Azərbaycan diasporundan
Ermənistana kəskin
etiraz
LİTVA
AZƏRBAYCANLILARI CƏMİYYƏTİNİN SƏDRİ
MAHİR HƏMZƏYEV: “Ermənistanın
rəsmi Vilnüsə
verdiyi yalan vədlər Litvadakı Azərbaycan diasporunun kəskin etirazına səbəb olub. Bu, bizim ifşa və tənqid hədəfimizdədir”.
Bu sözləri “525”ə açıqlamasında Litva azərbaycanlıları
cəmiyyətinin sədri,
Litva – Azərbaycan Assosiasiyasının
həmtəsisçisi Mahir Həmzəyev dilə gətirib. O, belə deyib: “Avropa İttifaqının Şərq
partnyorluğu siyasəti
çərçivəsində rəsmi Vilnüslə apardığı ikibaşlı
siyasət və məkrli oyunlar, onun Avropa İtifaqına
və Avroatlantik müdafiə strukturlarına
inteqrasiya olunmaqla bağlı etdiyi imitasiyalar Litvadakı Azərbaycan diasporunun həmişə ifşa obyekti olub və
indi də tənqid hədəfi olaraq qalmaqdadır.
2013-cü ildə Litvadakı
Azərbaycan diasporunun
təbliğat fəaliyyətində
bu səmtdə görülən işlər
xüsusilə geniş
miqyas alıb. Ermənistan Parlamentinin başçıları, fraksiya
və komissiya sədrləri, həmçinin
bir sıra millət vəkilləri, Xarici işlər və Müdafiə nazirliklərinin rəhbərləri,
digər dövlət
rəsmiləri və
çoxlu sayda erməni siyasətçiləri
cari ilin birinci yarısında dəfələrlə Vilnüsə
rəsmi və işgüzar səfərlər
ediblər. Onlar o zaman Avropa
İttifaqı Şurasında
sədrlik etməyə
hazırlaşan Litva Respublikasının
Prezidentini, Seymin sədrini və Baş naziri “tam əmin” etmişdilər ki, Ermənistan
Şərq partnyorluğu
siyasətinə qatılmış
dövlət başçılarının
bu ilin noyabr
ayında Vilnüsdə
keçiriləcək sammitində
mütləq yüksək
səviyyədə iştirak
edəcək və hətta bu zaman prezident Serj Sərkisyan Ermənistanın adından
Avropa İttifaqı ilə assosiativ üzvlük və azad ticarət barədə sazişlər
də paraflayacaq.
Lakin, bu ölkənin
Rusiyanın başçılığı
ilə yaradılan Gömrük İttifaqına
daxil olmaq qərarına gəlməsi
ilə bağlı bu ilin sentyabrın
3-də Serj Sərkisyanın Kremldə səsləndirdiyi
bəyanat hazırda Avropa İttifaqında sədrlik
edən Litva dövlətinin
rəhbərliyi və
ölkənin bir çox siyasətçiləri
üçün “soyuq
duş effekti” yaratdı. Onlar digər məsələlərlə yanaşı,
həm də zahirən “müstəqil dövlət” kimi təqdim olunan Ermənistanın əsil sahibinin Rusiya olmasını və məhz Rusiyanın hərtərəfli təhriki
ilə Qarabağın
Ermənistan tərəfindən
işğal edilməsini
təsdiq etməyə
əsas verən faktlarla və subyektiv geosiyasi amillərlə bir daha üzləşməli
oldular”. M.Həmzəyev
buna baxmayaraq Litvanın
bir sıra millət vəkilləri, siyasi şərhçiləri
və mətbuat vasitələrinin “məzlum”
Ermənistana hələ
də rəhm və şəfqət hisslərini izhar etməkdə davam edirdiyini bildirib: “Onlar guya Azərbaycan və Türkiyə arasındakı “türk məngənəsində” sıxışdırılıb
əzilən “biçarə”
xristian Ermənistanın
“digər çıxış
yolu qalmaması üzündən” Rusiyaya daha da yaxın sığınmasına utanıb-qızarmadan
“bəraət” qazandırırlar.
Litva azərbaycanlıları cəmiyyəti
və Litva-Azərbaycan
Assosiasiyası yaranmış
şəraiti və qeyd olunanları nəzərə alaraq ölkədə bir sıra təbliğat işləri görür və mətbuat tədbirləri həyata keçirirlər. Həmin
tədbirlər çərçivəsində
Vilnüsdə litvaca nəşr olunan “Lietuvos zinios” qəzetinin 16 sentyabr
2013-cü il tarixində çıxmış
sayında litvalı politoloq və naşir, Litva-Azərbaycan
Assosiasiyasının İdarə
Heyətinin üzvü
Aydanas Praleykanın “Ermənistan özünü
Rusiyanın ağuşuna
atır” adlı tənqidi-analitik məqaləsi
dərc olunubdur. Sözügedən qəzetin
21 sentyabr tarixli sayında isə tanınmış publisist-yazar
və ictimai xadim, Litva Respublikası mədəniyyət nazirinin
sabiq müavini, Litva-Azərbaycan Assosiasiyasının
İdarə Heyətinin
üzvü Donatas Valançyauskasın
“Ermənistan çoşqa
kimi iki donuzun südünü əmir?” başlıqlı
pamfleti yer alıb. Bu publikasiyalarda Ermənistanın Avropa İttifaqı ilə münasibətləri genişləndirmək
baxımından ikiüzlü
siyasət yürütməsi,
onun müstəqil dövlət yox, əslində Rusiyanın itaətkar satelliti olaraq qalması, Avropa İttifaqı institutlarına yalan vədlər verməsi, bir çox partnyorlarına arxadan qəfil zərbə vurması və etibarsızlığı üzündən
“ipinin üstünə
odun yığmağın”
mümkün olmaması
kimi xüsusiyyətlər
son hadisələr və
faktlar əsasında açıqlanaraq şiddətli
tənqid olunub. Məqalələrdə bu
baxımdan həmçinin
“müstəqil” Ermənistanın
Litvadakı havadarları,
o cümlədən bəzi
dövlət rəsmiləri
satirik gülüş
və qınaq obyektinə çevrilib. Dövlətlərarası münasibətlərdə
hamılıqla qəbul
olunmuş beynəlxalq
qaydalara riayət etməyən və dinc yanaşı yaşama prinsiplərinə
məhəl qoymayan təcavüzkar Ermənistanın
guya Avropa İttifaqının xristian
və demokratik dəyərlərinə “qatılması”
üçün canfəşanlıq
edən “sadəlövh
litvalı xadimlər”
isə istehzaya salınıb. Bununla yanaşı, həmin publikasiylar qaldırılmış
mövzu ilə bağlı Litva vətəndaş
cəmiyyətinin düzgün
istiqamətdə maarifləndirilməsi
baxımından pozitiv
əhəmiyyət kəsb
edir”.
525-ci qəzet.-
2013.- 4 oktyabr.