Tanıdığım Muğanna  

 

 

"Həqiqət cümlə aləmdədir"

("Məhşər"dən)

 

Bu il öncə Tofiq Abdini, sonra da Muğannanı itirdik. 2014 Azərbaycan ədəbiyyatı üçün hüzün ili oldu. Tanışlar, dostlar birər payız yarpaqları kimi tökülməkdə ətraf səssizləşməkdə... Şair Cahit Sıtkının dediyi kimi: "Gördüm yapraklarımın bir-bir döküldüğünü..."

İllər öncə ustad İsa Muğannanın kiçik bir hekayəsini oxumuşdum. Hekayədə Bakıya olduqca uzaqda olan bir kənddən bəhs edirdi. Hekayənin ismini belə xatırlamıram. Amma hekayədəki insanlar, sosial münasibətləri, bir-birləriylə danışarkən insanı sarıb sarmalayan dialoqlar hələ hafizəmdə capcanlı durmaqdadır. O hekayəni oxuduğumda "bax, ədəbiyyatın gücü budur" demişdim öz-özümə...

Sonra aradan illər keçdi onunla qohum olduq. Ailəsiylə birlikdə ən xoşbəxt günümə təşrif etdilər. Yaşlı xəstə olmasına rəğmən məclisin sonuna qədər sağlıqlı bir gənc insan kimi nəşəsini itirmədən, oturduğu yerdən o uşaq təbiətli saf şirin baxışlarıyla hər kəsə gülümsədi. Sonra da kamera mikrafon ona uzadıldıqda heç gözləmədiyim bir coşqu diriliklə on dəqiqəyə qədər danışdı.Türkiyə ilə Azərbaycanın necə bir-birinə yaxın olduğundan illərin birikmiş həsrətinin indi ağır-ağır da olsa necə qovuşmalarla sona gəlməyə başladığını bir ədəbiyyat ustadına yaraşan şəkildə söylədi. Hər kəs can qulağıyla onun o müdrik sözlərini dinləyir bal kimi dilindən axan kəlmələri heç qaçırmadan ağlında tutmağa çalışırdı.Yerimdən qalxıb yanına getdim kiçik, yumşaq əllərindən öpdüm.

O gündən sonra Almaniyadan hər bayramda ona zəng edir, hal-xətrini soruşurdum. Çox məmnun olur, sevinir, o da məndən yeni bir şeylər yazıb-yazmadığımı soruşurdu. Ən son Novruz bayramında zəng etmişdim, amma rahatsız olduğu üçün danışammamışdım.

Azərbaycana da getdiyimdə mütləq evinə gedir, qısa da olsa onunla söhbət edərək,  onun təcrübələrindən , tövsiyələrindən yararlanmağa çalışırdım.

Onun haqqında "Muğanna" isimli bir məqalə yazmışdım. O məqalə Azərbaycanda, Türkiyədə çeşidli dərgi qəzetlərdə yayınlandıqdan sonra mənim son çıxan "Kaşğardan Berlinə  Portretlər Kitablar" isimli kitabımda da yayınlanmışdı. Məqaləni oxumuş çox sevinmişdi. O incə ruhu oxşayan səsi hələ qulaqlarımdadır:"Yaxşı yazıbsan!" Bu qısacıq söz ardından gözlərinə qədər yayılan gülümsəmə mənim üçün ən böyük mükafat olmuşdu.

Biz millət olaraq dəyərli insanlarımızı yazıq ki, yaşarkən o qədər önəmsəmir yetərli dəyəri vermirik.Onun yaşadığı Hüsü Hacıyev küçəsindəki beşinci mərtəbədə olan kiçik dairəsindəki yalnızlığı gözlərini pəncərədən Bakının üfüqlərinə dikişi hər zaman gözlərimin önündədir. Son dönəmlər gözləri heç yaxşı görmürdu. Amma hələ yazma həvəsi coşqusu içində vardı. Hər maraqlandığımda: "Ağlımda yazacaq çox hekayə var, amma kim qiymət verir ki!"- deyirdi. Bu sözlər Azərbaycan kimi bir ölkənin yetişdirdiyi belə böyük bir ədəbiyyatçı üçün çox acıydı. İsa Muğanna kimi bir yazıçı Avropada olsaydı, baş tacı edilərdi. Onun "Məhşər" isimli romanından başqa heç bir əsəri Türkiyədə belə yayınlanmamışdı. Daha ədəbiyyata yeni başlayanların belə əsərləri, rəsmləri, isimləri dostluq xətir adına Türkiyədə dərgilərdə yayınlanarkən İsa Muğanna unudulmuş ya məxsus unutdurulmuşdu. Amma ədəbiyyat tarixi elədir ki, siz qədər təbliğat edirsiniz edin, gələcəyə ancaq gerçək dəyərlər qala bilər. Bu nədənlə İsa Muğanna da Azərbaycan ədəbiyyatının ən böyüklərindən biri olaraq ədəbiyyat tarixində yerini alacaqdır.

