Nə
bir dağım qaldı, daha nə kəndim
Mənə arxa duran sözə
söykəndim!...
DAŞ
BÜRÜNCƏKLİ
DƏNİZ
“Bu dünya bütün düşmənlərini
də gəmisinə
alacaq bir Nuh insafına möhtacdır”.
Arif Nihad ASYA
Bakının
Şıx çimərliyindən başlayıb, əyalətlərə
doğru uzanıb gedən şahrah yolla haçansa bizimlə
can-ciyər olmuş Xəzər arasında az müddət ərzində Çin
səddinə köks ötürdəcək qədər
uzunca bir qala divarları qaldırıldı. O qədər
hündür ki, yüz il dabanını
qaldırıb baxsan, dənizin mavi və məlhəm
güzgüsünün əl boyda təbərrük
parçasını görə bilməzsən...
Dənizə
tamaşa hər gözün haqqı!
Nədən hasarlanıb bu dəniz belə?!
Hanı insan haqqı, həm sözün haqqı?!
Baş aça bilmir ki, bəndəniz belə.
Aşılmaz
divarlar, möhtəşəm qala!
Dənizi
çarpala, yeri yırğala!..
Sanki
dağ gəmidir – oturub sala;
Niyə belə olduq, niyə biz belə?!
Bu necə soydaşlıq, bu necə məhşər?!
Mislini
yönəltsən, qayalar deşər!
Belə
soysuzluğu görməyib bəşər;
Rəftarınız
elə, ədanız belə...
Göyəmi dırmanıb, dənizə baxaq?!
Baxmağa
ortaqdır sizinlə bu xalq!!!
İstər
“beyn”siz olsun, istər beynəlxalq,
Vallahi, pozular mədəniz belə.
Olmayın
bu qədər Haqqa şərməndə!
Dənizmi günahkar, yoxsa ki bəndə?!
Hamarlamaq
üçün çəkilər rəndə;
Yaman sərt sıyırır rəndəniz belə.
Çox
olub tarixdə çəpərləmələr;
Çəpinə
gərdişlər, çəp hərləmələr...
Getdi o
qovğalar, çərənnəmələr;
Sovuşmur cənginiz, hədəniz belə.
Çəm
tapın soy adlı yar-yoldaş ilə,
Uyuşun
onunla canı-baş ilə!
Vətəndə
vətəndaş olun daş ilə:
İnciməzmi
Adəm dədəniz belə?!.
Dənizə
baxmağa açın bir baca!
Genişə
qıymazsız, barı xırdaca...
Urvalıq
qıymaqla ac-yalavaca,
İnşallah,
küt getməz kündəniz belə...
Bakı,
28.09.2013
BİR ALOV DİLİMİ
KİMİ
Gənc şairə Elnarə Nuru dinlərkən
Qazaxda əsası 1982–ci ildən qoyulmuş Vaqif Poeziya
Gününün builki mübarək təntənəsinə
mən də dəvət olunmuşdum (sentyabr, 2013).
Qazax Bölgə Yazıçılar Birliyinin sədri
Barat VÜSALIN özünəməxsus və hər kəsə
gah nəşəli, gah üzuntülü təsir
bağışlayan qeyri–adi üslub və ustalıqla idarə
etdiyi mərasimdə Qazax poeziya pərvanələrinin, necə
deyərlər, hayıl–mayıl, huş–başla diqqət kəsilmələrinə
heyran qaldım. Allaha şükürlər olsun ki,
şeirin–sənətin bu qədim ocağında
(günümüzün təəssüflərindən uzaq)
şahanə bir səssizlik və diqqətədəyər məclis
ovqatı hələ də bütün gözəlliyi ilə
yaşamağındadır. Ey kaş, həmişə belə !..
Daha bir heyrətimi də dilə gətirmək
keçdi könlümdən.
Barat Vüsal bapbalaca bir qızı da kürsüyə
dəvət etdi. İlk ağlıma gələn: “Bu uşaq neyləyəcək ?!”–sualı
oldu. Amma ad və soyadından bəlliydi ki, o da
şairdir: Elnarə Nur.
