Xalq yazıçısı
İsa Muğanna son mənzilə yola salınıb
Azərbaycan
Milli Dram Teatrının binasında xalq
yazıçısı İsa Hüseynovla vida mərasimi
keçirilib.
APA-nın məlumatına görə, vida mərasimində baş nazir Artur Rəsizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq yazıçıları Anar, Elçin Əfəndiyev, yazıçı, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, xalq şairləri Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Fikrət Qoca və başqaları iştirak edib.
Baş nazirin
müavini, xalq
yazıçısı Elçin Əfəndiyev
İsa Hüseynovun vəfatını
Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün bö
məişətini, adət-ənənəsini çox dərindən bilirdi. Mən 14-15 yaşımda yazdığım hekayələri İsa müəllimə göstərirdim. O vaxt inanmazdım ki, vaxt gələcək, bu ustad yazıçının vida mərasiminin açılış nitqini mən edəcəyəm".
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, İ. Hüseynovun həyatı hər bir insan üçün örnək olacaq: "İsa Hüseynovun əsərlərini oxuduqca insan Azərbaycan dilinin gözəlliyinə heyrət edir. Ustad sənətkar ilk növbədə böyük nasir idi. O, həm də gözəl ssenarist idi və yazdığı ssenarilər Azərbaycan kinosunun inkişafına böyük təkan verib. 86 il mənalı ömür yaşayan İsa Hüseynovun həyatı bizim üçün örnəkdir".
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar yazıçı və insan kimi İ. Hüseynovu yüksək qiymətləndirib: "İtkimiz çox böyükdür. Xalqın, sənətin itkisidir. O, Azərbaycan ədəbiyyatında təkrarsız yazıçı idi. İsa Azərbaycan ədəbiyyatına yeni ruh gətirmişdi. Mənim taleyimdə də onun böyük rolu var. O, gözəl yazıçı olmaqdan başqa, saf və nəcib insan, gözütox yazıçı idi. Tez-tez zəngləşirdik. Novruz bayramında zəngləşdik, səsi gümrah gəlirdi. Düşünürdüm ki, o hələ çox yaşayacaq, yeni əsərləri ilə bizi sevindirəcək. İsanın yeri həmişə görünəcək".
İ. Hüseynovun qızı Sevinc Hüseynova çıxış edərək ailəsi adından vida mərasimində iştirak edənlərə təşəkkürünü bildirib.
İsa Hüseynov
I Fəxri Xiyabanda dəfn edilib.
S. BDULLAYEVA
525-ci qəzet.- 2014.- 3 aprel.- S.3.