Con F.Kennedi: "Mərdliyin profilləri"  

 

İngiliscədən Telman Orucov tərcümə edib

 

 

 

 

Uilyam Allen Uayt demişdi ki, Senatorlar təkcə ştatları və regionları deyil, həm də “knyazlıqları, hakimiyyətləri və biznesi təmsil edirlər”.

 

“Misal üçün, bir Senator Birliyin Sakit okean dəmir yol sistemini, digəri Nyu-York mərkəzi dəmir yolunu, digəri isə sığorta maraqlarını, kömür və dəmirə sahib olan dairələri təmsil edirdi... pambıq yarım düjin Senatora malik idi. Və bu belə də davam edir... Bu plutokratik (varlıların hakimiyyəti – tərcüməçi) feodalizm idi... əla dərəcədə ehtiram bəslənəndir. İstənilən böyük maliyyə marağının xomutu iftixarla geyinilir”.

 

Və Uayt öz söhbətini veteran Senator Deyvisin təzə Senatora öz kolleqalarının arxadakı günlərdə cərgə aralarına gəlməsini təsvir etməsi ilə əlaqələndirir: “Çaqqal; quzğun; qoyun öldürən it; qorilla; timsah; kərtənkələ; qaqqıldayan qoca toyuq; göyərçin; yemi acgözlüklə udan hinduşka”. Sonra Uayt yazır: “Qısqanc Qərblinin iri gəmisi – kobud, vicdansız, həyasız – ağır-ağır yırğalanaraq gəldi, hakim Deyvis bu məxluqa şəhadət barmağını tuşlayıb və nida şəklində deyir: “Canavar, ser, lənətlənmiş, ac, gizlənən, qorxaq canavar”.

 

Beləliklə, on doqquzuncu əsrin sonundan Senat hakimiyyət və nüfuz şərtlərində aşağı axının yaxınlığına gəlib çıxdı. Senator hakimiyyətinin tənəzzülü Qrant administrasiyasının sonundan az sonra başladı. Bu vaxta qədər Senat Prezident Conson tərəfindən alçaldılmışdı və prezident Qrantın ağalığı altında idi, o, hətta parlament formasındakı hökumətə yaxın olan bir quruluş kimi dövləti idarə edirdi. Senatorlar hətta Kabinet üzvlərindən yuxarıda nahar masası ətrafında yer almağa iddia edirdilər (onlar əvvəlcədən sosial fraksiyalara görə dərəcələnmişdilər). Corc Frisbi Hoar sonralar belə deyirdi ki, “əgər onlar Ağ Evə gəlirdilərsə, bu məsləhət almağa deyil, məsləhət vermək məqsədini güdürdülər”. (Həqiqətən də hər iki palatanın öz üzərinə hakimiyyət səlahiyyətini götürməsini, Konqressmen Enson Burmingeymin İcmalar Palatasına (Böyük Britaniyadakı – tərcüməçi) səfəri nümayiş etdirir. Müşayiət edən ona deyəndə ki, o, öz yerini tərk etməlidir, çünki bu xüsusi qalereya Perlər üçün saxlanmışdır, bu vaxt yaxınlıqda oturan qoca Per söhbətə qarışdı: “Qoy, qalsın, qoy, otursun. O, öz ölkəsində Perdir”. Konqressmen oradan gedə-gedə cavab verdi ki, “mən öz ölkəmdə hökmdaram və əgər mən Per kimi tanınsam, kastamı itirərəm”). Lakin Konqressmen hakimiyyəti Heys, Qarfild, Artur və Klivlend Prezident olanda ötüb keçdi, onlar Prezidentin təyinatları məsələsinə Senatorların diqtə etmək cəhdlərinə uğurlu qaydada müqavimət göstərə bildilər və hökumət Konstitusiyanı yoxlamaq və tarazlaşdırmaq barədəki daha ənənəvi amerikan sisteminə tərəf döndü.

