“Əgər Təvəkkülü istəsə
könlün, axtar Qarabağda, gəz Qarabağda...”
Bu günlərdə Ağcabədidə
istedadlı qələm
sahibi, tanınmış
şair Təvəkkül
Yanarın xatirəsinə
həsr olunmuş mərasim keçirilib. Şairin
vaxtı ilə çalışdığı Mobil Həsənov adına
Rəncbərlər kənd
orta məktəbində
təşkil edilən
sözügedən anım
mərasiminə rayon ziyalıları,
müəllimlər, icra
hakimiyyəti və bələdiyyə nümayəndələri,
təhsil işçiləri,
yazarlar və media mənsubları qatılıblar.
Tədbiri giriş sözü ilə açan adıçəkilən kənd
orta məktəbinin direktoru İsmayıl Həsənov qeyd edib ki, Təvəkkül
Yanar xalq tərəfindən daim oxunan və sevilən sənətkarlardandır. O, sadə,
səmimi və orijinal yaradıcılığı
ilə çağdaş
ədəbiyyatımızda özünəməxsus yer
tutur. Söz ustasının sağlığında
çap olunan "Yadigar", "Günlər
məni gözləmir",
"Axtar Qarabağda,gəz
Qarabağda", "Xoşbəxtəmmi,
görəsən", "Heydər poeması",
"Yaddaşlarda qalan
izlər" və
"Sabir girdi yuxuma" kitabları sevilə-sevilə oxunub, müəllifinə şöhrət
qazandırıb. Təsadüfi deyildir ki, onun
həmin dövrdə
bir çox şeirləri xarici dillərə tərcümə
edilərək dərc
olunub, məclislərdə,
el şənliklərində yayılıb, sözlərinə
mahnılar bəstələnib.
Təvəkkül Yanar el-obaya, torpağa möhkəm tellərlə bağlı
olduğu üçün Bakı
şəhərinə edilən
dəvətləri qəbul
etməyib, doğma Rəncbərlər kəndində
yaşayıb-yaratmağa üstünlük
verib. Qarabağı canı qədər sevən şair bir an da belə,
onu unutmayıb,bu müqəddəs yerlərin
işğalı ilə
barışmayıb, düşmənə
sonsuz nifrət hissi ilə qələmə aldığı
şeirlərdə vətən
övladlarnı daim torpaqlarımızın xilası
uğrunda mübarizəyə
səsləyib.Şair öz
zəngin yaradıcılığı
boyu müstəqillik,
azadlıq ideyalarına
sadiq qalıb. 2008-ci ildə 71 yaşında
dünyasını dəyişən
şairin anım gününün qeyd edilməsinin artıq rayonda ənənəyə
çevrildiyini vurğulayan
natiq bunu respublikamızda ədəbiyyata,
şeir- söz sənətinə verilən
yüksək qiymət
kimi dəyərləndirib
və tədbirin təşkilatçılarına öz minnətdarlığını
bildirib.
Rəncbərlər kənd icra nümayəndəsinin
müavini İbrahim Hacıyev, bələdiyyə
sədri Şakir Quliyev, rayon təhsil şöbəsinin metodisti
Niyazi Zeynalov, şairin dostu Akif Quliyev, yazar
Aqil İsmayılov və başqaları çıxış edərək
Təvəkkül Yanar
şeirlərinin ideya-bədii
əhəmiyyətindən söz açıb, onları sadə xalq dilində, həqiqi vətəndaşlıq
mövqeyi ilə yazılmış dəyərli
poeziya nümunələri
kimi səciyyələndirib,
şair haqqında xoş ürək sözlərini və xatirələrini bölüşüblər.
Şair Təvəkkül Yanara məxsus məşhur
"Axtar Qarabağda,
gəz Qarabağda"
adlı şeirin muğam parçası kimi ifası zamanı müəllifin kimliyinin göstərilməməsi
haqlı olaraq çıxışlarda irad
kimi qeyd olunub. Yerli xanəndələr, Rasim Səlimov, Elgiz Məmmədov, Elnur Nağıyev, İsa Məmmədov və Yaqub Qaravəllinin məharətlə ifa etdikləri muğam və xalq mahnıları,
şairin şagirdlər tərəfindən
səsləndirdiklən şeirləri
tədbirə xüsusi
ahəng gətirib, hər bir iştirakçıya
xoş ovqat, yüksək əhval-ruhiyyə
bəxş edib. Sonda söz alan fəlsəfə
üzrə fəlsəfə
doktoru Mahir Səlimov şairin ailə üzvləri adından Təvəkkül
Yanar yaradıcılığına
verilən bu yüksək qiymətə
görə tədbirin
təşkilatçılarına və bütün iştirakçılara səmimi
təşəkkürünü və minnətdarlığını
bildirib.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.- 2014.- 2 aprel.- S.7.