Qız xitabət kürsüsünə od–alov kimi
qalxdı (“Qondu” desəm, daha doğru olardı). Dərhal da elə
bir nur parçası kimi ulu dədəmiz Yunus Əmrənin
təsəvvüf dünyasına daldı; onun sehrinə
köklənmiş öz sufiyanə gəraylılarını
dadlı bir dillə ötməyə başladı.
Günümüzdə sufiyanə şeir yazmağa, nədənsə,
çoxları girişir. Amma... Adamın başı
üstündə Allah var: Elnarə Nur qızımız əmmasız
yazır təsəvvüf şeirlərini.
Onun
könül çırpıntılarına qarşı nəzmlə
bir təqdir keçdi könlümdən:
Erkən
qanad gərən bülbül,
Pərvazın
nə gözəl sənin!
Bizi Yunusa
bağlayan
Avazın
nə gözəl sənin!
Deyim incə,
mətləb incə;
Dindin sufi mətləbincə;
Açılırsan
qönçə – qönçə:
Tər
yazın nə gözəl sənin!
Bənövşələr
bənək – bənək:
Hər
birisi bir görənək!
Söz –
qarşında tər biçənək:
Dəryazın
nə gözəl sənin!
Ruhumuzun
xas ətası!
Səsin
səslərə çatası!
Hər
misranda söz butası:
Söz
nazın nə gözəl sənin!
Sir sökərsən, həm də sirsən!
Həm sərrafsan,
həm də zərsən!
Söz
sapına zər düzərsən:
Tərəzin
nə gözəl sənin!
Fəhminə
tutdum güzgünü:
Sözlərin
sözün düzgünü!
Söz xəstəsi,
söz üzgünü:
Mərəzin
nə gözəl sənin!
Yol
başladın Haqqa doğru:
Nə bir
usan, nə bir ağrı:
Çatacağın
Haqqın bağrı:
Niyazın
nə gözəl sənin!
Bakı
24.09.2013
SON TƏSƏLLİ
Yaxşı
ki,qovuşa bilmədik, Nərgiz:
Kimdi
sevdasından yarıyan indi!
Üzüsulu
qaldı gül xatirəmiz,
Yarı sevin indi, yarı yan indi.
Nə dəniz
yol verdi, nə ada belə,
Qəmxarım qalmadı dünyada belə.
Tapmıram
özümü aynada belə,
Kimdi ünvanımı arıyan indi?!
Hüzün
qoşun-qoşun,qəm qoşun-qoşun,
Ölüm çarəsi var bu qurtuluşun.
Hədəfi
mən oldum ərş ilə kürşün:
Tapılmaz dərdimi darıyan indi.
Göstərməz
o qüdrət ta səxa bizə,
Tutdurmaz o
fürsət ta yaxa bizə!
Görüm-baxım
etməz bir daha bizə—
O
günü bu günə sarıyan indi.
Birgə
qanad çaldıq, quş olduq sonda;
Amansız bir dərdə tüş olduq sonda.
Bərkiyə-bərkiyə
daş olduq sonda;
Həsrətdi
ortada zarıyan indi...
Sumqayıt
01.07.2013
ƏTLƏ DIRNAQ ARASINDA...
Möhtərəm
Xalidə Xalid xanımın
ağır niskilinə təsəlli olsun deyə
Doğmadan
gələn dərd dözülməz olur;
Bir təhər
tab gətir, döz ağrımıza.
Bizim qəhrimizi
yadmı çəkəcək,
Biz əgər dözməsək öz
ağrımıza?!
O zindan sənindi,
zindanbad sənin;
Qəhr
edən sənindi, o fəryad sənin;
Ağrın
ağrılardan yeddiqat sənin!
Tapmaq
çox müşgüldü söz, ağrımıza...
Qaysaq
tutmadısa, yara betərdi;
Titrədi
yazmağa qələm bu dərdi;
Dərdimiz
azdırmı, kim gözləyərdi:
Sən də
bir ağrı ol, sız ağrımıza...
Biz də
bir millətik: can cümləmizin!
Dözürsən,
oduna yan cümləmizin!
Hər
damardan axan qan cümləmizin!
Baxıb
yağır oldu göz, ağrımıza...
Məlhəmi
tək Loğman verə dərdinə!
Bir Vətən dərdinə, yörə dərdinə.