 

Senatın hakimiyyətinin tənəzzülü, buna baxmayaraq, hətta iqtisadi məsələlərin, sektsional və Konstitusiyaya aid konfliktlərin yerini tutmamışdan əvvəl, nüfuzunun tezliklə düşəcəyindən xəbər verirdi. Britaniya və Kanada diplomatları özlərinin 1854-cü il Qarşılıqlı Əlaqə Müqaviləsini qoruyub saxlamaq üçün müdafiə edirdilər, bunda “şampan dalğalarında üzməyi...” görürdülər. “Əgər sənin itinin donuzla işi varsa, sən nə edəcəksən?” Kabinet üzvü, yəqin ki, bu metaforaya cavab verərək 1869-cu ildə Henri Adamsa səbirsiz qaydada dedi ki, “Sən Konqressmenlə nəzakətli davranmağı bacarmırsan! Konqressmen donuzdur! Sən çomağı götürüb onun sifətinə vura bilərsən”. Və Adams sakitcə ələ salmaq qaydasında Senatın əksər üzvləri barədə düşünürdü ki, “onları alçalma deyil, daha çox qrotesk düzəldə bilər, əgər Konqressmen donuzdursa, onda görən Senator nədir?”

 

Lakin Senatın on doqquzuncu əsrin ikinci yarısı ərzindəki hakimiyyətinin və hörmətinin tənəzzülünün əksinə heç də bütünlüklə donuzlardan və lənətlənmiş gizlənən canavarlardan ibarət deyildi. İndiyədək onda hörmətə layiq olan və igid adamlar vardır. Onlardan Edmund Ross və Consonun impiçment mühakiməsi vaxtı onunla bir yerdə dayanan, eqoizmə yad qaydada özlərini qurban verməklə, milləti qanunvericilik hakimiyyətinin ümidsiz sui-istifadəsindən xilas edən adamlar var idi. Və Lutsius Lamar nəcib, ancaq möhkəm dövlət xadimi olması ilə milləti qarşısında duran yeni çağırışlara hazırlanmasında, onu yenidən birləşdirməyin aləti oldu.   

 

VI

 

 

Edmund Q.Ross

 

“Mən... öz açıq qəbrimə baxıram”

 

   

 

Tənha qəbirdə, unudulmuş və naməlum bir adam yatır, “o, Prezidenti xilas etmişdir” və bunun nəticəsi kimi özünə və Birləşmiş Ştatlarda Konstitusiya hökumətinin inkişafı üçün yer tuta bilərdi – bu adam 1868-ci ildə bir tarixçinin adlandırdığı kimi “Amerikan tarixində ən böyük qəhrəmanlıq aktı, döyüş cəbhəsindəki hər bir igidlikdən müqayisə edilə bilməyən dərəcədə çətin olan bir iş görmüşdü” – lakin bu Birləşmiş Ştatlar Senatorunun adı bir dəfə də çəkilmədi; o, Kanzasdan olan Edmund Q.Ross idi.

 

Prezident Consonun impiçmenti adlanan hadisədə tanınmayan bir adam olan Ross elə dramatik rol oynamalı idi ki, onun sensasiyalı kulminasiyası Cənubun məğlubiyyəti ilə Abraham Linkolnun barışıq siyasətini icra etməyi qərara almış Prezidentlə, əzilmiş Cənub ştatlarını işğal edilmiş əyalətlər kimi idarə etməyə çalışan Konqress liderləri arasında getməyə düşsün. Axırıncılar öz hüquqlarını Konstitusiyanın tələbləri əsasında istehkamlamışdılar. Buna baxmayaraq, bu, əslində icra və qanunvericilik hakimiyyətləri arasındakı mübarizə idi. Taktikalı olmasa da, mərd Tennessili olan Endryü Conson Konqressin yeganə Cənublu üzvü idi ki, Birlikdən öz ştatı ilə birgə şəkildə ayrılmaqdan imtina etmişdi, Böyük Emansipatorun (“Azad edən”, Linkoln nəzərdə tutulur – tərcüməçi) siyasətinə qoşulmuşdu, onun yüksək vəziyyətinə isə o, yalnız qatilin gülləsi ilə yaxınlaşmışdı. O, bilirdi ki, Linkoln ölümündən əvvəl artıq Konqressdə ekstremistlərlə toqquşmuşdu. Onlar yenidənqurmaya onun konstitusional qaydada və rəhmdilliklə yanaşmasına və idarəetmənin qanunvericilik qoluna alilik vermək axtarışının əleyhinə çıxırdılar. Və onun döyüşkən əhval-ruhiyyəsi Konqressin bu vaxt Cənuba bir qədər ləngiməklə və mümkün olduğu qədər mübahisə ilə olsa da, Birlikdə öz yerini tutmasına icazə vermək siyasətinə bağlanan istənilən ümidi tezliklə məhv etdi.

