“Hələ yaşamağa dəyər...” (Şair dostum Məmməd İsmayıla məktub )

 

 

Çox illər öncə Moskvada bir söhbətimizi xatırlayıram. Açıq şəkildə dedin ki, “niyə siz (yəni o zaman üzdə olan gənc tənqidçilər) ancaq bir qrupdan yazırsınız?  Azərbaycan şeiri, Azərbaycan nəsri bu bir qrupdan ibarət deyil ki?” Mən təxminən belə bir canqurtaran cavab verdim: “Şəxsən mənim məqsədim çağdaş Azərbaycan şeirindən ya nəsrindən bütöv, fundamental yazmaq deyil. Mən öz zövqümün ölçüsündə maraqlı bildiyim problemlərdən yazıram”. Gənclik ötkəmliyi ilə deyilsə , bu söhbət təsadüfi deyildi.Sənin qədər iddialı bir şair ədəbiyyat, mədəniyyət adamı olduğunuzu mən gözəl bilirdim. O vaxt çox yaxın olmasaq da ziyalı parametrlərin mənə yaxşı tanış idi. Xüsusilə AnarınQobustan”da,Ə.ƏylislininAzərbaycanda”, Y. SəmədoğlununUlduz”da, İsaq İbrahimovun Elçinin Yazıçılar Birliyində, Mövlud Süleymanlının, Vaqif Əlixanlının radioda, Vidadi PaşayevinGəncliknəşriyyatında, S.RüstəmxanlınınYazıçınəşriyyatında, Vidadi Məmmədovun, Natiq Səfərovun çayxanada etdiklərini sənGəncliknəşriyyatında edirdin.

Bu prosesi dəqiq adı yeniləşmə, yenilik arayışları ,özünəqayıdış, özünüdərk idi, Qərb-Şərq düşüncə sintezinin yenidən xalqa qayıdışı sovet ideologiyasının yaratdığı çox böyük əngəllərlə mübarizə idi.

Stalin buzlarını əridən Xruşşov qatı antimodernist qurama bir siyasətçi olsa da, buzların çatlamasında onun əhəmiyyətli  rolu, missiyası var idi.

Azərbaycanda hər 15-20 ildən bir başı kəsilən ziyalı   nəslinin yeni bir qanadı mədəniyyətdə bəhrə vermiş, İsa Hüseynov, İsmayıl Şıxlı, Sabir Əhmədli, Çingiz Hüseynov kimi yeni vizyonlu, qələmli ədəbiyyat adamları, Qara Qarayev, Arif Məlikov kimi daha sonralar Vaqif Mustafazadə, Tahir Salahov kimi sənət adamları yeni baxışla Mirzə Cəlilin, Sabirin, Üzeyir bəyin, Ə.Hüseynzadənin, Əhməd Ağaoğlunun, Müşfiqin böyük Qərb-Şərq sintezini bərpa etmək yoluna çıxmaqla əslində Azərbaycan Demokratik Respublikasından, bilavasitə Məhəmməd Əmin Rəsulzadə onun silahdaşlarından, fikirdaşlarından gələn böyük əqidə yolunu təmizləməyə başlamış, yeni şərtlərlə əzəli əbədi kriterlərə, millidemokratik dəyərlərə yol açmağa başlamışdılar.

Dəmir divarlar, sərt təqiblər, ideoloji tabuların üsulları, fəndləri külli miqdarda problemlər yaratsa da, bir-birinə yaxın olan bu iki nəslin 50-ci illərin sonlarından başlayan düşüncə mücadiləsi yalnız yeni mədəniyyət faktı deyil, Xudu Məmmədovun, Azad Mirzəcanzadənin, Süleyman Əliyarlının, sonradan Aydın Məmmədovun adı ilə bağlı elm faktı, Anarın, Y. Səmədoğlunun,  Elçinin, İsi Məlikzadənin, Fərman Kərimzadənin, Vaqif Səmədoğlunun, Fikrət Qocanın, Isa İsmayılzadənin, daha sonralar sənin, Ramiz Rövşənin, Vaqif Nəsibin, Sabir Rüstəmxanlının, Vaqif Bayatlının, Seyran Səxavətin... adı ilə bağlı yeni ədəbiyyat gerçəkliyi idi. Bu gerçəklikdə mən Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Məmməd Cəfər, Cəfər Cəfərov, Xəlil Rza ədəbi şəxsiyyətlərini, düşüncə fikir adamlarını unutmuram yuxarıda vurğuladığımədəbi zövqkriterinin yol açdığı subyektivliyi, təbii ki, birtərəfli baxışı da gizlətmək istəmirəm.

