Milli-mənəvi dəyərlərimizin təbliğatçısı

 

 

Müasir dünyada sürətlə genişlənməkdə olan qloballaşma prosesləri ilk növbədə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını zəruri edir. Bu nəcib işdə informasiya vasitələrindən olan televiziyanın geniş imkanları var.

İnternetlə televiziyanın fəaliyyətinin birləşdiyi bir vaxtda milli- mənəvi dəyərlərimizi qurmaq, insanların bədii-estetik zövqünü formalaşdırmaq, təqdim olunan verilişlərin hazırlanmasında zəngin dəyərlərimiz olan mədəniyyətimizdən incəsənətimizdən bəhrələnmək səriştəlilik peşəkarlıq tələb edir. Qeyd olunan kriteriyalara uyğun olaraq İctimai Televiziya Radio Yayımları Şirkətinin  yaradıcı kollektivinin həyata keçirdikləri əməli tədbirlər milli-mənəvi dəyərlərimizin təbliğində, qorunub saxlanılmasında mühüm əhəmiyyət kəsb edir.

Məlum həqiqətdir ki, Azərbaycanda fəaliyyət göstərən televiziya kanalları arasında reytinq ilk növbədə ictimaiyyətin dərin rəğbətini qazanan dəyərli verilişlərlə səciyyələnir. Təcrübə müşahidələrə əsaslanıb İctimai Televiziyada yayımlanan verilişlərin müntəzəm izləyiciləri kimi son vaxtlar ictimaiyyətin istək arzularını özündə ehtiva edən bir çox yeniliklər diqqətimizi cəlb edir. Onlardan təqdir olunanlardan biri tok-şouların - "Ortaq məxrəc", "Diqqət mərkəzi" "Açıq dərs" verilişlərinin yayımlanmasının ən əlverişli vaxta - saat 21.20-də reallaşmasıdır. Bu verilişlərdən demək olar ki, əvvəlki yayım zamanı geniş ictimaiyyətin baxmaq imkanı olmurdu.

Digər proqramlara diqqət etsək, yeni yaradılan milli mənəvi dəyərlərimizi özündə birləşdirən "Qarabağ sərvətləri", "Muğam sədası", "Yurd inciləri", "El sənəti", "Bizim ellər", "Dostluq körpüsü", "Sağlam yaşam" s. bunların  hər birinin məzmunu mahiyyəti, cəmiyyətin bütün təbəqəsini əhatə etməsi, tərbiyəvi təsir gücünə malik olması, orijinallığı, maraq doğuran dərin məna çalarları vardır.

Azərbaycanda yaşayan azyaşlı xalqların adət ənənələrinin təbliği onların azərbaycançılıq ruhunda formalaşmasında "Bizim ellər" verilişinin əməyi təqdirə layiqdir.

Bir çox türkdilli ölkələrin ictimai televiziyalarının çəkdiyi sənədli filmlərin "Dostluq körpüsü" vasitəsi ilə yayımlanması nəticə etibarı ilə dünya  xalqlarına sevgi, məhəbbət, doğmalıq kimi mənəvi dəyərləri təbliğ edir. Bu gün İctimai Televiziyanın həftə ərzində beş dəfə yayımlanan "Sağlam yaşam" proqramı sosial mahiyyətinə görə xeyirxahlıq, insana sevgi, qayğı, diqqət, sağlam həyat s. nemətlər bəxş edir.

Azərbaycan xalqının zəngin musiqi çoxsaylı musiqi alətlərinin müasir dövrdə təbliği, onlara yeni baxış qlobalaşan dünyamızda son dərəcə aktualdır. Belə bir vətəndaşlıq missiyasını həyata keçirən "Yurd inciləri" verilişi mənəvi xəzinəmizdir.

Azərbaycan filmləri bizim kimliyimizi tərənnüm edir. İlk dəfə yüksək keyfiyyətlə bərpa olunan filmlərimiz İctimai Televiziyanın ekranlarına mütəmadi daxil edilir fondun arxivində qorunaraq saxlanılır. Həyata keçirilən ümumxalq əhəmiyyətli tədbirlərdən biri Azərbaycanın qədim tarixini mədəniyyətini ehtiva edən sənədli filmlərin müntəzəm olaraq İctimai Televiziya tərəfindən nümayiş etdirilməsi onların qorunmasının təmin olunmasıdır.

Bu gün İctimai Televiziyanın ixtiyarında olan 50 - qədər cizgi filminin eləcə retro - musiqi verilişləri vasitəsi ilə klassiklərin təbliği təqdir olunmağa layiq yeni addımlardır.

İctimai Televiziya Azərbaycan xalqının üzləşdiyi qanlı yaddaşa həkk olunan "20 Yanvar faciəsi,  Xocalı 31 mart soyqırımı" hadisələrinin təqvim günlərində reklamların dayandırmasını müşahidə etdik. Bu göstəriş rəhbərlik tərəfindən adət ənənələrimizə diqqət, qayğı ehtiram kimi dəyərləndirilməlidir.  Qeyd olunan hadisələrə çox yaxından münasibət bildirən "Carçı" film yaradıcılıq birliyinin istehsalı olan Xocalı soyqırımı 20 Yanvar faciəsindən bəhs edən "Yaddaşin izləri" adlanan teleməhsul öz orijinallığı bədii cizgilərinin dəqiqliyi ilə insanlara təqdim edilməsi gərgin əməyin nəticəsidir.