 

1866-cı ildən, Edmund Ross ilk dəfə Senata gələndən idarəetmənin iki qanadı artıq bir-birinin boğazını kəsməyə hazır idi, hirslə dişlərini qıcayır və tüklərini qabardırdılar. Prezident tərəfindən qanun layihələrinə bir-birinin ardınca, onların qeyri-konstitusional, Cənuba münasibətdə olduqca sərt olması, sülh dövründə hərbi idarəçiliyin müddətcə uzadılmasının zəruri olmaması və ya İcra Qanadının hakimiyyətinə müdaxilənin həddən artıq çox olması müstəvisində veto qoyulurdu. Bizim milli tariximizdə ilk dəfə olaraq mühüm ictimai tədbirlər Prezident vetosunu ləğv etdi və onun dəstəyi olmadan qanuna çevrildi.

 

Lakin Endryü Consonun bütün vetoları geri qaytarılmırdı və Konqressin “radikal” Respublikaçıları tezliklə qərara gəldilər ki, onların nifrətamiz düşmənini məhv edə bilməkdən əvvəl axırıncı bir addımı atmaq vacibdir (və siyasi döyüşün istisində onların intiqamı Cənubun keçmiş hərbi düşmənlərindən daha çox Prezidentə qarşı çevrildi) – bircə qalan addım isə Senatda üçdə iki səsə malik olmaq əminliyində idi – çünki Konstitusiyaya görə Prezident vetosunu ləğv etməyə bu qədər çoxluq lazım idi. Və daha vacib olanı o idi ki, belə çoxluq məhz onların başlıca ambitsiyasına nail olmaq üçün Konstitusiya tərəfindən tələb olunurdu, həmin vaxt çətinliklə saxlanılan sirr bu idi ki, Prezident impiçment altında ittiham edilsin və o, vəzifədən azad edilsin.

 

Müvəqqəti və stabil olmayan üçdə iki çoxluq Senatın radikal respublikaçılarını qadir edərdi ki, Prezident vetosunu keçərək bir neçə məsələdə qanunvericiliyi qüvvəyə mindirsin, onlar bilirdilər ki, impiçment ittihamı üçün bu, kifayət qədər etibarlı deyil. Bu bloku möhkəmləndirmək Konqressin birinci dərəcəli vəzifəsinə çevrildi, bu, digər məsələlərdə də, xüsusən yeni ştatların qəbul edilməsi, Cənub ştatlarının yenidən qəbul edilməsi və Senator vəkalətlərinin müəyyən edilməsi məsələlərində onların həllinin ifadə edilən və nəzərdə tutulan qaydada idarə edilməsi idi. Fövqəladə ikili metodla consonpərəst Senator öz yerindən məhrum edildi. Prezidentin vetosuna baxmayaraq, Nebraska Birliyə qəbul olundu, iki daha anti-administrasiya yönlü adam Senator oldu. Prezident vetosuna məhəl qoymadan Koloradonun qəbul edilməsinin axırıncı dəqiqədəki manevrləri uğursuzluğa uğramasına baxmayaraq (tezliklə çox əhalisi olan Kolorado referendumda ştat olmaqdan imtina etdi), gözlənilməyən faciə Kanzasda yeni səsvermə üçün saxta göz yaşları və təzə ümidlər gətirdi.