Əslində Məmməd müəllim, bu əbədi, elmi  siyasi axınların gücünü, xidmətlərini, dəyərini, qiymətini anlamaq dərk etmək üçün çox yazılmalı, yaxın əlbəttə ki, nisbətən uzaq tarixin bir çox məsələlərinə yenidən baxılmalıdı.Ətrafına topladığın o gənclər ədəbiyyat dərnəklərindən, çayxanalardan, universitet-komsomol hay-küyündən uzaq olan başqa cür düşünənlər idi. “Azərbaycan”la, “Qobustan”la, “Ulduz”la bərabər çiyin-çiyinə, həm onlardan fərqli vizyonda çalışmaq, mariginal düşüncəni toplamaq, bütövləşdirmək olduqca vacib idi olduqca da böyük işlər görüldü. ƏgərGənclikolmasaydı Nəcəf Nəcəfovun rəhbərlik etdiyi yeni jurnalistika olmayacaqdı.

Məmməd müəllim,  Elçibəy dövründə Azərbaycan televiziyasına rəhbərlik etdin. O zaman mən də hökumətdə işləyirdim, arabir görüşürdük. Bu ağır zamanda sizin” Aşıq məktəbi” adlı konsepsiyanızın  özümüzünkülər tərəfindən nə qədər tənqid edildiyinin şahidlərindən biri də mənəm. Aşıq sənətini ictimai-siyasi fikir meydanına qoşan, “muğam-aşıq” sənəti bütövlüyünü konsepsiyalaşdıran ziyalılardan biri də sənsən desəm, həqiqətini demiş olaram.

İndi Türkiyəyə doğma kəndindən, ata evindən gətirdiyin təmizliyin, cəsarətin işığında yaşayırsan. Türkiyə bizim ikinci vətənimiz, doğma yurdumuz olsa da, can yerimiz Azərbaycandır.

Məmməd İsmayıl qələmiylə, zəhmətiylə yaşayır.  Amma Məmməd İsmayıl bu dünyaya yalnız uşaqlarını saxlamaq, ailəsini dolandırmaq üçün gəlməyib. O gəlib ki, bu dünyaya anasının öyrətdiyi bir kəlmə sözü desin, anasından aldığı bərəkəti paylaşsın.

Məmməd İsmayılın missiyasını anlamayanlar bizim dilimizi, şeirimizi, mədəniyyətimizi, mənliyimizi anlamayanlardır.

Bu yaxınlarda ünlü alim V.Jirmunskidən tərcümə etdiyinTürk qəhrəman  eposu” kitabını oxudum. Sizə ürəkdən təşəkkür edirəm. Bu tərcümə mənə Əli bəy Hüseynzadənin Adam Smitdən türkcəyə çevirdiklərini xatırlatdı.  Çox sağ olun.

Məmməd müəllim, sizi ən yaxşı anlayanlardan biri də mənən. Amma yenə də şükür. Şükür ki, minlərlə tələbələrin, yetirmələrin var. Şükür ki, qələmin əlindədir və o qələm 50 ilk bundan öncəki kimi vicdanının, əqidənin, ürəyinin dediyini yazır. Çox şükür ki, övladlarınla qürur duyursan və əsla onlardan şikayət eşitmirsən.

Qədim şumerlər deyərdilər ki, insan taleyinin ardınca gedir. Taleyin sənin yazdıqlarındır.

Dünyada ondan başqa qalacaq ki, Məmməd qardaş? Sənə balalarına can sağlığı, xoşbəxtlik arzulayıram. Səndən az yazsam da, səni düşünən,  sözünə ehtiyacı olan adamlardan biri mənəm. Sənin yetirmələrindən biri mənim yerlim idirəhmətlik şair Hüseyn Əfəndi. Onun bir dəfə ah çəkib dediyi bir sözü heç unutmuram: “Məmməd İsmayıl kimi adamlar olmasa, bu dünyanın dərdini çəkmək olmaz, ay müəllim”. Sonra buna yaxın sözü rəhmətlik Akif Səməddən eşitdim. İndi Çanaqqala Universitetini qurtaran tələbələrdən eşidirəm. əlbəttə ki, ürəkdən sevinirəm, qürur duyuram.

Haqq nəzilər, üzülməz, Məmməd müəllim.

Tanrı səni qorusun, şair qardaşım.

Hörmət ehtiramla,

 

Kamil Vəli Nərimanoğlu

İstanbul, 5 mart 2014

525-ci qəzet.- 2014.- 5 aprel.- S.16