Təklikdə
inləyər hərə dərdinə,
Bir əncam tapmasaq biz ağrımıza.
Şəmkir,
Varlı Həyat
19.08.2013
GÜZƏŞT QOLTUĞUNDA
Çölünə
də o sızar—
İçində
nə var isə!..
Yunus
Əmrə
Güzəştli
izdivac xoş gəlir sənə;
Kəm-kəsir yaşamaq minnət deyilmi?!
Güzəştsiz
bir ömür yaşaya bilsən,
Allahın verdiyi Cənnət deyilmi?!
İki əl
bir başı dolandırarsa,
Güzəştə nə hacət, borca nə hacət?!
Güzəştin
içində təmənna varsa,
Güzəştsiz
ömürdür ən böyük sərvət!
Ələbaxım
yaşar güzəşt umanlar,
Öz
bazarı olmaz, öz nırxı olmaz!
Başını
qatarsa sərsəm gumanlar;
Qəlbində
Rəbbinə bir qorxu olmaz!
Güzəştli
sevgi də, duz da, çörək də
Şəkərə bükülmüş zəhər
kimidir.
Güzəşt
üzə durar bir təkətəkdə;
Haqqın
qara daşsa, gövhər kimidir!
Asana
suyulma, çətinə baş vur!
Tərinlə qazansan, öz
halalındır!
Cömərd
kimsələrin həmdəmi qürur!
Güzəştə
göz dikən əliyalındır!
Əl səndə,
baş səndə, ürək də səndə!
Ömrün
dəyəri də qoy səndən olsun!
Haqqın
dərgahına qalma şərməndə!
Yola gəlməyin
də bu gündən olsun!
Sumqayıt
Fevral, 2013
ZƏNGİLAN HƏSRƏTİ
Qulu Məhərrəmliyə.
Dağların
qoynunda yamyaşıl cənnət;
Ulu bir çinardı Zəngilan bizə.
O cəlallı
məkan, uca səltənət
Həmişəbahardı Zəngilan bizə.
Bərgüşad,
Həkəri qovuşur burda:
Bir
vüsal havası yayılır yurda.
Əfsanələr
gəzir qoca dağlarda,
Göydən nur sağardı Zəngilan bizə.
Ay
doğar dağlara gün batabatda,
Xəyalımız
gəzər eldə-elatda;
Əbədi
çırpınar köksümüz altda
Tükənməz bir vardı Zəngilan bizə.
Bəsidçayda
qalıb çinarlı dünyam,
Gündüzlər həsrətim, gecələr röyam.
Dağlara
səs salan harayam, hayam!
Doyulmaz bir yardı Zəngilan bizə.
Onsuz hava
çatmır, onsuz həyat yox!
Onsuz qədr-qiymət,
onsuz urvat yox!
Ovqat perik
düşüb,onsuz rahat yox!
Qürurdu, vüqardı Zəngilan bizə.
“Qatar”
bulağından bir dolça su ver;
Qətrəylə
doymadım, cam dolusu ver!
O
el-obanı ver, o ulusu ver:
Çəkilməz qübardı Zəngilan bizə.
Bakı.
08.06.2013
SƏKSƏKƏLİ BAHAR
Gülünü
başına topla gəl,bahar!
Sənə nur gəldikçə mənə təb gələr.
Onda ki səcdənə
axışar aləm,
Gurlaşar
bulaqlar: ləbələb gələr.
Sənin
camalındır bu axar –baxar,
Yamaca
üz tutsam,müşk-ənbər qoxar.
Bar-bəhrə
müjdəli gəlməsən, bahar,
Axşamın səhəri, billah, səhv gələr.
Boşuna
baş verməz başa gələnlər,
Zərrə-zərrə
artar cuşa gələnlər,
Toprağa
gələnlər, daşa gələnlər...
Qönçə vaxtsız sola, min səbəb gələr.
Arı
küsüb getsə, çiçək gül açmaz;
Çəmənin başına bir də dolaşmaz.
Telli saz
kirisə, aşıq dil açmaz,
Ayrı avaz gələr, ayrı dəb gələr.
Bir an gərdişinə geciksə Günəş,
Qeyb olar
bu xalı, Qüdrətdən bu fərş!
