Milli Kitabxanada Azərbaycan teatrı

ilə bağlı silsilə tədbirlər olub

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının konfrans zalında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Teatr tamaşaları və konsert müəssisələrinin fəaliyyətinin təhlili” mövzusunda tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində Milli Kitabxana “Azərbaycan teatrı bu gün” mövzusunda kitab sərgisi təşkil edib.

Sərgidə Azərbaycan teatrının tarixi, teatr xadimləri haqqında kitablar öz əksini tapıb.

Həmin gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının sərgi zalında Azərbaycanın tanınmış yazıçı-dramaturqu Əli Əmirlinin anadan olmasının 65 illiyi münasibətilə “Əli Əmirli-65” adlı kitab sərgisi təşkil edilib.

Sərgidə dramaturqun müəllifi olduğu kitablar, onun haqqında materialların yer aldığı qəzet, jurnal materialları nümayiş olunub.

 

S. ABDULLAYEVA

 

525-ci qəzet.- 2013.- 31 oktyabr.- S.7.