Zəlimxan Yaqub yaradıcılığı haqqında “Ölməzlik nəğməsi”  

 

 Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığına həsr olunmuş daha bir kitab oxucuların ixtiyarına verilib.

2013-cü ilin ilk günlərində “Vətən” nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş bu kitabın müəllifi şair-publisist Əli Rza Xələflidir. “Ölməzlik nəğməsi” adlı bu kitabda müəllifin Xalq şairi Zəlimxan Yaqubun Ümummilli liderimiz Heydər Əliyevə ithaf etdiyi “Əbədiyyət dastanı” poeması haqqında essevari üslubda yazdığı ədəbi düşüncələri yer alıb. Kitaba filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev ön söz yazıb.

 

 

525-ci qəzet.- 2013.- 8 yanvar.- S.7.