Yox olar bu
büsat, min-min pərivəş;
Dünyanın işləri mürəkkəb gələr.
Bir dilək
dilərəm hər gələn yaza:
Gül gərək
bülbülü dilindən asa!
Bənövşə
boynuna bir çara qılsa,
Məmmədə
nə gəlsə, lap əcəb gələr!
Gəncə
21.07.2013
VƏTƏN və QÜRBƏT
Altında
yatarkən də bizimdir
yerin
üstü.
Midhəd
Cəmal Kuntay.
İnsanın
məmləkətindən
uzaq
düşməsi
qədər bu dünyada böyük
bir fəlakət
yoxdur.
Evripid.
Vətənimin
sərhəd
indən
xaricə
çıxmaq
mənim
üçün ölümə bərabərdir
A.Çriste.
Vətən çalışan övladlarının
çiyinləri üstündə yüksəlir.
Tofiq Fikrət.
Bir yerin adına deyilincə
türk
bəldəsi:
Gözüm
al bayraq arar;
qulağım əzan səsi.
Midhət
Cəmal Kuntay.
Quş
yuvaya möhtac, insan bir evə;
Millət
dediyin də Vətənə möhtac!
Bir yol
doğulan kəs ölür min dəfə...
Dövlət
millətinə əlyetər sərtac!
Vətənsiz,
yuvasız bir canlı göstər:
Böcəyin
yuvası: bir daşın altı;
Ayı
olsun istər, qurd olsun istər...
Bəs Vətənsiz insan?! Müşkül
sualdı.
Vətənin
döşündən süd əmər insan!
Qürbətdə
bay olan gördünmü, kimdir?!
Ahıl
olsun, istər südəmər insan:
Qürbətdə
fərqi yox: hər kəs yetimdir!..
Vətənin
havası, soydaş nəfəsi
İnsanı
zirvəyə kökləyən qüdrət!
Bir yurdda
uyuşar soyun nəvası;
Qaynaşa-qaynaşa
bərkiyər millət!
Evini itirsən,
el dada yetər!
Dədəmiz
mülküdür bu Vətən mülkü!
Vətəni
itirsən, hər zərrən itər;
İzin-tozun qalmaz dünyada bil ki!..
Vətəndə
doğulan: Vətən övladı!
Burdan
baş qaldırıb; burda da çökər!
Yurddaşın
olmaz ki doğması, yadı!!.
İstər padşah olsun, istərsə nökər.
Vətənsiz
yaşanan ömür deyil ki!
Bir ömür yaşayır, bir ömür insan.
Ürək
daş deyil ki, dəmir deyil ki;
Qum
saatı kimi boşalır hər an...
Qürbətkeş
yadırğar deyib-gülməyi,
Yadırğar qibləni, ərşi, kürşü də.
Axır
adət edər gündə ölməyi;
Qürbət,
qürbətkeşi çətin eşidə!..
Düşməsin,
hayıfdı, daş da qürbətə!
Qanun da bu
olsun, sərəncam da bu!
Tablaşmır
ürək də, baş da qürbətə;
Gərək
gözlənilsin hər əncamda bu!
Vətən
bal pətəyi, vətəndaş –
arı!
Arını
şandan qov, dolmaz ki pətək!..
Çiçəksiz
ağacdan gözləmə barı;
Balığı
sudan üz, ən ağır kötək...
Yad
qapılarına qovma doğmanı;
Hesabı özün çək, cəzanı sən
ver.
Kimsə
deməsin ki: “Ədalət hanı?!”
Çökməsin
ulu göy; yarılmasın yer!!!
Vətən
bir ürəkdir, övlad – şah damar;
Döyünməz,
öyünməz damarsız Vətən!
Övlad
varsa, dövlət də var; şah da var!
Vətənmi sayılar bir barsız Vətən?!
Gəncə
İyun, 2013
BİR ÇILĞIN
GÖZƏLƏ
Adəmlə
başlayıb bəşərin ilki:
O ruh
çəkər bizi öncüyə, qafil.
İnci öz qədrini hardan bilsin ki?!
Haqq səni bənzədib inciyə, qafil.
“Nizam ki:
qurğunun, mülkün əsası!”
Nizam
pozuldusa, zordu qisası!..