Bu gün İctimai Televiziyada diqqəti çəkən, geniş təhlil proqramlarından biri  "Həftənin yekunudur". Bazar günləri yayımlanan bu proqram həftənin ən mühüm hadisələrini olduqca dolğun şəkildə tamaşaçıya çatdırır. Verilişin baxımlı olması həm onu kimin necə təqdim etməsiylə bağlıdır. "Həftənin yekunu"nu yüksək səviyyədə təqdim edən Şaiq Məmmədov tamaşaçıya yad sima deyil. Onun intellekti, səlis danışıq qabiliyyəti, studiyadakı sərbəstliyi televiziya tamaşaçılarından daha yüksək qiymət almasının əsas səbəbidir. Bu gün  İctimai Televiziyada həm   məsul vəzifə daşıyan, baş direktorun müavini kimi fəaliyyət göstərən Şaiq Məmmədovun bir necə xarici dili mükəmməl bilməsi, yəni dil bilgisinin zənginliyi qiymətləndirilməlidir.

"Yeni gün" verilişi həftənin altı günü efirə çıxaraq  elm, maarif, təhsil sahələri ilə bağlı geniş məlumatlar verməsi,  aktual mövzularla diqqət çəkməsi  ictimaiyyətdə maraqla qarşılanır. Bu gün müxtəlif sahələrdə çalışan təcrübəli nüfuzlu ziyalıların daha çox cəlb edilməsi "Yeni gün" verilişini daha da baxımlı edib, auditoriyasını genişləndirib.

İctimai Televiziyanın daimi izləyiciləri kimi nümayiş etdirilən verilişlərin mahiyyətini və məzmununa həmişə böyük önəm verən elmi araşdırıcı olaraq "Ortaq məxrəc" tok - şou verilişinin aparıcısı və müəllifi olan Vəsilə Vahid qızının səriştəlilik və peşəkarlılığı daha çox şərtləndiyini desək yanılmarıq. Biz hər həftə debat xarakterli bu tok - şou verilişinə baxarkən ikidaha çox fikirlərin təqdimatı ilə reallaşdığının şahidi oluruq. Bu da verilişin ictimai dəyərini artırır. Bu səbəbdən iştirakçılar mövzu ətrafında düşünməyə yönəlir, yeni ideyalar yaranır. Nəticədə ortax məxrəc üzə çıxır. Digər məqam ondan ibarətdir ki, "Ortaq məxrəcdə" cəmiyyətdə ən çox maraq doğuran sosial - iqtisadi, mədəni - elmi,  ekoloji - tibbi, tarixib. sahələr üzrə aktual məsələlər debatda alqoritmik formada müzakirə edilir.   Kütləvi informasiya vasitəsi olan televiziya səsin və hərəkət edən təsvirin müəyyən məsafəyə ötürülməsi və qəbulu üçün rabitə sistemi olub. Bu prosesdə fəaliyyət göstərib dünya standartlarına uyğun teleməhsulun emalı ilə bağlı  kriteriyaların gözlənilməsinə xüsusi məsuliyyətlə yanaşan Vəsilə xanım deyərdik ki, İTV -nin funksiyasına daxil olan balansı həmişə təmin edir. Atalardan  çox yaxşı deyim var: "Çörəyi ver çörəkçiyə, birini də üstəlik". Elə bilirik ki, İTV - nin seyrçiləri də bizimlə razılaşarlar ki, Vəsilə xanım peşəsini sevən, öz üzərində daima çalışan, yeniliklər axtaran yaradıcı mütəxəssisdir. Təsadüfi deyil ki,  o, təhsil aldığı BDU - nun jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İlk dəfə olaraq o, Azərbaycanda İctimai Televiziyanın fəaliyyətinin reytinqinin müəyyənləşdirilməsi ilə bağlı doktorant kimi dəyərli dissertasiya işini tamamlamışdır.

Elə buna görə də, ekspertlərin apardıqları monitorinqlərin nəticələri və tamaşaçıların rəyi bir daha sübut etmişdir ki, "Ortaq məxrəc" verilişi çox fikirliliyi ilə hamıda maraq doğurur. "Ortaq məxrəc" verilişi İTV - nin demək olar ki, ən istedadlı, əməksevər, hörmət gətirən, ictimaiyyət tərəfindən sevilən övladıdır.

İctimai Televiziyanın milli - mənəvi dəyərlərlə təqdir olunan verilişlərindən biri də Azərbaycanın mədəniyyət xadimlərinin həyat və yaradıcılığı barədə portret materialların təqdim olunmasıdır. Bu baxımdan ilk dəfə olaraq İctimai Televiziyada unudulmaz sənətkar, Xalq artisti Muxtar Avşarovun (1914 -2004) 90 - illik ömür yolunda silinməz izləri şəxsi nümunə kimi örnək və mənəvi dəyərlərimiz kimi təqdim edilən materiallar hamının sevincinə səbəb oldu.

Azərbaycan kinoteatr sənətinin inkişafında misilsiz xidmətləri olan Xalq artisti Muxtar Avşarovun yaradıcılığını tariximizə zəngin xəzinə kimi İctimai Televiziyanın fondunda qorunub saxlaması və təbliğ edilməsi böyük sənətkarın adına hörmət və ehtiramdır.

Azərbaycanın təbliğində mühüm rolu olan, milli-mənəvi dəyərlərimizin təbliğatçısına çevrilən İTV-nin rəhbərliyi başda olmaqla bütün yaradıcı kollektivə son vaxtlar qazanılmış nailiyyətlərə görə yeni-yeni uğurlar arzu edirik.

 

Mircəfər HƏSƏNOV

 pedaqogika üzrə fəlsəfə doktoru, professor

Şahrza AĞAYEV

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.- 2014.- 8 aprel.- S.5.