 

Kanzasdan olan Senator Cim Leyn Linkolnun yenidənqurma siyasətini icra etmək barədə Consonun planlarına rəğbətlə yanaşan “konservativ” Respublikaçı idi. Lakin onun qonşu ştatı Birlikdəki ən “radikal” ştatlardan biri idi. Leyn 1866-cı il Vətəndaş Hüquqları Billinə Consonun vetosunu dəstəkləməyə səs verəndə və yeni Arkanzas ştatının hökumətinin tanınması barədə qanun layihəsini təqdim edəndə, Kanzas hərarətli bir qəzəblə qalxdı. Lourensdəki kütləvi mitinqdə Senator söyüldü və tezliklə onun mövqeyini kəskin pisləyən qətnamələr barədə məlumat verildi. Alçaldılan, ruhi cəhətdən özgələşən, sağlamlığı pozulmuş və maliyyə nizamsızlığı ittihamı altında işləyən Cim Leyn 1866-cı ilin 1 iyulunda həyatdan getdi.

 

Onların böyüründən bu tikan çıxardılanda Vaşinqtonda radikal Respublikaçılar narahat şəkildə Kanzas tərəfə və Leynin varisinin seçilməsinə baxırdılar. Onların arzu etdikləri ümidləri həyata keçmişdi, – Kanzasdan yeni Senatorun Edmund Q.Rossun olacağı bilinirdi, bu adam, qətnamələri təqdim edərkən Leynə Lourensdə hücum etmişdi.

 

Burada heç bir şübhə ola bilməzdi ki, Rossun hüsn-rəğbəti haraya yönəlmişdir, çünki onun bütün karyerası Cənubun qul ştatlarına, onların təcrübələrinə və dostlarına qarşı qətiyyətli müxalif idi. 1854-cü ildə, onun vur-tut iyirmi yeddi yaşı olanda Miluaukidə qaçmış qulun kütlə tərəfindən xilas edilməsində iştirak etmişdi. 1856-cı ildə o, quldarlıq əleyhinə olan immiqrantlar daşqınına qoşulmuşdu ki, “qanı axan” Kanzasa getsin, onlar buranı azad ərazi kimi saxlamaq istəyirdilər. Cavanlığından Demokratik partiyaya nifrət edərək, o, həmin partiyanı tərk etmişdi və Kanzas Azad Ştat ordusuna könüllü kimi yazıldı ki, əraziyə müdaxilə edən quldarlıq tərəfdarı olan qüvvələri geri oturtsun. 1862-ci ildə öz qəzet işindən imtina edib, Birləşmiş Orduya yazıldı, orada mayor rütbəsini aldı. Lourensdə Leynin məhkum edilməsində onun aparıcı rolu radikal Respublikaçıların Konqressdəki liderlərini inandırdı ki, Edmund Q.Rossun şəxsində onlar həyati əhəmiyyət kəsb edən üçdə ikinin möhkəm üzvünə malikdirlər.

 

Səhnə bu vaxt final tamaşa – Consonun vəzifədən uzaqlaşdırılması üçün açıldı. 1867-ci ilin əvvəllərində Konqress Vəzifə Müddəti Billinin prezident vetosunu ləğv edərək, onu qanun kimi qüvvəyə mindirdi, bu, bütün yeni vəzifə sahiblərini, hansıların ki, təyin olunması həmin orqan tərəfindən təsdiq edilirdi, Senatın razılığı olmadan onların Prezident tərəfindən vəzifədən azad olunmasının qarşısını aldı. Həmin vaxt belə daha yüksək himayəçilik qaydası qoyulanda, ağlamaqdan başqa heç nə etmək olmazdı, Kabinet üzvləri başlanğıcdan xüsusi azadlığa malik olurdular.

 

 

 

(Ardı var)

525-ci qəzet.- 2014.- 5 aprel.- S.22.