Xalq şairi Zəlimxan
Yaqub daha bir mükafata layiq görülüb
Təkcə Azərbaycanda deyil, bütün türk dünyasında məşhur
olan və əsərləri sevilə-sevilə
oxunan Xalq şairi Zəlimxan Yaqub indiyədək bir sıra mükafatlara
layiq görülüb. Bu təltiflərin nominasiyalarının
müxtəlifliyi kimi,
onu mükafata layiq görən ölkələrin coğrafiyası
da genişdir. Azərbaycanla yanaşı, bir
sıra xarici ölkələrin, xüsusilə
də türkdilli dövlətlərin bir sıra yüksək ödüllərinə layiq
görülən Xalq
şairinin beynəlxalq
mükafatları sırasına
bu günlərdə biri də əlavə
olunub. Ankaradakı
Türk Dünyası
Araşdırmaları Beynəlxalq
Elmlər Akademiyasının
Beynəlxalq Ödül
Komitəsinin 7 fevral
2014-cü il tarixli qərarıyla Azərbaycanın Xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək
xidmətlərinə görə
"Nazim Hikmət"
Beynəlxalq Ədəbiyyat
Ödülü ilə
təltif olunub. Xatırladaq ki, iki ildə bir
dəfə Türk dünyası yazarları arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan
ilk dəfə layiq görülən Zəlimxan
Yaqubdur.
Ona verilən bu mükafatı yüksək
dəyərləndirən və
Türk ədəbiyyatı
qarşısındakı xidmətlərini
qiymətləndirdiyinə görə
Türk Dünyası
Araşdırmaları Beynəlxalq
Elmlər Akademiyasının
Beynəlxalq Ödül
Komitəsinə minnətdarlığını
bildirən Zəlimxan
Yaqub demişdir: "İndiyədək bir sıra Beynəlxalq mükafatlarla təltif olunmuşam. Ancaq böyük Türk
şairi Nazim Hikmətin adıyla bağlı olan bu mükafat mənim üçün daha qiymətlidir. Bu mükafat mənim
türk ədəbiyyatı
qarşısında bu
günədək olan
xidmətlərimə verilən
yüksək qiymət
olmaqla yanaşı, həm də üzərimə böyük
məsuliyyət qoyur,
yeni-yeni əsərlər
yaratmağa sövq edir".
Elşad ÇOBANLI
525-ci qəzet.-
2014.- 2 aprel.- S.7.