Hoqqabaz
kimsələr Allaha asi,
Qıyma
kərən basa, künc əyə, qafil!
Yüzü
qarşı gələr; biri ər olsun!
Sənə
sahib olsun, bəxtəvər olsun!
“Ağatlı gələnlər” niyə xər olsun?!
Nədən sevənlərin inciyə, qafil?!
Uğruna
çıxana bozarma belə;
Əvvəl
damcı düşər, sonra sel gələ...
Qismət
inad şirdir,düşmə əngələ:
Dayanmazsan pəncə-pəncəyə, qafil.
Sən
kamil sərraf ol: bu dünya—sərgin!
Üzülmə,
gözündən qaçmasın mürgün!
İnşallah,
qarşında görərsən bir gün:
Hər nə
layiqdirsə qönçəyə, qafil!
Hər
quşun öz yemi, hər kəsin bəxti:
Bu belə
dövrandı, bu belə çərxdi...
Kim bilər hayanda qurulub təxti?!
Ha boylan Təbrizə, Gəncəyə,
qafil!
Tale bir
hakim ki: hökmü qətidir!
Qılıncdan
kəskindir,tükdən itidir!
Gözəllik
də xalqın öz sərvətidir:
Kimdi verən
səni zənciyə, qafil!?
Bakı
23 may,2013
TOXTAQLIQ
Təbrizdən
xəbər gəldi ki,görkəmli
şairimiz Xosrov Sərtibi dağlar başındakı Cənnət
səltənəti olan Kəleybər yurdunda dədə-baba
bağındakı gilasdan yıxılıb, qolu sınıb.
Keçmiş olsun!
Qanad səslərini
eşitməz oldum,
Dedilər:
qırılıb qolu Xosrovun.
Qol elə
qanaddı-çəm bilən kəsə;
Görəydim
necədir: halı Xosrovun?!
Bu
yaşda gilasa çıxmaq zor işdi;
Ayaq sürüşdüsə, dünya
sürüşdü.
Hər
halda, bu işə şeytan qarışdı;
Döyməsin
bağını dolu Xosrovun!
Sınıq
tez bitişsin,acı qalmasın!
Sitəmlər
üstünə ayaq almasın!
Peşman
gilas yaşıl saçın yolmasın,
Şənlik
etsin sağı-solu Xosrovun!
Gurlaşar
irmaqlar, boş qalan deyil!
Doluxmuş
gözlərdə yaş qalan deyil!
Qar
yağar, əriyər; qış qalan deyil!
Gül
açar yamacı-yalı Xosrovun!
Şairlər
paklıqda zirvə qarıdır!
Şair
öz xalqının iftixarıdır!
Çiçəkdən-çiçəyə
qonan arıdır:
Süzülər
pətəkdən balı Xosrovun!
Gəncə
15.06.2013
DAĞ DAĞA SÖYKƏNSƏ...
Varlığı
təpədən-dırnağa
ilhamla
yoğrulmuş
Təbrizimizin istedadlı cavan şairi Əli Cavadpura
Bir
sınaq üçündür qovğa da, qal da,
Dünya doğanaqlı örkəndi, Əli.
Təpələr
istər ki: “Dağdır!”— desinlər;
Hər kəs özü boyda görkəndi, Əli.
Hər
hünər önündə min dirəniş var;
Bir yoxuş var
isə bir də eniş var;
Sənin
görəcəyin bir aləm iş var;
Hələ gündüzdəndi, erkəndi, Əli.
Ömrümüz
çox qısa, nağlı uzunca,
Xəyal
dil-dil ötər, dodaq susunca;
Bələdçi
olmadan tapır asanca
Çəliyin gözüylə kor, kəndi, Əli.
Söz necə görməsin görünməzləri?!
Söz
görünməz,qalar ayaq izləri!
Qılıncından betər söz gilizləri!..
(Bu, köhnə məsəldi, süxəndi,Əli.)
Demədiyim sözlər bağrımı deşər;
(Darhövsələ olub övladi-bəşər...)
İnşallah,uğruna pərilər düşər:
Atmısan göylərə kəməndi, Əli.
Sən sözün ərbabı,sözün Fərhadı!
Külüngündən qopar dağın fəryadı.