Gənc ədəbiyyatçıların ondan öyrənəcəkləri çox şey vardır. Üslub, təmiz bir dil, insanı yormayan dialoqlar, dilin içində xəzinə olaraq qalmış deyimlər, ata sözləri İsa Muğannanın gənc ədəbiyyatçılara qoyduğu ən gözəl mirasdır. Onun əsərlərinin heç birində oxuyucu yorulmur, "bu söz burada artıqdır" demir, deyəmmir. Çünki o yazarkən həyatı olduğu kimi alıb heç sünilik qatmadan oxucunun gözləri önünə gətirir. Onun əsərlərindəki insanlar uydurulmuş, ideoloji təbliğata qurban edilmiş insanlar deyildirlər. Onlar ətrafımızda, kəndimizdə, yanımızda duran insanlardır. Onların öz aralarındakı söhbətləri, acıları, həsrətləri Muğannanın usta qələmində daha da rənglənərək canlanaraq oxuyucuya çatır. Bunları ancaq ancaq çox usta bir yazıçı bacara bilər İsa Muğanna da bunu bacarmışdır.

Onun "Tütək səsi" isimli hekayəsi qədər təsirli canlıdır. İkinci Dünya Savaşından tam 69 il keçməsinə bizim nəslin o savaşdan heç xəbəri olmamasına rəğmən, zaman o hekayəni oxusaq ya filmini izləsək, o kənddəki insanlar sanki indi yanımızda yaşayırlar kimi bir hissə qapılırıq. Tapdıq Cümrü qardaşlarının namus həsrət duyğuları, onların bu duyğularla dəli kimi vurnuxmaları, dünyaya küsmələri, ruhlarındakı bütün üsyan kədəri bir qamışın çıxardığı səsə yükləmələri hansı türkün ürəyində yara açmaz ki? Hansı türk bu iki gəncin duyğularından uzaq qala bilər : "Mən başqa şəkildə davranardım!" deyə bilər ki? oğul yolu gözləyən, həsrətindən saqqalları tir-tir titrəyən, sazını bir oğul kimi bağrına basan sanki Dədə Qorqudcasına "Ruhani" havasını minlərcə il ötəsindən gəlmiş kimi bütün mənliyimizə köçürən o ataya deməli? Hansı qələm ustası bir atanı bu qədər ustaca təsvir tərif etmişdir?

İsa Muğanna sadəcə bir ədəbiyyatçı deyildi. O, Azərbaycan üçün bir canlı tarixdi... Onunla söhbət edərkən İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə kimi önəmli yazıçı şairlər əsərləriylə birlikdə gəlib gözlərimin önündə dururdular. İllərcə onunla qonşuluqda yaşaya bu önəmli ədəbiyyatçıların əsərləri daha yayınlanmadan İsa Muğannaya oxunmuş, onunla müzakirə olunmuşdu. O, son əlli illik Azərbaycan ədəbiyyatının canlı şahidiydi hafizəsində yüzlərcə xatirə, hekayə vardı. Kaş ki, biriləri onları o, daha yaşarkən yazıb ədəbiyyat dünyasına qazandırsaydı. Amma bizdə iyirmi birinci yüzildə belə araşdırma ruhu daha yetərincə oyanmamışdır.

İsa Muğanna çox sadə, utancaqgeniş ürəkli bir insandı. Onun usta qələmindən xəbəri olmayan bir insan onu uşaqlaşmış bir ixtiyar olaraq görə bilərdi.Onun uşaq təbiətli ruhu onu ziyarət edən hər kəsə sirayət edərdi. Danışarkən həmişə gülümsəyərdi. Gözləri həm sizə, həm də ötələrə baxardı. Onun gözlərində "İdeal" romanının bitməzliyini də görmək mümkündü. O, "İdeal" romanını dəfələrcə yenidən yazmışdı. Bununla da ədəbiyyatda və sənətdə ölümsüzlüyün nə demək olduğunu anlatmaq istəmişdi. Onun son dönəmlərində ziyarətinə gedən, demək olar ki, hər kəsə bəhs etdiyi "Saf elmi" bəlkə də bizim anlaya bilmədiyimiz  o ölümsüzlük dünyasının bir şifrəsi kimiydi. Amma biz onu nə yetərincə anladıq, nə də dinlədik!

Keçən il getdiyimdə İstanbuldan danışmışdıq. O, 1960-cı illərdə bir dəfə İstanbulu görmüşdü. Görüş qısa və qorxulu bir dönəmdə baş versə də, hafizəsində dərin bir iz buraxmışdı. Hələ Sultan Əhməd Camisinin böyük qübbəsini, göylərə uzanmış minarələrini və oraya girərkən içini dolduran rahatlıq və xoşbəxtlikdən danışa-danışa bitirəmmirdi. Aradan qırx ildən çox keçməsinə rəğmən bir şəhərin belə dərin bir şəkildə insanın ruhunda iz salması normal bir hadisə olaraq görüləmməzdi.Yaşlı, yorğun və xəstə olmasına rəğmən içində oraları yenidən görmək arzusu vardı. "İnşallah, İstanbula sizi mən götürərəm" dediyimdə də necə uşaq kimi sevinmiş və ümidlənmişdi! Onu təəssüf ki, İstanbula aparammadım. Amma ölüm xəbərini gecə yarısı aldığımda onun ruhuna göndərdiyim “Fatihə” və “Yasin” mütləq onun o uşaq təbiətli ruhunu almış Sultan Əhməd Camisinin üfüqündə gəzdirmişdir. O, indi ruhlar aləmində eynilə qəhrəmanı Nəsimi kimi "Məndə sığar iki cahan, mən bu cahana sığmazam!' deməkdədir.

Rahat yat, ağstafalı Muğanna!

Ruhun şad olsun, əziz əmim!

 

 

Orxan ARAS

525-ci qəzet.- 2014.- 4 aprel.- S.8.