticəsi olaraq müttəhidən qəbul edilmiş idi. Münaqişə bir tərəfdən türkçülər, digər tərəfdən də islamçılarla sosialistlər arasında idi. Federasyon əsasını müdafiə edənlər türkçülər idi ki, xüsusi olaraq Azərbaycana məhəlli muxtariyyət tələb ediyorlardı. Müarizlər isə yalnız xəlq cümhuriyyəti ilə iktifa edib milliyyət məsələsini isə məhəlli degil, mədəni muxtariyyət surətilə həll ediyorlardı. Apreli mütəaqib may ayında Moskvada bütün Rusiya müsəlmanlarının ümumi qurultayı iniqad eləmiş, Rusiya türklügünün bütün ənvaini təmsil edən bu min mürəxxəsli böyük qurultay eyni mövzuda bu sətrləri qaralayan mühərririn islamçı-sosialistlərə qarşı müdafiə elədigi məruzə üzərinə vaqe olan şiddətli münaqişələr nəticəsində Rusiyanın milli-məhəlli muxtariyyətlər üzərinə qurulu qoşma xəlq cümhuriyyətindən ibarət olması tələb olunuyordu. Bu tələb Rusiya müsəlmanlarının böyük inqilabdan gözlədikləri siyasi məqsədi tamamilə əyan eləmişdi. Nəhayət, Məclisi-Müəssisan seçkiləri əsnasında Qafqasiya türkləri arasında qate bir əksəriyyət qazanan onuncu nömrəli siyahı Rusiya federasyonu ilə bərabər Azərbaycan muxtariyyətini dəxi bir şüar olaraq ortaya atmışdı. Paytaxtımızın böyük bir təvəccöhi altında iniqad edən Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsinin qurultayı isə Rusiya türklügünün Rusiyanın şəkli-idarəsi həqqində bəslədigi amalı tələblər etdirərək proqramını aşağıdakı vəchlə təhrir ediyordu:

 “1. Rusiya dövlətinin şəkli-idarəsi milli-məhəlli muxtariyyətlər əsası üzərinə qurulu qoşma xəlq cümhuriyyətindən ibarət olmalıdır.

2. Hürriyyəti-kəlam, mətbuat, vicdan, ictimaat, təşkilat və tətil kibi siyasəti hürriyyətlərlə bərabər, muxtariyyətlərdəki hökumət təşkilinin qoşma xəlq cümhuriyyətindən ibarət olması, işçi qanunlarının bütün muxtariyyətlərdə bir növlə tətbiqi və topraq məsələsinin əsasən keyfiyyət həll və islahı kibi demokratik əsaslar, Rusiya qoşma xəlq cümhuriyyətinin qanun əsasına daxil olub dövlətcə təhti-təminə alınmalıdır.

3. Müəyyən məhəllə malik olan (yəni Rusiya məmləkətinin müəyyən bir qitəsində əksəriyyətlə yaşamaqda bulunan) hər bir millətə muxtariyyət həqqi verilməlidir. Firqəcə Azərbaycan, Türküstan, Qırğızıstan və Başqırdıstan kibi türk ölkələri məhəlli muxtariyyət almalıdırlar. İdilboyu ilə Krım tatarları və digər Rusiyada yaşayan türk qövmlərinə məhəlli mümkün olmazsa, milli muxtariyyət verilməlidir.

Qeyd: Başqa türk olmayan dindaşlara da firqə muxtariyyət

tələb edib onlara hər vəchlə yardım etmək borcundadır.

 

4. Müəyyən məhəllə malik olmayan millətlərə milli-mədəni muxtariyyət həqqi verilməlidir.

5. Muxtariyyətlərin hüdudunu təyin etmək daxili qəvanini-əsasiyyələrini tərtib eləmək gərək məhəlli və gərək milli muxtariyyətlərin kəndi məclisi-müəssisanlarında həll olunmalıdır.

6. Cümhuriyyət heyətinə daxil olan muxtariyyətlər öz aralarında müştərək gördükləri məqsəd və mətləbləri üzərinə əqdi-ittifaq edə bilməlidirlər.

7. Cümlə muxtariyyətli əyalətlər, mərkəzi hökumət ilə ancaq vətən müdafiəsi, məskukat, gömrük, xarici siyasət, dəmiryol, poçta, teleqraf və sair bu kibi ümumi işlərlə mərbut olmalıdırlar.

8. Muxtariyyətli əyalətlər, idari, mali, təşri, mədəni və ədli kibi daxili məsələlərdə müstəqil olmalıdırlar.

9. Rusiya cümhuriyyətinin ümumi işlərini idarə etmək üçün bütün muxtariyyətlərin nümayəndələrindən ibarət bir konqre təşkil olunmalıdır.

10. Hər bir muxtariyyətli əyalətin mərkəzində qanun qoymaq vəzifəsilə müvəzzəf bir məclisi məbusan və qoyulan qanunları icra etmək vəzifəsilə müvəzzəf bir şurayi-vükəla (heyəti-nüzzar) təşəkkül etməlidir.

11. Hər bir muxtariyyətli əyalət məhəlli işlərində geniş imtiyazlara malik vilayət, qəza və nahiyələrə bölünməlidir.

12. Hər bir muxtariyyətli əyalətin rəsmi dili haman əhalinin əksəri söylədigi dil və şivə olmaqla bərabər vilayət və qəzalarda yerli əhalinin söylədigi dil və şivə işlənməlidir”. İştə “Açıq söz”ün 1915-ci ildə hərbi-ümumidən gözlədigi hakimiyyəti-milliyyə düsturu qələbəsindən bəslədigi ümidi 1917-ci ildə Rusiya inqilabından bilaistifadə meydani-ələniyyətə çıxan “Müsavat” firqəsi yuxarıdakı vəchlə təlxis ediyordu. Bu surətlə Azərbaycan türkü dünya müharibəsi ilə Rusiya inqilabından kəndi hürriyyəti-milliyyəsinin təminini gözlüyordu.

 

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.-2013.- 26 oktyabr.- S. 26-27.