Ulusundan gəlir sözünün odu,
Bu, həmin nəsildi, kökəndi, Əli.
Dağlardan süzülən şəhdü-zülalsan!
Sən özgə pətəksən, sən özgə balsan!
Bir
ayrı rüzgarsan; bir ayrı halsan,
Demərəm, şeyrimiz tükəndi, Əli.
Fəhmin-fərasətin
nə qədər sənin!
Odundan od alar Səməndər sənin!
Ruhunda dil
açdı Kəleybər sənin!
Sözlə
başlamısan nə fəndi, Əli!?
Nəbatiyə yaxın, Abbasa doğma!
Bulud kükrədisə, ilhamı boğma!
Könüllər var ikən, dağ-daşa yağma,
Sözün gül nəfəsli çəməndi, Əli!
Təkcə sən deyilsən,çox sən var sizdə!
Pərvazlar yan-yana ana Təbrizdə.
Parlaq
üfüq açın türk şeyrimizdə:
Dağlar bir-birinə söykəndi, Əli.
Yan-yana
verdikcə, bir baxın, göyə:
Dağ-dağı
qaldırar ulu zirvəyə!
İbrət
sərgiləyər dağ: “öyrən!”- deyə.
Göz- gözə,
söz-sözə təkandı, Əli!
Söz hələ
canlıymış Təbrizdə,şükür!
Sözdən nur daşdanır hər sözdə, şükür!
Dönməz yolçu gördüm hər izdə, şükür!
Soydaş, dədəsinə çəkəndi, Əli.
Gəncə
20.07.2013
DÖRDDƏ
BİRİ
Eşqim bəyin
iyirmi beş yaşına.
Məclisində Eşqimizin
Yüz yaşının dörddə biri!
Yüz nəşəli bağı olsun;
Heç olmasın dərddə biri!
Sözü müdam qəti olsun!
Vicdanı: sərvəti olsun!
Yüz havalı atı olsun,
Büdrəməsin sərtdə biri!
Xilaf deməz o heç kimə!
“Ayım!”—söylər, “Günəş”—kimə!
Min qılman gəlsə Eşqimə,
Bənzəməz surətdə biri!
Eşq ətirli o axşamla
Söz xərclərdim bircə damla.
Mərc gəlsəm
min bir adamla,
Çətin udar şərttə biri!
Uzaq olsun qorxu-qada!
Cəfərlə çatsın murada!
Yüz yaşında yüz tamada:
Onlardan Məmməd də biri!
Bakı
25.03.2013
SƏN DEYƏN
OLSUN...
Sözünü deyə bilməmək dərdi də var bu arsız-gorsuz dünyanın.
Düşmənim də düşməsin düşdüyüm dərdə!
Buna bənzər naçarlıq qarşısında farsların çox ibrətli çıxış yolu var: deyərlər: “Necəsən qanmayım, atan yansın?!”
Amma özünü qanmamazlığa vurmaq da müşkül məsələdir! Deyək ki, bacardın,bununla dərdin azalacaqmı?! Ürəyin təskin olacaqmı?!
Deyəcəyim sözə nə qıyıram, deyəm; nə onun bəyanına dilim var gəlir...
O adama siz deyən yaxşılığım dəyməyib. Pisliyim də keçməyib, vallah.Bununla belə heç nədən başladığı dığdığanın səbəbini də bir yana yoza bilmirəm.
Yönü hara düşürsə, adam işini-gücünü tərgidib mənim dərdimi çəkir:
–-Məmməd niyə şair olsun?!
Sual cavab üçündür. Başqaları nə cavab verir,özləri bilsinlər. Amma mənim də cavab vermək haqqım var. Heç cürə əsaslandıra bilmirəm ki: mən niyə şair olum, ya olmayım?! Ən təəccüblüsü odur ki, şair olmadığımı o şair olan kimsə yaxşı bildiyi halda,niyə ağzına hayıfı gəlmir: belə yersiz sualla özünü də yorur, özgələri də.Bir sağlam məntiqə sığırmı bu cəfakeşlik?!
Görünür,adamın dərdi çatışmır. Çatışsaydı, öz dərdi ilə özcə başını qatardı...
