Bizi bağışlayın, İsa Muğanna!
(gecikmiş məktub)
Bizi bağışlayın, İsa
Muğanna! Sizin dilinizdə düşünə
bilmədiyimiz üçün
bizi bağışlayın.
Odər dilində düşünmək -- başqa,
özgədoğma Bağları
düşünmək deməkdir və özünü bu Bağlardan fərqli və təcrid bir vahid kimi
düşünməmək, görməmək
deməkdir. Siz o
Bağlardan danışırdınız,
özünüzə kənardan
o Bağlardan biri kimi baxırdınız və oradan qırılıb qopmağa
qorxurdunuz. İşıqdan ayrı düşüb
yox olmağa, qaranlığa qarışmağa
qorxurdunuz. Sizin xatirənizə həsr olunmuş verilişə
toplaşan və çıxış edən
adlı-sanlı, tanınmış
simalar isə sizdən danışmaq istəyəndə mütləq
özlərindən danışdılar,
özlərindən danışmamağa
qorxdular sanki: kimisi dedi "İdeal" romanını
mən çap etdirmişəm, kimisi dedi evində çox çay içib, plov yemişəm... Odumuz çatmır, İsa müəllim! Odu üfürüb, kül ilə oynayırıq.
Qorxuruq, özümüzü
gözə soxmasaq, qaranlıqda
itib-batarıq.
Beləcə, zülməti
özümüzlə doldururuq,
zülməti çoxaldırıq...
Şirvanlıyam. Mən də
Bağlardanam. Mən də
vəsiyyət etmişəm,
dəfnimdə son səslənən
Alimin ifasında "Şirvan şikəstə"si
olsun. Orda da yanğı var, Kərəm kimi içində yanan aşiq var, işıq var, ocaq var...bağrım yanır, işığı
əlimdən almaq istəyirlər. Amma mən onu bu
dünyaya qıymaram...
Əbədi həyat elçisi
İsa Muğanna! Sizin ən gözəl oxucularınızdan biri mənim anam idi. Özü də Bağı
axtaran idi. Ölümü ilə ona həsəd aparanlara, onu anlamayanlara həyatın nə demək olduğunu çatdıran
və heç nəyi zorla anlatmağa çalışmayan bir insan. Sizi həmişə anlamaq istəyirdi. "Çox dərin
şeylər yazır,"
- deyirdi. Birnəfəsə
roman oxumağı sevən
və bacaran anam bunu sizin
"İdeal" romanı
ilə edə bilmirdi. Özü artıq bu həyatda
yoxdur, amma kitablarınız köhnə və səssiz evinin bir küncündə durur...
Keçən bahar sizinlə görüşmək istəyirdim. Sadəcə, O işığı duyan, bilən ocağın odundan isinmək istədim." Söz,
qələm hərdən
çox incidir qəlbimi, həqiqət hərdən qorxudur məni, çox yaxına gəlir, əyan olur, həyan olur mənə",- demək istəyirdim sizə. Bir tanışa sordum
da, məni sizə götürərmi,
olumlu cavab aldım da, amma etmədim, getmədim. Çox peşimanam.
Qızınız Sevincin "Atam,
işığım" adlı
kitabından xəbərdar
idim, mağazalarda çox soruşmuşdum,
gördüm deyən
olmamışdı... Mən
o kitabda Ata Bağını
görən övladı
arayırdım...
...Acı xəbəri televiziyadan esitdim, evdən çıxhaçıqda.
İşə tələsirdim,
o anda və yolboyu Məmməd müəllimin bu xəbəri necə qarşılayacağını düşündüm". Nə vaxt,
haçan!" Çox keçmədi,
Rüstəm Kamal da kafedramıza daxil oldu. "İndicə elə ordan gəlirəm", - dedi. Çox dərdli
idi... Məmməd müəllimin tövsiyəsi,
bir az
da təkidi ilə İsa Muğanna fenomenini araşdırdığı kitabı
tez bir zamanda
tamamlayacağına söz
verdi. İlahi! Sən bizi dəli
eləməsən, biz ağıllana
bilmirik ki! "O Kişi nakam
getdi...Rüstəm, yaxşı ki, o məqalə çap olundu, onusa da
gördü (R. Kamal.
İsa Muğanna: Ün və İşıq məqamı
(İsa Muğanna qnostikasına giriş)//”525-ci
qəzet”, 14 oktyabr,
2013-cü il - U.K. ),"-
deyə Böyük Bağlardan biri olan müdrik alim təsəlli aradı.
İsa Muğanna
nakam getdi, sözünü sona qədər demədi, anlaşılmadı, dərk
edilmədi. Lakin ətrafdakılara, həyatda
olanlara açıq yol qoyub getdi:
düşünmək üçün,
həqiqətin yalan olmadığına
inanmaq üçün,
torpaqlarımızda və insanlarımızda, qanımızda
və canımızda
böyük mədəniyyətin,
sivilizasiyanın kökləri,
kodlarını görüb,
tariximizi və gələcəyimizi xilas
etmək üçün
axtarış və yaradıcılıq yolu...
Sevinc Muğannaya, Atasına İşıq deyən bir övlada və Bağları heç zaman solmayan, üzü Təbrizdən
bu yana düz
üzlü, düzbaxışlı
haqq aşiqlərinə,
eşqin səsini eşidə bilənlərə
və bütün işıqlı ruhlara - başda İsa Muğanna olmaqla - salamlar olsun!
Kəmalə UMUDOVA
525-ci qəzet.- 2014.- 10 aprel.- S.8.