Əslində, cavab yerinə yazdığım aşağıdakı naçar şeirim də deyə bilmədiyim əsl sözü əvəz etməz.
Xülasə, deyə bilməyəcəyim o gərəkli söz zinhar edər məni...
“Məmməd niyə şair olsun?!” - deyirsən.
Dedinsə,
isbatdı: sən deyən olsun!
Şair ərşlə-kürşlə əlləşsin gərək;
Şair ki baş qatdı, sən deyən olsun!
Şairlik toxumdu: cücərib bitər;
Kimi boy göstərər, kimisi itər.
Kim cəbrə dözdüsə, o qalsın,yetər!
Bu canlı həyatdı: sən deyən olsun!
Sənə verən fələk mənə vermədi;
Ciddi-cəhd elədim, yenə vermədi.
Dərdə
qalxan tutan sinə vermədi,
Gün
doğdu, gün batdı; sən deyən olsun!
Bacara bilmədim, tale utansın!
Şözümə yatmayan lalə utansın!
Məni tıncıqdıran nalə utansın!
Hər
sözüm it-batdı,sən deyən
olsun!
Mən şair olmadım, özün gördün ki.
Sən
çalış, sən yarat, büdrəmə diki!..
Heç
kəsin qəlbini qanatma təki...
Hər
halım bərbatdı; sən deyən olsun!
Şair
olmadımsa, qərq olma qəmə;
Amma
duyduğunu hər yerdə demə!
Azmı dərdimiz
var, qoymuşuq
dəmə;
Haqdı,
zarafatdı, sən deyən olsun!
Meşədə,
“orman”da söz gizli qalmaz!
Astar gizli
qalmaz, üz gizli qalmaz!
Əyri
gizli qalmaz, düz gizli qalmaz...
Qulaqlarım
batdı...Sən deyən olsun!
Bir az
yavaş danış,el duyar bizi;
Eşidər
Dəlidağ, odduyar bizi!
Silər
yaddaşından o diyar bizi;
Söz məni
qurcatdı, sən deyən olsun!
Gözüm
görə-görə ölən muraddı...
Lafını
bol elə,bu nə urvatdı?!
Mən ki
daş deyiləm,Allah yaratdı;
Sözün
neçə qatdı: sən deyən olsun!
“Məmməd niyə şair olsun?!”—Nə deyim!?
Haqq verməsə,balla dolmaz pətəyim...
Bomboş
qalar tamam əlim-ətəyim;
Taleyim
çat-çatdı; sən deyən olsun!
Mən
haçan dirəndim: “şairəm!”—deyə?!
Dirənsə,
kim alar şairlik guya?!
Şairlik vergidi,şairlik maya!
Əgər ki, inaddı, sən deyən olsun!
Mən şair olsaydım, bu, nə xəbərdi?!
Ola bilmədimsə, kimə nə dərdi?!
Vurğun demuş: hər şey “gəldi-gedərdi!..”
Söz tamama çatdı: sən deyən olsun!
27.07.2013
QUYUDAN GƏLƏN SƏS
(Musa Yaquba)
Qafil, bu gürzədən özünü gözlə:
Şair olanları sözündən çalar.
Əzrayıl yamana ta yaxın durmaz,
Yaxşını hərləyib gözündən çalar.
Yerə bax, göyə bax, bu həkətə bax;
Seçdiyi ova bax, hərəkətə bax!
Tükü-tükdən seçən kəmfürsətə bax:
Tərpənməyə qoymaz, dizindən çalar.
Çalxanan dəryada ilan bu ada,
Heç nədən verərsən hər şeyi bada...
Aman verməz
qala tozun dünyada,
Kəsdirər yolunu, izindən çalar.
Biri
heç olmasın; bir ki varmış...
Bahardan
qorxurmuş qar dolu hər qış;
Sirli bir
quyudan kəsilən qamış,
Nə çalsa, hər sirrin düzündən
çalar.
Seçilər
gerçək də, yalan da bir gün,
Gələr tamaşaya el onda bir gün.
Çəkər
öz əcrini ilan da bir gün;
İnşallah, qayıdıb özündən
çalar.
Gəncə
21.07.2013
Məmməd Aslan
525-ci qəzet.-2013.-
26 oktyabr.- S.28-29.